Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13624/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “araşdırma aparılması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək inzibati orqan kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlakçı kimi mənə göndərilmiş "müraciətlərinizə baxılmasının nəticəsi haqqında" 3-21- 1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubunun - inzibati aktının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi və "xxxx" X3 tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi mənim hüquqlarımı pozaraq Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi mənim istifadəmə verilməməsi barədə müraciətlərilə əlaqədar yenidən apaşdırma aparılması öhdəliyinin (vəzifəsinin) yerinə yetirilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə həvalə edilməsi, inzibati icraatda iştirak edən maraqlı şəxs (ərizəçi) kimi ona vurulmuş mənəvi zərərin əvəzi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən mənim xeyrimə 50000 (əlli min) manat pul məbləğinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2023-cü ilin may ayının əvvəllərində o, istehlakçı kimi pozulmuş istehlakçı hüquqlarının müdafiəsi ilə əlaqədar "xxxx" X3 (hüquqi ünvanı: Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi,14; əlaqə telefonu: **********) tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi onun hüquqlarını pozan qanunsuz hərəkətləri barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə elektron qaydada və poçtla müraciətlər edərək istehlakçı kimi onunla icraçı kimi "xxxx" Mənzil-Tikinti Kooperativi (faktiki fəaliyyət göstərdiyi ünvanı: Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi, 14; əlaqə telefonu: **********) arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqavilənin şərtlərinin icra edilərək Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının dərhal binanın sahə mülkiyyətçisi kimi onun istifadəsinə verilməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi,14; əlaqə telefonu: **********) və "xxxx" X2 (hüquqi ünvanı: Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 14; əlaqə telefonu: **********) həvalə edilməsini xahiş edib. Belə ki, icraçı kimi "xxxx" Mənzil Tikinti Kooperativi ilə istehlakçı kimi mənim aramda bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu ismayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən 55 saylı mənzilinin tam dəyərini o ödəyərək həmin mənzili aləb. Bildirir ki, Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 89 saylı bina "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi,14; əlaqə telefonu: **********) tərəfindən inşa edilmişdir. 01 oktyabr 2009-cu il tarixli Müqavilə ilə "xxxx" Mənzil-Tikinti Kooperativi Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 89 saylı binanın idarə edilməsini "xxxx" X2 (hüquqi ünvanı: Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi,14; əlaqə telefonu: **********) həvalə etmişdir və həmin yaşayış binası hal-hazırda da "xxxx" X1 (hüquqi ünvanı: Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi,14; əlaqə telefonu: **********) idarəçiliyindədir. "xxxx" Mənzil-Tikinti Kooperativi ilə arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndində həyətdə yeraltı qaraj yerləşdiriləcəyi, "Payçı"lar qarajdan istifadə etmək istədikdə tərəflər bu Müqaviləyə Əlavə edərək yeraltı qarajlardan istifadə şərtlərini bu Əlavə ilə tənzimləyəcəkləri göstərilmişdir. Yuxarıda qeyd etdiyim kimi 01 oktyabr 2009-cu il tarixdən hal-hazıra kimi Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 89 saylı binanın idarə edilməsi "xxxx" X3 (hüquqi ünvanı: Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi, 14; əlaqə telefonu: **********) tərəfindən həyata keçirilməsinə baxmayaraq, artıq 14 (on dörd) ilə yaxın müddətdir ki, "xxxx" X3 (hüquqi ünvanı: Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi, 14; əlaqə telefonu: **********) 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi mənim hüquqlarımı pozaraq Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajını binanın sahə mülkiyyətçisi kimi onun istifadəsinə vermir. Əlavə olaraq bildirir ki, "xxxx" X3 (hüquqi ünvanı: Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi,14; əlaqə telefonu: **********) faktiki olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hüquqi ünvanı: Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi, 14; əlaqə telefonu: **********) tabeçiliyində fəaliyyət göstərir. Həmçinin qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109.11-ci maddəsinə əsasən fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak, qarışıq (istehsal-istehlak) və digər növlərdə ola bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. Müraciətləri baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmişdir. 08 may 2023-cü il tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Səbuhi adlı işçisi ********** nömrəli mobil telefonla ona zəng edərək yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi kimi onun istifadəsinə qanunsuz olaraq verilməməsi barədə ərizəsinin onun icraatında olmasını bildirərək onun ərizəsi ilə əlaqədar bütün sənədlərin surətlərini WhatsApp-la onun həmin telefon nömrəsinə göndərməyini xahiş etmişdir və həmin gün - 08 may 2023-cü il tarixdə yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi kimi onun istifadəsinə qanunsuz olaraq verilməməsi barədə onun həmin ərizəsilə əlaqədar bütün sənədlərin surətlərini - istehlakçı kimi onunla icraçı kimi "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqavilənin surətini; Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən 55 saylı mənzilinin dəyərinin payçı kimi onun tərəfindən tam ödənilməsi və onun "xxxx" Mənzil-Tikinti Kooperativinə borcumun olmaması barədə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 27 dekabr 2007-ci il tarixli Maliyyə Arayışının surətini; "xxxx" Mənzil-Tikinti Kooperativinin İdarə Heyətinin sədrinin təşəbbüsü ilə növbədənkənar çağırılmış ümumi yığıncağın 01 oktyabr 2009-cu il tarixli Protokol-Qərarının surətini; Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 89 saylı binanın idarə edilməsinin "xxxx" X2 həvalə edilməsi barədə "xxxx" Mənzil-Tikinti Kooperativi ilə "xxxx" X3 arasında bağlanmış 01 oktyabr 2009-cu il tarixli Müqavilənin surətini; sifarişçi kimi onunla icraçı kimi "xxxx" X3 arasında bağlanmış "Mənzil-kommunal xidməti haqqında" 01 avqust 2009-cu il tarixli Müqavilənin surətini; "xxxx" X3 tərəfindən təsdiq edilmiş "Yasamal rayonu, İ.Qutqaşınlı 89 saylı bina üzrə sakinlərə göstərilən xidmət və ümumi istifadədə olan sahələrin istismar xərclərinin Hesabati"nın surətini; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 89 saylı binanın və digər binaların inşa edilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bukletinin surətini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Səbuhi adlı işçisinin ********** nömrəli mobil telefonuna WhatsApp-la göndərib. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinin müavini Elnur Bağırov tərəfindən ona elektron qaydada göndərilmiş "Müraciətinizin icraata götürülməsi haqqında" 3-21-1/2-8122/2023 nömrəli 10 may 2023-cü il tarixli məktubunda göstərilmişdir: "Avtomobil qarajının istifadənizə təqdim edilməməsi haqqında İqtisadiyyat Nazirliyinə daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətinizə (daxil olma qeydiyyatı: 3-21/1-D- 30xx-xx/2023, xx.xx.2023) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılaraq nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir". 2 (iki) ay müddət keçməsinə baxmayaraq onun müraciətləri ilə əlaqədar aparılmış araşdırma barəsində və onun müraciətləri üzrə hansı qərarın qəbul edilməsi barədə ona Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən rəsmi qaydada heç bir məlumat verilməmişdir. Bu səbəbdən 14 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 195-1-4 nömrəli "Çagri Mərkəzi"nə şikayət edərək "xxxx" X3 tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi hüquqlarını pozaraq Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi kimi (istehlakçı) kimi istifadəsinə verilməməsi barədə müraciətlərilə əlaqədar aparılmış araşdırma barəsində və müraciətləri üzrə hansı qərarın qəbul edilməsi barədə ona Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən rəsmi qaydada heç bir məlumatın verilməməsini bildirib və onun şikayəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 195-1-4 nömrəli "Çagri Mərkəzi" tərəfindən 14 iyul 2023-cü il tarixdə 3-21/3-5- 29396/2023 daxilolma nömrəsi ilə qeydiyyata alınmışdır. 14 iyul 2023-cü il tarixdə mən həmçinin mənim müraciətlərimin icraatinda olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Səbuhi adlı işçisinin ********** nömrəli mobil telefonuna zəng edərək onun müraciətlərinə baxılması ilə əlaqədar ona məlumat verilməsini xahiş etmişdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Səbuhi adlı işçisi mənə bildirmişdir ki, mənim müraciətlərim daha onun icraatında deyildir və müraciətlərim baxılması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin başqa işçisinin icraatına verilmişdir, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Səbuhi adlı işçisi mənə bildirmişdir ki, həmin işçi mənimlə telefon əlaqəsi saxlayacaq. Daha sonra 14 iyul 2023-cü il tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisi mənə ********** nömrəli mobil telefonla zəng edərək bildirmişdir ki, mənim müraciətlərim sonradan onun icraatına verilmişdir və mənə cavab məktubu göndərilmişdir. Mən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisinə bildirmişəm ki, mən həm elektron qaydada, həm də poçtla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən cavab məktubu almayıb və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisindən xahiş edib ki, cavab məktubunun poçtla onun yaşayış ünvanına (poçt indeksi AZ1141, ünvan 110) göndərilməsi təmin edilsin. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisi onun yaşayış ünvanının onun ********** nömrəli mobil telefonuna WhatsApp-la göndərməyini xahiş etdikdən sonra, o, 14 iyul 2023-cü il tarixdə yaşayış ünvanı barədə məlumatları (poçt indeksi AZ1141, ünvan 110) Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisinin ********** nömrəli mobil telefonuna WhatsApp-la göndərib. 15 iyul 2023cü il tarixdə o, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisi ilə təkrar əlaqə saxlayaraq cavab məktubunun poçtla ona göndərilib- göndərilməməsi barədə məlumat verilməsini xahiş edib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisi ona bildirmişdir ki, cavab məktubu ona göndərilib və yəqin ki, bir azdan əldə edəcək. Lakin müraciətləri ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ona cavab məktubu göndərilmədiyindən o təkrar olaraq 24 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 195-1-4 nömrəli "Çagri Mərkəzi"nə təkrar şikayət edərək "xxxx" X3 tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi onun hüquqlarını pozaraq Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi kimi (istehlakçı) kimi onun istifadəsinə verilməməsi barədə müraciətlərimlə əlaqədar aparılmış araşdırma barəsində və müraciətləri üzrə hansı qərarın qəbul edilməsi barədə ona Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən rəsmi qaydada heç bir məlumatın verilməməsini bildirib. 24 iyul 2023-cü il tarixdə o, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisi ilə təkrar əlaqə saxlayaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cavab məktubunun poçtla ona göndərilməsi ilə əlaqədar poçt göndərişi üzrə SS ştrix-kod barədə məlumatların mənə verilməsini xahiş edib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisi onun yaşayış ünvanının onun ********** nömrəli mobil telefonuna WhatsApp-la göndərməyimi yenə də xahiş etdikdən sonra, o, 24 iyul 2023-cü il tarixdə yaşayış ünvanı barədə məlumatları (poçt indeksi AZ1141, ünvan 110) Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisinin ********** nömrəli mobil telefonuna WhatsApp-la təkrar göndərmişəm. 25 iyul 2023- cü il tarixdə o, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisi ilə təkrar əlaqə saxlayaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cavab məktubunun poçtla mənə göndərilib-göndərilməməsi barədə mənə məlumat verilməsini xahiş edib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisi mənə bildirmişdir ki, Xidmətin qeydiyyat şöbəsinə deyilib, yazıb qeydiyyata aldıqdan sonra cavab məktubu ona 25 iyul 2023-cü il tarixdə göndəriləcək. 26 iyul 2023-cü il tarixdə o, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisi ilə təkrar əlaqə saxlayaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cavab məktubunun poçtla ona göndərilib-göndərilməməsi barədə məlumat verilməsini xahiş edib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisi ona bildirmişdir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ümumi Şöbəsinin müdiri Kamran müəllim imzalayib möhür vurduqdan sonra cavab məktubu ona göndərilməsi üçün poçtalyona veriləcək. 28 iyul 2023-cü il tarixdə o, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisi ilə təkrar əlaqə saxlayaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən cavab məktubunun poçtla ona göndərilibgöndərilməməsi barədə mənə məlumat verilməsini xahiş edib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Ağa adlı işçisi ona bildirmişdir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavab məktubu mənə göndərilməsi üçün poçtalyona verilmişdir. 31 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov tərəfindən imzalanmış "müraciətinizə baxılmasının nəticəsi haqqında" 3-21- 1/2-14230/2023 nömrəli 26 iyul 2023-cü il tarixli məktubu və həmin məktuba əlavə edilmiş "xxxx" X3 tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi onun hüquqlarını pozaraq Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi kimi (istehlakçı) kimi onun istifadəsinə verilməməsi barədə müraciətlərilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev tərəfindən imzalanmış "müraciətlərinizə baxılmasının nəticəsi haqqında" 3- 21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubunun surəti 1141 saylı poçt şöbəsi tərəfindən rəsmi qaydada (poçt göndərişi üzrə ştrix-kod SS861992071AZ) ona təqdim olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev tərəfindən imzalanmış "müraciətlərinə baxılmasının nəticəsi haqqında" 3-21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubunun ikinci vərəqəsinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev tərəfindən imzalanmaması barədə o Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə telefonla məlumat verdikdən sonra, "xxxx" X3 tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi onun hüquqlarını pozaraq Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi kimi (istehlakçı) kimi onun istifadəsinə verilməməsi barədə müraciətlərilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev tərəfindən imzalanmış "müraciətlərinə baxılmasının nəticəsi haqqında" 3-21-1/2- 11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubunun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən əsli ilə düzgünlüyü ştampla təsdiq edilmiş surəti 01 avqust 2023-cü il tarixdə "Azəri-Express" sürətli poçt xidmətinin kuryeri tərəfindən 679654 kod nömrəli poçt qəbzinə əsasən rəsmi qaydada mənə təqdim olunmuşdur. "xxxx" X3 tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi onun hüquqlarını pozaraq Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi kimi (istehlakçı) kimi onun istifadəsinə verilməməsi barədə onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə etdiyim müraciətlərilə əlaqədar xx.xx.2023 - xx.xx.2023-cü il tarixlərdə ona rəsmi qaydada poçtla təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev tərəfindən imzalanmış "müraciətlərinə baxılmasının nəticəsi haqqında" 3-21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubunda göstərilmişdir: "xxxx" MMM ilə aranızda yaranmış mübahisə haqqında İqtisadiyyat Nazirliyinə daxil olmuş müraciətlərinizə (daxilolma qeydiyyatları: 3-21/1-D-30xx-xx/2023, xx.xx.2023-cü il; 3-21/1-D-3008/2-41/2023, xx.xx.2023- cü il; 3-21/1-D-3008/3-41/2023, xx.xx.2023-cü il; 3-21/1-D-3008/4-41/2023, xx.xx.2023-cü il) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Müraciətinizlə əlaqədar aparılmış araşdırma zamanı "xxxx" MTK-nın rəhbərliyi tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2007-ci il tarixində sözügedən şirkət ilə müqavilə bağlayaraq ünvan 12 ünvanında yerləşən yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahəsi 196,4 kv.m. olan, 4 otaqlı, 55 saylı mənzili aldığınız, təmir edərək hal-hazırda istifadənizdə olduğu bildirilmiş, həmçinin xx.xx.2007-ci il tarixli müqavilənin 2.3-cü bəndində göstərildiyi kimi, "Payçı" qarajdan istifadə etmək istəyən zaman, bu münasibətlərin müqaviləyə "Əlavə" ilə tənzimlənəcəyi qeyd edilmişdir. Göründüyü kimi, qarajdan istifadə etmək üçün zaman MTK ilə müqaviləyə "Əlavə"nin imzalanmasının zəruri olduğu, digər "Payçılar"la olan razılaşmaya əsasən həmin şəxslərin müraciətlərinin ardıcıllığına əsasən qarajların dəyəri ödənilməklə satıldığı (çıxarışlar sakinlərə təqdim edilmişdir) və hazırda qeyd olunan binada boş qarajın olmadığı bildirilmişdir. Eyni zamanda Sizin yaşadığınız mənzilə dair 10 ildən artıq müddətdir ki, hər hansı kommunal haqqı ödəmədiyiniz qeyd edilmiş və bu səbəbdən "xxxx" MMM tərəfindən Yasamal Rayon Məhkəməsində Sizə qarşı "kommunal xidmət haqqının ödənilməsi" tələbinə dair iddia qaldırılmışdır. Bununla əlaqədar bildiririk ki, "xxxx" MTK-nın mövqeyi ilə razılaşmadığınız təqdirdə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1- ci maddəsinə əsasən mülki icraat qaydasında aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilərsiniz. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciətiniz barədə qəbul edilmiş qərarla razılaşmadığınız halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır". Bildirir ki, istehlakçı kimi ona ünvanlanmış inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 3-21-1/2- 11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli qanunsuz və əsassız məktubu ilə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri; "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri; "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1531 nömrəli 14 iyul 2017- ci il tarixli Fərmanının tələbləri; Azərbaycan Respublikası Prezidentinin 1017 nömrəli 12 may 2020-ci il tarixli Fərmanı ilə təsiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi"nin tələbləri, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında formalaşdırılmış məcburi hüquqi mövqelərin tələbləri kobud şəkildə pozulmuşdur və istehlakçı kimi onun hüquqlarımın müdafiəsi inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qanunsuz olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1017 nömrəli 12 may 2020-ci il tarixli Fərmanı ilə təsiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi"nin 3.0-cı və 3.0.24-cü bəndlərinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericliyə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, istehlakçıların hüquqlarının pozulmasının aradan qaldırılması haqqında yazılı tələbnamə (göstəriş) vermək, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görmək bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələrinə daxildir. "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1531 nömrəli 14 iyul 2017- ci il tarixli Fərmanının 5-ci, 5.1-ci, 5.2-ci, 5.3-cü və 5.4-cü bəndlərində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, xüsusilə də 109.5-ci, 141-1.1-ci və 141-1.2-ci maddələrinin tələblərinə idarəedici subyekt tərəfindən riayət olunmasına mütəmadi ciddi nəzarət edilməsi, çoxmənzilli binanın idarə edilməsinə dair sahə mülkiyyətçiləri (sakinləri) ilə bağlanmış müqavilələrin çoxmənzillli binanın idarə edilməsi qaydasının qüvvəyə minməsindən sonra yenidən bağlanmasının təmin edilməsi, bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində qeyd edilən məsələlərlə bağlı daxil olan müraciətlərin araşdırılması və zəruri tədbirlər görülməsi, görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının razılığı"müddəasının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konststitusiya Məhkəməsinin Plenumunun 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir: "Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir ("İnzibati icraat haqqında" Qanunun 61-ci maddəsi). Qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati akt tərtib olunarkən "İnzibati icraat haqqında" Qanunun yuxarıda sadalanan maddələrində nəzərdə tutulan tələblərə riayət olunmaması inzibati aktın etibarsızlığına səbəb ola bilər. Hər bir halda hüquqi və ya fiziki şəxsin statusunu dəyişə biləcək, onun barəsində hər hansı hüquqi nəticələrə səbəb ola biləcək inzibati aktı tərtib edən inzibati orqan bu aktı tərtib edərkən qanunvericliyin tələblərinə riayət etməlidir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki: - "İnzibati icraat haqqında" Qanunun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların təsnifatı"nın 6.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti inzibati orqan hesab edilir. Bildirir ki, "xxxx" X3 tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi mənim hüquqlarımı pozaraq Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi kimi (istehlakçı) kimi mənim istifadəmə verilməməsi barədə müraciətlərimlə əlaqədar inzibati orqan kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən yuxarıda qeyd edilən qanunvericlik aktlarının tələbləri pozularaq mahiyyəti üzrə heç bir araşdirma aparılmamışdır, işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplamamışdır və nəzərə almamışdır, iş üçün əhəmiyyət kəsb edən faktlar əldə edilməmişdir və zəruri sübutlartələb edilməmişdir, sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq hüquqi qiymət verilməmişdir, inzibati icraatda iştirak edən şəxsləri bildiriş göndərərək inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməməmişdir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev tərəfindən imzalanmış "müraciətlərinizə baxılmasının nəticəsi haqqında" 3-21- 1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubu - inzibati aktı yazılı şəkildə yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırılmamışdır, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev tərəfindən imzalanmış "müraciətlərinizə baxılmasının nəticəsi haqqında" 3-21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubunda əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir və yalnız "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların təsnifatı"nın 6.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti inzibati orqan hesab edilir. Bildirir ki, "xxxx" X3 tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi mənim hüquqlarımı pozaraq Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi kimi (istehlakçı) kimi onun istifadəsinə verilməməsi barədə müraciətlərimlə əlaqədar inzibati orqan kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən yuxarıda qeyd edilən qanunvericlik aktlarının tələbləri pozularaq mahiyyəti üzrə heç bir araşdirma aparılmamışdır, işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplamamışdır və nəzərə almamışdır, iş üçün əhəmiyyət kəsb edən faktlar əldə edilməmişdir və zəruri sübutlartələb edilməmişdir, sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq hüquqi qiymət verilməmişdir, inzibati icraatda iştirak edən şəxsləri bildiriş göndərərək inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməməmişdir, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev tərəfindən imzalanmış "müraciətlərinizə baxılmasının nəticəsi haqqında" 3-21- 1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubu - inzibati aktı yazılı şəkildə yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırılmamışdır, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev tərəfindən imzalanmış "müraciətlərinizə baxılmasının nəticəsi haqqında" 3-21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubunda əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir və yalnız "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Antiinhisar və X7 Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli qanunsuz və əsassız məktubunun məzmunu Azərbaycan Respublikasının İqtısadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev tərəfindən imzalanmış "müraciətlərinizə baxılmasının nəticəsi haqqında 3-21-1/21-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubuna köçürülərək istehlakçı kimi ona "xxxx" MTK-nın mövqeyi ilə razılaşmadığı təqdirdə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikasının Mulkı Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki icraat qaydasında aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilməyi izah edilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunun qanunsuz və əsassız olması onunla əlaqədardır ki, Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binanın yeraltı hissəsində boş avtomobil qarajları hazırda da mövcuddur, bəzi avtomobil qarajları başqa şəxslərin istifadəsinə və icarəsinə verilmişdir və bu halların, o cümlədən ''Bisütun" Mənzil-Tikinti Kooperativi tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmiş dəlillərin araşdırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binanın yeraltı hissəsində yerləşən avtomobil qarajlarına baxış keçirilməmişdir, ümumilikdə hansı sayda avtomobil qarajlarının mövcud olması araşdırılmamışdır və bu barədə sənədlər "xxxx" MTK-dan və digər aidiyyəti şəxslərdən tələb edilməmişdir, satılmış qarajlar barədə alqi-satqı müqavilələri və çıxarışlar "xxxx" MTK-dan və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilməmişdir, qarajların satılması ilə əlaqədar "xxxx" Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının razılıq qərarlarının olub-olmaması araşdırılmamışdır, qarajların "xxxx" Mənzil- Tikinti Kooperativinin üzvü olmayan və Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binanın sakini olmayan başqa binalarda yaşayan şəxslərə hansı əsaslarla satılması araşdırılmamışdır, bu hallarla əlaqədar obyektiv, tam və hərtərəfli araşdırma aparılaraq inzibati akt kimi qərar qəbul edilməmişdir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçı kimi onun pozulmuş hüquqlarının bərpa edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 1017 nömrəli 12 may 2020-ci il tarixli Fərmanı ilə təsiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi"nin 3.0- cı və 3.0.24-cü bəndlərinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" X2 və "xxxx" Mənzil-Tikinti Kooperativinə yazılı tələbnamə (göstəriş) verməklə Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binanın yeraltı hissəsində yerləşən avtomobil qarajının "xxxx" Mənzil-Tikinti Kooperativi ilə mənim aramda bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinə əsasən mənim istifadəmə verilməsi təmin edilməmişdir. Bu hallar isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev tərəfindən imzalanmış "müraciətlərinizə baxılmasının nəticəsi haqqında"3-21-1/2- 11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubunun tam qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlakçı kimi ona göndərilmiş "müraciətlərinizə baxılmasının nəticəsi haqqında 3-21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubu - inzibati aktı qanunsuz və əsassız olduğu üçün Bakı İnzibati Məhkəməsi tərəfindən ləğv edilməlidir və "xxxx" X3 tərəfindən 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərini və çoxmənzilli binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi onun hüquqlarını pozaraq Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajının binanın sahə mülkiyyətçisi (istehlakçı) kimi onun istifadəsinə verilməməsi barədə müraciətlərimlə əlaqədar yenidən apaşdırma aparılması öhdəliyinin (vəzifəsinin) yerinə yetirilməsi Bakı İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə həvalə edilməlidir. Bildirir ki, artıq 14 (on dörd) ilə yaxın müddətdir ki, "Xəzər Mənzil Servis X3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən istehlakçı kimi onunla icraçı kimi "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinin şərtlərinin və çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi hüquqlarının pozularaq Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən yeraltı avtomobil qarajını binanın sahə mülkiyyətçisi kimi istifadəsinə verilməməsi ilə əlaqədar istehlakçı kimi onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə etdiyi müraciətlərə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri; "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri; "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739- VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1531 nömrəli 14 iyul 2017-ci il tarixli Fərmanının tələbləri; Azərbaycan Respublikası Prezidentinin 1017 nömrəli 12 may 2020-ci il tarixli Fərmanı ilə təsiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi"nin tələbləri, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında formalaşdırılmış məcburi hüquqi mövqelərin tələbləri kobud şəkildə pozulmaqla obyektiv, qərəzsiz, tam və hərtərəfli baxılmayaraq və istehlakçı kimi mənim hüquqlarımın müdafiəsi inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qanunsuz olaraq təmin edilməyərək inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 3- 21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli qanunsuz və əsassız məktub (inzibati akt) tərtib edilməklə yanaşı, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 3-21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən inzibati qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla inzibati icraatda iştirak edən maraqlı şəxs (ərizəçi) kimi mənə rəsmi qaydada poçtla göndərilməmişdir. Daha sonra mənim dəfələrlə etdiyim müraciətlərə və şikayətlərə baxmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 3-21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən inzibati qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla inzibati icraatda iştirak edən maraqlı şəxs (ərizəçi) kimi mənə rəsmi qaydada poçtla yenə də göndərilməmişdir, yalnız onun çoxsaylı müraciətlərindən və şikayətlərindən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 3-21-1/2-11635/2023 nömrəli 23 iyun 2023-cü il tarixli məktubu xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə rəsmi qaydada poçtla cavabdeh tərəfindən ona göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu qanunsuz hərəkətləri isə məni mənəvi sarsıntıya məruz qoymuşdur və onu mənəvi əzab-əziyyətə düçar etmişdir. Bu səbəbdən hesab edir ki, inzibati icraatda iştirak edən maraqlı şəxs (ərizəçi) kimi ona vurulmuş mənəvi zərərin əvəzi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən onun xeyrinə 50000 (əlli min) manat pul məbləği tutulmalıdır.
3. İddiaçının iddia tələbində qeyd etdiyi müqavilələr, eləcə də cavabdeh hesab etdiyi qurumun müraciətlərinə qeyd edilən məzmunda cavab məktubları iddia ərizəsinə əlavə edilmişdir.
4. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək bildirilmişdir ki, iddia tələbi aydın deyil. İddiaçıya izah edilmişdir ki, iddia tələbi hüquqi marağına uyğun olaraq təmin olunduğu təqdirdə hüquqi nəticə yaratmağa xidmət etməli, məsələn, fərdi müəyyən inzibati aktın qəbul edilməsi və ya (konkret) faktiki xarakterli hərəkətin yerinə yetirilməsinə yönəldilməldir. Odur ki, iddia tələbi qeyd edilən tələbə uyğunlaşdırılmalıdır. İddia tələbinin lazımi qaydada qaldırılmaması onun mümkünsüzlüyünə səbəb ola bilər.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbi mülki xarakterli münasibətlərlə bağlı olduğundan mümkün sayılmamasını xahiş etdi.
3 İddianın mümkünlüyü
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
7. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X5rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X6rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
8. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir.
9. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir.
10. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi iddia tələbinin olduğu kimi necə ifadə edilməsini şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsi ilə bağlı məhkəmənin borcunu nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir.
11. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli məktubla müvafiq hüquqi yardım göstərilərək iddia tələbinin aydın olmadığı və inzibati məhkəmə icraatında hüquqi marağın nədə ifadə olunduğu izah edilmişdir.
12. Hazırki işdən görünür ki, iddiaçının hüquqi marağı MTK ilə bağladığı müqaviləyə əsasən (hesab edir ki, istehlakçı kimi) hüquqlarının müdafiə edilməsi ilə bağlıdır və iddiaçının cavabdeh inzibati orqana müraciətinə cavab olaraq ona müqavilə münasibətlərindən irəli gələn hüquqlarının müdafiə edilməsi üçün səmərəli hüquq müdafiə vasitəsi hesab edilən mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
13. İddia tələbi zərərin əvəzinin ödənilməsi hissəsində əsas tələbə (müraciətlərilə əlaqədar yenidən apaşdırma aparılması öhdəliyinin (vəzifəsinin) yerinə yetirilməsi) münasibətdə subsidiar xarakter daşıdığı üçün əsas tələbin mümkünsüzlüyü həmin törəmə tələbi də mümkünsüz edir.
14. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddia tələbi üzrə iddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva