Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13668/2025 08.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək 60 yaşının tamam olduğu 15 may 2025-ci il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun olaraq pensiya təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1965-ci il tarixində doğulmuşdur. Hərbi biletinin və əmək kitabçasının surətlərindən görünür ki, 16 avqust 1982-ci il tarixindən 25 may 1984-cü il tarixinədək (01 il 09 ay 09 gün) Bakı Tikiş İstesalat Birliyində çilingər və təmirçi çilingər vəzifələrində işləmiş, 25 may 1984-cü il tarixindən 25 aprel 1986-cı il tarixinədək (01 il 11 ay 00 gün) Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 26 may 1986-cı il tarixdən 03 may 1989-cu il tarixinədək (02 il 11 ay 07 gün ) Bakı Tikiş istesalat Birliyində nəzarət müfəttişi və nəzarət kapitanı, 30 may 1989-cu il tarixdən 14 may 2003cü il tarixinədək (13 il 11 ay 14 gün) “Azneft” İB-nin X1 İdarəsində avtomobillərin təmiri üzrə çilingər, dispetçer və baş dispetçer, 19 may 2003-cü il tarixdən 18 avqust 2004-cü il tarixinədək (01 il 02 ay 29 gün) “Qum adası” NQÇİ-də Texnoloji Nəqliyyat sexinin istismar xidməti rəisi, 28 iyun 2005-ci il tarixindən 07 noyabr 2012-ci il tarixinədək (07 il 04 ay 09 gün) “X6” LTD -nin “İSTİQLAL” qurğusunda takelajçı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda paraqraf 10.2), 07 noyabr 2012-ci il tarixdən 05 noyabr 2019-cu il tarixinədək (06 il 11 ay 28 gün) həmin qurğuda kran operatorunun köməkçisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda paraqraf 10.2) vəzifələrində işləmiş, 05 noyabr 2019-cu il tarixindən bu günə kimi həmin qurğuda takelajçı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda paraqraf 10.2) vəzifəsində işləyir. Beləliklə, 60 yaşına çatdığı 15 may 2025-ci il tarixinədək ümumi iş stajı 41 il 06 ay 16 gün (25 ildən artıq) təşkil etmiş və həmin staj illərinin 19 il 10 ay 17 gün (12 il 6 aydan artıq) müddətini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə çalışmışdır. Bununla da qanunvericliyin tələblərinə cavab verən ümumi və xüsusi iş stajlarını toplamış, bu səbəbdən də 60 yaşına çatdığı 15 may 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanmışdır. 01 iyul 2017-ci il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda və azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilənləri nəzərə alaraq, pensiya almaq hüququ yarandığı 15 may 2025-ci il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun hesablanmaqla pensiya təyin edilməsi barədə Azərbaycan Respublikasmm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciətinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır.
3. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X10 qərarlarını, X10 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) fəhlələr yarımbəndində (a) qaldırıcıların maşinistləri vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilən “X7” LTD-nin sizə dair 16 may 2025-ci il tarixli arayışında xx.xx.2005-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Yarım dalma üzən X4 takelajçı, xx.xx.2012-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində kran operatorunun köməkçisi və xx.xx.2019-cu il tarixindən bugünədək yenidən takelajçı vəzifələrində işlədiyiniz qeyd olunub. İşlədiyiniz takelajçı vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (a) nəzərdə tutulmayıb, kran operatorunun köməkçisi vəzifəsi isə qaldırıcıların maşinistləri vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”
4. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, İddiaçı 27 may 2025-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-A-144558/2025 nömrəli məktubu ilə iddiaçıya qanunvericiliklə tələb olunan kifayət qədər güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən hazırlanmış arayışa əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qəıarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəei bəndinin (10.2) fəhlələr yarımbəndində (a) qaldırıcıların maşinistləri vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilən “X7" LTD-nin 16 may 2025-ci il tarixli arayışında xx.xx.2005-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Yarım dalma üzən X8 takelajçı, xx.xx.2012-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzincə kran operatorunun köməkçisi və xx.xx.2019-cu il tarixindən bugünədək yenidən takelajçı vəzifələrində işlədiyi qeyd olunub. İşlədiyi takelajçı vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), qazma bəndinin (10.1) fəhlələr yarımbəndində (a) nəzərdə tutulmayıb, kran operatorunun köməkçisi vəzifəsi isə qaldırıcıların maşinistləri vəzifəsinə uyğun deyil. Buna görə də həmin dövrü iddiaçının güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Beləliklə, sözügedən mübahisə mövcud olduğundan iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəşili şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlatına əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz.
5. “X7” LTD-nin xx.xx.2025-ci il tarixli güzəştli arayışında qeyd olunur ki, İddiaçı X9 Ltd şirkətində Yarım Dalma üzən X4 dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən Takelajçı vəzifəsində işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən, 1 saylı siyahı 10-cu bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 19 (on doqquz) il 10 (on) ay 16 (on altı) gün təşkil edir.
6. Məhkəmə sorğusu əsasında təqdim edilən “X7” LTD-nin xx.xx.2025-ci il tarixli güzəştli arayışında qeyd olunur ki, İddiaçı şirkətdə işlədiyi müddətdə qeyd olunan vəzifələrdə çalışmışdır. Bu vəzifələr AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına uyğun olaraq aşağıdakı Vəzifə və Kodlar nəzərdə tutulub. Bununla yanaşı vəzifə təlimatları da həmçinin məktuba əlavə olunur. Qazma Əmək qurğusu Ss İşlədiyi tarix Vəzifəsi, ixtisasın kodu kitabçasında qeydiyyat No 1 20 xx.xx.2005- Xəzər dənizi, 06.09. 2012 "İstiqlal" yarımdalma Takelajçı, yəni Fəhlə - Bölmə X. qazma qurğusu 11000000, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft,qaz, qaz kondensatı, kömür və şistin emalı, Kod 1100000a, a) fəhlələr 2 21 xx.xx.2012xx.xx.2019 Xəzər dənizi, X5 - Paraqraf X , Bölmə 2. Neft-qaz "İstiqlal" kondensatının hasilatı, KOD yarımdalma 1100000a-14012, (qaldırıcıların qazma qurğusu maşınistləri) 3 22 xx.xx.2019- hal- Xəzər dənizi, hazıradək "İstiqlal" yarımdalma qazma qurğusu Takelajçı, yəni Fəhlə - Bölmə X. 11000000, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, Kod-1100000a, a) fəhlələr
7. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 30 iyul 2025-ci il tarixli 3-17-1/2- 179349/2025 saylı məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) fəhlələr yarımbəndində (a) qaldırıcıların maşinistləri vəzifəsi nəzərdə tutulub. Eyni zamanda bildiririk ki, İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən “X7” LTD-nin ona dair 16 may 2025-ci il tarixli arayışında xx.xx.2005-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Yarım dalma üzən X4 takelajçı, xx.xx.2012-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində kran operatorunun köməkçisi və xx.xx.2019-cu il tarixindən bugünədək yenidən takelajçı vəzifələrində işlədiyi qeyd olunub. Ceyhun Abdullayevin işlədiyi takelajçı vəzifəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd edilən Qərarla təsdiq olunmuş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), qazma 30 iyul 2025-ci il 3-17-1/2-179349/2025 bəndinin (10.1) fəhlələr yarımbəndində (a) nəzərdə tutulmayıb, kran operatorunun köməkçisi vəzifəsi isə qaldırıcıların maşinistləri vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririk ki, İddiaçı ümumi iş stajı 41 il 5 ay 28 gün (xx.xx.2006-cı il tarixinədək 22 il 2 ay 28 gün (xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il (hərbi xidmət dövrü), xx.xx.1986-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2004-cü il və xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 19 il 3 ay) təşkil edir.
8. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
9. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
13. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
15. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
16. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
17. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair xx.xx.2025-ci il tarixli müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2025-ci il tarixli məktubla imtina edilmişdir.
18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
19. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.
23. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
24. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür, əmək fəaliyyətinə xx.xx.1982-ci il tarixdə başlamışdır.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur, ümumi iş stajının 41 il 5 ay 28 gün təşkil etdiyi qeyd edilir.
26. Cavabdeh iddiaçının güzəştli iş stajının mövcud olmadığını əsas gətirmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2005-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Yarım dalma üzən X4 takelajçı, xx.xx.2012-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzincə kran operatorunun köməkçisi və xx.xx.2019-cu il tarixindən bugünədək işlədiyi takelajçı vəzifəsinin sözügedən arayışda istinad olunan Qərarla təsdiq olunmuş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), qazma 30 iyul 2025-ci il 3-17-1/2-179349/2025 bəndinin (10.1) fəhlələr yarımbəndində (a) nəzərdə tutulmamaması, kran operatorunun köməkçisi vəzifəsi isə qaldırıcıların maşinistlərinın vəzifəsinə uyğun olmaması əsas gətirilmişdir.
27. İddiaçının mübahisələndirilən illərdə işlədiyi dövrlərə münasibətdə məhkəmə qeyd edir ki: - ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı 28 iyun 2005-ci il tarixindən 06 sentyabr 2012-ci il tarixinədək “X6” LTD-nin “İSTİQLAL” yarımdalma qurğusunda takelajçı, 07 sentyabr 2012-ci il tarixdən 04 noyabr 2019-cu il tarixinədək həmin qurğuda kran operatorunun köməkçisi vəzifələrində işləmiş, 05 noyabr 2019-cu il tarixindən hazıradək həmin qurğuda takelajçı vəzifəsində işləyir.
28. Cavabdeh tərəfindən iddiaçının işlədiyi xx.xx.2005-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2019cu il, xx.xx.2019-cu il tarixindən bugünədək əhatə edən dövrlərdə işlədiyi takelajçı və kran operatorunun köməkçisi vəzifəsinin vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı və çalışdığı vəzifənin işəgötünənin arayışında istinad olunan Siyahının Siyahının 10.1. yarımbəndində nəzərdə tutulmamaması səbəbindən güzəştli iş stajına daxil edilməmişdir.
29. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
30. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs - “X7” LTD tərəfindən təqdim edilən güzəştli arxiv arayışından bəlli olur ki, iddiaçının xx.xx.2005xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Yarım dalma üzən X4 işlədiyi takelajçı, xx.xx.2012-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi kran operatorunun köməkçisi və xx.xx.2019-cu il tarixindən bugünədək işlədiyi takelajçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiqlənmiş, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın bölmə X. 11000000, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft,qaz, qaz kondensatı, kömür və şistin emalı, Kod 1100000a, a) fəhlələr yarımbəndinə, Bölmə 2. Neft-qaz kondensatının hasilatı, KOD -1100000a-14012, (qaldırıcıların maşınistləri) yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10-cu bölmə - “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün)”na uyğundur və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir. Onun güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 19 (on doqquz) il 10 (on) ay 16 (on altı) gün təşkil edir.
31. “X7” LTD tərəfindən verilən takelajçının vəzifə təlimatından görünür ki, iddiaçının X6” LTDnin “İSTİQLAL” yarımdalma qurğusunda 28 iyun 2005-ci il tarixindən 07 noyabr 2012-ci il tarixinədək və 05 noyabr 2019-cu il tarixindən hazıradək həmin qurğuda işlədiyi takelajçı peşəsində vəzifələri - Krana operatoru və göyərtə rəisinin göstərişi ilə göyərtə sahələrində yükgötürmə əməliyyatlarının həyata keçirilməsi; Təchizat gəmilərinə göyərtə yüklərinin boşaldılması və geri yüklənməsini həyata keçirilməsi; Göyərtə rəisinin göstərişi ilə ekipaj dəyişmə gəmilərinə "frog" vasitəsilə şəxsi transferlərin həyata keçirilməsi; Tuggerlər, zəncir blokları və digər qaldırıcı avadanlıqlardan istifadə edərək yükgötürmə əməliyyatlarının aparılması; Korpus boruları, riserlər və digər qazma qurğusu fəaliyyətlərində köməklik göstərmək; Çəlləkləri və səbətləri forkliftlə boşaltmaq; Qazma şöbəsinin göstərişi ilə kimyəvi maddələrin qarışdırılmasında kömək etmək; Yanğın, sızma, axtarış və xilasetmə kimi fövqəladə hallar zamanı fövqəladə xilasetmə komandası üzvü kimi komanda liderinin göstərişi ilə fəaliyyət göstərmək; HLO-nun göstərişi ilə helikopter meydançası komandasının üzvü kimi fəaliyyət göstərmək; Qaynar işlər, qapalı məkanlar, yan tərəf işləri, toplu köçürmə və s. fəaliyyətlər zamanı nəzarətçi vəzifələrini yerinə yetirmək; Göyərtədə və dəniz avadanlıqlarında rəhbərinin göstərişi və nəzarəti ilə texniki xidmət fəaliyyətinə kömək etmək; Gündəlik fəaliyyətlər zamanı qurğuda ümumi təmizlik və tullantıların ayrılmasına nəzarət etmək; Boyanması tələb olunan səthlərdən boyanı çıxarmaq; Qum püskürdən aparat, iynəli qırıcı, göyərtə cilalayıcı, əl cilalayıcı/tel fırça/sürtkü yastığı/qırıcı çəkic/qazıyıcı, yüksək təzyiqli buxar təmizləyicidən istifadə edilməsi; Qurğunun müxtəlif sahələrini və ya avadanlıqları boya fırçası, hava/avtomatik boya spreyi, rulon yastığı ilə boyamaq və s.-dən ibarət olmuşdur.
32. İddiaçının takelajçı vəzifəsində başlıca vəzifə öhdəlikləri “CDC Keyfiyyət İdarəetməsində nəzərdə tutulan standartlar Sisteminə (Q.M.S.) uyğun olaraq bütün CDC Prosedurlarına əməl etmək və həyata keçirmək; Bütün dəniz bölməsi üzrə müxtəlif texniki işlər, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq: boya hazırlanması, qumlama, çipləmə və rəngləmə, materiallar və s; Göyərtədə avadanlıqların təmin olunması və müxtəlif şöbələr daxilində sistemlərin və avadanlıqların təmiri və texniki xidmətini həyata keçirmək” olduğu müəyyən olunur.
33. İddiaçı tərəfindən takelajçı sahəsində aparılan əməliyyatlar dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak etməsi ilə əhatələnən işlər olmaqla güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.
34. “X7” LTD tərəfindən verilən kran operatorunun köməkçisinin vəzifə təlimatından görünür ki, iddiaçının “X6” LTD-nin “İSTİQLAL” yarımdalma qurğusunda 07 sentyabr 2012-ci il tarixdən 04 noyabr 2019-cu il tarixinədək işlədiyi kran operatorunun köməkçisi peşəsində vəzifələri - Öz tapşırıqlarını ehtiyatlı və təhlükəsiz şəkildə yerinə yetirmək üçün Kran operatorunun göstərişlərinə əməl etmək; Müxtəlif radiuslarda təhlükəsiz iş hədləri daxil olmaqla, kranları təhlükəsiz idarə etmək, Sərhəd məhdudiyyətlərdən xəbərdar olmaq və onları aşmamaq; Müxtəlif yükləri daşıyan kranı idarə etməkdə bacarıqlı olmaq (yarımdalma üzən/üzən qurğular); Qazma materialları və avadanlığının boşaldılması və geri yüklənməsini əlaqələndirməkdə Kran Operatoruna kömək etmək. Buraya təchizat qablarından şlanqlar vasitəsilə oturulən bütün kütlə və mayelər daxildir; Qazma qurğusunun hərəkətinə hazırlıq, onun hərəkəti zamanı və sonrasında dəniz departamentinə kömək etməkdə Kran Operatoruna kömək etmək; Qazmaçının təlimatlarına uyğun olaraq bütün Partlayışın Qarşısının alınması (ВОР) və quraşdırılması əməliyyatlarında Kran Operatoruna kömək etmək; Bütün Şirkət və hər hansı tənzimləyici orqan sənədlərinin səliqəli, vaxtında və nizamlı şəkildə aparılmasında Kran Operatoruna kömək etmək. Qarşıdan gələn ağır iş yükünün öhdəsindən gəlmək üçün əməliyyat bütövlüyünü təmin etmək üçün tranzit sapanlarını, kranları və əlaqəli avadanlığın vəziyyətini yoxlamaq; Gövdə sütünlarının ölçülməsinə, etiketlənməsinə və burulmasına kömək etmək, korpusun və digər boruların birləşmələrinin sayı və qeydinin aparılması və s.-dən ibarət olmuşdur.
35. İddiaçının kran operatorunun köməkçisi vəzifəsində başlıca vəzifə öhdəlikləri “CDC Keyfiyyət İdarəetməsində nəzərdə tutulan standartlar Sisteminə (Q.M.S.) uyğun olaraq bütün CDC Prosedurlarına əməl etmək və həyata keçirmək; Bütün bunları təmin etmək üçün cavabdeh/məsuliyyətli Personal yükün ətrafından əvvəldən təmizlənməli vəsapanda qaldırmaqı və ya gərginliyi nəzərə almaq; Göyərtədə aparılan bütün əməliyyatları nəzarətsiz qoymamaq, Nəzarət olmadıqda gəmidən qurğuya hər hası bir transferi həyata kəçirməmək; Kranı idarə etməyə ehtiyac yoxdursa, kran maşinistinin köməkçisi köməkçi işçi kimi öz vəzifəsinə qayıtmaq və bu vəzifənin iş təsvirinə əməl etmək” olduğu müəyyən olunur.
36. Göründüyü kimi iddiaçının xx.xx.2005-xx.xx.2012-ci il və xx.xx.2019-xx.xx.2025-ci il tarixlərdə işlədiyi takelajçı vəzifəsi, xx.xx.2012-xx.xx.2019-cu il tarixlərdə işlədiyi kran operatorunun köməkçisi peşəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajları olmuşdur.
37. Belə ki, iddiaçının “X7” LTD Yarım dalma üzən X4 xx.xx.2005-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2019-cu il tarixindən bugünədək işlədiyi takelajçı vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1№-li siyahısı”nın “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bəndinin ******* şifrəli 2. Neft-qaz və qaz kondensatının hasilatı” yarımnəndində şifrə 1100000a ilə göstərilmiş “a) fəhlələr” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin “10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində “a) fəhlələr” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədir.
38. Eyni zamanda, iddiaçının “X7” LTD Yarım dalma üzən X4 xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək işlədiyi kran operatorunun köməkçisi vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1№-li siyahısı”nın “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bəndinin ******* şifrəli 2. Neft-qaz və qaz kondensatının hasilatı” yarımnəndində şifrə 1100000a-14012 ilə göstərilmiş “qaldırıcıların maşinistləri” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsinin “10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində “qaldırıcıların maşinistləri” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədir.
39. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə onun ИТ-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə - “X7” LTD -nin arayışları və vəzifə təlimatları ilə təsdiqlənir.
40. Məhkəmə cavabehin imtinasını əsassız hesab edərək qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
41. Eyni zamanda xüsusilə qeyd olunmalıdır ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
42. Nəticə etibarı ilə iddiaçının xx.xx.2005-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2025-ci tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur.
43. İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür və 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.
44. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
45. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.
46. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
47. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
48. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
49. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
51. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva