Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13615/2022 12.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “hərəkət və hərəkətsizliyin aradan qaldırılması, işsizliyə görə sığortanın, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, ona 2022-ci ilin aprel ayından işsizliyə görə hər ayına əmək haqqının 70 faizi məbləğində sığortanın, həmçinin 2-14-cü ildən hesablanaraq ərzaq pulunun verilməsi, maddi və mənəvi ziyana görə 6000 manat ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Quru Qoşunlarında 2011-2022-ci illərdə müqavilə əsasında gizir rütbəsində xidmət etmişdir. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və xidmət etdiyi dövrdə dəfələrlə təltif olunmuşdur. 29 mart 2022-ci il tarixdə müqavilənin vaxtı bitdiyinə görə tərxis olunmuşdur. 5 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X3 Mərkəzinə sənədlərini təqdim edərək qeydiyyat və işsizliyə görə sığorta ödənişinin alınması üçün müraciət etdikdə onun sistemdə iş stajının olmaması səbəbindən müavinət verilməsinin mümkün olmadığı bildirilmişdir. O, hərbi xidmətdən öncə işləmişdir və ona kart verilmişdir. Yazdığı ərizəyə cavab olaraq Məşğulluq Xidməti tərəfindən bildirilmişdir ki, işsizliyə görə sığorta pulunu Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ödəməlidir. Hazırda ona 80 manat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinə əsasdən iddiaçıya hüquqi yardım göstərərək iddia tələbinin aydın olmadığını bildirmiş və ona iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsini, həmçinin maddi və mənəvi ziyanla bağlı tələbini əsaslandıran hallar barədə məlumatın və cavabdehə müraciətini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsini təklif etmişdir. Eyni zamanda iddiaçıya izah olunmuşdur ki, iddianın lazımi qaydada qaldırılmaması onun mümkünsüzlüyünə səbəb ola bilər. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmənin iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 8/2680 saylı iddiaçının ərizəsinə cavab məktubundan görünür ki, İddiaçı və X5 tərəfindən Müdafiə Nazirliyinə ünvanlanmış ərizələrdə qeyd edilən məsələ Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olmadığına görə aidiyyəti üzrə baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Göründüyü kimi, müvafiq iddia lazımi qaydada qaldırılmayıb və formal tələblərə cavab vermir. Bundan başqa, iddiaçının tələbi: - İddia tələbi cavabdeh inzibati orqanın hansı hərəkət və hərəkətsizliyin aradan qaldırılması hissəsində aydın deyil; - Tələbin işsizliyə görə müavinətin ödənilməsi və ərzaq pulunun verilməsinə dair hissədə iddia tələbi aydın olmamaqla bərabər iddia düzgün cavabdehə qarşı qaldırılmamışdır. - İddia tələbinin maddi və mənəvi ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi əsaslandırılmamış və bu barədə cavabdeh orqana müraciətini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil. - İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Quba-X1rşı “hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, ona 2022-ci ilin aprel ayından işsizliyə görə hər ayına əmək haqqının 70 faizi məbləğində sığortanın və maddi mənəvi ziyana görə 6 min manat ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-12220/2022 saylı qərardadı ilə mümkün hesab edilməmişdir. Yuxarıda göstərilən hallarla əlaqədar məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilməklə müddət təyin edilməsinə baxmayaraq qeyd olunan çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-13615/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13615/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver