Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13656/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şənlərlə Təyinat üzrə Mərkəzi Filialı üzərinə 2006-2023-cü illərin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşirdirməklə 01 yanvar 2024-cü ildə yaranmış 2288,59 manat məbləğində əmək pensiyasının bərpa edilməsini və avqust 2023-cü il tarixdən hal-hazıra kimi pensiya məbləğinin ödənilməyən hissəsinin ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş edilmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-16574/2023 nömrəli qərarın ləğv edilməsini, əmək pensiyasından aparılmış tutmanın qanunsuz hesab edilərək geri qaytarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı əmək pensiyaçısıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək şəraiti xüsusilə zərərli olan işlərdə çalışan işçi kimi güzəştli əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək kitabçasındakı qeydlərə uyğun olaraq xx.xx.1973-xx.xx.1984-cü illər AR Nazirlər Soveti yanında İşlər İdarəsinin Təsərrüfat İdarəsinin mətbəəsində işləmiş; xx.xx.1984 - xx.xx.1995-ci il tarixdən bir iş yerindən digər iş yerinə köçürülmə yolu ilə SSSİ X3 "İZVESTİYA" Nəşriyyatının mətbəəsində işləmiş və “İZVESTİYA” Nəşriyyatından bir iş yerindən digər iş yerinə köçürülmə yolu ilə xx.xx.1995-ci il tarixdən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin “Qonaq Evinə” kargüzarlıq şöbəsinə baş müfəttiş vəzifəsinə ştata qəbul edilmişdir. xx.xx.1995-xx.xx.2006-cı il tarixləri arasındaki dövr ərzində isə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində ştatda olan işçi kimi işləmişdir (Əmr № 57, xx.xx.1995-ci il tarixli). Lakin sonradan xx.xx.2006 - xx.xx.2007-ci il tarixləri arasındaki dövr ərzində ştatdankənar işçi kimi "referent" vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 71, xx.xx.2006-cı il tarixli). İddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2006-cı ildə 52 yaşının tamam olduqda yarandığına görə və bu dövrə qədər Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsi Təsərrüfat İdarəsinin Mətbəəsində xx.xx.1973 - xx.xx.1984 illər (11 il 5 ay) və SSRİ X3 İZVESTİYA Nəşriyyatının Mətbəəsində xx.xx.1984 - xx.xx.1995 illər (10 il 11 ay), ümumilikdə 22 il 4 ay əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə əmək stajı təşkil etmişdir. İddiaçı cavabdehə dəfələrlə yazılı müraciət edərək, qəbullara gedərək əvvəlki pensiya məbləğinin bərpa edilməsini xahiş etmiş və 2001-2005-ci illərdə ştatdankənar işçi kimi deyil, ştatda olan işçi kimi işlədiyini sənədlərlə bildirmişdir. Belə ki, cavabdehin sorğusuna əsasən AR Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş xx.xx.2023-cü iltarixli, № 3-20-17/2- 4-45273/2023 məktubunda AR Nazirlər Kabinetinin 21 yanvar 2008-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları” heç bir halda 2001-2005-ci illərin əmək stajına aid edilə bilməz, yəni üç il əvvələ şamil edilə bilməz. Lakin cavabdeh sonuncu inzibati aktında (məktubunda) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək bildirmişdir ki, “Sizin 2001-2005-ci illərdə ştatdankənar işçi kimi işlədiyiniz, həmçinin Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində ştatdankənar əməkdaşlar üçün təşkilat tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi bildirilib. Eyni zamanda, Mərkəzi Filiala əlavə olaraq göndərilən digər arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2008-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensaiyaların verilməsi Qaydaları"nın 8.2-ci bəndinə görə diplomatik nümayəndəliyə ştatdankənar işçilərin işə qəbul edilməsi Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla diplomatik nümayəndəliklə və işçi arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyi, sözügedən müqavilələrdə əks olunan standart müddəaya görə isə işçilərə ödənilən əmək haqqı məbləğindən tutulan vergilər işçilərin özləri tərəfindən ödənildiyi və mövcud qaydalara görə ştatdankənar işçilər xüsusunda məcburi dövlət sosial sığorta haqlarının ödənişləri diplomatik nümayəndəliklər tərəfindən həyata keçirilmədiyi bildirilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün ("Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrü onun iş stajına daxil etmək mümkün deyil. ” Yuxanda qeyd edilənləri nəzərə alaraq 2006-2023-cti illərin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşirdirməklə yaranmış 2288,59 manat məbləğində əmək pensiyasının bərpa edilməsinin və Avqust 2023-cü il tarixdən hal-hazıra kimi pensiya məbləğinin ödənilməyən hissəsinin ödənilməsin təmin edilməsi xahiş etmişdir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bundan başqa, Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyul 2020-ci il tarixli Qərarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21-ci maddələrinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8, 12 və 15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlərin nəzərə alınmadığı qeyd edilmişdir. Araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin olunarkən təqdim edilmiş sənədlərdə xx.xx.1995-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində işləməsinin qeyd edildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, yuxarıda qeyd olunan dövr üzrə iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq, Mərkəzi Filiala göndərilmiş arayışda iddiaçının 2001-2005-ci illərdə ştatdankənar işçi kimi işlədiyi, həmçinin Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində ştatdankənar əməkdaşlar üçün təşkilat tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi bildirilib. Eyni zamanda, Mərkəzi Filiala əlavə olaraq göndərilən digər arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2008-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensaiyaların verilməsi Qaydaları”nın 8.2-ci bəndinə görə diplomatik nümayəndəliyə ştatdankənar işçilərin işə qəbul edilməsi Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla diplomatik nümayəndəliklə və işçi arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyi, sözügedən müqavilələrdə əks olunan standart müddəaya görə isə işçilərə ödənilən əmək haqqı məbləğindən tutulan vergilər işçilərin özləri tərəfindən ödənildiyi və mövcud qaydalara görə ştatdankənar işçilər xüsusunda məcburi dövlət sosial sığorta haqlarının ödənişləri diplomatik nümayəndəliklər tərəfindən həyata keçirilmədiyi bildirilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrü onun iş stajına daxil etmək mümkün deyil. Göstərilən uyğunsuzluğa baxmayaraq, Fondun Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən qanunvericiliyə zidd olaraq 2001-2005-ci illərin orta aylıq əmək haqqına uyğun hesablandığı aşkar edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar qanunazidd əmək pensiyası yenidən hesblanıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün iddiaçıya 1 avqust 2023-cü il tarixində məktub göndərilməklə 9 avqust 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş olunub. Lakin iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala yuxarıda qeyd olunan tarixinədək deyil, 12 dekabr 2023-cü il tarixində gəlib. Bununla əlaqədar, iddiaçının pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində ona vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləği cari ilin avqust ayından 327,22 manat hesablanmaqla inzibati akt qəbul edilib. Eyni zamanda bildirilir ki, Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası aşağıdakı qaydada hesablanıb. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006- cı il tarixinədək onun ümumi iş stajı 25 il 6 ay 27 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 30,19 manat (25,57 il x 170 manat:144 ay) hesablanaraq üzərinə baza hissəsi (30,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2006-cı il tarixinə 60,19 (30,00+30,19) manat məbləğində əmək pensiyası müəyyən edilib (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla və indeksləşdirilməklə xx.xx.2023-cü il tarixinə 327,22 manat). Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə iddiaçıya 54782,10 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 54782,10 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunub. Əlavə olaraq bildirilir ki, iddiaçının əmək pensiyası müraciətində qeyd etdiyi əsaslarla yenidən hesablanacağı təqdirdə pensiya məbləği dəyişməyəcəkdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bundan başqa həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan umumı qaydada sığorta stajına daxil edilir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyul 2020-ci il tarixli Qərarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21-ci maddələrinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8, 12 və 15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlərin nəzərə alınmadığı qeyd edilmişdir. Araşdırma zamanı, vaxtilə ona pensiya təyin olunarkən təqdim edilmiş sənədlərdə xx.xx.1995-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində işlədiyinin qeyd edildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan dövr üzrə iş stajınıza dair məlumatların dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq, Mərkəzi Filiala göndərilmiş 25 iyul 2023-cü il tarixli 3-20-16/2-4-39441/2023 nömrəli arayışda şəxsin 2001-2005-ci illərdə ştatdankənar işçi kimi işlədi, həmçinin Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində ştatdankənar əməkdaşlar üçün təşkilat tərəfindən məcburi döviət sosial sığorta haqları ödənilmədiyi bildirilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq, xx.xx.2006-cı il tarixindən Fondun Nəsimi rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən qanunvericiliyə zidd olaraq 2001-2005-ci illərin orta aylıq əmək haqqına uyğun hesablandığı aşkar edilmişdir. Əlavə olaraq bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 9 avqust 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyi xahiş olunmuşdur.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bundan başqa, Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyul 2020-ci il tarixli Qərarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21 -ci maddələrinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8, 12 və 15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibatitexniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlərin nəzərə alınmadığı qeyd edilmişdir. Araşdırma zamanı, vaxtilə sizə pensiya təyin olunarkən təqdim edilmiş sənədlərdə xx.xx.1995-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində işlədiyinizin qeyd edildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan dövr üzrə iş stajınıza dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq, Mərkəzi Filiala göndərilmiş arayışda onun 2001-2005-ci illərdə ştatdankənar işçi kimi işlədiyi, həmçinin Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində ştatdankənar əməkdaşlar üçün təşkilat tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi bildirilib. Eyni zamanda, Mərkəzi Filiala əlavə olaraq göndərilən digər arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2008-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensaiyaların verilməsi Qaydaları”nın 8.2-ci bəndinə görə diplomatik nümayəndəliyə ştatdankənar işçilərin işə qəbul edilməsi Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla diplomatik nümayəndəliklə və işçi arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyi, sözügedən müqavilələrdə əks olunan standart müddəaya görə isə işçilərə ödənilən əmək haqqı məbləğindən tutulan vergilər işçilərin özləri tərəfindən ödənildiyi və mövcud qaydalara görə ştatdankənar işçilər xüsusunda məcburi dövlət sosial sığorta haqlarının ödənişləri diplomatik nümayəndəliklər tərəfindən həyata keçirilmədiyi bildirilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrü sizin iş stajınıza daxil etmək mümkün deyil. Göstərilən uyğunsuzluğa baxmayaraq, Fondun Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixindən sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən qanunvericiliyə zidd olaraq 2001-2005-ci illərin orta aylıq əmək haqqına uyğun hesablandığı aşkar edilmişdir. Eyni zamanda bildirilir ki, Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, sizə əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək sizin ümumi iş stajınız 25 il 6 ay 27 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 30,19 manat (25,57 il x 170 manat:144 ay) hesablanaraq üzərinə baza hissəsi (30,00 manat) əlavə edilərək pensiya hüququnuzun yarandığı xx.xx.2006-cı il tarixinə 60,19 (30,00+30,19) manat məbləğində əmək pensiyası müəyyən edilib (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla və indeksləşdirilməklə xx.xx.2023-cü il tarixinə 327,22 manat). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə uyğun olaraq yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar qanunazidd pensiya ödənişiniz yenidən hesblanıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələriniz dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün sizə 1 avqust 2023-cü il tarixində məktub göndərilməklə 9 avqust 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Lakin şəxs mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala yuxarıda qeyd olunan tarixinədək deyil, 12 dekabr 2023-cü il tarixində gəlmişdir. Bununla əlaqədar, pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində sizə vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəfindən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın məbləği cari ilin avqust ayından 327,22 manat hesablanmaqla inzibati akt qəbul edilib. Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə sizə 54782,10 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 54782,10 manat pul vəsaitinin əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığın mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilir. Əlavə olaraq bildirilir ki, əmək pensiyası müraciətdə qeyd edilən əsaslarla yenidən hesablanacağı təqdirdə pensiyanın məbləği dəyişməyəcəkdir.
7. İş materiallarına əlavə olunmuş 084457 nömrəli X4 əsasən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
8. “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 16574 nömrəli Qərara əsasən 2073,84 manat pensiya məbləği yenidən hesablanaraq 327,22 manat müəyyən edilmişdir.
9. Xarici İşlər Nazirliyi tərəfindən cavabdeh orqana ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı AR-in Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən təqdim edilmiş arayışda 2001-2005-ci illərdə ştatdankənar işçi kimi işləməsi göstərilmişdir. Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində ştatdankənar əməkdaşlar üçün təşkilat tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmir.
10. İddiaçı məxsus əmək kitabçasının əslinə baxış keçirilmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və bildirdi ki, 2001-2005-ci illər ərzində ştatda olan işçi kimi işlədiyi, ştatdan kənar işçi kimi 2006-cı ildə təyin edilmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, İddiaçı pensiyasından tutulma yalnız 1 dəfə indeksasiya ilə əlaqədar 36 manat məbləğində olmuşdur.
II. İddianın mümkünlüyü
13. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarın ləğvi və pensiyadan tutulmuş məbləğin geri qaytarılması ilə bağlıdır.
14. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-16574 nömrəli qərarında qeyd edilmişdir ki, 2073,84 manat pensiya məbləği yenidən hesablanaraq 327,22 manat təyin edilmişdir.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən): 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
17. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21-ci maddələrinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8, 12 və 15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibatitexniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alınmır.
18. Məhkəmə ilk növbədə iş materiallarını araşdıraraq müəyyən edir ki, Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-16574 nömrəli Qərarına əsasən İddiaçı təyin olunmuş 2073,84 manat pensiya məbləği yenidən hesablanaraq 327,22 manat məbləğində müəyyən edilmişdir.
19. Məhkəmə müəyyən edir ki, hazırki iş üzrə mübahisənin yaranmasının səbəbi İddiaçı 2001- 2005-ci il ərzində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində işlədiyi dövrün cavabdeh orqan tərəfindən nəzərə alınmaması ilə bağlıdır.
20. Cavabdeh orqan etirazın dəlili olaraq Xarici İşlər Nazirliyi tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba istinad etmiş, iddiaçının 2001-2005-ci illərdə ştatdankənar işçi kimi işlədiyini və Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində ştatdankənar əməkdaşlar üçün təşkilat tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyi qeyd etmişdir.
21. Məhkəmə qeyd edilən faktla bağlı müəyyən edir ki, Xarici İşlər Nazirliyi tərəfindən cavabdeh orqana ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “İddiaçı AR-in Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən təqdim edilmiş arayışda 2001-2005-ci illərdə ştatdankənar işçi kimi işləməsi göstərilmişdir. Azərbaycan Respublikasının xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində ştatdankənar əməkdaşlar üçün təşkilat tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmir”.
22. Məhkəmə nəzərə alır ki, cavabdeh orqanın etirazın əsası olaraq istinad etdiyi Xarici İşlər Nazirliyi tərəfindən ünvanlanmış məktub İddiaçı 2001-2005-ci illər ərzində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində işlədiyi dövrün əmək pensiyası hesablanarkən nəzərə alınmaması üçün yetərli dəlil kimi qəbul edilə bilməz.
23. Belə ki, Xarici İşlər Nazirliyi tərəfindən ünvanlanmış məktubda İddiaçı ştatdankənar işçi kimi işlədiyi qeyd olunsa da, bu faktı təsdiqləyən hər hansı dəlil (məktubda istinad olunan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən verilmiş arayış, İddiaçı işə qəbul edilmə əmri və s.) təqdim edilməmişdir.
24. Buna baxmayaraq, məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində 2001-2005-ci illər ərzində ştatda olan işçi kimi işləmiş, ştatdankənar işçi kimi isə 2006-2007-ci illər ərzində işləmişdir. İddiaçı qeyd edilən halı sübut etmək üçün ona məxsus əmək kitabçasının əslini məhkəməyə təqdim etmişdir.
25. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
26. Məhkəmə nəzərə alır ki, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdən aydın olur ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində ştatda olan işçi kimi qəbul edilmiş (xx.xx.1995-ci li tarixli, 57 №-li əmr əsasında) və xx.xx.2006-cı il tarixə kimi həmin vəzifədə işləmişdir; (xx.xx.2006-cı il tarixli 71 №-li əmr əsasında isə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində ştatdankənar referent vəzifəsinə təyin edilmişdir və xx.xx.2007-ci il tarixində tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir (xx.xx.2007-ci il tarixli, 63 nömrəli Əmr).
27. Belə olan təqdirdə məhkəmə müəyyən edir ki, İddiaçı ştatdankənar işçi olaraq xx.xx.2006cı il tarixli 71 №-li əmr əsasında xx.xx.2007-ci il tarixdən etibarən işləmişdir (xx.xx.2006-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edildikdən sonrakı dövrdə).
28. Odur ki, İddiaçı cavabdeh orqan tərəfindən mübahisələndirilən 2001-2005-ci illər ərzində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində ştatda olan işçi kimi işləməsi iddiaçının izahatı və iş stajını sübut edən əsas sənəd olan əmək kitabçası ilə təsdiq edilir.
29. 21 may 2004-cü il tarixli 676-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 23-cü maddəyə 23.4-cü maddə əlavə edilmişdir. Həmin maddə 30 dekabr 2022-ci il tarixli 780-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmişdir (hazırki redaksiya). 23.4. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin yalnız dövlət məvacibi qanunla müəyyən edilmiş qaydada vergiyə və digər icbari ödənişlərə cəlb olunur. əvvəlki redaksiyada deyilirdi: 23.4. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir.
30. Digər tərəfdən cavabdeh qurumun istinad etdiyi “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi” Qaydaları 2008-ci il 21 yanvar tarixli olmaqla iddiaçı (2006-cı ildə) pensiyaya çıxdıqdan sonra Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir.
31. Məhkəmə xüsusi olaraq nəzərə alır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
32. Belə olan təqdirdə, qeyd edilənlərə məcmu şəkildə qiymət verərək iddiaçının işlədiyi 2001- 2005-ci illərdə məcburi dövlət sosial sığorta haqlarının ödənməməsi əsası ilə 2006-cı ildə təyin edilmiş əmək pensiyasının 2023-cü ildə yenidən hesablanaraq azaldılması qanuni hesab edilə bilməz.
33. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin hazırki iş üzrə cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
34. Məhkəmə digər tərəfdən nəzərə alır ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, İddiaçı pensiyasından tutulma yalnız 1 dəfə indeksasiya ilə əlaqədar 36 manat məbləğində olmuşdur.
35. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilənlərə əsasən pensiyanın yenidən hesablanması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması haqqında qərar ləğv olunmalı və əmək pensiyasından tutulmalar qanunsuz hesab edilməlidir.
36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-16574 nömrəli qərarı ləğv edilsin. Əmək pensiyasının yenidən hesablanması nəticəsində əmək pensiyasından aparılan tutulma qanunsuz hesab edilsin və İddiaçı geri qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva