Məhkəmə qərarları › İş №2-1(112)-1368/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1368/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1368/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsi“ barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı (üçüncü şəxs kimi "xxxx" MMC göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tikinti və söküntü işlərinin dayandırılması barədə Agentliyin xx.xx.2023-cü il tarixli 0312 nömrəli qərarı qəbul edilənədək iddiaçının yaşadığı ünvanda yerləşən binada uçma və dağılma təhlükəsi yaradan icazəsiz yenidənqurma və söküntü işlərinin aparılmasında Agentliyin hərəkətsizliyinin qanunsuz hesab edilməsi; sözügedən ünvanda qanunsuz olaraq söküntü işlərinin aparılması nəticəsində dəymiş 10.000 manat maddi və 50.000 manat mənəvi zərərin Agentlikdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə "xxxx" MMC-nin üçüncü şəxs qismində cəlb edilməməsi qərara alınmışdır.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən binanın istifadəsində olan dövlət torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 274 nömrəli sərəncamı əsasında "xxxx" MMC-yə icarə əsasında istifadəyə verilmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3- 35/2-N-9-36-221/2023 nömrəli məktubla rəsmi olaraq cavab verilərək Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.B.Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə "xxxx" MMC tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmədiyi bildirilmişdir. X11 Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tikinti və söküntü islərinin dayandırılması barədə xx.xx.2023-cü il tarixli 0312 nömrəli qərarı qəbul etmişdir. Yaşadığı mənzilin yerləşdiyi bina qəza vəziyyətində olmadığı halda həmin ünvanda yerləşən binada mənzillərin sökülərək yararsız vəziyyətə salınmasına Agentlik tərəfindən hərəkətsizlik göstərilməsi və nəticədə binanın konstruktiv elementlərinə ziyan vurulması ilə ona maddi və mənəvi zərər vurulması sübut olunmuşdur. Belə ki, binanın konstruktiv elementlərinin bərpası üçün müəyyən məbləğdə vəsait tələb olunacaqdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi haqqında Əsasnaməyə əsasən Agentlik tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Təsdiq edilmiş əsasnamə ilə Agentliyin vəzifələrinə ərazilərin, binaların və qurğuların təbii və texnogen fəlakətlərdən müdafiəsi üzrə layihələndirmə və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə əməl olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək, tikinti və tikinti ətrafı ərazilərdə müəyyən olunmuş təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək, tikinti norma və gaydalarını pozmagla həyata keçirilən tikintilərdə, hügugi və fiziki şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək kimi bir çox vəzifələr daxil edilmişdir. Çoxsaylı vəzifələrindən biri kimi (Əsasnamənin 8.34-cü bəndi) istismar olunan yaşayış evlərində, binalarda, qurğularda uçma və dağılma təhlükəsi yaradan icazəsiz yenidənqurma və söküntü işlərinin aparılmasının qarşısının alınması üçün tədbirlər işləyib hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək Agentliyin vəzifələrindən biridir. Lakin göründüyü kimi Agentlik Fərmanla təsdiq edilmiş Əsasnamə üzrə bu sahədə üzərinə düşən vəzifələrini lazımınca icra etməmiş və nəticədə vətəndaşların qanunla qorunan hüquq və mənafelərinə mühüm zərərlər vurulmuşdur. Təsdiq edilmiş əsasnamə ilə Agentliyin vəzifələrinə ərazilərin, binaların və qurğuların təbii və texnogen fəlakətlərdən müdafiəsi üzrə layihələndirmə və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə əməl olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək, tikinti və tikinti ətrafı ərazilərdə müəyyən olunmuş təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək, tikinti norma və qaydalarını pozmaqla həyata keçirilən tikintilərdə, hüquqi və fiziki şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək kimi bir çox vəzifələr daxil edilmişdir. Çoxsaylı vəzifələrindən indiki hala uyğun olan Əsasnamənin 8.34-cü bəndinə əsasən istismar olunan yaşayış evlərində, binalarda, qurğularda uçma və dağılma təhlükəsi yaradan icazəsiz yenidənqurma və söküntü işlərinin aparılmasının qarşısının alınması üçün tədbirlər işləyib hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək Agentliyin vəzifələrindən biri kimi qeyd edilmişdir. Lakin göründüyü kimi Agentlik Fərmanla təsdiq edilmiş Əsasnamə üzrə bu sahədə üzərinə düşən vəzifələrini lazımınca icra etməmiş və nəticədə vətəndaşların qanunla qorunan hüquq və mənafelərinə mühüm zərərlər vurulmuşdur. Qeyd edilən səbəblərdən bu istiqamətdə Agentliyin hərəkətsizliyi qanunsuz və əsassız hesab edilməlidir.

4. Məhkəmənin sorğusuna əsasən cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 18 dekabr 2020-ci il tarixli 274 nömrəli Sərəncamı ilə icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Sərəncamın icrasına nəzarət edilməsi Nəsimi Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Həmin ünvanda heç bir söküntü işləri aparılmır.

5. AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 və İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 211.60 kv/m olan mənzilin paylı mülkiyyət üzrə onlara məxsus aşağıda göstərilən hissəsini (hissələrini): X5 (paylı mülkiyyət üzrə 111.6 kv/m), Satıcı İddiaçı (paylı mülkiyyət üzrə 100 kv/m) - X4 mülkiyyətinə verirlər.

6. AN-İ 1218856nömrəli 04.122023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 34.43 kv/m olan 1 otaqlı mənzili tam mülkiyyət üzrə X4 mülkiyyətinə verir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu nun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

12. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

13. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının iddia etdiyi ona dəymiş maddi, mənəvi zərərin ödənilməsi tələbinə əsas olmuş cavabdeh tərəfindən icazəsiz yenidənqurma və söküntü işləri aparılan ünvanda - ünvan 5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan əmlak aşkar edilməmişdir.

15. Belə ki, məhkəmə icraatı gedişində sübut kimi təqdim edilən məlumatlardan görünür ki, mübahisə predmeti olan ünvanda yerləşən 37 və 39 saylı mənzillər hazırda digər şəxsin, X10 mülkiyyətinə alqı-satqı müqaviləsi əsasında verilmişdir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

17. Göründüyü kimi, iddiaçının sözügedən daşınmaz əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar