Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13686/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “mühafizə orderinin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Cavabdehdə yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu tərəfindən X6 verilmiş 06 noyabr 2024-cü il tarixədək etibarlı olan 06 sentyabr 2024-cü il tarixli 17 nömrəli qısamüddətli mühafizə orderinin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdehdə yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu tərəfindən X6 06 sentyabr 2024-cü il tarixli, 17 nömrəli qısamüddətli mühafizə orderi verilmiş və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət zorakılığı törətmiş İddiaçı məişət zorakılığına məruz qalmış X5 qarşı 1. məişət zəminində fiziki zorakılıq - zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnun məhdudlaşdırması; 2. məişət zəminində psixi zorakılıq - qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər; 3. məişət zəminində cinsi zorakılıq - məişət zorakılığına məruz qalmış şəxsin iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi; 4. məişət zorakılığına məruz qalmış şəxsin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətlər qadağan edilmişdir. Qısamüddətli mühafizə orderi onunla əsaslandırılmışdır ki, Cavabdehdə yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu tərəfindən aparılmış araşdırmaya əsasən, müəyyən olunmuşdur ki, vətəndaş X7 həqiqətən də ünvan 1 ünvanında yaşayan keçmiş həyat yoldaşı İddiaçı tərəfindən məişət zorakılığına məruz qalmışdır. İddiaçı hesab edir ki, Cavabdehdə yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli, 17 nömrəli qısamüddətli mühafizə orderi qanunsuz, əsassız və iş üzrə heç bir araşdırma aparılmadan qəbul edilmiş inzibati aktdır. Belə ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun Məişət zorakılığı barədə şikayətlərə baxılması qaydasını özündə əks etdirən İİ Fəslinə əsasən, araşdırma aparılarkən ilk növbədə şikayət edən şəxsin hüquqlarının pozulub-pozulmadığı, şikayətçinin bu Qanunla müəyyən edilmiş hallara məruz qalıb-qalmadığı, eyni zamanda barəsində şikayət olunan şəxsin qanunla qadağan olunmuş hərəkətlərə yol verib-vermədiyi müəyyən edilməlidir. Cavabdehdə yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu tərəfindən isə iş üzrə hər hansı araşdırma aparılmadan X6 qarşı yuxarıdakı hərəkətlərin edilməsi mənə qadağan edilmişdir. Beləliklə, Cavabdehdə yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu tərəfindən araşdırma aparılarkən ilk növbədə mənim tərəfimdən qanunla qadağan olunmuş həkəkətlərin törədilib-törədilmədiyi müəyyən edilməli və yalnız iddiaçı tərəfindən həmin qanunsuz hərəkətlərə yol verildiyi müəyyən edildiyi təqdirdə barəsində yuxarıda qeyd olunan qadağalar tətbiq edilə bilərdi. İddiaçı qeyd edir ki, barəsində tətbiq edilmiş qadağalara əsas olan hallar baş verməmişdir və verilmiş qısamüddətli mühafizə orderi qanunsuzdur.
3. 06.09.2024-cü il tarixli, 17 nömrəli X2 qeyd olunmuşdur ki, ünvan 2 ünvanında yaşayan X1 həyat yoldaşı İddiaçı tərəfindən məişət zorakılığına məruz qalması ilə bağlı ərizəsinə Cavabdehdə baxılmışdır. Cavabdehdə yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq uzrə Monitorinq Qrupu tərəfindən aparılmış araşdırmaya əsasən müəyyən olunmuşdur ki, vətəndaş X7 həqiqətən də ünvan 1 ünvanında yaşayan keçmiş həyat yoldaşı İddiaçı tərəfindən məişət zorakılığına məruz qalmışdır. "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məişət zorakılığını törətmiş İddiaçı məişət zorakılığına məruz qalmış X5 qarşı aşağıdakı hərəkətlərin edilməsi qadağan edilmişdir:
13. Məişət zəminində fiziki zorakılıq - zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması işgəncə verilməsi azadlıq hüququnun məhdudlaşdırılması;
14. Məişət zəminində psixi zorakılıq - qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər;
15. Məişət zəminində cinsi zorakılq - məişət zorakılığına məruz qalmış şəxsin iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur edilməsi;
16. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi - məişət zorakılığına məruz qalmış şəxsin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi, asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlər.
4. Nəsimi Rayon Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il Qərara əsasən Qərarın təsviri hissəsində göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinin tələbini nəzərə alaraq X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna göndərilmişdir.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında cavadehin nümayəndəsi iştirak etməmişdir.
II. İddianın mümkünlüyü
8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən:
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
13. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.9. mühafizə orderi – məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt. Maddə 10. Mühafizə orderi 10.1. Bu Qanuna uyğun olaraq zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilir. 10.2. X2 məişət zorakılığını törətmiş şəxsə aşağıdakılar qadağan edilir. 10.2.1. məişət zorakılığının təkrar törədilməsi; 10.2.2. zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması; 10.2.3. zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi. Maddə 11. Məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və qısamüddətli mühafizə orderinin verilməsi 11.1. Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir 11.2. Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən və qısamüddətli mühafizə orderinin verilməsindən məhkəməyə şikayət verilə bilər. 11.3. Məişət zorakılığı törətmiş şəxsin xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.
14. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupu tərəfindən X6 verilmiş 06 noyabr 2024-cü il tarixədək etibarlı olan 06 sentyabr 2024-cü il tarixli 17 nömrəli qısamüddətli mühafizə orderinin ləğv edilməsini tələb etmişdir.
15. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır. Odur ki, hazırki mübahisə mülki münasibətlərdən (fiziki şəxslər arasında mövcud olan məişət münasibətlərindən) irəli gəlir və cavabdeh orqanın ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı fəaliyyəti ilə əlaqədar deyil.
16. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Hazırda iddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi həmin iddia tələbi ilə səlahiyyətli ümumi məhkəməyə (Nərimanov Rayon Məhkəməsinə) müraciət etməkdir.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva