Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13651/2025 08.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüququnun itirilmiş hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı məhkəməyə müraciət edərək, Təbriz küçəsi, ev 34 ünvanında tamamilə məhv olmuş "xxxx" (111.5 kv.m) tikilisin 6 nəfərdən ibarət olan mülkiyyətçilərinin məhv olmuş tikiliyə olan mülkiyyət hüquqlarının AR Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən itirilmiş hüquqlar olduğunu qəbul edərək adlarının daşınmaz əmlakın “hüquq sahibləri” siyahısından çıxarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbi tamamilə məhv olmuş daşınmaz əmlakın – "xxxx" (111.5 kv.m) tikilisinin – hüquq sübyektlərinin (iddiaçı daxil olmaqla 6 nəfər) məhv olmuş tikiliyə (2019) münasibətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarının: X13 (16/32 hissə), X23 (8/32 hissə), X17 (5/256 hissə) (nənəsidir, xx.xx.2010-cu il tarixdə vəfat edib, ona aid pay hissə Ramazanova R.M üçün məcburi pay hissədir), İddiaçı (13/256 hissə), X5 (38/256) (bibisi), X20 (1/32 hissə) (bibisi oğlu) MM-nin 203.1-ci maddəsinə əsasən itirilmiş hüquq hesab etməyə və adlarının ünvandakı daşınmaz əmlkaın siyahısından çıxarmağa məcbur edilməsindən ibarətdir. Daşınmaz əmlakın yerləşdiri ünvan: ünvan 1ş evi, daşınmaz əmlak ibarətdir: iki tikililərdən, 1900-cu ildə inşa edilmiş ümüumi sahəsi 111.5 kv.m olan 4 yataq otaqlı, yaşayış sahəsi 79.8 kv.m olan "xxxx" tikilisi və 1972-1984-cü illər ərzində hissəhissə olmaqla babası və atası tərəfindən inşa edilmiş ümumi sahəsi 118.4 kv.m olan 4 otaqlı yataq otaqlarından ibarət yaşayış sahəsi 64.4 kv.m olan "xxxx" tikilisi. Ümumi qısa məlumat: "xxxx" tikilisi iddiaçının babası X21 tərəfindən xx.xx.1966-cı il tarixli alqı-satqı müqaviləsi ilə satın alınmış və onun həmin mülkə mülkiyyət hüququ Bakı şəhərinin bələdiyyələşdirilməmiş tikililərinin reyestrindən verilmiş xx.xx.1966-cı il tarixli çıxarışı ilə əldə edilmişdir. 1968-ci il tarixdə babası "xxxx" tikilisinin 38.6 kv.m-lik hissəsini payçı Hümbətov M.H, ona mirasqoyan atasına – Hümbətov H.A-ya bağışlamışdır. 1972-ci ildə babası "xxxx" tikilisinin 25 kv.m-lik hissəsini payçı Həşimov X.M, ona mirasqoyan anasına – Qasımova F.Ş-ya satmışdır. Bu özgəninkiləşdirmə (1968 və 1972) əqdlərinin icrasından sonra Təbriz küçəsi, ev 34 ünvanlı yeganə qanuni tikilisi – "xxxx" (115.5 kv.m) tikilisi 3 nəfərin mülkiyyətində olmaqla ümumi birgə mülkiyyətə çevrilmişdir: X8 – 1/2 hissə, X14 – 1/4 hissə, X21 – 1/4 hissə. Özgəninkiləşdirmə əqdlərindən sonra "xxxx" tikilisinin payçılarının tikilidəki pay hissələri naturada ayrılmamış, müəyyən edilməmiş, müvafiq tekniki pasport tərtib edilməmişdir. Təbriz küçəsi, ev 34 ünvanında 1972 və 1984-cü illər ərzində hazırda mövcud olan "xxxx" (118.4 kv.m) tikilisi inşa edilmiş, tikili Nərimanov Rayon İcra Hakimiyyətinin 57 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı ilə tikilinin inşa edilyiyi tarixdən (1972) atasının vəfat etdiyi tarixədək (2022) mərhum atasının mülkiyyəti olaraq tanınmışdır. Atası "xxxx" tikilisinin həm faktiki (1972-2022), həm də yaşayış yeri üzrə qeydiyyatda olan mülkiyyətçisi olmuşdur. Babası Mövlamov M.B. vəfat etdikdən sonra (1987) onun ünvandakı "xxxx" tikilisindəki 1/4 hissə üzərində mülkiyyət hüququ varisləri arasında qanun üzrə vərəsəlik qaydasında bölüşdürülmüşdür. "xxxx" (111.5 kv.m) tikilisindəki babası Mövlamov Murtuzanın hüquqi varislərinin – X17 (5/256 hissə), İddiaçı (13/256 hissə) X6 (38/256) və X11 (1/32 hissə) pay hissələrini topladıqda 1/4 hissə edir. Hazırda ünvanda cəmi 1 tikili – "xxxx" (118.4 kv.m) tikilisi mövcuddur ki, onun da 1/2 hissəsinin mülkiyyətçisi iddiaçıdır. Digər 1/2 hissəsinin mülkiyyətçisi bacısı X4r. Ünvanda mövcud olan yeganə "xxxx" tikilisi üzrə maraqlı şəxslər o və bacısıdır. Həmin ünvandakı 6 nəfərin mülkiyyətlərində olmuş "xxxx" (111.5 kv.m) tikilisi cəmi 2 nəfər payçıların – Hümbətov və Həşimovun "xxxx" çərçivəsində "xxxx" MTK ilə qanunazidd müqavilələrin imzalanmasının nəticəsi olaraq xx.xx.2019-cu il tarixdə MTK tərəfindən tamamilə məhv edilmişdir. Fərdi yaşayış evinə məxsus olmuş sahəsi 0.05528 ha olan həyətyanı torpaq sahəsinin yerin 0 səviyyəsində hesabladıqda 0.02 ha hissəsi zəbt edilərək orada 2+13 mərtəbəli özbaşına tikinti özgəninkiləşdirilmişdir. İddiaçı Təbriz küçəsi, ev 34 ünvanında qoruyub saxlaya bildiyi yeganə mövcud "xxxx" (118.4 kv.m) tikilisinin 1/2 hissəsinin mülkiyyətçisi, ünvandakı yeganə daşınmaz əmlak üzrə maraqlı şəxs olaraq dəfələrlə cavabdehlərə yazılı müraciətlər edərək xx.xx.2019-cu il tarixdə tamamilə məhv olmuş "xxxx" (111.5 kv.m) tikilisinin mülkiyyətçilərinin məhv olmuş tikiliyə olan mülkiyyət hüquqlarının Mülki Məcəllənin 203.1-ci maddəinin müddəalarına uyğun olaraq itirilmiş hesab etməklə hüquq sahibləri sırasından çıxarılmalarını, DƏDKR tərəfindən Təbriz küçəsi, ev 34 ünvanlı daşınmaz əmlak barəsində qeydiyyat yazısının həqiqətə uyğunluğunun, doğruluğunun, mötəbərliyinin təmin edilməsini xahiş edir. Lakin cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025 və xx.xx.2025-ci il tarixli eyni məzmunlu cavab məktublarında iddiaçının tam qanumi, əsaslı tələbinin icrasından imtina edilir. Cavabdeh ƏMDX qanunazidd imtinasını Mülki Məcəllənin və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun maddi hüquq normalarını belə araşdırmadan cavab verir. İddiaçı ünvandakı mövcud yeganə daşınmaz əmlakın - "xxxx" (118.4 kv.m) tikilisinin mülkiyyətçisi və ünvandakı yeganə daşınmaz əmlaka dair maraqlı şəxs olaraq ƏMDX-ə məhv olmuş əmlakın qeydiyyatının ləğv edilməsi üçün deyil, məhv olmuş "xxxx" (111.5 kv.m) tikilisinin hüquq subyektlərinin – 6 nəfərin hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. Cavabdeh ƏMDX isə guya cavab məktubunda (xx.xx.2025) qeydiyyatın ləğvindən söz alaraq Mülki Məcəllənin 203.1-ci maddəsinin müddəasından yayınır. Onların əsl məqsədi bütün payçıların razılıq ərizələrinin tələb edilməsindən ibarətdir. Halbuki daşınmaz əmlak məhv olarsa, onun qeydiyyatının ləğvinə ehtiyac qalmır. Yəni məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi üçün müraciət etməyə ehtiyac olmur. AR Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın qeydiyyatının yazısı ləğv edildikdə, habelə daşınaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka hüquq itirilir. Cavabdeh tərəfə inzibati icraat qaydasında dəfələrlə etdiyi çoxsaylı müraciətində, xüsusilə vurğuladığı Mülki Məcəllənin 203.1-ci maddəsindən məlum olur ki, daşınmaz əmlak tamamilə məhv olduqda da, habelə əmlakın qeydiyyat yazısı ləğv edildikdə də, eyni hüquqi nəticə baş verir, mülkiyyət hüquqları itirilir. Təbriz küçəsi, ev 34 ünvanında xx.xx.2019-cu il tarixində "xxxx" (111.5 kv.m) tikilisinin tamamilə məhv olması səbəbindən həmin tikilinin qeydiyyat yazısının ləğvindən asılı olmayaraq, məhv olmuş "xxxx" (111.5 kv.m) tikilisinin 6 nəfərdən ibarət payçılarının, o cümlədən iddiaçının məhv olmuş tikiliyə hüquqları itirilməlidir. Hüquqları itirilmiş mülkiyyətçilərin razılıq ərizəsini tələb etmək qanunaziddir. İddiaçı babasından atasına, atasından ona və bacısına mirasqalan əmlak üzərində qanuni və əsaslı mülkiyyət hüququnu əldə etməkdən ötrü ödəniş etməmişdir və etməyəcək. İddiaçı hesab edir ki, qanunazidd tələb irəli sürmür. Cavabdeh məktubunda Mülki Məcəllənin 150ci maddəsinə istinad edib qəsdən DƏDR haqqında Qanunun 18.2-ci maddəsini qeyd edir. Mülki Məcəllənin 150.1-ci maddəsində məhv olmuş tikilinin mülkiyyətçisinin üzərinə vəzifə qoyulmur. Maddədə maraqlı şəxsdən söhbət gedir. Maraqlı şəxsin ərizə ilə müraciət etməsi tələb olunur. Təbriz küçəsi, ev 34 ünvanında mövcud olan yeganə daşınmaz əmlak üzrə maraqlı şəxlər iddiaçı və bacısıdır. Məhv olmuş "xxxx" (111.5 kv.m) tikilisinin digər payçıları maraqlı şəxs deyildir. 2014-cü ildən bugünədək 12 il ərzində ünvandakı daşınmaz əmlakla bağlı inzibati icraat və məhkəmə proseslərində yeganə ərizəçi, tərəf mərhum atası və iddiaçı olmuşdur. Digər payçıların adı heç yerdə keçmir. X1 "xxxx" (118.4 kv.m) tikilisi inşa olunduğu tarixdən – 1972-ci ildən özünün, məhz həmin tikilini qoruyarkən, tikilinin damında qətlə yetirilənədək – xx.xx.2022-ci il tarixədək həmin tikilidə - "xxxx" (118.4 kv.m) tikilisində yaşamış, onun mülkiyyətçisi olmuşdur. Nərimanov rayon İcra Hakimiyyətinin "xxxx" (118.4 kv.m) tikilisinin (sərəncamda tikilinin adı “mənzil 4” olaraq keçir, səbəbi atasının şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyat ünvanı Təbriz küçəsi, ev 34, mənzil 4 olaraq yazılmasıdır) dəqiqləşdirilməsimə dair 57 saylı, xx.xx.2016cı il tarixli sərəncamında tikili -"xxxx" (118.4 kv.m) mənzil 4 – atasının mülkiyyəti olaraq qeyd edilmişdir. Qeyd edilən bu 3 sübut bir daha təsdiq edir ki, hazırkı vəziyyətində ünvanda mövcud olan yeganə tikilinin maraqlı şəxsi, həmin tikilinin mülkiyyətçiləri və yaşayış yeri üzrə qeydiyyatda olan şəxsləri olaraq, iddiaçı və bacısıdır. Məhv olmuş "xxxx" (111.5 kv.m) tikilisinin payçılarından 2 nəfəri – Hümbətov və Həşimova miaras qoyanlarına iddiaçının babası bağışlayıb, satdığı tikili sahələrindən qat-qat çox tikili sahələrini "xxxx" MTK-dan əldə etmişlər. MTK-nın rəhbərlərindən R.M.Tağıyevin Nərimanov rayon Məhkəməsinə təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubdan Hümbətov və Həşimovun MTK-dan "xxxx" çərçivəsində hər-birinin ayrı-ayrılıqda 5 otaqlı mənzillər əldə etdikləri bəlli olur. Hümbətov və Həşimov pay hissələrini MTK-ya təhvil verib əvəzində 5 otaqlı mənzillər əldə etdikləri səbəbindən Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən hüquqları itirilmiş hesab edilməsinə görə iddia qaldıra bilməzlər. Onlar AR Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.5, 215.4, 222.2-ci maddələrinin tələblərini pozmaqla olsa belə artıq pilot layihə çərçivəsində paylarını verib qat-qat artıq sahələrə malik mənzillər əldə etmişlər. Hümbətov 38.6 kv.m-lik tikili sahəsinin "xxxx" tikilisindən) əvəzinə MTK-dan 119.3 kv.m-lik, Həşimov isə 25 kv.m-lik tikili sahəsi əvəzinə 155 kv.m-lik mənzillər əldə etmişlər. Digər payçı olan nənəsi X17 xx.xx.2010-cu ildə vəfat etmiş və ondan 5/256 məcburi pay hissəsi bibisi Ramazanova üçün müəyyən edilmişdir. Ramazanov F.X anasından ona qalan 1/32 hissə miras payı qəbul etmişdir. Lakin məcburi payı qəbul etməmişdir. Bu səbəbdən nənəsi adı qarşısındakı 5/256 hissə pay açıq saxlanılır statusu ilə qalmaqdadır. Ramazanov F.X anası olmuş X12 iddiaçının böyük bibisi, digər payçı X5 isə kiçik bibisidir. Ramazanova 1971-ci ildə, İbrahimova 1981-ci ildə evlənərək əmlakı həmişəlik tərk etmişlər. Evləndikləri tarixdən bugünədək onların ünvandakı daşınmaz əmlakdan 1 gün olsa belə istifadələri olmamışdır. Hazırda ünvanda mövcud olan "xxxx" (118.4 kv.m) tikilisinin istifadəçisi yaşayış yeri üzrə üzrə qeydiyyatçısı, mülkiyyətçisi atası və onun ailəsi olmuşdur, hazırda ünvanda mövcud olan tikiliyə - "xxxx" (118.4 kv.m) tikilisinə digər payçıların hər hansı bir aidiyyətləri yoxdur. Təbriz küçəsi, ev 34 ünvanında mövcud olan yeganə tikilidə -"xxxx" (118.4 kv.m) tikilisində yayayış yeri üzrə daimi qeydiyyatda olan iddiaçı və bacısıdır. Cavabdehin imtina məktublarında qeyd etdiyi maddi hüquq normalarına münasibətdə, iddiaçının inzibati icraat prosesində cavabdehdən və məhkəmədən tələbi məhv olmuş tikilinin qeydiyyatının ləğvi deyil, mülkiyyətçilərin məhv olmuş tikiliyə olan mülkiyyə hüquqlarının Mülki Məcəllərinin 203.1-ci maddəsi tətbiq edilməklə itirilmiş hesab edilməsi və onların adlarının ünvandakı daşınmaz əmlakın hüquq sahibləri siyahısından silinməsidir, çıxarılmasıdır. Ünvandakı mövcud olan yeganə "xxxx" (118.4 kv.m) tikilisinə həmin şəxslərin aidiyyəti yoxdur. Cavabdehin imtina məktublarına münasibətdə, “DƏDR haqqında” Qanunun 18.2-ci maddəsini qəsdən qeyd edir ki, bunun da tələbinə aidiyyəti yoxdur. O ki, qaldı Mülki Məcəllənin 150-ci maddəsinə bu maddi hüquq norması da məhv olmuş tikilinin qeydiyyat yazısının ləğvini tənzimləyir. Lakin DƏDR haqqında Qanunun 18.2-ci maddəsinin tələbindən fərqli olaraq Mülki Məcəllənin 150-ci maddəsində məhv olmuş tikilinin mülkiyytətçisinin və ya mülkiyyətçilərinin prosesdə iştirakının vacibliyi qeyd edilmir. Məhz bu səbəbdən cavabdeh şablon imtina məktublarında Mülki Məcəllənin 150-ci maddəsinin adını çəkib, növbəti cümləsində digər Qanunun 18.2-ci maddəsində qeyd edilənləri göstərməklə iddiaçını çaşdırmağa çalışır. Əgər daşınmaz əmlak tam məhv olarsa bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Mülki Məcəllənin 150.1-ci maddəsində məhv olmuş daşınmaz əmlakın mülkiyyətçisinin deyil, maraqlı şəxsin tələb etmək hüququ tanınır. Lakin cavabdeh tərəf iddiaçıdan məhv olmuş tikilinin bütün payçılarının, yəni mülkiyyətçilərin ərizələrini tələb edir və onun ünvandakı daşınmaz əmlaka dair maraqlı şəxs olduğunu qətiyyən nəzərə almır. Bu səbəbdən də qeyd edilən maddələrin adını çəkir. Hətta iddiaçının tələbi qeydiyyatın ləğvi olsa belə, cavabdehin məhv olmuş tikilinin (A tikilisi) bütün mülkiyyətçilərinin ərizələrini tələb etməsinin qanuni əsası yoxdur. "xxxx" (111.5 kv.m) tikilisi iddiaçının iradəsi ilə məhv edilməyib. Hümbətovun və Həşimovun iradələri əsasında qanunazidd olaraq MTK tərəfindən məhv edilib. Bunun müqabilində onlara 5 otaqlı mənzillər verilib. Mənzilin iddiaçının iradəsi əsasında məhv edilməməsi səbəbindən DƏDR haqqında Qanunun 18.2ci maddəsi tətbiq edilə bilməz. Mülki Məcəllənin 150-ci maddəsi də tətbiq edilməməlidir. Çünki iddia tələbi Mülki Məcəllənin 150-ci maddəsinin nizama saldığı hüquq münasibətinə aid deyildir. İddiaçı qeydiyyat yazısının ləğvini tələb etmir, məhv olmuş tikilinin mülkiyyətçilərinin hüquqlarının itirilməsini tələb edir. Məhv olmuş tikili iddiaçının iradəsi əsasında deyil, əksinə onun iradəsinə zidd olaraq mülkiyyət hüquqları pozulmaqla məhv edilmişdir. İnzibati icraat qaydasında cavabdeh tərəfə etdiyi müraciətində irəli sürdüyü tələb və həmin tələbdən irəli gələn münasibətlər yalnız Mülki Məcəllənin 203.1-ci maddəsi əsasında tənzimlənməlidir ki, cavabdeh də bu maddi hüquq normalarına toxunmur. Mülki Məcəllənin 150.1-ci maddəsinə əsasən daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənir. DƏDKR phş-nin xx.xx.2023-cü il tarixli məktubunu və BİM-in icraatında olmuş 7398/2023 saylı iş üzrə ünvanda keçirilmiş ortofoto müayinəsinin yekunu barədə rəyi də ünvanda mövcud olmuş "xxxx" (111.5 kv.m) və “V” (13.2 kv.m) tikililərinin tamamilə məhv olduqlarını təsdiq edir. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən tamamilə məhv olmuş "xxxx" (111.5 kv.m) tikilisinin mülkiyyətçilərinin hüquqları itirilmiş hesab edilərək onların adları Təbriz küçəsi, ev 34 ünvanlı daşınmaz əmlakın hüquq sahibləri siyahısından çıxarıldıqdan sonra, adları siyahıdan çıxarılmış "xxxx" (111.5 kv.m) tikilisinin hüquq subyektləri, onların mülkiyyət hüquqları qeyd edilmiş "xxxx" (111.5 kv.m) tikilisinin məhv edilməsinə tələbkar olmuş şəxslərə - Hümbətova, Həşimova və "xxxx" MTK-ya qarşı məhkəmədə iddia qaldıra bilərlər. Məhv olmuş (2019) tikilinin mülkiyyətçilərinin məhv olmuş tikilidəki mülkiyyət hüquqlarını Mülki Məcəllənin 203.1-ci maddəsi əsasında itirilmiş hüquqlar hesab edən qeydiyyat orqanına qarşı deyil. Odur ki, cavabdehin əsassız yerə narahat olmağına ehtiyac yoxdur. 1 saylı Bakı Ərazi İdarəsinin hüquq departamentinin əməkdaşı ilə etdiyi telefon danışığından görünür ki, onlar da məhv olmuş tikilinin mülkiyyətçilərinin onlara qarşı məhkəmədə iddia qaldırılmasından narahatdırlar. Ünvandakı mövcud tikilinin - "xxxx" (118.4 kv.m) tikilisinin mülkiyyətçiləri ünvandakı yeganə daşınmaz əmlak barəsində maraqlı şəxslər olaraq 2019-cu ildə məhv olmuş və bu səbəbdən də hüquqları itirilmiş mülkiyyətçilərin ("xxxx" tikilisinin) adlarının Təbriz küçəsi, ev 34 ünvanlı daşınmaz əmlakın hüquq sahibləri siyahısında qalmaları iddiaçı və bacısının ünvandakı "xxxx" (118.4 kv.m) tikilisinə dair sərəncam hüququnu məhdudlaşdırır. Belə ki, cavabdehlər, həmçinin 1 saylı Bakı Ərazi İdarəsi onlara daşınmaz əmlaka dair edilən istənilən müraciətə imtina məktubunda digər payçıların razılıq ərizələrinin təqdim edilməsini tələb edir. Ünvana dair tərtib edilmiş 1961-ci il tarixli texniki pasport əsasında, həmçinin Mülki Məcəllənin 139-1.1.8-ci, DƏDR haqqında Qanunun 18.08-ci maddələri, 439 saylı xx.xx.2015-ci il tarixli Fərmanla təsdiq edilmiş Sənədlərin Siyahısının 1.11-ci və 2.4-cü bəndlərinə əsasən Təbriz küçəsi, ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsi (0.05528 ha) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün də ünvanda mövcud olmayan "xxxx" (111.5 kv.m) tikilisinin hüquqları itirilmiş hesab edilməlidir. Halbuki ünvandakı yeganə mövcud daşınmaz əmlak üzrə həm mülkiyyətçilər, həm də maraqlı şəxslər iddiaçı və bacısıdır. Gələcəkdə ünvandakı yeganə daşınmaz əmlak - "xxxx" (118.4 kv.m) tikilisinə dair digər sərəncam hüquqlarının həyata keçirilməsində də mövcud olmayan "xxxx" (118.4 kv.m) tikilisinin artıq hüquqları itirilmiş mülkiyyətçilərin razılıq ərizələri tələb ediləcək. Bütün bunlar ünvandakı mövcud yeganə daşınmaz əmlakın -"xxxx" (118.4 kv.m) tikilisinin həm faktiki istifadəçiləri, həm yaşayış yeri üzrə qeydiyyatda olan, həm də həmin tikiliyə maraqlı şəxslər olaraq iddiaçı və bacısının konstitutsional hüquqlarının həyata keçirilməsinə suni maneə, məhdudiyyətlər yaradır ki, bu da yolverilməzdir. İddiaçının ünvandakı yeganə daşınmaz əmlakın mülkiyyətçiləri maraqlı şəxslər olaraq məhkəmə qaydasında hüququ müdafiəyə ehtiyac vardır. Ünvandan 2019-cu ildən mövcud olmyan tikilinin - "xxxx" (111.5 kv.m) tikilisinin mülkiyyətçilərinin adlarının ünvandakı daşınmaz əmlakın hüquqi sahibləri siyahısında qalmaları idiaçı və bacısının Qanundan, Fərmandan, Konstitusiyadan irəli gələn fundamental hüquqlarını pozur. Bu yolverilməzdir. Yaranmış çətin vəziyyətdən cavabdehlər sui-istifadə edir və onlara qarşı vicdansız davranış sərgiləyirlər. Beləliklə, iddia ərizəsinə əlavə edilən ortofoto müayinə rəyi ilə təsdiq edilir ki, Təbriz küçəsi, ev 34 ünvanında "xxxx" (118.4 kv.m) tikilisi istisna olmaqla, qalan tikililər - "xxxx" (111.5 kv.m) tikilisi və “V” (13.2 kv.m) tikilisi tamamilə məhv edilmişdir. İddia ərizəsinə əlavə edilən çıxarışdan məlum olur ki, iddia ünvandakı mövcud "xxxx" (118.4 kv.m) tikilisinin 1/2 hissəsinin, mövcud olmayan "xxxx" (111.5 kv.m) tikilisinin isə 13/256 hissəsinin mülkiyyətçisidir. Nərimanov RİH-in 77 saylı xx.xx.2016-cı il tarixli sərəncamından məlum olur ki, hal-hazırda ünvanda mövcud olan yeganə tikili - "xxxx" (118.4 kv.m) tikilisi (sərəncamda mənzil 4) mərhum atasının mülkiyyətində olmuşdur. Atasının şəxsiyyət vəsiqəsindən məlum olur ki, o, ünvanda - "xxxx" (118.4 kv.m) tikilisində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. MTK-nın xx.xx.2025-ci il tarixli məktubundan da məlum olur ki, ünvandakı "xxxx" (111.5 kv.m) tikilisi Hümbətov və Həşimovun "xxxx" çərçivəsində MTK ilə müqavilələr imzalayaraq əvəzində hər birinin 5 otaqlı mənzillərlə təmin edilməsi nəticəsində məhv edilmişdir. Yəni nə iddiaçının mirasqoyan atasının, nə də iddiaçının iradəsinə uyğun olaraq məhv edilmişdir. Əksinə iradəsinin ziddinə olaraq məhv edilmiş və onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. AM Mülki Məcəlləsinin 203.1-ci maddəsi tətbiq edilməklə, tamamilə məhv olmuş "xxxx" (111.5 kv.m) tikilisinin 6 nəfərdən ibarət olan mülkiyyətçilərinin məhv olmuş "xxxx" tikilisinə olan mülkiyyət hüquqları itirilmiş hesab edilsin və adları Təbriz küçəsi, ev 34 ünvanlı daşınmaz əmlakın “hüquq sahibləri” siyahısından çıxarılsın.
3. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Odur ki, sözügedən ünvanda yerləşən daşınmaz əmlak üzərində hüquqların paylı olduğunu nəzərə alaraq, sökülmüş tikilinin qeydiyyatının ləğvi ilə bağlı digər payçıların razılıq ərizələri təqdim ediləcəyi təqdirdə müraciətinizdə qeyd edilən məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.
4. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evinin "xxxx" tikilisindən 38/256 hissəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2, 1 "xxxx" tikilisindən 16/32 hissə xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsilə X9, “A" tikilisindən 5/256 hissə (açıq saxlanılır) X10, "xxxx" tikilisindən 8/32 hissə X15, 'A" tikilisindən 1/32 hissə xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsilə X11, "xxxx" tikilisi 13/256 hissədən və "xxxx" tikilisindən 1/2 hissə xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəsilə İddiaçı və "xxxx" tikilisi 13/256 hissədən və "xxxx" tikilisindən 1/2 hissə X3 xüsusi mülkiyyət hüququ ilə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsi texniki pasporta əsasən 0.05528 ha qeyd edilsə də, faktiki olaraq 0.02958 ha təşkil edir. Daşınmaz əmlak "xxxx" və "xxxx" literli fərdi yaşayış evlərindən ibarət olmaqla **********21- 10301 reyestr nömrəsi ilə paylı mülkiyyət olaraq qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evi söküntü zonasında yerləşir. İddiaçının şifahi məlumatına əsasən "xxxx" MMC payçılardan bir neçəsi ilə razılaşaraq “V” və "xxxx" literli tikilisini sökmüşdür. "xxxx" literli tikilisi və mümkün yerləşdiyi torpaq sahəsinin təqribən 0.02958 ha hissəsi faktiki olaraq "xxxx" MMC ilə razılaşmayan digər payçıların istifadəsindədir (yüngül konstruksiyalarla qonşu sahələrdən izolə edilmişdir). Bundan əlavə "xxxx" MMC tərəfindən sökülmüş hissədə çoxmərtəbəli yaşayış binası tikilmişdir (həmin hissəyə baxış keçirilmədi). İddiaya əsasən MMC zirzəmidə "xxxx" literli tikilisinin (texniki pasporta əsasən) 10 saylı və 8 saylı yerləşkəsinin bir hissəsinin altına keçmişdir. Payçılar arasında real bölgü aparılmamışdır. Mövcud vəziyyətə uyğun izahlı baş plan rəyə əlavə olunur.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman "xxxx" və “V” tikililərinin söküldüyü müəyyən olunmuşdur. Bundan əlavə, müvafiq fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. Odur ki, sökülmüş tikililərin qeydiyyatının ləğvi və müraciətinizdə qeyd olunan məsələlərlə bağlı digər payçıların notariat qaydasında təsdiq edilmiş razılıq ərizələrinin təqdim edilməsi məqsədəuyğundur. Həmçinin bildiririk ki, müvafiq fərdi yaşayış evinə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 4265/2018 saylı, xx.xx.2018-ci il tarixli bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyahnı ləğv edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların nümayəndələrin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
9. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
12. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
13. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
14. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
15. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
16. Odur ki, iddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. İddia tələbi Təbriz küçəsi, ev 34 ünvanında tamamilə məhv olmuş "xxxx" (111.5 kv.m) tikilisin 6 nəfərdən ibarət olan mülkiyyətçilərinin məhv olmuş tikiliyə olan mülkiyyət hüquqlarının AR Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən itirilmiş hüquqlar olduğunu qəbul edərək adlarının daşınmaz əmlakın “hüquq sahibləri” siyahısından çıxarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasıdır.
18. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanında yerləşən fərdi yaşayış evinin "xxxx" tikilisindən 38/256 hissəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2, 1 "xxxx" tikilisindən 16/32 hissə xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsilə X9, “A" tikilisindən 5/256 hissə (açıq saxlanılır) X10, "xxxx" tikilisindən 8/32 hissə X15, “A" tikilisindən 1/32 hissə xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsilə X11, "xxxx" tikilisi 13/256 hissədən və "xxxx" tikilisindən 1/2 hissə xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəsilə İddiaçı və "xxxx" tikilisi 13/256 hissədən və "xxxx" tikilisindən 1/2 hissə X3 xüsusi mülkiyyət hüququ ilə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
19. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. 150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
21. Beləliklə yuxarıda qeyd edilən qanuvericilik normalarından bəlli olur ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Lakin iş materiallarından bəlli olur ki, sözügedən ünvanda yerləşən daşınmaz əmlak üzərində hüquqlar paylıdır və sökülmüş tikilinin qeydiyyatının ləğvi ilə bağlı digər payçıların razılıq ərizələri təqdim edilməmişdir.
22. Bu səbəbdən də məhkəmə cavabdehlərin iddiaçıya aid tələblərin təmin edilməsindən imtinasını əsaslı hesab edir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
24. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassız olduğundan rədd edilməlidir.
25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva