Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1369/2023 31.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçıX mağazasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, iddiаçı Xi mağazasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə 31 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı RTPS İddiaçıiyinin XXmağazası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********021600 saylı və xx.xx.2019-cu il tarixli, **********348900 saylı bildirişlərin ləğv ediməsi və onlara əsasən ümumilikdə 5027,76 manat məbləğində vergi məsuliyyətinin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Şəxsi hesab vərəqəsindən 4821,20 manat əsas borc, 105,27 manat penya məbləğinin silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, iddia tələbinin “Şəxsi hesab vərəqəsindən 4821,20 manat əsas borc, 105,27 manat penya məbləğinin silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm” kimi göstərilməsi və Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X №-li Mağazası xx.xx.1992-ci il tarixdə 301 sayla AR Ədliyyə Nazirliyində qeydiyyata alınmış, xx.xx.2004-cü il tarixdə (VÖEN:**********) Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin 2 saylı Filialında qeydiyyata alınmışdır. Bakı şəh., Nəsimi rayonu, Azadlıq pr-ti 43 ünvanda yerləşən X№-li Mağazasının yerləşdiyi daşınmaz əmlak hərracda satıldığından, həmin tarixdən, yəni xx.xx.2017-ci ildən fəaliyyətini dayandırmış və bu haqda aidiyyəti vergi orqanına rəsmi məlumat verilmişdir. Sonradan, Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş İdarəsinin cavabdeh “X№-li mağazasına qarşı 3911,45 AZN (əsas borc 3111,20 AZN, penya 800,25 AZN) məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Narazı tərəfin verdiyi apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı ilə Bakı Apellyasiya Məhkməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, Xli mağazasının xx.xx.2019-cu il tarixə saldo keçən “Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsi”nə əsasən 4821,20 manat sosial sığorta haqları üzrə, 105,27 manat isə penya borcu mövcuddur. Belə ki, həmin borc sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi səlahiyyətinin (xx.xx.2019-cu il tarixdən etibarən) vergi orqanına həvalə edilməsindən əvvəl yaranmışdır. Üçüncü şəxsin etirazı: Üçüncü şəxs etirazında göstərmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Sığorta” (Hesabat)” altsistemində “X4"da X oktyabr 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 4821,20 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 103,28 manat olmaqla ümumilikdə 4924,48 manat Fonda borcu qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlar üzrə borcların silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun dəlilərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurum tərəfindən verilə etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi təmsil etdiyi qurum tərəfindən verilə etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: RTPS İddiaçıiyinin 38 №-li mağazasının xx.xx.2019-cu il tarixə “Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsi”nə əsasən 4821,20 manat sosial sığorta haqları üzrə, 105,27 manat isə penya borcu mövcuddur. Hazırda iddiaçı həmin borcun silinməsini tələb edir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1 İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələblərinə görə mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsi cavabdehə aiddir. Lakin hazırkı işdə nə cavabdeh, nə də üçüncü şəxs sözügedən borcun mövcudluğunu inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, lakin borcun yaranma əsasları və hesablanma qaydasına dair sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, öz-özlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Hazırki işdə mübahisələndirilən borcun yaranması nə cavabdeh, nə də üçüncü şəxs tərəfindən qeyd edilən qaydada əsaslandırıla bilmədiyi üçün iddia təmin edilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 4821,20 manat əsas borc, 105,27 manat penya məbləğinin silinməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin X şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 4821,20 manat əsas borc, 105,27 manat penya məbləğinin silinməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1369/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1369/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver