Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1365/2022 25.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun kаtibliyi, iddiaçının vəkili və nümayəndəsi Səfərov Abuzər Qulamhüseyn oğlunun (Bakı şəhərində qeydiyyatdadır, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili), cavabdehin nümayəndəsi X1 (Cəbrayıl rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı Əmiraslan oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq İddiaçı 10.02.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Laçın rayonunda anadan olmuşdur. 28.09.1977-ci ildən 26.10.1978-ci ilədək Laçın Kolxozlararası Tikinti İdarəsi üzrə “K.Marks” adına kolxozda fəhlə işləmişdir, 26.10.1978-ci ildən 18.12.1980-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 01.07.1972- 30.06.2003-cü illərdə 13 nömrəli RAİTTT-nin 10 nömrəli Təmir Tikinti İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı, 30.06.2003-cü ildən 31.05.2010-cu ilədək İrlandiya Respublikasının “Kentech” şirkətində elektrik qaynaqçısı, 01.06.2010-cu ildən 04.03.2019cu ilədək "xxxx" MMC-də elektrik işində işləmişdir. Yuxarıda göstərilən müəssisələrdə qaynaqçı kimi işləyərkən gördüyü işlər əl ilə qaynaq işlərindən, eləcə də əl ilə qaynaq aparan elektrik qaynaqçısı işindən ibarət olmuşdur. Ümumilikdə onun əl ilə elektrik qaynaqçısı peşəsində iş stajı 17 il 11 ay təşkil edir. Onun bu günə qədər ümumi əmək stajı 29 il 9 ay 23 gün təşkil edir. Lakin, 10.02.2017-ci ildə 57 yaşı tamam olduğuna görə isə həmin vaxtadək olan ümumi əmək stajı isə 27 il 9 ay 23 gün olmaqla bunun 17 il 11 ayı isə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş illəridir. Ona 10.02.2017-ci ildən başlayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bununla əlaqədar olaraq o 20.04.2021-ci ildə ərizə ilə AR ƏƏSMN-nin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir, lakin həmin idarədə ərizənin 26.04.2021-ci ildə qəbul edilməsinə baxmayaraq bu günədək, yəni 08.06.2021-ci ilədək cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı 27.08.2021-ci ildə ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətə baxılaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sənədlərin təqdim olunması haqqında 02.09.2021-ci ildə məktub göndərilmişdir. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək peniyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şətlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (10 il 10 ay 29 gün (01.07.1992- 30.06.2003-cü il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli icmai məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən s(hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, məhkəmənin 2-1(112)-7844/2021 nömrəli, 05.08.2021-ci il tarixli qərardadı ilə iddiaçının 57 yaşı tamam olduğu 10.02.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi sənədləri ərizəsinə əlavə etməklə cavabdehə qətdim edilməsi üçün iddiaçıya 15 gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənə qədər qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdehə 2 ay müddət müəyyən edilmişdir. İddiaçı 23.08.2021-ci il tarixli ərizəsi ilə əmək kitabçasının təsdiq edilmiş surətini, hərbi biletinin təsdiqlənmiş surətini, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, yaşayış yerindən arayışı, “Rapid Soluşn” MMC-nin arayışını və 04.03.2019-cu il tarixli əmrini cavabdehə təqdim edərək ona 10.02.2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, lakin cavabdehin iddiaçıya ünvanlanmış 02.09.2021-ci il tarixli məktubundan göründüyü kimi iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının vəkili və nümayəndəsi X4 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Hüseynova Gülbəniz Ağahüseyn qızı iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi qismən təmin edilməli, qismən rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı ildə anadan olmuşdur. İddiaçının hərbi biletinin surətinə əssən iddiaçı 26.10.1978-ci ildən 18.12.1980-cı ilə qədər hərbi xidmətdə olmuşdur. "xxxx" MMC-nin DSMF-yə ünvanlanmış 18.03.2019-cu il tarixli məktubuna əsasən iddiaçı 01.06.2010-cu ildən 04.03.2019-cu ilə qədər həmin şirkətdə elektrik vəzifəsində işləmişdir. “MQS” müəssisəsinin E-516 nömrəli arayışına əsasən iddiaçı qaynaqçı kimi ixtisaslaşmış, bu barədə ona həmin müəssisə tərəfindən etibarlılıq müddəti 02.08.2004cü ildə bitən sertifikat verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 02.09.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şətlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (10 il 10 ay 29 gün (01.07.1992-30.06.2003-cü il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının əmək kitabçasının surətinə əsasən iddiaçı 28.09.1977-ci ildən 31.12.1978ci ilə qədər Laçın kolxozlararası tikinti idarəsində fəhlə, 01.07.1992-ci ildən 30.06.2003-cü ilə qədər 13 nömrəli Rayonlararası İstehsalat Təmir Tikinri Trestinin 10№li Təmir Tikinti İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı, 30.06.2003-cü ildən 01.01.2007-ci ilə qədər “Kentech (Caspian) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində qaynaqçı, 01.01.2007-ci ildən 25.07.2007-ci ilə qədər mexanik, 22.10.2007-ci ildən 31.12.2007-ci ilə qədər həmin şirkətdə qaynaqçı, 01.01.2008-ci ildən 27.04.2008-ci ilə qədər “Kentech Engineering end construction services limited” şirkətinin Bakı nümayəndəliyində qaynaqçı, 28.07.2008-ci ildən 12.11.2008-ci ilə qədər həmin qurumda elekrik, 09.12.2009-cu ildən 30.12.2009-cu ilə qədər həmin qurumda elektrik, 25.01.2010-cu ildən 31.05.2010-cu ilə qədər həmin qurumda elektrik, 01.06.2010-cu ildən 04.03.2019-cu ilə qədər “Rapid Solutions LLC” şirkətində elektrik işləmişdir, 09.04.2019-cu ildən 07.10.2019-cu ilə qədər işsizlikdən sığorta almışdır,15.12.2020-ci ildə “Rapid Solutions LLC” şirkətinə elektrik işləri üzrə texnik işinə qəbul edilmişdir və halhazırda da orada işləyir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın 28.02.2022-ci il tarixli məktubuna əlavə edilmiş arayışa əsasən İddiaçı əmək kitabçasında qeyd olunan 01.07.1992-ci ildən 30.06.2003-cü ilə qədər 13 №li Rayonlararası İstehsalat Təmir Tikinri Trestinin 10 №li Təmir Tikinti İdarəsində elektrik qaynaqçısı, 30.06.2003-cü ildən 01.01.2007-ci ilə qədər "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində qaynaqçı, 22.10.2007-ci ildən 27.04.2008-ci ilə qədər qaynaqçı peşələrində işlədiyi qaynaqçı peşələri SOCAR-ın müvafiq sahə üzrə fəaliyyət göstərən qurumunda əl ilə elektrik qaynaqçısı qeyd olunmuşdur.Bu peşə adı işçinin işlədiyi dövr ərzində qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”nda XXXİİİ.Ümumi peşələr” bölməsində 23200000-19906 kodlu əli ilə qaynaq aparan elektrik qaynaqçıları peşə adına və hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “35.Ümumi peşələr bölməsi”ndə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşə adına uyğundur. Qeyd olunan “Elektrik” peşəsinin SOCAR-da müvafiq işləri yerinə yetirən peşələrlə müqayisəsi üçün vətəndaşın əmək kitabçasında qeyd olunan məlumatların yetərli olmaması səbəbindən uyğunluğun təyin edilməsi mümkün olmamışdır. “Ziya” firmasının iddiaçının vəkilinin sorğusuna cavab olaraq təqdim etdiyi 11.03.2022-ci il tarixli və "xxxx" MMC-nin 15.03.2022-ci il tarixli məktublarına əsasən hər hansı bir şəxs (konkret halda isə iddiaçı) həmin müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində 12 il 6 aydan artıq müddətdə işləmiş olsa idi o zaman onun ümumi iş stajı 25 ildən artıq olduğu təqdirdə ona AR NK-nın 23.01.2007-ci il tarixli 12 nömrəli qərarına əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün olardı. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il təvəllüdlüdür, 10.02.2017-ci il tarixində onun 57 yaşı tamam olmuşdur, onun həmin tarixə əsgərlikdə xidmət etdiyi müddət də daxil olmaqla 26 ildən çox əmək stajı vardır, iddiaçı 10.02.2017-cı ilə qədər işlədiyi müddətin 17 ildən çox hissəsini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə - işləməsi əsası ilə ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmşdır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 10 ay 29 gün (01.07.1992-30.06.2003cü il tarixləri arasındakı dövr) təşkil edir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 03.05.2017-ci il tarixinə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İnzibati iş materiallarından göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtlərinə cavab verir. Yəni onun 57 yaşı 10.02.2017-ci ildə tamam olmuşdur, 57 yaşnın tamam olduğu tarixə onun ümumi əmək stajı hərbi xidmətdə olduğu dövrdə nəzərə alınmaqla 25 ildən çoxdur, həmin tarixə zərərli peşələrdə iş stajı isə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çoxdur. Belə ki, cavabdehin imtinasından göründüyü kimi cavabdeh iddiaçının 01.07.1992-ci ildən 30.06.2003-cü ilə qədər arasındakı dövrdə güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işləməsini mübahisələdirmir, lakin qalan dövrlərdə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verən peşələrdə işləməsini qəbul etmir ki, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı 30.06.2003-cü ildən sonra da, yəni 30.06.2003-cü ildən 01.01.2007-ci ilə qədər, 22.10.2007-ci ildən 31.12.2007-ci ilə “Kentech (Caspian) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində, 01.01.2008-ci ildən 27.04.2008-ci ilə qədər “Kentech Engineering end construction services limited” şirkətinin Bakı nümayəndəliyində qaynaqçı işləmişdir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın 28.02.2022-ci il tarixli məktubuna əlavə edilmiş arayışa əsasən İddiaçı əmək kitabşasında qeyd olunan 01.07.1992-c ildən 30.06.2003-cü ilə qədər 13 №li Rayonlararası İstehsalat Təmir Tikinri Trestinin 10 №li Təmir Tikinti İdarəsində elektrik qaynaqçısı, 30.06.2003-cü ildən 01.01.2007-ci ilə qədər "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində qaynaqçı, 22.10.2007-ci ildən 27.04.2008-ci ilə qədər qaynaqçı işlədiyi peşələr SOCAR-ın müvafiq sahə üzeə fəaliyyət göstərən qurumunda əl ilə elektrik qaynaqçısı peşəsinə uyğundur. Belə olan halda iddiaçının əl ilə elektrik qaynaqçı peşəsində iş stajı 57 yaşının tamam olduğu tarixə 12 il 6 aydan çoxdur. 23.01.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüuqqu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”nın “XXXİİİ.Ümumi peşələr” bölməsinə əsasən 23200000-19906 kodu ilə qeyd edilmiş əli ilə qaynaq aparan elektrik qaynaqçı peşəsi və hal- hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “35.Ümumi peşələr bölməsi”ndə göstərilən əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının işlədiyi peşələrin (2003-cü ildən sonrakı) güzəştli şərtlərlə pensiya hüququ verən peşə olub-olmamasını araşdırmamış, qeyd edilən araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən əsassız imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının iddia ərizəsindən və əlavə edilmiş ərizədən, habelə poçt qəbzindən və poçt xəbərnaməsindən göründüyü kimi iddiaçı ona xüsusi şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciətini 20.04.2021-ci ildə poçt vasitəsilə etmiş, həmin ərizəni və əlavə edilmiş sənədləri cavabdeh poçt vasitəsilə 26.04.2021-ci ildə almışdır. Belə olan halda iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ 10.02.2017-ci ildən yaransa da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni 20.04.2018-ci ildən təyin edilərək ödənilməlidir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, iddiaçıya 20.04.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 20.04.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1365/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1365/2022
25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver