Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13614/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı qanuni nümayəndəsi (atası Qanuni nümayəndə) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu verən vəsiqənin verilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının valideynləri X6 və X7 1993-cü ildən Ağdam rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində doğma yurdlarından məcburi köçkün olmuşlar. Həmin tarixdən Azərbaycan Respublikası tərəfindən onlara məcburi köçkün statusu və vəsiqəsi verilmişdir. Cavabdeh orqanın Bakı şəhəri Suraxanı rayonu üzrə yerli bölməsi tərəfindən 30 sentyabr 2022-ci il tarixli 1846 saylı arayışda iddiaçının həqiqətən Ağdam rayonundan məcburi köçkün olması qeyd edilmişdir. Lakin məcburi köçkün statusunu təsdiq edən vəsiqənin alınması üçün müraciət etdikdə cavabdeh tərəfindən 23 sentyabr 2022-ci il tarixli 01/5282 saylı cavab məktubunda iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin Komitənin imkanı xaricində olması bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuzdur və onun hüquqlarını məhdudlaşdırır.
3. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsəqənın verilməsinə dair Qaydaların 4.2.6-cı bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından, anası X2 qeydiyyatı onun doğum tarixindən əvvəl xx.xx.2003-cü ildən xx.xx.2010-cu ilədək adına olmuş ünvan 1 ünvanında olduğundan ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkanı xaricindədir.
4. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1974-cü il tarixdə Şəki şəhərində doğulmuşdur, yaşayış yeri Ağdam rayonu, Qiyaslı kəndidir.
5. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1977-ci il tarixdə Ağdam rayonu, Qiyaslı kəndində doğulmuşdur, yaşayış yeri Ağdam rayonu, Qiyaslı kəndidir.
6. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X7 15 avqust 2003-cü il tarixdə nikaha daxil olmuşdurlar.
7. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.
8. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X3 (xx.xx.1974cü il təvəllüdlü, Şəki şəhərində doğulmuşdur) xx.xx.2021-ci il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir.
9. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X4 (xx.xx.1977ci il təvəllüdlü, Ağdam rayonu, Qiyaslı kəndində doğulmuşdur) xx.xx.2010-ci il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir.
10. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu üzrə yerli bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən Ağdam rayonundan məcburi köçkündür, ünvan 2 ünvanda müvəqqəti məskunlaşmışdır.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iclasında iştirak edən iddiaçı hazıra Azərbaycan Dövlət Pedaqoji Universitetində ödənişli əsaslarla təhsil aldığını bildirdi.
12. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etdi.
13. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
14. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.
15. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
16. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.
17. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların İV hissəsi “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını tənzimləyir. Həmin hissəyə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.
20. İddiaçı Rafael qızı xx.xx.2005-ci il təvəllüdlüdür. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının anası işğal olunmuş rayonda (Ağdam rayonu), atası Şəki rayonunda doğulmaqla hər ikisi Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatdadırlar. X1 xx.xx.2021-ci il tarixdə, anası X4 isə xx.xx.2010-cu il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının valideynlərindən (anası) işğal olunmuş rayonda (şəhər) qeydiyyatda olmuşlar və valideynlərinin hər ikisinin məcburi köçkün statusu və vəsiqəsi vardır. İddiaçının valideynlərinin və özünün yaşayış yeri kimi Ağdam rayonu, Qiyaslı kəndi qeyd olunmuşdur.
21. İmtina Qaydaların 4.2.6-cı bəndinin tələblərinə uyğun olaraq (“məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmaması) iddiaçının anası X2 qeydiyyatının onun doğum tarixindən əvvəl xx.xx.2003-cü ildən xx.xx.2010-cu ilədək adına olmuş ünvan 1 ünvanında olması ilə əlaqədar olmuşdur.
22. Məhkəmə qeyd edir ki, iddiaçının anası X4 xx.xx.2012-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində yaşayış yeri kimi Ağdam rayonu, Qiyaslı kəndi qeyd olunmuşdur. Odur ki, imtina işin hallarına uyğun və mütənasib deyil.
23. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
24. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
25. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
26. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı Rafael qızına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva