Məhkəmə qərarları › İş №2-1(112)-13692/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13692/2023

09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13692/2023 09.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv olunması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3 üçüncü şəxs qismində göstərilməklə “X7 xx.xx.1989-cu il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin qanunsuz hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv olunması” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X11 xx.xx.1989-cu il tarixdə Kirov rayonu, Kalinin küçəsi 1 saylı evə qeydiyyat vəsiqəsi alınmışdır. 1959-cu il tarixdə mərhum atası Rüstəm Qəmbərəli oğluna dövlət tərəfindən torpaq sahəsi verilib və Yeni ünvan 1 ünvanında 4 otaqdan ibarət ev tikilmişdir. 1961-ci il tarixdə Suraxanı qəsəbəsi keçmiş Şaumyan küçəsində yaşayan əmisigil öz yanına dəvət edərək tikdiyi 4 otaqlı evin 2 otağını onlara yaşamaq üçün vermişdir. Fərdi evin sənədi atasının adında olmuş, sonradan isə atası aldadaraq ondan sənədi almışlar və geri qaytarmamışlar. Cavabdehə sorğu verilmiş və sorğuya 12 aprel 2023-cü il tarixli cavabdan müəyyən olunmuşdur ki, keçmiş Kirov rayonu (indiki Suraxanı) Kalinin küçəsi, 1 saylı fərdi yaşayış evi keçmiş Orconikidze rayonu X10 İcraiyyə Komitəsinin 16 nömrəli xx.xx.1989-cu il tarixli qərarına, xx.xx.1989-cu il tarixli 560 nömrəli forma 2 arayışına əsasən ilkin olaraq xx.xx.1989-cu il tarixdə X5 adına ilkin qeydiyyatdan keçirilmişdir. Halbuki həmin evdə özü və ailə üzvləri fasiləsiz olaraq 1959-cu ildən yaşayırlar və bu, evə verilmiş müvafiq kitabdan da müəyyən olunur. Necə ola bilər ki, ev xx.xx.1989-cu il tarixdə X5 adına qeydiyyatdan keçmiş, lakin qeydiyyata əsas olan sənədlər Orconikidze rayonu X10 İcraiyyə Komitəsinin 16 nömrəli xx.xx.1989-cu il tarixli qərarı və xx.xx.1989-cu il tarixli 560 nömrəli forma 2 arayışı qeydiyyat vəsiqəsinin alınmasından sonra verilmişdir. Bu xüsusatlar X7 xx.xx.1989-cu il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin qanunsuz olmasını sübut edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavabdan müəyyən olunur ki, mərhum atası Rüstəm Qəmbərəli oğlunun adı ilə bağlı ünvan 3 ünvanında yerləşən fərdi evə dair arxiv qovluğunda 1989-cu il tarixli texniki pasport mövcuddur. Hüseynov Kərim evə dair sənəd almaq üçün müraciət edəndə ata adını düzgün göstərməyib, sənəddə adını X2 yazdırıb, halbuki onun və əmisinin atasının adı Qənbər Əli olmuşdur. Belə ki, əmisi qəsdən ata adını səhv göstərmiş, qanunsuz sənədlər əsasında qeydiyyat vəsiqəsi almış, sonradan isə onun oğlu X3 vərəsəlik şəhadətnaməsi olmadığı halda və onun vəfatından sonra onun oğlu tərəfindən 2019-cu ildə vərəsəlik işi açılmış və vərəsəlik işində 1989-cu il tarixdə alınmış saxta və qanunsuz qeydiyyat vəsiqəsinə istinad edilməklə çıxarış alınmışdır. Çıxarış qanunsuz olaraq verilmiş və məhkəmə tərəfindən təqdim edilmiş qanuni sübutlar əsasında ləğv edilməlidir. Vərəsəlik işində əmisinin adı X2 qeyd olunmuş və bu məqsədli şəkildə edilmişdir ki, cavabdeh X3 fərdi evi qanunsuz şəkildə ələ keçirsin. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Bir neçə kirayəçinin yaşadığı biri digərindən təcrid olunmamış, məhdud kommunal şəraitli mənzillərin (evlərin) özəlləşdirilməsinə hər bir kirayəçinin və onların yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə yol verilir. Belə ki, ünvan 4 ünvanında yerləşən fərdi ev onun və ailə üzvlərinin istifadəsində olmuş, əmisi Hüseynov Kərim atası tərəfindən verilmiş 2 otaqda yaşamağına baxmayaraq, 1989-cu ildə qanunsuz və saxta forma 2 arayışı almış, onların adı orada göstərilməmiş, sonradan isə onların razılığı olmadan qanunsuz qeydiyyat vəqisəsi almışdır. Məhkəmə tərəfindən bu xüsusatlar zəruri şəkildə araşdırılmalı və onun mülkiyyət hüquqları bərpa olunmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Sadalanan normalara və işin müəyyən olunmuş faktiki hallarına əsasən dövlət mənzil fondunda olmuş mübahisəli 1 saylı fərdi evə xx.xx.1989-cu ildə Hüseynov Kərimin adına özəlləşdirilməsi və onun adına qeydiyyat vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə zidd olmuş və qanusuz olması səbəbindən məhkəmə tərəfindən ləğv edilməlidir. Qeydiyyat vəsiqəsinin verilməsi əsasında durmuş hüquqmüəyyənedici sənədlər olan Orconikidze rayonu X10 İcraiyyə Komitəsinin 16 nömrəli xx.xx.1989-cu il tarixli qərarı və xx.xx.1989-cu il tarixli 560 nömrəli forma 2 arayışı qanunla müəyyən olunmuş qaydada alınmamışır. Belə ki, tərəfindən təqdim olunmuş təkzibolunmaz sübutlardan müəyyən olunur ki, həmin ev onun atasına məxsus olmuş və ailə üzvləri ilə orada qeydiyyatda olmaqlarına və yaşamaqlarına baxmayaraq saxta və qanunsuz forma 2 arayışı verilmişdir. Həmin vəsiqənin ləğv olunması qanunvericiliyin tələblərinə əsasən qanuni və əsaslıdır. Belə ki, həmin sənədlər etibarsız və qanunsuz sayılır, hüquqi qüvvəsi yoxdur. Beləliklə, Orconikidze rayonu X10 İcraiyyə Komitəsinin 16 nömrəli xx.xx.1989-cu il tarixli qərarı və xx.xx.1989-cu il tarixli 560 nömrəli forma 2 arayışı qanunsuz olması səbəbindən, həmin etibarsız hüquqi akta istinadən qəbul edilmiş xx.xx.1989-cu il tarixli mübahisəli qeydiyyat vəsiqəsi də etibarsızdır. Çünki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin tələbi baxımından da tələbi əsaslıdır və Hüseynov Kərimə verilmiş xx.xx.1989-cu il tarixli qeydiyyat vəsiqəsi qanunsuz hesab edilməlidir. Qeyd edilən fərdi evə bütün kommunal ödənişlər tərəfindən edilmişdir. Hüseynov Kərim tərəfindən isə 110701601A10000 saylı abunə kodu üzrə xx.xx.1999-cu il tarixdən Azərişığa ödənişlər edilmişdir ki, bu xüsusatda iddia tələbinin əsaslı olmağını sübut edir. Necə ola bilər ki, 1989-cu il tarixdə qeydiyyat vəsiqəsi alınır, lakin 1999-cu il tarixdən kommunal ödənişlər edilməyə başlanılır. ünvan 5 ünvanında elektrik enerjisindən istifadə üçün abunə kodu **********K000 atası X8 adına olmuşdur. Bu ünvanda hal-hazırda onlar yaşayırlar və küçə sonradan Kalinin 1 adlandırılmış, indi isə Müstəqilliyin 20 illiyi küçəsi adlanır. X6 elektrik enerjisi üçün abunə kodu 110701601A10000 olmuş və onların ünvanı ünvan 6t orqanları tərəfindən bu nəzərə alınmamış və ona və ailə üzvlərinə məxsus olan və hal-hazırda yaşadıqları evə X11 ilkin olaraq qanunsuz olaraq qeydiyyat vəsiqəsi almış, sonradan isə onun oğlu tərəfindən çıxarış alınmışdır. Həmçinin elektrik enerjisindən istifadəyə dair sənədlərdən görünür ki, əmisi Hüseynov Kərim bu qanunsuz əməlini iz itirmək məqsədi ilə ata adını düzgün göstərməmişdir. Belə ki, atasının adına olan elektrik enerjisi istifadəsi haqqında arayışdan görünür ki, atasının adı Qəmbər Əli olmuş, lakin əmisi isə ata adını Əli olaraq göstərmişdir. İddia ərizəsinə əlavə edilmiş müvafiq kitabdan müəyyən olunur ki, o və ailə üzvləri həmin ünvanda qeydiyyatda olmuş və hal-hazıra kimi həmin evdə qeydiyyatdadırlar, X3 tərəfindən 31 saylı notariat kontorunda vərəsəlik ilə bağlı notarial hərəkətlər edilərkən, həmin sənədlərdə onların qeydiyyatda olmaqları birmənalı təsdiq olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-11827/2023 **********27 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, keçmiş Kirov rayonu, Kalinin küçəsi, 1 saylı fərdi yaşayış evi keçmiş Orconikidze rayonu X10 İcraiyyə Komitəsinin 16 nömrəli xx.xx.1989-cu il tarixli qərarına, xx.xx.1989-cu il tarixin 560 nömrəii forma 2 arayışına əsasən ilk olaraq xx.xx.1989-cu il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 291 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Suaxanı rayonunda Kalinin küçəsinin adı dəyişdirilməklə Müstəqilliyin 20 illiyi küçəsi adlandırılmışdır. ünvan 7 ünvanına Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 8 ünvan rekviziti təyin edilmişdir. Sorğu ilə əlaqədar müvafiq sənədlərin surəti məhkəmə sorğusu əsasında təqdim edilə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-Ə-0652-8/2023 **********91 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair mərhum Rüstəm Qəmbərəli oğlunun adına qeydiyyata alınmasına, habelə həmin əmlaka dair onun adı ilə bağlı ilkin texniki pasportun, torpaq sənədləri və cizginin tərtib edilməsi ilə əlaqədar hər hansı məlumat aşkar edilməmişdir. Rüstəm Qəmbərəli oğlunun adı ilə bağlı ünvan 3 (sənəddə olduğu kimi) ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda 1989cu il tarixli texniki pasport mövcuddur. Rüstəm Qəmbərəli oğlu ilə bağlı vərəsəliyin dairəsinin müəyyən edilməsi ilə əlaqədar notariat orqanı tərəfindən təqdim olunmuş sənəd sorğuya əlavə olunduğu təqdirdə müvafiq sənədlərin təsdiq edilmiş surətinin verilməsi mümkündür. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Məhkəməsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia ərizəsində göstərilən müvafiq tələb ilə cavabdehə müraciətini təsdiq edən sənədin və imtina məktubunun, həmçinin sözügedən ünvana dair hüquqmüəyyənedici və subyektiv hüququnu təsdiq edən sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddiaçının müvafiq tələblə cavabdehə müraciətinin olmadığını bildirmiş, iddiaçının müraciətlərinin yalnız müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı olduğunu bildirmiş, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... ...9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... ...16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər... Məhkəmə qeyd edir ki, iddia ərizəsinə müvafiq tələblə cavabdeh orqana müraciəti təsdiq edən sənəd və (və ya) imtina məktubu əlavə edilməmişdir. Bu barədə iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddia ərizəsində göstərilən müvafiq tələblə cavabdeh orqana müraciətini təsdiq edən sənədin və imtina məktubunun, həmçinin sözügedən ünvana dair subyektiv hüququnu təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi 10 gün müddət müəyyən edilmiş, qeyd edilən sənədlərin məhkəməyə təqdim edilməməsinin iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. Lakin, iddiaçı tərəfindən qeyd edilən çatışmazlıq aradan qaldırılmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqi marağını (subyektiv hüququnu) təsdiq edən sənədləri, eləcə də müvafiq tələblə cavabdehə müraciəti və cavabdehin imtinası mövcud olmadığından cavabdeh tərəfindən iddiaçının hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil. Odur ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. İddiaçıya qeyd edilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəmənin qənaətinə görə iş üzrə qəbul ediləcək məhkəmə qərarının X1 qanuni maraqlarına toxunma ehtimalı olmadığından onun inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Vəsatət təmin edilməsin. X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar