Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13624/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “ölkədən getmək huququmun məhdudlaşdınlmasınm qanunsuz hesab edilməsi və giriş-çıxışına qoyulmuş qadağanın götürülməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 və onun barəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində 2018-ci ilin aprel ayından 2019-cu ilin iyun ayınadək istintaq aparılaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2, 32.5.308.2 və 178.3.2, Vasif Cavadova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddələri ilə ittiham elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, iş üzrə ittiham aktı 29 iyun 2019-cu il tarixdə təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İş üzrə istintaq aparan sabiq müstəntiq Rəsul Həsənov tərəfindən istintaq dövründə onun ölkədən giriş-çıxışına qadağa tətbiq edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Vasif Cavadovun və onun əməlində cinayət tərkibi müəyyən olunmadığına, yəni bəraətverici əsasla 08 may 2021-ci il tarixdə bəraət hökmü çıxarılmışdır. Baş Prokurorluq tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq 17 noyabr 2021-ci il tarixli qərarla protest təmin edilməmiş, bəraət hökmü qüvvəsində saxlanılmış və dərhal qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin Qərarını əlavə etməklə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisi Nazim Rəcəbova 29 dekabr 2021-ci il tarixli ərizə ilə müraciət edərək qoyulmuş qadağanın götürülməsini xahiş etmişdir. Lakin İstintaq İdarəsinin rəisi Fərid Nağıyev tərəfindən imzalanmış 25 yanvar 2022-ci il tarixli məktubla ona cavab göndərilərək Apellyasiya Məhkəməsinin qərarından prokurorluq tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılmadığına görə xahişinin hələlik təmin edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Halbuki Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Buna baxmayaraq verilmiş kassasiya protestinə baxılmasını gözləməyə məcbur olmuşdur. Ali Məhkəmə tərəfindən kassasiya protestinə baxılaraq 17 may 2022-ci il tarixli qərarla kassasiya protesti təmin edilməmiş, Apellyasiya Məhkəməsinin qəran dəiyişdirilmədən saxlanılmışdır. Xahişinin təmin edilməməsinin məqsədəuyğunsuzluğu üçün əsas kimi prokurorluq tərəfindən irəli sürülmüş amil artıq aradan qalxmışdır. Bundan sonra, prokurorluqdan ona göndərilmiş əvvəlki cavab məktubunun və Ali Məhkəmənin qərarının surətini əlavə etməklə Baş prokuror Kamran Əliyevə və idarə rəisi Nazim Rəcəbova təkrarən müraciət edərək qanunla nəzərdə tutulmuş bütün maneələrin, həmçinin prokurorluğun mülahizəsinə görə məqsədəuyğunsuzluğa zəmin olmuş səbəblərin aradan qalxdığını nəzərə alaraq giriş-çıxışına qoyulmuş qadağanın ləğv edilməsini, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Lakin bu günə kimi müraciətinə baxılmır, ərizələrinin icrası həvalə olunmuş müstəntiq Vasif Əsgərovun və İstintaq İdarəsinin rəis müavini Şəhriyar Məmmədzadənin şəxsən qəbulu zamanı ona şifahi formada bildirdiklərinə görə müraciətləri prokurorluğun rəhbərliyinə məruzə olunur, lakin rəhbərliyin mülahizəsinə uyğun olaraq məhdudiyyətin götürülməsi hələlik məqsədəuyğun hesab edilmir, bunun səbəbi isə barələrində olmuş cinayət işindən ayrılmış və icraatı dayandırılmış başqa bir cinayət işi üzrə X1 axtarışda olması və tapılmaması ilə izah edilir. Onun ittiham olunduğu cinayət işi üzrə bəraət hökmü çıxarılmış və hökm qüvvəyə minmişdir. Başqa cinayət işi üzrə kimsənin axtarışda olmasının ona birbaşa və ya dolayısı ilə hər hansı aidiyyəti olmasını başa düşə bilmir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iddiaçıya hüquqi yardım göstərərək cavabdeh qismində göstərilən Azərbaycan Respublikasının Prokurorluğunun məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan olması, Azərbaycan Respublikasının Baş Prokurorluğunun prokurorluğun mərkəzi aparatı olması, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda nəzərdə tutulmadığı, qeyd olunan tələblə bağlı səmərəli hüquq müdafiə vasitəsi kimi məhkəmə nəzarəti funksiyasını həyata keçirən ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Azərbaycan Respublikasının 13 iyun 2000-ci il 894-İQ №-li “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü müvafiq olaraq bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud deyildir və inzibati icraatı həyata keçirmək və inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Bununla bağlı iddiaçıya hüquqi yardım göstərilərək cavabdeh qismində göstərilən Azərbaycan Respublikasının Prokurorluğunun məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan və Azərbaycan Respublikasının Baş Prokurorluğunun isə prokurorluğun mərkəzi aparatı olması, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda nəzərdə tutulmadığı, qeyd olunan tələblə bağlı səmərəli hüquq müdafiə vasitəsi kimi məhkəmə nəzarəti funksiyasını həyata keçirən ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Lakin iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada və tələblə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-13624/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13624/2022
25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver