Məhkəmə qərarları › İş №2-1(112)-13630/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13630/2025

17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13630/2025 17.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyinə qarşı “Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixdən əlilliyin təyin olunması barədə qərarının ləğv edilməsi, iddiaçı barəsində 2-ci dərəcəli əlilliyin ləğv edilən tarixdən bərpa edilməsi və 2-ci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ləğv edilmiş 2-ci dərəcəli əlilliyinin bərpa edilərək müddətsiz təyin edilməsi, 2-ci dərəcəli əlilliyinin ləğv edildiyi tarixdən əlilliyin bərpa edilərək müddətsiz təyin edilən tarixə kimi əmək pensiya məbləğinin qanunvericiliyin tələbinə uyğun olaraq indeksləşdirilərək ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə keçirilmiş məhkəmə iclaslarında işin halları müzakirə edilmiş, mübahisənin vəziyyəti izah edilmiş, iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəyişdirilməsi zəruri olduğu barərə bildirilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixdən əlilliyin təyin olunması barədə qərarının ləğv edilməsi, iddiaçı barəsində 2-ci dərəcəli əlilliyin ləğv edilən tarixdən bərpa edilməsi və 2-ci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci ilin fevral ayından ümumi xəstəlik nəticəsində iddiaçıya 2-ci dərəcəli əlillik təyin edilmiş və əlilliyin müddəti hər il olmaqla 8 (səkkiz) dəfə ardıcıl olaraq təsdiqlənərək 2016-cı ilə kimi uzadılmışdır. 2016-cı ildə əlillik dərəcəsi daha 5 (beş) il müddətinə uzadılmışdır. Beləliklə əlilliyi fasiləsiz olaraq 13 (on üç) il davam etmişdir. 2016-cı ildə əlilliyi 5 (beş) il müddətinə uzadılarkən o vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin tələbləri kobud şəkildə pozularaq müddətli təyin edilmişdir. Belə ki, Əsasnamənin həmin qeyd olunan maddəsinə əsasən əlilliyi 13 (on üç) il fasiləsiz təyin edildiyindən müddətsiz təyin edilməli idi. Əlilliyinin 13 (on üç) il fasiləsiz olaraq davam etməsinə və saysız-hesabsız (24 ədəd dizaqnoz) xəstəliklərinin olmasına baxmayaraq sonradan qanuna zidd olaraq əlilliyi ləğv edilmişdir. Ləğv edilməsinin qanuna zidd olmasını nəzərə alaraq əlillik dərəcəsinin bərpa edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra ƏƏSMN) poçt vasitəsilə kağız daşıyıcısında rəsmi müraciət etdi. e-Sosial tətbiqindən Şəxsi Kabinet vasitəsilə yükləyərək cavabı əldə etmişdir. Məktubla tanış olduqda aydın oldu ki, 30 sentyabr 2015-ci il tarixli 1308-1VQ nömrəli “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.13-cü maddəsinin (7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır) və 21 oktyabr 2005-ci il tarixli 1036-İİQ nömrəli “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 79.5,-ci maddəsinin (79.5. Şikayət instansiyası şikayətə baxılmasını heç bir halda şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz) tələbləri kobud şəkildə pozularaq araşdırılması məqsədilə ƏƏSMN nəzdində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Hadisənin belə cərəyan etdiyini görərək xx.xx.2025-ci il tarixində ƏƏSMN-nə bir daha müraciət (əlavə) etmək məcburiyyətində qaldı. xx.xx.2025-ci il tarixli rəsmi müraciətinə də rəsmi cavab verilməmişdir. Dəfələrlə 142 qısa nömrə vasitəsilə rəsmi cavabı tələb etsə də yenə də müraciətlərinə kağız daşıyıcısında rəsmi cavablar göndərilməmişdir və 142 qısa nömrə operatoru vasitəsilə bildirilmişdir ki, guya cavab məktubları göndərilib. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən iddiaya dair təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 26 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: 12 barmaq bağırsağın xora xəstəliyi. Laparatomiya.Subtotal kolektomiyadan sonrakı vəziyyət.Bitişmə xəstəliyi.Hissəvi bağırsaq keçməməzliyi. Meqakolon. Transverzptoz.Yoğun bağırsağın hipomotor diskineziyası.Xoradan qanaxma ilə..Mədə bağırsaq qanaxması.12 barmaq bağırsağın soğanağının deformasiyası. Postbulbar hissənin darlıqlı deformasiyası.Tənəffüs çatmamazlığı İİ dərəcə..Ağciyərlərin emfizeması.Presbiopiya, .Hipertoniya xəstəliyi İİ dərəcə..Asteno-nevrotik sindrom.NSD-kardial tipli..Xroniki pankreatit.Eroziv qastrit. Qastroduodenal reflüks.QBDDY..Bronxial astma,infeksion allergik forma,tez-tez boğulma tutmaları ilə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Köməkçi diaqnostik laborator və obyektiv müayinələrin nəticələri əlillik təyininə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli xxxxxxx0006 nömrəli Qərarı ilə İddiaçı əlilliyinin müəyyən edilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən və məhkəmə iclasında iştirak edən tərəflərin çıxışlarını dinlədikdən sonra hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinə əsasən 1.1.Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2.İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);... 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.https://e-qanun.az/framework/46956 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarına əsasən 1.1.Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4.Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3.Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia ərizəsindən göründüyü kimi iddiaçının hüquqi marağı- əlilliyin müəyyən edilməsindən imtina barədə qərarın ləğv edilməsi və 2-ci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinə nail olmasına yönəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.4. Ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İddiaçının əlverişsiz inzibati aktın – cavabdehin qərarının ləğv edilməsi barədə iddiası mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərti, iddia müddətidir. İş materiallarından göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli xxxxxxx0006 nömrəli Qərarı ilə İddiaçı əlilliyinin müəyyən edilməsindən imtina edilmiş, iddiaçı həmin qərar barədə 2021-ci il tarixdən məlumatlı olmasına baxmayaraq məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehin qəbul etdiyi inzibati aktın mübahisələndirilməsi üçün 4 ildən sonra məhkəməyə müraciət edilməklə qanunvericilikdə müəyyən edilmiş iddia müddəti buraxılmışdır. Məhkəmə tərəfindən iddiaçıya 20 avqust 2025-ci il tarixli hüquqi yardım barədə məktub ünvanlanaraq, xx.xx.2021-ci il tarixli qərarın mübahisələndirilməsi üçün iddia müddətininin buraxıldığı bildirilmişdir. İddiaçı tərəfindən məhkəməyə müddətin bərpası barədə ərizə təqdim edilərək bildirilmişdir ki, iddiaçıya 2008-ci ilin fevral ayından ümumi xəstəlik nəticəsində 2-ci qrup əlillik təyin olunmuşdur. 2021-ci ilin iyun ayında qanunsuz olaraq əlilliyin təyinatı dayandırılmışdır. Halbu ki, iddia ərizəsində qeyd etdiyi əsaslara uyqun olaraq əllik müddəti 10(on) il fasiləsiz olaraq davam edərsə müddətsiz olaraq əlilliyin təyin olunması barədə qəbul edilməli idi. Bu cür tam qanunsuz olaraq qərarın qəbul edilməsi və belə qərarın müddətin keçməsi ilə qanuni qüvvəyə minməsi birbaşa olaraq ədalət sisteminin pozulması deməkdir. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddiaçı xəstəlikdən uzun müddətdir ki, əziyyət çəkir. İddiaçının belə bir qərarın mahiyyətindən və müddətindən xəbəri olmayıb . Qanunda da qeyd olunub ki, savadsızlıq üzündən iddia müddəti bərpa oluna bilər. İddiaçı indiyə qədər xəstəlikdən əziyyət çəkir və heç bir qanunlardan və həmin qanunların necə tətbiq olunmasından xəbəri yoxdur. İddiaçıya dövlət orqanları tərəfindən belə bir hüququ izah edilməmişdir. İndi bir sual yaranır ki, iddiaçı bu xəstəlik və savadsızlıq ilə hardan bilə bilərdi ki, 2 (iki) ay müddətində rəsmi olaraq tanış olmadığı qərardan şikayət etməlidir. Bundan əlavə iddiaçının üzərində olan digər öhdəliklər vardır. O bu xəstə halı ilə ahıl xəstə 80 yaşlı anasına, xəstə yoldaşına və İ qrup əlil övladına baxır. Bu qədər çətin həyat şəraiti altında bir qadın kimi öz üzərinə düşən valideynlərə baxmaq vəzifəsini, xəstə həyat yoldaşına və əlil uşaqlarına qulluq etmək öhdəliklərini çətinlik olsa da yerinə yetirməyə çalışır. İndiyə qədər ona rəsmi olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertizası və Reabilitasiya Agentliyi tərəfindən qəbul olunmuş Qərar ilə bağlı ünvanına heç bir rəsmi məktub və ya telefona heç bir bildiriş gəlməmişdir. Bu hal bir mənalı olaraq müddətin bərpası üçün əsasdır. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərdiyi hallar buraxılmış iddia müddətinin bərpası üçün əsas sayıla bilməz.Belə ki, iddiaçının iddia ərizəsindən də göründüyü kimi, iddiaçı əlilliyin müəyyən edilməsindən imtina barədə 2021-ci ildə məlumatlı olmuş, inzibati orqanına bununla bağlı müraciətləri olmuş, o cümlədən 2024-cü ildə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə, və müvafiq cavabları almışdır.. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitsiya Agentliyinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixdən əlilliyin təyin olunması barədə qərarının ləğv edilməsi, iddiaçı barəsində 2-ci dərəcəli əlilliyin ləğv edilən tarixdən bərpa edilməsi və 2-ci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar