Məhkəmə qərarları › İş №2-1(112)-13681/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13681/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13681/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2023-cü il tarixdən, 65 yaşdan təyin edilmiş yaşa görə əmək pensiyasının aylıq məbləği olan 787.65 manat məbləğinin hər ay 20 faizi, 157.53 manatın tutulmasının qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması” iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ:

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh İbrahimov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2023-cü il tarixdən, 65 yaşdan təyin edilmiş yaşa görə əmək pensiyasının aylıq məbləği olan 787.65 manat məbləğinin hər ay 20 faizi, 157.53 manatın tutulmasının qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1-(82)-2733/2017 saylı, 19 iyun 2017-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı iddia tələbi təmin edilmiş, xx.xx.1976-cı ildən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin, xx.xx.1978ci ildən xx.xx.2001-ci il tarixədək “Azərdəniznefttikinti” trestinin Tikinti Mexanikiləşdirmə İdarəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək xüsusi zərərli 1 nömrəli Siyahı ilə “Neftqaztikinti” trestinin 5 saylı TQİ-də işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək 2004-2005-ci illərin əmək haqqları nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2008-ci il tarixdən, yəni 50 yaşdan təyin edilməsi və həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardan apellyasiya şikayəti verilməmişdir. Məhkəmənin qərarı 08 avqust 2017-ci il tarixdən qanuni qüvvəyə minmiş və iddiaçıya pensiya təyin edilmişdir. Lakin 2020-ci ilin avqust ayından təyin edilmiş pensiya məbləğinin qanunsuz olaraq dayandırılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2733/2017 saylı, 19 iyun 2017-ci il tarixli qərarı hal-hazırda qüvvədədir, ləğv edilməmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdən 65 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın aylıq məbləği 787.65 manat müəyyən edilmişdir. Lakin verilən pensiyadan hər ay 157.53 manat məbləğində pul tutulur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2733/2017 saylı, 19 iyun 2017-ci il tarixli qərarı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Sonradan aparılmış monitorinq və araşdırmalar nəticəsində yeni hallar aşkar edilmiş və İddiaçı qanunsuz pensiya təyin edildiyi və 133112.59 (bir yüz otuz üç min biryüz on iki manat 59 qəpik) manat vəsait ödənildiyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə isə İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyin edilmişdir. Bundan sonra iddiaçıya əsassız ödənilmiş 133112.59 (bir yüz otuz üç min bir yüz on iki manat 59 qəpik) manat vəsaitdən avtomatlaşdırılmış qaydada təyin edilmiş yaşa görə əmək pensiyası üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış 640.32 (altı yüz qırx manat otuz iki qəpik) manat əskik vermə çıxılmış, qalıq 132472.27 (bir yüz otuz iki min dörd yüz yetmiş iki manat iyirmi yeddi qəpik) manat məbləğində vəsait iddiaçının əmək pensiyasından xx.xx.2023-cü il tarixdən etibarən aylıq 20 faiz olmaqla tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilir. İş materiallarında cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının imtinası mövcud deyildir. İddiaçının məhkəməyə imtina adı ilə təqdim etdiyi 13 iyul 2023-cü il tarixli sənəd isə Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və mühasibatlıq üzrə mərkəzi filialının məlumat xarakterli izah xarakterli məktubudur. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Müvafiq məhkəmə qərarının nəticə hissəsində iddiaçıya tutulmuş əmək pensiyası məbləğinin hesablanaraq geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İnzibati orqan tərəfindən qərar qəbul edilərkən iddiaçıya ödənilən pensiya məbləğinin artıq hesablandığı müəyyən edilmiş və pensiya məbləği yenidən hesablanaraq həqiqətən ödənilməli olan məbləğ müəyyən edilmişdir. Bu zaman arada yaranan fərqin iddiaçıya ödənilən əmək pensiyasının məbləğindən çıxarılmasında inzibati orqan haqlı olduğu kimi, əsassız olaraq artıq hesablanmış məbləğin müvafiq qərarda nəzərdə tutulduğu kimi iddiaçının əmək pensiyasına əlavə olunmaqla ödənişinin davam etdirilməsi qanunvericiliyin tələblərinə ziddir.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir.

6. Məhkəmə məhkəmə iclasında iştirak edən cavabdehi dinlədikdən sonra iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 8.4-cü bəndinə görə, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.”

7. İddiaçının hazırki tələbi xx.xx.2023-cü il tarixdən, 65 yaşdan təyin edilmiş yaşa görə əmək pensiyasının aylıq məbləği olan 787.65 manat məbləğinin hər ay 20 faizi, 157.53 manatın tutulmasının qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması vzəifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2-1(82)-2733/2017 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilmiş və iddiaçının xx.xx.1976-cı ildən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin, xx.xx.1978-ci ildən xx.xx.2001-ci il tarixədək “Azərdəniznefttikinti” trestinin Tikinti Mexanikiləşdirmə İdarəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək xüsusi zərərli 1 nömrəli Siyahı ilə “Neftqaztikinti” trestinin 5 saylı TQİ-də işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək 2004-2005- ci illərin əmək haqqları nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2008-ci il tarixdən, yəni 50 yaşdan təyin edilməsi və həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2-1(82)- 2733/2017 nömrəli qərarı qanuni qüvvəsini almış, lakin borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən bu günədək icra edilməmişdir. Qərarın icra edilməməsindən narazı qalan iddiaçı qeyd edilən qərarın icrasının təmin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Əliyev.E) 8-1(112)-22/2022 saylı işi üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli Qərardadı ilə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 2000 (iki min) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimə dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Beləliklə iddiaçının hal-hazırki iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyun 2017-ci il tarixli 2-1(82)-2733/2017 nömrəli qərarının icra edilməsindən hər hansı bir üzrlü səbəb göstərilmədən DSMF publik hüquqi şəxs və onun filialları tərəfindən yayınmasından irəli gəlir.

8. İnzibati Prosessual Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.6. bəndinə əsasən, İPM-nin 45.5.1-ci və 78-ci maddələrdə təsbit edilmiş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

10. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

11. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 2əyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar