Məhkəmə qərarları › İş №2-1(112)-1363/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1363/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1363/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə cavabdehin imtinasının qanunsuz hesab edilərək ləğv edilməsi və onun əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı FHN-nin 10 dekabr 2009-cu il tarixdə 2826 №-li göndərişi ilə Xüsusi Həkim Ekspertiza Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Xəstəlik haqqında şəhadətnamə № 180. Diaqnoz: "Funksiyaların mülayim dərəcədə pozulması ilə davamlı ağrı sindromu sol tərəfli postravmatik qanartroz, medial menskin degenerasiyası. Beyker sisti". Xəstəlik, hərbi xidmət dövründə alınmışdır. "Xəstəlik cədvəlinin" 65b C maddəsinin qrafasına ƏTC-əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı və FHN-nin xx.xx.2009-cu il tarixli 057 nömrəli əmri ilə təsdiq edilmiş "Xüsusi-həkim ekspertiza haqqında Əsasnamə"yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilir. Xidmət dövrü xx.xx.1998-ci ildən xx.xx.2010-cu ilədəkdir. Azərbaycan Respublikası FHN haqqında Əsasnamənin 10.10.6-cı bəndi rəhbər tutularaq "Azərbaycan Respublikası DİO-da xidmət keçmə haqqında əsasnamə"nin 135-ci maddəsinin 6-cı bəndinə əsasən iddiaçı səhhətinə görə xidmətdən xaric edilmişdir. 2016-cı il tarixdə bütün əlillər kimi iddiaçının müddəti 5 il müddətinə uzadılmışdır. 2021-ci il mart ayında əlillik müddəti bitdiyi üçün aprel ayında yaşayış yeri üzrə Binəqədi rayon 35 saylı poliklinikaya nevropotoloqa müraciət etmiş, Məlikov adına 6 saylı Xəstəxananın Nevroloji şöbəsində müalicə almaq üçün göndəriş verilmişdir. Müalicə aldıqdan sonra xx.xx.2021-xx.xx.2021 polklinikadan əlilliyin təkrar şəhadtələnməsi üçün 05.05.21-ci il tarixdə TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsi No ******* AAC М3 VESKS-kodu **********07 - Forma 88 göndərilmişdir. KTV, MRT Dopler Müayinəsi, Uzi, EEQ (Elektroensefaloqrafık müayinə). Koaquloqramma, EKQ, Müalicə aldığı xəstəxanaların epikrizlərı, poliklinikanın forma 88ləri. Əməliyyata göstəriş olması barədə göndərişlər. Həkim müayinələri zamanı yazılan dərman reseptləri. Bütün bu qeyd olunanlara baxmayaraq 03.06.21 tarixli TSEK tərəfindən verilən sənədə əsasən əlillik təyin edilməsindən imtina edilib. Səbəb: Diaqnoz və ağırlaşma əlilliyin təyininə əsas vermir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Lakin cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2009-cu il tarixli 180 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən qoyulmuş diaqnoz üzrə əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə və tələbin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Fövqəladə Hallar Nazirliyinin 180 saylı xx.xx.2009-cu il tarixili Xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, iddiaçının aldığı travma üzrə «Funksiyaların mülayim dərəcədə pozulması ilə davamlı ağrı sindromlu sol tərəfli postravmatik qonartroz, medial meniskinin degenerasiyası. Beyker sisti.» diaqnozu müəyyən edilməklə “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmişdir. İş materiallarından görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 35 nömrəli Şəhər Poliklinikasının 2732003AACM3 nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2021-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər, Azərbacan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli 180 nömrəli Şəhadətnaməsi və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi təsdiqlənməmiş, lakin sağlamlıq vəziyyətində hərbi səbəblə əlaqəli olmayan dəyişikliklər (xəstəliklər) olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İşdə olan Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli göndərişindən görünür ki, iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilərək, ona Əsas diaqnoz: M21- Ətrafların digər qazınılma deformasiyaları, Ətrafın qazanılma deformasiyası, Ağırlaşma – M24.5- Oynaqların kontrakturası, Hər iki diz oynağının bükücü kontrakturası-85 dər.; M26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Axsama və yerişin pozulması; M17- Qonartroz [diz oynağının artrozu], Hər iki diz oynağının artrozu; M71.2- Dizaltı nahiyənin sinovial [Beyker] kistası, Hər iki dizaltı nahiyyənin beyker sisti; R52.2- Digər daimi ağrı, Daimi agri sindromu; M13.9- Dəqiqləşdirilməmiş artrit, Hər iki diz oynağının artriti; M22.4- Diz qapağının xondromalyasiyası, Hər iki diz oynağının İV dərəcəli xondromalaziyası; S83.2- Meniskin təzə cırılması, Hər iki dizdə medial meniskin İİ dərəcəli degenerativ dəyişilkiyi diaqnozu qoyulmuşdur. İş materiallarından görünür ki, həmin göndəriş əsasında cavabdeh tərəfindən iddiaçının əlilliyi qiymətləndirilmiş, xx.xx.2023-cü il tarixli qərar ilə “Göndərişin natamam doldurulması - Səbəb: xx.xx.2021-ci il tarixli Qərar qüvvədə saxlanılır” məzmununda qərar qəbul edilmişdir. Belə ki, cavabdehin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17- 4/3-3-2258/2023 saylı qərarında göstərilmişdir ki, “Bakı şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü X2 (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7. bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə İkinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (ESDAS **********1). Yenidən əlillik təyinatının səbəbəlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın əlillik təyinatının səbəb-əlaqəsinin dəyişdirilməsi müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbacan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən xx.xx.2009cu il tarixli 180 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Funksiyarın mülayim dərəcədə pozulması ilə davamlı ağrı sindromlu sol tərəfli postravmatik qonartroz, medial meniskinin degenerasiyası, Beyker sisti” diaqnozİu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri, kəllə beyin travmasının nəticələri Postravmatik ensefalopatiya. Beyin daxili da Bel-oma fəqərələrinin osteoxondrozu fonunda L5 radikulopatiyası, əzələ gərginliyi, tez-tez residivləşən ağrı sindromu. Döş və bel fəqərələrində şmorle yırtığı nəticəsində xroniki lumbalgiya. Fəqərəarası disklərin Çox saylı protruziyarı və yırtıqları, Çanaq orqanlarının funksiyasının pozulması sidik saxlamamazlıq (Qeyri-iradi sidik ifrazı). Qeyri-iradi sidik ifrazı, Çanaq orqanlarının funksiyasının pozulması sidik saxlamamazlıq. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), OU- Diabetik retinopatiya. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə)’’ diaqnozuna dair anamnestik məlumatlar toplanmışdır. Şəkərli diabet xəstəliyinin əlillik təyinatına əsas verən çoxsaylı ağırlaşmaları müəyyən edilmişdir. Hazırkı sağlamlıq vəziyyətinin hərbi ilə səbəb əlaqəsi təsdiqlənmir” kimi qeyd olunmuş, 2.2.7 bəndinə müvafiq olaraq Ümumi xəstəliklə əlaqədar beş il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı çoxsaylı fərqli somatik şikayətlər (yüksək arterial təzyiq, qanda yüksək şəkər, xondromalasiya, diz oynaqlarında hərəkət məhdudluğu, belində yırtıq) bildirmişdir. Hal-hazırda medikamentoz preparatlar qəbul etmədiyini qeyd etmişdir. Müayinə zamanı sol dizdə 180-110 dərəcə hərəkət həcmi göstərmiş, aşağı ətraflarda parez, iflic izlənilməmişdir. Avrasiya Klinikasının xx.xx.2021-ci il tarixli MR müayinəsinin nəticəsi “L10-11, Th 11- 12 diskdə hər iki nevral forameni və dural kisəni sıxan 2 mm arxa mərkəzi protruziya izlənilir. L2-3 diskdə hər iki nevral forameni və dural kisəni sıxan 3 mm ölçüdə geniş əsaslı arxa mərkəzi protruziya izlənilir. L3-4 diskdə hər iki nevral forameni və dural kisəni sıxan 4 mm ölçüdə saq parasantral yırtıq izlənilir. L4-5 diskdə hər iki tərəf L5 sinir kökcüyünü və dural kisəni sıxan 7mm ölçüdə arxa mərkəzi yırtıq izlənilir” kimi qeyd olunmuşdur. Avrasiya Hospitalın xx.xx.2022-ci il tarixli Sol dizin MR müayinəsinin nəticəsi “Patellofemoral artroz. Grade İV patellar xondromalyaziya. Patellanın lateral faset üzündə 2mm ölçüdə osteoxondral zədələnmə ocağı. Medial meniskusun arxa buynuzunda İİ dərəcə degenerasiya. Dizaltı nahiyədə gastrocnemius əzələsinin medial başını əhatə edən 73×39 mm ölçüdə Baker kistası. Dizin lateral hissəsində dərialtı genişlənmiş varikoz venalar” kimi qeyd edilmişdir. Avrasiya Hospitalın xx.xx.2022-ci il tarixli Sağ çiyin MR müayinəsinin nəticəsi “Bazu sümüyünün başında yuxarıya yerdəyişmiş köhnə sınıq. Bazu sümüyünün boynunda 20×10 mm ölçüdə sümük infarktı sahəsi. Akromioklavikular oynaqda hipertrofikdegenerativ dəyişikliklər. Supraspinatus vətərində minimal tendinozis və peritendoneal ödem. Subskapularis vətərində subkorakoid impingement. Subkorakoid bursada minimal maye yığıntısı" kimi qeyd olunmuşdur. Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Hər iki diz oynaq yarıqlarının qeyribərabərdaralması, artritləri. Hər iki diz oynaqlarının lateral dislokasiyası. MRT müayinəsi Sağ diz oynağı İV dərəcə xondromalyaziya. İİ dərəcə degenerasiya 51×25 mm. Beker kistası. Sol diz İV dərəcə xondromalyaziya, İİ dərəcə degenerasiya 73×39 mm ölçüdə Beker kistası. Bükücü kontrakturası. Bazu sümüyü başının yuxarı yerdəyişmiş sınığı. Boynunda 20×10 mm ölçüdə infarkt sahəsi. Burtit, sinovit, tendovaqinit. Bazunun kəskin uzaqlaşdıncı kontrakturası -10 dərəcə uzaqlaşma. Funksiya pozğunluğu. Daimi ağrı sindromu, axsama və yerişin pozulması" kimi qeyd edilmişdir. X4 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Biopotensiallar yaş xüsusiyyətlərinə uyğundur. Patoloji ocaqlı və epileptiform dəyişikliklər aşkar olunmadı" kimi qeyd olunmuşdur. Medi-Style Hospitalın xx.xx.2023-cü il tarixli EMG müayinəsinin nəticəsi “Hər iki ayaqda S1 daha ifadəli olmaqla L5, S1 innervasiyalı əzələlərdə xroniki dövr radikulopatiya və sağda orta dərəcəli, solda ağır dərəcəli Karpal Tunel sindromu lehinə dəyərləndirilir"’ kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin xx.xx.2021-ci il tarixli Ümumi Xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.” İddiaçı bu qərar ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı təkrar əyani müayinəyə cəlb edilməklə əlilliyin təyin edilməsi barədə müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmiş, cavabdeh həmin qərardadın icrası məqsədilə iddiaçının əyani müayinəsini həyata keçirərək xx.xx.2024-cü il tarixli qərarla göstərmişdir ki: “Bakı şəhər sakini xx.xx.1971-ci il təvəllüdlü X2 (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2021-ci il tarixli göndəriş əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7. bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə İkinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (ESDAS **********1). Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin T00073549NTM nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. (Səbəb: xx.xx.2021-ci il tatixli Qərar qüvvədə saxlanılır. ESDAS 3-17-4/3-1-9868/2023). Məhkəmə qərardadı əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbacan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən xx.xx.2009-cu il tarixli 180 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə ‘‘Funksiyanın mülayim dərəcədə pozulması ilə davamlı ağrı sindromlu sol tərəfli postravmatik qonartroz, medial meniskinin deqenerasiyası. Beyker sisti” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı Şəkərli diabet xəstəliyinin əlillik təyinatına əsas verən çoxsaylı ağırlaşmaları müəyyən edilmişdir. Hazırkı sağlamlıq vəziyyətinin hərbi ilə səbəb əlaqəsi təsdiqlənmir” kimi qeyd olunmuş, 2.2.7 bəndinə müvafiq olaraq Ümumi xəstəliklə əlaqədar beş il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı çoxsaylı fərqli somatik şikayətlər (yüksək arterial təzyiq, qanda yüksək şəkər, xondromalasiya, diz oynaqla nnda^ hərəkət məhdudluğu, belində yırtıq) bildirmişdir. Hal-hazırda medikamentoz preparatlar qəbul etmədiyini qeyd etmişdir. Müayinə zamanı sol dizdə 180-110 dərəcə hərəkət həcmi göstərmiş, aşağı ətraflarda parez, iflic izlənilməmişdir” kimi qeyd olunmuş, xx.xx.2021-ci il tarixli Ümumi Xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “İnsulindən asılı olmayan şəkərli diabet. Koma ilə. Şəkərli diabet, 2 tip” diaqnozu araşdırılmışdır. Xəstənin müayinəsi zamanı aşağı ətraflarında hərəkətsizlik, zob, şəkərli diabetdən şikayətlənmişdir. Müayinə zamanı aşağı ətraflarda hərəkətləri sərbəst və tam həcmdə olmuş, rentgendə sümük üstlüyü, oynaq başlığı tamlığı pozulmamış, oynaq yarığı tam açıq olmuş, əməliyyat aparılmadığı müşahidə edilmişdir. Avrasiya Hospitalın xx.xx.2022-ci il tarixli Sol dizin MR müayinəsinin nəticəsi “Patellofemoral artroz. Grade İV patellar xondromalyaziya. Patellanın lateral faset üzündə 2mm ölçüdə osteoxondral zədələnmə ocağı. Medial meniskusun arxa buynuzunda İİ dərəcə deqenerasiya. Dizaltı nahiyədə gastrocnemius əzələsinin medial başını əhatə edən 73×39 mm ölçüdə Baker kistası. Dizin lateral hissəsində dərialtı genişlənmiş varikoz venalar” kimi qeyd edilmişdir. Bakı Respublika Endokrinoloji Mərkəzin xx.xx.2022-ci il tarixli Ambulator kitabçadan çıxarışında diaqnoz “Şəkərli diabet, tip 2” kimi qeyd edilmişdir. X5 və Travmatologiya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Hər iki diz oynaq yarıglarının geyri-bərabər daralması, artritləri. Hər iki diz oynağlarının lateral dislokasiyası. MRT müayinəsi Sağ diz oynağı İV dərəcə xondromalyaziya. İİ dərəcə degenerasiya 51×25 mm, Beyker kistası. Sol diz İV dərəcə xondromalyaziya, İİ dərəcə degenerasiya 73×39 mm ölçüdə Beyker kistası. Bükücü kontrakturası. Bazu sümüyü başının yuxarı yerdəyişmiş sınığı. Boynunda 20×10 mm ölçüdə infarkt sahəsi. Burtit, sinovit, tendovaginit. Bazunun kəskin uzaglaşdırıcı kontrakturası -10 dərəcə uzaglaşma. Funksiya pozğunluğu. Daimi ağrı sindromu, axsama və yerişin pozulması" kimi qeyd edilmişdir. X4 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi ‘Biopotensiallar yaş xüsusiyyətlərinə uyğundur. Patoloji ocaqlı və epileptiform dəyişikliklər aşkar olunmadı" kimi qeyd olunmuşdur. Medi-Style Hospitalın xx.xx.2023-cü il tarixli EMG müayinəsinin nəticəsi “Hər iki ayaqda S1 daha ifadəli olmaqla L5, S1 innervasiyalı əzələlərdə xroniki dövrradikulopatiya və sağda orta dərəcəli, solda ağır dərəcəli Karpal Tunel sindromu lehinə dəyərləndirilir” kimi müəyyənləşdirilmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Diz MRT müayinəsinin nəticəsi “Patellofemoral oynaq səthlərində kənar osteofitlər, gr4 xondromalyasiya, subxondral sümük toxumada deqenerasiya ocaqları. Lateral meniskin ön buynuzunda gr2 degenerasiya. Medial meniskin arxa buynuzunda gr2 degenerasiya. Diz nahiyədə dərialtı varikoz genişlənmiş venalar” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmişdir. Əlillik təyinatına əsas verən şəkərli diabet xəstəliyinin ağırlaşmalarının xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar xx.xx.2021-ci il tarixli 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır”. İddiaçı hazırda cavabdehin bu qərarları ilə razılaşmır və hərbi xidmət zamanı aldığı xəsarətin ona əlillik təyin edilməsinə imkan verdiyini bildirir. Məhkmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşdən görünür ki, iddiaçı ona əlilik təyin edilməsinə imkan verən xəstəlik kimi Fövqəladə Hallar Nazirliyinin 180 saylı xx.xx.2009-cu il tarixili qərarı ilə şəhadətləndirilmiş «Funksiyaların mülayim dərəcədə pozulması ilə davamlı ağrı sindromlu sol tərəfli postravmatik qonartroz, medial meniskinin degenerasiyası. Beyker sisti.» diaqnozunun götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. İşdən görünür ki, iddiaçı barəsində verilmiş sonuncu xx.xx.2023-cü il tarixli göndərişdə ona qoyulan diaqnozlar həmin Meyarlada əlillik təyin edilməsi nəzərdə tutulan xəstəliklərə aid olsa da, həmin əlilliyin təyini üçün tələb olunan qiymətləndirmə meyarlarından hər hansı biri mövcud deyil. Məsələn, göndərişdə iddiaçıya “qonartroz” diaqnozu qoyulmuşdur. Meyarların 13.4.41-ci yarımbəndinə əsasən həmin diaqnoz üzrə əlillik təyin edilməsi üçün hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz) tələb edilir ki, bu halın iddiaçıda movcud olması işdə olan sübutlarla (tibbi sənədlərlə) müəyyən edilmir. Bu hal eynilə, iddiaçıya qoyulmuş digər diaqnozlara da aiddir. Yəni işin halları ilə iddiaçının hərbi xidmət dövründə sağlamlığının pozulması müəyyən edilsə də, həmin xəstəliyin iddiaçıya əlillik təyin edilməsi üçün Meyarlarda göstərilən əlamətləri (xəstəliyin gedişatının forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələri və tezliyi, patoloji prosesin yayılması kimi kliniki funksional xüsusiyyətləri) özündə əks etdirməsi iş materialları ilə müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının tələbinin təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar