Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1367/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı MMC-nin barəsində cavabdehin qəbuletdiyi xx.xx.2024-cü il tarixli **********344400№-li qərarı ləğv edərək,İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək cavabdeh qismində göstərilən Dövlət Vergi Xidmətinin əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı vəsatətdə qeyd edilmişdir ki, hazırkı iş üzrə "xxxx" MMC-nin iddia tələbi üzrə cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməlidir. İddiaçı öz iddia tələbi ilə “Dövlət Vergi Xidməti və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cəmiyyət barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli **********344400 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi m xahiş etsə də, mübahisə olunan xx.xx.2024-cü il tarixli **********403600 nömrəli qərar Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və tabeliyindəki vergi orqanları iqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə Dövlət Vergi Xidmətinin bir sıra strukturlarının əsasnamələri, o cümlədən Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Əsasnaməsi təsdiq edilmişdir. Bakı şəhəri Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra - Baş idarə) vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının (bundan sonra - sığorta haqları), həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, onların dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra aidiyyəti fondlar) tam və vaxtında ödənilməsinə nəzarət etmək sahəsində (bundan sonra müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən Baş idarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin Aparatının struktur bölmələri, strukturuna daxil olan qurumları və strukturuna daxil olmayan tabeliyindəki qurumları, dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, o cümlədən fiziki və hüquqi şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, habelə müstəqil qaydada məhkəmədə tərəf və digər şəxs (iştirakçı) qismində bilavasitə iştirak edir (təmsil olunur). Bundan əlavə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X6 10.1-ci bəndinə əsasən bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Qeyd etməliyik ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iddianın mümkün sayılması üçün cavabdeh qismində hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına yol verən inzibati orqan seçildikdə iddiaçı həmin hərəkətlərin nədən ibarət olmasını aydın ifadə etməli, həmin hərəkətləri dair sübutlar təqdim etməli və iddiasını əsaslandırmalıdır. Lakin iddia ərizəsində məhz cavabdeh Dövlət Vergi Xidməti tərəfindən hansı hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində iddiaçının qanunla qorunan hansı hüquqlarının və maraqlarının pozulduğu, hansı hərəkətlərin yerinə yetirməsini tələb etdiyi aydın ifadə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə Dövlət Vergi Xidməti əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməlidir. Odur ki, yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 35-ci və 47.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, İddiaçı MMC-nin iddia tələbi üzrə cavabdeh qismində göstərilən Dövlət Vergi Xidmətinin əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
4. Məhkəmə iddia ərizəsində Dövlət Vergi Xidmətinin cavabdeh qismində göstərilməsi formal xəta hesab etmiş, cavabdeh qismində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini nəzərə almışdır.
5. Tələb onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsi çərçivəsində fəaliyyət göstərən vergi ödəyicisi İddiaçı MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixində Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin **********0№ bildirişə əsasən 834,00 manat vergi borcu olması müəyyən edilmişdir. Lakin, Dövlət Vergi Xidmətnin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2024-cü il tarixində kameral vergi yoxlanılması keçirilmiş və xx.xx.2024-cü il tarixində **********344400 №-li Qərarla riskili vergi ödəyicisi siyahısına daxil edilmişdir. xx.xx.2024-cü il tarixliİddiaçı MMC-nin şəxsi hesab vərəqəsində vergilər üzrə çap tarixinə 9.479.18 manat saldo borc yaranmişdir. İddiaçı hesab edir ki, Dövlət Vergi Xidmətnin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparilan araşdırmalar qanunla yolverilməzdir. Belə ki, şirkətin əvvəllər apardığı əməliyyatların əmtəəsiz əməliyyatlar hesab edilməsi və riskli vergi ödəyicisi siyahısına daxil edilməsi qanuna zidddir. İddiaçı hesab edir ki,cavabdeh tərəfindən qəbul edilən Qərar qanunveriziliyə ziddiyyət təşkil etdiyindən araşdırma qərəzli hesab edilməlidir. Azərbaycan Respublikası VM-nin 65.1.-ci maddəsinin tələblərinə əsasən Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Öncə qeyd edim ki, cavabdeh əvvəlcədən xəbərdarlıq etməmiş beləki, qərardan görünür ki, sanksiyanın tətbiq edilməməişdir. Yəni cavabdeh apardığı araşdırma zamanı vergi ödəyicisi İddiaçı MMC (VÖEN: **********) xəbərdar edilməməsi qanunvericiliklə yol verilməzdir. İddiaçı hesab edir ki, məhkəmə qaydasında qərara baxılaraq vergi ödəyicisi İddiaçı MMC (VÖEN: ********** riskli vergi ödəyicisi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarlar ləğv edilməlidir. 2023-cü il tarixində olan dövr ərzində vergi ödəyicisi İddiaçı MMC tərəfindən aparılan elektron qaimə faktura məlumatlarına əsasən başqa şirkətlərlə aparılan əməliyyatlaın əmtəəsiz əməliyyatlar olması qənaətinə gələrək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2024-cü il tarixində vergi ödəyicisi İddiaçı MMC (VÖEN: **********) əvvəllər başqa şirkətlərlə apardığı əməliyyatları əmtəəsiz əməliyyatlar hesab edib Azərbaycan Respublikası VM-nin 13.2.82-ci maddəsinə istinad edərək vergi ödəyicisi İddiaçı MMC (VÖEN: **********) riskli vergi ödəyiciləri siyahısına daxil etmə barədə **********344400№-li qərar qəbul etmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarlar ləğv edilərək vergi ödəyicisi İddiaçı MMC (VÖEN: **********) riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar çıxarılmalıdır.
6. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Vergi Məcəlləsinin 13.2.82ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən, bu Meyarlar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir; 2.1.3-ci yarımbəndinə əsasən, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə, (vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən, vergi üstünlüyü-vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70ci maddəsinə əsasən vergidən yayınma sxemi-vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi- vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi”nin 3.0.3-cü bəndinə əsasən səlahiyyətləri daxilində vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək Baş idarənin vəzifəsinə aid edilmişdir. Bildiririk ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarına əsasən, vergi ödəyicisinin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə əldə edilmiş və təqdim edilmiş elektron qaimə-fakturalar əsasında bir sıra malların alındığı və satıldığı müəyyən edilmişdir. Lakin qeyd edilən tarixlərdə vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı aşkar edilmişdir. Bununla yanaşı, vergi ödəyicinin satış əməliyyatları etdiyi 9 vergi ödəyicisindən 8-i sözügedən meyarların 2.1.2. bəndinə əsasən, riskli vergi ödəyicisi hesab olunmuşdur. Qeyd olunan səbəb də ödəyicinin faktiki olaraq əmtəəsiz əməliyyatlar keçirilməsini deməyə əsas verir (Həmin vergi ödəyicilərinin riskli hesab edilməsi barədə qərarlar və keçirilmiş nəzarət tədbirlərinə dair arayışlar etiraza əlavə edilir). Odur ki, qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir və xx.xx.2024-cü il tarixli **********344400 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçı "xxxx" MMCnin iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
7. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********631400 nömrəli Qərarına əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.6 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.6. Meyarların 2.1.1-2.1.5-ci yarəmbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olsuğu hüquqi şəxs Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********351000 nömrəli Qərarına əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
9. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********3459600 nömrəli Qərarına əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
10. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********411900 nömrəli Qərarına əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
11. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********358900 nömrəli Qərarına əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
12. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********429200 nömrəli Qərarına əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
13. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********601800 nömrəli Qərarına əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
14. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********624300 nömrəli Qərarına əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
15. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarlar qəbul edilmiş yuxarıda adları qeyd olunan vergi ödəyicilərinə münasibətdə vergi orqanı tərəfindən tərtib edilmiş Arayışlar iş materiallarına əlavə edilmişdir.
16. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********344400 nömrəli Qərarına əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Vergi ödəyicisi İddiaçı (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan “Riskli əməliyyatların araşdırılması barədə” məktubda qeyd edilmişdir ki, məlum olduğu kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə Qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Vergi orqanı tərəfindən aparılan araşdırma nəticəsində “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə, bəndlərinə uyğunluğunuz müəyyən edilmişdir. Riskin məzmunu barədə: 2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 2 069 225,78 manat dəyərində "SİQARET VİCEROY NANO WHİTE, SİQARET WEST LİGHTS, və s." adlı mal təqdim edilmiş və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların şübhəli, əmtəəsiz olduğu müəyyən edilmişdir. Belə ki, obyektə baxış zamanı həmin müəssisənin orada fəaliyyət göstərmədiyi aşkarlanmış və və bununla bağlı təsərrüfat subyektini icarəyə verən şəxdən izahat alınmışdır. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilir. Qeyd edilən məsələlərlə bağlı müvafiq dürüstləşdirmələrin aparılması məqsədilə müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən 5 (beş) iş günü ərzində saat 11:00-dan 17:00-dək Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin (012) ***-**-** nömrəli əlaqə telefonu ilə əlaqə saxlanılması xahiş olunur. Bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndənin iştirakı ilə xx.xx.2023-cü il tarixdə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə aşağıdakı məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 5 iş günü ərzində qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməli olduğunu bildirilir. Sənədlər: malların təhvil-qəbul aktları müqavilələr kassa mədaxil-məxaric sənədləri üzləşmə aktları alış aktlarının tarixi, seriya və nömrələri əməliyyatın riskli olmasını hesab etməyə əsas verən halları təkzib edən digər təsdiqedici sənədlər və məlumatlar Araşdırmada şəxsən iştirak edəcəyi təqdirdə şəxsiyyətini təsdiq edən sənədin, səlahiyyətli nümayəndə (qanuni nümayəndə) vasitəsilə iştirak ediləcəyi təqdirdə nümayəndənin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin surətinin təqdim edilməsi tələb olunur. Tələb olunan sənədlər qeyd olunan müddətdə təqdim olunmadıqda aparılmış əməliyyatlara uyğun olaraq qanunamüvafıq Qərar qəbul olunacaqdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə Qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Riskli vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsinin 38.3.8-1 -ci, 50.2.5-ci, 78.4-cü, 83.7ci, 85.8.2-ci, 85.9-1.2-ci, 87.3-1 -ci, 89.3-cü, 109.9-cu, 175.11-ci və 179.4-cü maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərdə tutulmuşdur.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (X4) iddia ərizəsinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, İddiaçı MMC-yə münasibətdə aparılmış kameral yoxlama zamanı vergi ödəyicisi tərəfindən həyata keçirilmiş əməliyyatlarda uyğunsuzluq aşkar edilmiş və vergi ödəyicisi “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Belə ki, vergi ödəyicisinin qarşılıqlı əməliyyat apardığı 9 vergi ödəyicisi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarı əsasında riskli vergi ödəyicisi hesab edilmişdir. Belə ki, həmin vergi ödəyicilərindən 8-nin əmtəəsiz əməliyyatlar aparması və təsərrüfat subyektinin olmaması, digərinin isə riskli vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri olduğu aşkar edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyiciləri sırasından çıxarılması üçün əmtəəsiz əməliyatlar aradan qaldırılmalı, maliyyə sanksiyası ödənilməlidir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən hallar aradan qaldırılmadığından riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (X5) iddia ərizəsinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, vergi ödəyicisi tərəfindən 2023-cü il üzrə aparılmış 2 069 225,78 manat məbləğində əməliyyatların şübhəli olduğu müəyyən edilmişdir. Bununla əlaqədar vergi ödəyicisinə münasibətdə yerli baxış keçirilmiş, baxış zamanı vergi ödəyicisinin apardığı əməliyyatların kəmiyyətcə sahib olduğu iqtisadi resurlarla mütənasiblik təşkil etmədiyi aşkarlanmışdır. Yerli baxışda vergi ödəyicisinin nümayəndəsi olduğunu bildirən şəxs də iştirak etmişdir. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərar qəbul edilməmişdən əvvəl vergi ödəyicisinə məktub ünvanlanmış və izahat verilməsi məqsədilə vergi orqanına dəvət edilmişdir. Lakin vergi ödəyicisi vergi orqanına gəlməmiş, hər hansı sənəd təqdim etməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
20. İddia ərizəsinin məzmunundan və daha sonra iddiaçının təqdim etdiyi vəsatətlərdən aydın olur ki, İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********344400 nömrəli xx.xx.2024-cü il tarixli Qərarın ləğv edilməsini tələb etmişdir.
21. Odur ki, məhkəmə iddia tələbini qeyd edilən şəkildə nəzərə alır.
22. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
24. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
25. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir.
26. Cavabdeh vergi orqanı məhkəməyə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, **********344400 nömrəli xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisi (iddiaçı) tərəfindən xx.xx.2024-cü il tarixdə oxunmuş, lakin həmin qərarın ləğv edilməsi ilə bağlı iddia tələbi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
27. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur.
28. “Elektron imza və elektron sənəd haqqında” Qanunu: ...1.1.4. Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər ...1.1.15. Elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audiogörüntü formasında saxlanılan kontent; 21.1. Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: ... 21.1.3. identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır;
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron sənədlərin mübadiləsi Qaydası”
3. ELEKTRON SƏNƏDİN FORMALAŞDİRİLMASİ 3.1. Elektron sənəd “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-ci maddəsində göstərilmiş quruluşda formalaşdırılır. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barəsində məlumatlar ümumi hissədə qeyd edilir. Elektron sənəddə elektron imza ilə yanaşı, bir qayda olaraq, sənədin qeydiyyat nömrəsi, tarixi, ünvanı, göndərən təşkilatın (şəxsin) rekvizitləri əks etdirilməlidir.
4. ELEKTRON SƏNƏDİN GÖNDƏRİLMƏSİ VƏ ALİNMASİ 4.1. Elektron sənədin göndərilməsindən əvvəl onun düzgün tərtibatı (elektron imzaya, əsas və əlavə rekvizitlərə malik olması) və ünvanlanması yoxlanılır.
5. ELEKTRON SƏNƏDİN HƏQİQİLİYİNİN YOXLANİLMASİ 5.1. Elektron sənədin yoxlanılması elektron imza vasitələrindən istifadə edilməklə, aşağıdakı mərhələlər üzrə aparılır: 5.1.1. elektron sənədin müəyyən olunmuş formaya uyğunluğu və zəruri rekvizitlərə malik olmasının yoxlanılması; 5.1.2. elektron sənəddəki elektron imzanın həqiqiliyinin yoxlanılması.
30. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericilik normalarının təhlilindən görünür ki, elektron sənəd identikləşdirməyə imkan verən rekvizitlərə (sənədin qeydiyyat nömrəsi, tarixi, ünvanı, göndərən şəxsin rekvizitləri, elektron imza) malik olmalı və elektron sənədi alan şəxsə göndərilməmişdən əvvəl düzgün tərtibatı (elektron imzaya, əsas və əlavə rekvizitlərə malik olması) yoxlanılmalıdır.
31. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarım müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.1.15-ci maddəsinə əsasən elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontentdir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27-ci maddəsi elektron sənədin göndərilməsi və alınması formasını tənzimləyir. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən elektron sənədi Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Qanunun 27.4-cü maddəsinə əsasən tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Vergi Məcəlləsinin 13.2.72-ci maddəsində elektron kabinetin – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə olduğu qeyd olunub. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. İş materiallarına əsasən cavabdeh mübahisələndirilən qərarın elektron sənəd olduğu və elektron imza ilə imzalandığını bildirir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 21-ci maddəsi elektron sənədə dair tələbləri müəyyən edir və bu tələblər aşağıdakılardır: 21.1. Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2.bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır;
32. Məhkəmə nəzərə alır ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********344400 nömrəli xx.xx.2024-cü il tarixli Qərarın vergi ödəyicisinə (İddiaçı MMC-ə) elektron sənəd formasında təqdim edildiyi iddia olunur. Mübahisələndirilən qərar elektron sənəd barədə qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün elektron sənəd hesab edilə bilməz.
33. Mübahisələndirilən qərarda elektron sənədin həqiqiliyinin yoxlanması üçün rəqəmsal məlumat (QR Code) yoxdur. Başqa sözlə ifadə etsək, mübahisələndirilən elektron sənədin həqiqiliyini təsdiqləmək mümkün olmadığından “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən qeyd edildiyi kimi, yəni elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə, elektron sənəd göndərilməmiş hesab edilir. Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Lakin iş materiallarında bununla bağlı hər hansı sübut yoxdur.
34. Məhkəmə iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qərarın surətini nəzərdən keçirərək müəyyən edir ki, vergi ödəyicisinə elektron sənəd formasında təqdim edilmiş müvafiq inzibati aktda (xx.xx.2024-cü il tarixli qərar) identikləşdirməyə (eyniləşdirməyə) imkan verən rekvizitlər (xüsusilə elektron imza, rəqəmsal məlumat-QR Code) əks olunmamışdır, yəni elektron sənədin həqiqiliyi və mötəbərliliyi təsdiqləmək mümkün deyil. Odur ki, elektron sənədin göndərilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər vergi orqanı tərəfindən icra edilməmişdir.
35. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, müvafiq inzibati akt qanunvericilikdə nəzərdə tutulan forma tələblərinə uyğun olaraq təqdim edilmədiyindən məhkəməyə müraciət üçün nəzərdə tutulan müddətlər ötürülmüş hesab edilə bilməz.
36. İddia mümkündür.
37. İddiaçı qərarın ləğvi tələbi ilə vergi orqanına, daha sonra məhkəməyə müraciət etmişdir.
38. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
39. Məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********344400 nömrəli Qərarına əsasən Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
40. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13.2.82-ci maddənin birinci cümlədə “meyarlara” sözü “risk meyarlarına” sözləri ilə əvəz edilmişdir və həmin cümlədən “, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan” sözləri çıxarılmışdır və ikinci cümlə yeni redaksiyada verilmişdir: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən (21 noyabr 2024-cü il tarixli 486 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişiklik edilənədək qüvvədə olan redaksiya): 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: ...2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);
42. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********344400 nömrəli Qərarda İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi üçün əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə (aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə) istinad edilmişdir.
43. Cavabdeh vergi orqanı vergi ödəyicisi (iddiaçı) tərəfindən əmtəəsiz əməliyyatlar aparılmasını təsdiq edən ilkin dəlil olaraq İddiaçı MMC-nin riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparmasını bildirmişdir.
44. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı MMC-nin satış əməliyyatları həyata keçirdiyi vergi ödəyiciləri ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq qərarları əsasında riskli vergi ödəyiciləri hesab edilmişdirlər. Cavabdeh vergi orqanı həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarları və keçirilmiş nəzarət tədbirlərinə dair arayışları məhkəməyə təqdim etmişdir.
45. Cavabdeh vergi orqanı vergi ödəyicisi (iddiaçı) tərəfindən əmtəəsiz əməliyyatlar aparılmasını təsdiq edən digər dəlil olaraq vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığının aşkarlandığını bildirmişdir.
46. Məhkəmə qeyd olunan halla əlaqədar müəyyən edir ki, vergi ödəyicisi (iddiaçı) vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olması ilə bağlı hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, 2023-cü il üzrə aparılmış 2 069 225,78 manat vergi ödəyicisinin hüquqi ünvanına baxış keçirilərkən vergi ödəyicisinin apardığı əməliyyatların kəmiyyətcə sahib olduğu iqtisadi resurlarla mütənasiblik təşkil etmədiyi aşkarlanmışdır. Odur ki, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcminin uyğunluq təşkil etməməsi əmtəəsiz əməliyyatlar aparıldığını təsdiqləyən digər bir haldır.
47. Məhkəmə nəzərə alır ki, vergi orqanı tərəfindən vergi ödəyicisi olan İddiaçı MMC-yə (iddiaçıya) “Riskli əməliyyatların araşdırılması barədə” məktub ünvanlanaraq həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin müəyyən edilməsi aparılmış əməliyyatlar barədə təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərinin vergi təqdim edilməsi riskli halların yenidən araşdırılması üçün nümayəndənin iştirakının təmin edilməsi tələb edilmişdir. Buna baxmayaraq vergi ödəyicisi (İddiaçı MMC) tərəfindən vergi orqanı ilə əlaqə saxlanılmamış və hər hansı sənəd təqdim edilməmişdir.
48. Bundan əlavə, məhkəmə iddiaçının davranışlarını da qiymət verərək qeyd edir ki, iddiaçı məhkəmə tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbi və işin halları ilə əlaqəli olmayan vəsatətlər verərək faktiki olaraq iddia tələbini əsaslandıran hər hansı dəlil məhkəməyə təqdim etməmişdir.
49. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
50. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
51. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan inzibati aktın (“Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********344400 nömrəli xx.xx.2024-cü il tarixli Qərarın) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu və vergi ödəyici tərəfindən aparılan əməliyyatların əmtəəsiz olmasını sübut etmişdir.
52. Məhkəmə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməyən vergi ödəyicilərinin müvafiq risk amilləri nəzərə alınmaqla riskli vergi ödəyicisi olaraq qeydiyyata alınması vergidən yayınma hallarının qarşısının alınması, nəticədə isə vergi inzibatçılığının inkişaf etdirilməsi məqsədi ilə müəyyənləşdirilmişdir.
53. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
54. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
55. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva