Məhkəmə qərarları › İş №2-1(112)-13660/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13660/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13660/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilmə tarixi cavabdeh orqana müraciət olunan gündən, yəni xx.xx.2023-cü il tarixdən qeyd edərək məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi xx.xx.2004-cü il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının anası- Nümayəndə tərəfindən cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı müraciət edilmişdir. Anasının müraciətinə 24 avqust 2023-cü il tarixli 3-36/2-Ə-57xx-xx/2023/4347 nömrəli imtina məktubu ilə cavab verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “Bildiririk ki, sizin qeydiyyatınız ünvan 1 ünvanında olduğu üçün övladlarınıza məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkanı xaricindədir”. İddiaçı hesab edir ki, bu imtina əsassızdır. Belə ki, iddiaçının X1 xx.xx.2019-cu il tairixində vəfat etmişdir. Lakin o, ünvan 2 ünvanında qeydiyyatda olmuş və məcburi köçkün statusuna malik idi. Qaçqın olmasıyla əlaqədar iddiaçıya verilən bütün imtiyazlardan istifadə etmişdir. Eyni zamanda da bildirilir ki, 2004-cü ildən iddiaçıya “çörək pulu” adlandırılan müavinat təyin olunmuşdur. Cavabdeh orqan imtina məktubunda yalnız hüquqi normativ aktın normasını qeyd edərək cavab verilmişdir, imtinanı lazımı qaydada əsaslandırılmamışdır. Cavabdeh orqanın əsassız və qanunsuz hərəkətləri nəticəsində dövlət tərəfindən məcburi köçkünlər üçün müəyyən olunan imtiyazlardan istifadə edə bilmir və beləliklə cavabdeh orqan tərəfindən hüquqları kobud surətdə pozulmuşdur. Cavabdeh orqan işin faktiki hallarını araşdırmamış, yalnız hüquqi normanı qeyd edərək məcburi köçkün vəsiqəsin verilməsində imtina etmişdir, bu da öz növbəsində “İnzibati icraat haqqında”Azərbaycan Respublikasının Qanununu kobud surətdə pozmaq deməkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının anası Nümayəndə qeydiyyatı ünvan 1 ünvanında olmasına görə, həmçinin iddiaçının X1nun əvvəllər qeydiyyatda olduğu ünvan 3 ünvanının kimə məxsus olması barədə müvafiq araşdırma aparılması ilə bağlı Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı, 4.2.6-cı maddələrinə istinad edilərək iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. -2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ İİ 024394 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. -Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2015ci il tarixdə verilmiş, AA seriyalı, 347183 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçının X1 məcburi köçkün statusuna malik olmuşdur, doğulduğu yer Ağdam rayonudur. -ASAN 1 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1973-cü il tarixdə Ucar rayonunda doğulmuşdur. Yaşayış yeri ünvan 1 ünvanıdır. -xx.xx.2003-cı il tarixli, 047044 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Nümayəndə arasında nikah bağlanmışdır. - ASAN 1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 2 ünvanıdır. -ünvan 4unal İstismar Sahəsi tərəfindən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı Ağdam rayonundan məcburi köçkün kimi ünvan 5 ünvanında yaşayır. -Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 sentyabr 2023-cü il tarixli, 5-31-12/2-219/2023 nömrəli arayışına əsasən xx.xx.2004-cü il təvəllüdlü İddiaçı və Ağdam rayonu üzrə qeydiyyatı olmayan xx xxxxx 1973-cü il təvəllüdlü Nümayəndə vahid aylıq müavinət ödənilmir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 15, 11 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçının atası 1974-cü il təvəllüdlü X6 xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1997-ci ildə Ağdam rayon hərbi komissarlığında hərbi qeydiyyata alınmış, 2019-cu il tarixdə vəfat etmişdir. -Ağdam RİH tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı Ağdam rayonu, Ağdam şəhəri, R.Gözəlov küçəsi, ev 42/47 ünvanında qeydiyyatdadır, vahid aylıq müavinət almır. Hazırda Bakı şəhəri, Xətai rayonunda müvəqqəti məskunlaşmışdır. X1 1993-cü ilin iyul ayında Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən məcburi köçkün düşmüş, vahid aylıq müavinət almış, 2019-cu ildə vəfat etmişdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin xx.xx.2008-ci il tarixli, 97 M №-li əmrinin surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən 11 saylı mənzilin icarədarı Nümayəndə olmuşdur. Halhazırda həmin mənzildə X4 1 nəfər ailə üzvü ilə (özü) yaşayır. Sözügedən əmrlə mənzilin şəxsi hesabı X2 adına dəyişdirilmiş, onunla icarə müqaviləsi bağlanmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının X1 məcburi köçkün statusuna malik olmaqla, qeydiyyatı işğal altında olmuş Ağdam rayonuna olmuşdur. İddiaçı hazırda Bakı şəhərində müvəqqəti məskunlaşaraq yaşayır. Qeydiyyat ünvanı ünvan 10öçkünlərə ödənilən müavinət verilmişdir, iddiaçıya isə həmin müavinət ödənilmir. İddiaçının nümayəndəsi- anası oğluna məcburi köçkün adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən: İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)- Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; -9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli 1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”n 4.1.1-ci bəndinə əsasən məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; ... 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6cı maddəsinə əsasən valideynlərdən biri "məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Hazırkı işdə cavabdehin imtina məktubuna və iddia ərizəsinə dair etirazına əsasən müəyyən olunur ki, “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinadən, iddiaçının anasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğaldan azad olunmuş rayon (şəhər) olmadığı əsas gətirilərək iddiaçı – İddiaçı məcburi köçkün statusu verilməsini mümkün hesab etmir. Məhkəmə hesab edir ki, qeyd olunan əsasla cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusu verilməsindən imtina olunması Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Belə ki, işin hallarından göründüyü kimi iddiaçının mərhum atası Mehman Qurbanov məcburi köçkün statusuna malik olmaqla, məcburi köçkünlərə ödənilən müavinət almışdır. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndi tətbiq edilməklə, iddiaçının anasının qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayona (şəhərə) olmadığı əsas gətirilməklə müavinətdən məhrum olması onun konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Ona görə ki, Konstitusiyada nəzərdə tutulmuş bərabərlik hüququnun tələbləri baxımından yanaşıldıqda məcburi köçkün atasının həyat şəraiti iddiaçıdan yan keçməmiş, hal-hazırda da davam etməklə iddiaçının həyat tərzinə kifayət qədər öz təsirini göstərir. Bu baxəmdan, İddiaçı məcburi köçkün statusunun verilməsindən imtina edilməsi Konstitusiyanın qeyd olunan tələblərinə uyğun deyil. Məhkəmə cavabdehin digər imtina dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, ev 15, 11 saylı mənzilin ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Odur ki, imtina əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə hesab edir ki, cavabdehin imtinası qanunazidd sayılmalı və iddia tələbi təmin edilərək iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və ya hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2004-cü il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar