Məhkəmə qərarları › İş №2-1(112)-13637/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13637/2025

22.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13637/2025 22.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin düzgün müəyyən olunması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2021-ci il tarixdə əlillik dərəcəsinin 2-ci qrup əlillik dərəcəsindən 3-cü qrup əlillik dərəcəsinə keçirilməsi haqqında qərarın ləğv edilməsi, canlı müayinədən sonra əlillik dərəcəsinin düzgün müəyyən olunması haqqında qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixdə ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. xx.xx.2006-cı ildə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik qrupunun 3-cü dərəcəli əlillik dərəcəsinə endirilmişdir. xx.xx.2010-cu ildə yenidən ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş, TSEK-in xx.xx.2011-ci il, xx.xx.2012-ci il və xx.xx.2015-ci il tarixli arayışlarına əsasən 2-ci qrup əlillik dərəcəsi təsdiqlənmişdir. ƏƏSMN yanında DTSERA Xidmətinin xx.xx.2016-cı il tarixli qərarı ilə 2-ci qrup əlillik dərəcəsi təsdiqlənmiş və növbəti müayinə vaxtı xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Ona qərəzli olaraq 3-cü qrup əlillik təyin olunsa da, bu barədə qərar təqdim edilməmişdir.O məlum Gəncə hadisələri ilə bağlı həbs olunmuşdur və istintaqın gedişində müstəntiq tərəfindən vəziyyətini ağırlaşdıran hal kimi 3-cü qrup əlillik dərəcəsinin verdirəcəyi haqqında xəbərdarlıq edilmiş, nəticədə onun dediyi kimi olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, 121NN3Y0001 saylı göndərişə əsasən xx.xx.2005-cı il tarixdə 1 il müddətinə ilkin müayinə edilərək diqanozun mətni: ağır açıq kəllə-beyin tramvası. Baş beynin ağır dərəcəli əzilməsi. Subaraxnoidal qansızması. Sağ alın-təpə sümüklərinin çoxqəlpəli basılmış sınıqları cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol diz oynağının tramvadan sonrakı hemiartrozu.Görmə sinirinin distrofiyası. Meyar- 2.3.Üçüncü dərəcə əlillik=> Digər: 2.3 ağır açıq kəllə-beyin tramvası. Baş beynin ağır dərəcəli əzilməsi. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, 121NN3Y0002 saylı göndərişə əsasən xx.xx.2006-cı il tarixdə 1 il müddətinə təkrar müayinə edilərək diqanozun mətni: ağır açıq kəllə-beyin tramvası. Baş beynin ağır dərəcəli əzilməsi. Subaraxnoidal qansızması. Sağ alın-təpə sümüklərinin çoxqəlpəli basılmış sınıqları cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol diz oynağının tramvadan sonrakı hemiartrozu. Tramvadan sonrakı serebtal araxnoidit, tez-tez kəskinləşmələrlə. Görmə sinirinin distrofiyası. Meyar- 2.2.İkinci dərəcə əlillik=> Digər: 2.2 ağır açıq kəllə-beyin tramvası. Baş beynin ağır dərəcəli əzilməsi. Subaraxnoidal qansızması. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, 121NN3Y0003 saylı göndərişə əsasən xx.xx.2014-cü il tarixdə 1 il müddətinə təkrar müayinə edilərək diqanozun mətni: keçirilmiş QKBT-nın (1992 liftdən 9 mərtəbədən yıxılıb) qalıq əlamətləri Postramvatik enesfalopatiya. Subaraxnoidal qansızma. Asteno nevrotik sindrom. Meyar- 2.2.İkinci dərəcə əlillik=> Digər: 2.2 keçirilmiş QKBT İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, 121NN3Y0004 saylı göndərişə əsasən xx.xx.2015-ci il tarixdə 1 il müddətinə təkrar müayinə edilərək diqanozun mətni: kəllədaxili tramva, keçirilmiş qapalı kəllə beyin zədələnməsinin qalıq əlamətləri. Digər neqativ pozuntular, Asteno nevrotik sindrom, Dəqiqləşdirilməmiş ensefalopatiya, epillepsiya, tez-tez cəngolma tutmalarla. Meyar- 2.2.İkinci dərəcə əlillik=> Digər: 2.2. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, 121NN3Y0005 saylı göndərişə əsasən xx.xx.2016-ci il tarixdə 5 il müddətinə təkrar müayinə edilərək diqanozun mətni: kəllədaxili tramva, keçirilmiş qapalı kəllə beyin zədələnməsinin qalıq əlamətləri. Digər neqativ pozuntular, Asteno nevrotik sindrom, Dəqiqləşdirilməmiş ensefalopatiya, epillepsiya, tez-tez cəngolma tutmalarla. Meyar- 2.2.İkinci dərəcə əlillik=> Digər: 2.2. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, 121NN3Y0007 saylı göndərişə əsasən xx.xx.2022-ci il tarixdə 5 il müddətinə təkrar müayinə edilərək diqanozun mətni: Generalizə olunmuş idiopatik epillepsiya və epileptik sindromlar, generalizə olunmuş toniko kloniki qıcolmalar. Astiqmatizm, OU mürəkkəb miopik astiqmatizm.üzvi mənşəli emosional labil pozuntu.xroniki xolesistit remissiya fazası, hepatoz İİ dərəcə sol diz oynağının artozu İİ dərəcə ağır sindromu ilə. Meyar- 2.3.Üçüncü dərəcə əlillik=> 2.3.4.epilepsiya seyrək tutmalarla(ayda iki dəfədən az olmamaqla)(G40- G40.9) Bakı ƏN Pentensiar Xidmətinin Müalicə müəsisəsi tərəfindən Tibbi-Sosial Ekspert Komissiyasına İddiaçı dair təqdim edilmiş (4449003AABLS xx.xx.2021-ci il tarixli göndəriş) Forma 88 arayışından görünür ki, həmin müəssisədə xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1994-cü ildir (xroniki). Əsas diaqnoz: T90.5. Kəllədaxili tramvaların nəticələri Ağırlaşma: G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, generalizə olunmuş toniko kloniki qıcolmalar. Yanaşı xəstəliklər: H52.2 Astiqmatizm, OU mürəkkəb miopik astiqmatizm. Üzvi mənşəli emosional labil pozuntu. Xroniki xolesistit remissiya fazası. Hepatoz İİ dərəcə. Sol diz ounağının artozu İİ dərəcə ağrı sindromu ilə. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli 121NN3Y0007 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli müayinə nəticəsində üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iddia cavabdehin iddiaçıya əlillik dərəcəsinin düzgün müəyyən olunması olmaqla məcburetmə haqqında iddia növündə irəli sürülmüşdür. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə üçüncü dərəcə əlillik təyin olunması barədə qərar qəbul edilmişdir. Həmin qərarın mübahisələndirilməsinə dair iddiaçı tərəfindən verilmiş iddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulan prosessual müddəti (30 gün) ötürərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda qeyd edildiyi kimi iddiaçıya əlilliyin təyin edilməsi haqqında qərarın qəbul edilməsindən 3 ildən artıq müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Bundan başqa, ərizə ilə canlı müayinədən sonra əlillik dərəcəsinin düzgün müəyyən olunması haqqında qərar qəbul edilməsini xahiş edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, iddia (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: -2.1-ci bəndinə görə göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. -2.3-cü bəndinə görə komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir -2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. -2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq tibb müəssisəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər tərtib edilir, gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir. “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə tibbi göndəriş yerləşdirildikdən sonra qiymətləndirmə aparılması üçün TSEK-in altsisteminə ötürülür. Bundan sonra TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Göründüyü kimi, yeni göndəriş göndərilmədiyi təqdirdə, cavabdeh tərəfindən əlilliyin təyinatının aparılması mümkünsüzdür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin düzgün müəyyən olunması" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar