Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13697/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X2 katibliyilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə qarşı X11, X8, X12 və X9 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ə n e t d i : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 ailə üzvü olaraq yaşadıqları ünvan 2 ünvanının ¼ hissədə paylı mülkiyyətinə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 3 ünvanında yaşayırlar. Mənzil mərhum anası - X1 xüsusi mülkiyyətində olmuşdur. İddiaçının həyat yoldaşı həmin mənzilə gəlin köçmüş, eyni zamanda övladları həmin ünvanda doğulmuş və boya başa çatmışlar. İddiaçılar başqa ünvanda qeydiyatda olmuşlar, həmin ünvan özgəninkiləşdirilmiş və onlar həmin ünvandan qeydiyatdan çıxmaları barədə notariat kontorunda razılıq ərizəsi vermişlər. Hazırda qeydiyatdan çıxmaları barədə öhdəlik götürmüşlər, bu səbəbdən də hesab edirlər ki, onların qeydiyyata alınmaları vacibdir. Bu barədə mənzilin yerləşdiyi ərazi üzrə cavabdehə ərizə ünvanlamışlar. Cavabdehdən isə cavab verilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə X11, X8, X12 və X9 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, proses iştirakçıları təyin edilmiş məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin cavabdeh məhkəməyə müraciət edərək iş üzrə təyin edilmiş məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçılara hüquqi yardım edilərək iddia etdilkəri ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən hər-hansı birinin qeydiyyat orqanına təqdim etməsi barədə sübutun və həmin sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuş, bununla baglı iddiaçılar məhkəmənin hüquqi yardımına münasibət bildirmədiyindən iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Hazırki iddianın qaldırılmasında iddiaçıların hüquqi marağı ünvan 3 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrndən çıxarışın surətinə əsasən ünvan 4 ünvanında yerləşən mənzil ¼ hissədə X3 (********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli), ¼ hissədə X4, ¼ hissədə X6 (********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli) və ¼ hissədə X7 (********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli) xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Beləliklə, qanunvericilik qeydiyyatın aparılmasının iki qaydasını müəyyən etmişdir: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin iradə ifadəsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə: Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrndən çıxarışın surətinə əsasən ünvan 4 ünvanında yerləşən mənzil paylı mülkiyyətdədir. İddiaçılara məhkəmə tərəfindən hüquqi yardım göstərilərək iddia tələbi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədin (birgə mülkiyyətçilərin razılıq ərizəsinin) təqdim edilməsi təklif olunsa da, məhkəməyə də heç bir sənəd təqdim edilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddianın mümkünlük şərtləri kimi iddiaçıların o halda hüquqlarının pozulması əsaslı ola bilər ki, əgər bu pozuntu cavabdehin publik hüquqdan irəli gələn öhdəliyin icra edilməməsi nəticəsində yaranmış olsun. Məsələyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında aşağıdakılar göstərilmişdir: 4.2. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Bununla da məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məcburetmə haqqında iddianın qaldırılması üçün inzibati orqanın öhdəliyinin qanunla müəyyən olunmuş hüdudlar daxilində həyata keçirilib-keçirilməməsinin yoxlanılmasından əvvəl müvafiq prossedur qaydalarına əməl edilməsi zəruri olmuşdur ki, onlara riayət edilməmişdir. Bu halda isə iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir. Çünki inzibati orqanın publik hüquqdan irəli gələn öhdəliyinin icra edilməsindən əvvəl həmin hüquqda digər zəruri olan hərəkətlərin həyata keçirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə əsasən mümkün deyil. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddianın mümkün sayılmaması qənaətinə gəldiyindən iddiaçılara izah edilir ki, iddia etdikləri ünvana qeydiyyata alınması üçün ilk növbədə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndində göstərilmiş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər, o cümlədən mənzilin birgə mülkiyyətçilərinin razılıq ərizəsi ilə müvafiq səlahiyyətli inzibati orqana müraciət edə, xahişi təmin edilmədiyi təqdirdə isə həmin inzibati orqana qarşı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilərlər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6akim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-13697/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13697/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver