Məhkəmə qərarları › İş №2-1(112)-13633/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13633/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13633/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X3, Üçüncü şəxs Z.Hüseynovanın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X6 və X8) qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq yeni çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 107F, qapı 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, təqdim olunan bölgü sxemi ərizəçi və digər payçılar tərəfindən imzalanaraq notariat qaydada təsdiq olunduğu halda ərizənin icrasına yenidən baxıla bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 107F, qapı 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üçdə bir hissəsi - 4.3 kv.metr sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və mövcud vəziyyəti əks etdirən texniki parsportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 107F, qapı 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi paylı mülkiyyətdədir və həmin qeyri-yaşayış sahəsinin üçdə bir hissəsi ona məxsusdur. 08 fevral 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" təqdim edilmişdir. Lakin hazırda həmin sahəyə dair digər hüquq sahiblərinin adlarının qeyd olunmadığı yeni çıxarışın verilməsi zərurəti yaranmışdır. Belə ki, qeyd olunan qeyri-yaşayış sahəsi paylı mülkiyyət olduğundan ona məxsus 4.3 kv.metr sahənin satılması zamanı digər hüquq sahiblərinin razılığı tələb olunur və bu da onun hüquqlarının məhdudlaşdırılması və pozulması deməkdir. Belə olan halda, ona aid olan mülkiyyətin ümümi paylarda olması mülkiyyətçi olaraq hüquqlarını məhdudlaşdırdığı üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 107F, qapı 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona aid olan hissəyə dair müvafiq çıxarışın və mövcud vəziyyətinə uyğun olaraq texniki pasportun verilməsi xahiş edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, təqdim olunan bölgü sxemi ərizəçi və digər payçılar tərəfindən imzalanaraq notariat qaydada təsdiq olunmadığı üçün ərizənin icrası mümkün olmamışdır. Cavabdeh təşkilatın imtinası qanunvericiliyin tələblərinə ziddir və mülkiyyətçi kimi hüquqularını pozur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 və X8 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və digər üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 12.90 kv.metr olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 107F, qapı 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ ilə X4 (1/3 hissə), X5 (1/3 hissə) və İddiaçı (1/3) məxsusdur. Həmin paylı mülkiyyətçilərdən İddiaçı hazırda ümumi mülkiyyətlərində olan həmin qeyri-yaşayış sahəsinin üçdə bir hissəsi - 4.3 kv.metr sahəsi üzərində onun mülkiyyət hüquqlarını qeydiyyata alaraq daşınmaz əmlakın dövlət reyestrindən ayirıca yeni çıxarışın və mövcud vəziyyəti əks etdirən texniki pasportun verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Göründüyü kimi, qanunvericiliyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya ümumi mülkiyyətdə olan əşya sayılır və ümumi mülkiyyətin bir növü olan ümumi paylı mülkiyyətə xitam verilməsi üçün əmlak fiziki olaraq bölünməlidir. İddiaçı hazırda mübahisəli əmlakın ona məxsus hissəsinə fiziki cəhətdən bölünmüş əmlak kimi ayrıca çıxarış verilməsini xahiş etsə də, həmin əmlakın bölünməsi ilə bağlı nə digər paylı mülkiyyətçi ilə arasında olan razılığı, nə də məhkəmə qərarını təqdim etmişdir. Məhkəmə qeyd edir ki, qanunverici daşınmaz əmlakın sxematik bölgüsünün aparılması ilə bağlı müraciət edən şəxslərin xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, əmlaka dair hüquqmüəyyənedici sənədlər və müvafiq ərizə təqdim etdiyi halda bölgü sxemin tərtib edilməsini cavabdehə həvalə etmişdir, hansı ki, bu bölgü sxem əsasında bölünmüş əmlaka dair hər bir şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun reyestrdə ayrıca qeydiyyatı mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İstinad olunan normalardan görünür ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi tərəflərin razılığı ilə həyata keçirilir. Əgər belə razılıq yoxdursa, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırkı halda tərəflər arasında paylı mülkiyyətin bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyil. İşdə olan xx.xx.2022-ci il tarixli Nizami rayonu, Q.Qarayev pr. 107F, qapı 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bölgü sxemindən görünür ki, cavabdeh 4.3 kv.metr İddiaçı, 8.6 kv.metr X4 və X5 məxsus olmaqla, mübahisəli qeyri-yaşayış sahəsinin bölgü sxemini tərtib etmiş, tərəflər imzalamamışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Q.Qarayev pr. 107F ünvanında yerləşən qeyri-yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsi 12.9 kv.metrdir. Qeyri-yaşayış sahəsi 1 mərtəbəli binanın bir hissəsində yerləşir. Qeyri-yaşayış sahəsi paylı mülkdür. texniki pasporta uyğundur. Qeyri-yaşayış sahəsinin bölünəcək hissələrinin giriş-çıxışları ayrıdır. X6 və X8 yenə də paylı olaraq qalır (8.6 kv.metr). Məhkəmə iclasında iştirak edən digər paylı mülkiyyətçilər olan üçüncü şəxslər S.Əjdərova və üçüncü şəxs Z.Hüseynovanın nümayəndəsi R.Hüseynov qeyri-yaşayış sahəsinə dair payların naturada bölünməsi barədə iddiaçı ilə aralarında razılığın mövcud olmadığını bildirdilər. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün məsələ ilə bağlı həmin qeyri-yaşayış sahəsinin naturada bölünməsi ilə bağlı ümumi məhkəməyə müraciət etməlidirlər. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 6alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar