Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-137/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiya ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus zəbt edilmiş 0.1197 ha və 01158 ha torpaq sahələrinin 3.79 sotuna görə hər sotu 10000 manat olmaqla 37900 manat həcmində kompensasiya hesablanaraq ödənilməsi, eləcə də uçurulmuş daş hasarların hər 1 kv.m-nə 20 manat, dəmir darvazaya görə isə 1000 manat olmaqla kompensasiya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, eyni zamanda cavabdeh tərəfindən qanunsuz olaraq mülkiyyətdən məhrum edildiyinə görə ona dəymiş 10000 manat həcmində mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18 oktyabr 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus, zəbt edilmiş 0.1197 ha torpaq sahəsinin 3.79 sotuna görə yenidən kompensasiya hesablanmaqla hər sotu 10000 manat olmaqla 37900 manatın, eləcə də iddiaçıya məxsus 0.1197 və 0.1158 ha torpaq sahələrini əhatə edən tam şəkildə uçurulmuş 440 kvm. daş hasarların hər kv.m.-ə görə 20 manat olmaqla 8800 manat pulun və sökülmüş dəmir darvazaya görə isə 1000 manat olmaqla, cəmi 47700 manat pulun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, qanunsuz olaraq mülkiyyətdən məhrum edildiyinə görə İddiaçı dəymiş 10000 manat həcmində mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2020ci il tarixli, 2-1(112)-411/2020 №-li qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus, zəbt edilmiş 0.1197 ha torpaq sahəsinin 3.79 sotuna görə yenidən kompensasiya hesablanmaqla hər sotu 10000 manat olmaqla 37900 manatın, eləcə də iddiaçıya məxsus 0.1197 və 0.1158 ha torpaq sahələrini əhatə edən tam şəkildə uçurulmuş 440 kvm. daş hasara görə 10086 manat pulun və sökülmüş dəmir darvazaya görə isə 1000 manat olmaqla, cəmi 48986 manat pulun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, qanunsuz olaraq mülkiyyətdən məhrum edildiyinə görə İddiaçı dəymiş 10000 manat həcmində mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-137/2022 №li qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamına uyğun olaraq Azərbaycan X12 Agentliyi tərəfindən “Novxanı-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi” çərçivəsində layihələndirilmiş avtomobil yolu çəkilmişdir. Layihə həyata keçirilərkən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,1197 ha və 0,1158 ha torpaq sahələrinin 3.79 sotu yolun tikintisi altına düşmüş və həmin torpaq sahəsi hasar və darvazası sökülməklə yolun çəkilən hissəsinə qatılmışdır. Həmin torpaq sahəibinin göstərilən ərazilərə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışla mülkiyyət hüququ təsdiq edilmişdir. Bununla bağlı şifahi olaraq Azərbaycan X12 Agentliyinə müraciət etmişdir. Ona verilən məlumata görə yolun tikintisi altına düşən həmin ərazilərlə bağlı kompensasiya ödənilməsi üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırıldığı bildirilmişdir. Bundan əlavə ona zəbt edilmiş əraziyə görə 3.79 sot torpaq sahəsinə görə hər sotu 4300 manat hesablanmaqla ödənilməsinin nəzərdə tutulduğu bildirilmişdir. Lakin həmin bağ sahəsinin sökülmüş hasar və darvazaları ilə bağlı hər hansı ödəniş olub-olmayacağı barədə məlumat verilməmiş və əlavə olaraq bu cür söküntü işlərinin Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyi bildirilmişdir. Məsələ ilə bağlı tərəflərindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan X12 Agentliyinə sənədlərin surətləri əlavə edilməklə müvafiq kompensiyaların ödənilməsi tələbi ilə müvafiq məktublar ünvanlanmışdır. Üçüncü şəxs iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan X1rşı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “Kompensasiyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı ona məxsus zəbt edilmiş 0.1197 ha və 01158 ha torpaq sahələrinin 3.79 sotuna görə hər sotu 10000 manat olmaqla 37900 manat həcmində kompensasiyanın hesablanaraq ödənilməsi, eləcə də uçurulmuş daş hasarlarının hər 1 kv.m-nə görə 20 manat, dəmir darvazaya görə isə 1000 manat olmaqla kompensasiya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, eyni zamanda cavabdeh tərəfindən qanunsuz olaraq mülkiyyətdən məhrum edildiyinə görə ona dəymiş 10000 manat həcmində mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus, zəbt edilmiş 0.1197 ha torpaq sahəsinin 3.79 sotuna görə yenidən kompensasiya hesablanmaqla hər sotu 10000 manat olmaqla 37900 manatın, eləcə də iddiaçıya məxsus 0.1197 və 0.1158 ha torpaq sahələrini əhatə edən tam şəkildə uçurulmuş 440 kvm. daş hasara görə 10086 manat pulun və sökülmüş dəmir darvazaya görə isə 1000 manat olmaqla, cəmi 48986 manat pulun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, qanunsuz olaraq mülkiyyətdən məhrum edildiyinə görə İddiaçı dəymiş 10000 manat həcmində mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-137/2022 nömrəli qərarı ilə iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbini qəbul etməyərək etirazlarını bildirirlər. Aşağıda göstərilən səbəblərə görə iddia tələbi təmin edilməməlidir: İlk növbədə qeyd edirlər ki, analoji işlərdə məhkəmə təcrübəsi olaraq cavabdeh qismində Maliyyə Nazirliyi deyil, X12 Agentliyi qoyulur. Məsələn, qoşmaya əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 25 avqust tarixli qərarından da görünür ki, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 16 mart tarixli, 2-1(112)-58/2020 nömrəli bu kimi işlərdə cavabdeh Maliyyə Nazirliyi deyil, X12 Agentliyi hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddia ərizəsindən də aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı hərəkət (və ya hərəkətsizlik) edilməmişdir. Dövlət büdcəsindən vəsaitin tutulması ilə əlaqədar qeyd edirlər ki, hər hansı normativ hüquqi aktda torpağın alınması ilə əaqədar işlərdə dövlət büdcəsindən vəsaitindən tutulma təsbit edilməmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alırıması haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağm alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Həmin qanunla Maliyyə Nazirliyinin və ya dövlət büdcəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin Ali Məhkəmənin uzun müddət davam edən məhkəmə təcrübələrinə əsasən torpaqlar dövlət ehtiyacları üçün alınarkən, Maliyyə Nazirliyi deyil, alan orqan cavabdeh qismində çıxış etmişdir. Digər tərəfdən qeyd edirlər ki, "xxxx" ASC-nin Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə ünvanladığı 09 avqust 2017-ci il tarixli, 3/16-4950 nömrəli məktubunda Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsinin icrası ilə bağlı keçmiş qiymətləndirici "xxxx" MMC-nin nümayəndələri tərəfindən sakinlərdən torpaq sahələrinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin 26 dekabr tarixli 2007-ci il tarixli, 683 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş əlavələrlə birlikdə müəyyən edilmiş qiymətə əsasən İddiaçı məxsus 0.1197 ha və 0.1158 ha torpaq sahələrinin avtomobil yolunun tikintisi altına düşən 0.0379 ha hissəsinə görə 17068,50 manat məbləğində kompensasiya hesablandığı göstərilmişdir. Mənəvi ziyanla bağlı qeyd edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin iddiaçılar yuxarıda sadalanan halları sübut edən faktlara əsaslanmamışdır. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Həmin qanunla Maliyyə Nazirliyinin və ya dövlət büdcəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin Ali Məhkəmənin uzun müddət davam edən məhkəmə təcrübələrinə əsasən torpaqlar dövlət ehtiyacları üçün alınarkən, Maliyyə Nazirliyi deyil, alan orqan cavabdeh qismində çıxış etmişdir. Göstərilənlərə əsasən İddiaçı “Kompensasiyanın ödənilməsi tələbinə dair” iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək yaranmış zərurətlə bağlı iştirakı olmadan və təqdim edilmiş sənədlər əsasında işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsi və vəkilinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən "Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi Azərbaycan X12 Agentliyi tərəfindən həyata keçirilmişdir. Həmin layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən vətəndaş İddiaçı 1197,0 kvm. torpaq sahəsindən (çıxarış **********86) 379,30 kvm. hissəsi yolun tikintisi altına düşmüş və dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən həmin torpaq sahəsinə görə 17068 (on yeddi min altmış səkkiz) manat kompensasiya hesablanmışdır. Kompensasiya ayrılması üçün Nazirlər Kabinetinə müraciət olunmuşdur. Avtomobil yolunun tikinti işləri Azərbaycan X12 Agentliyi tərəfindən həyata keçirilməsinə baxmayaraq, söküntü işləri Agentlik tərəfindən aparılmamış və iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş daş hasar və darvazanın kimlər tərəfindən sökülməsi barədə onlarda məlumat yoxdur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ******* nömrəli çıxarışın surətindən görünür ki, sahəsi 0,1197 ha. olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1036q saylı bağ sahəsi xx.xx.2013-cü il tarixdən X5 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ******* nömrəli çıxarışın surətindən görünür ki, sahəsi 0,1158 ha. olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 992ç saylı bağ sahəsi xx.xx.2013-cü il tarixdən X5 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********87 nömrəli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixinə olan məlumata əsasən İddiaçı verilmiş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışlar qüvvədədir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 3/09-8332 nömrəli məktubdan görünür ki, Azərbaycan X12 Agentliyi tərəfindən İddiaçı heç bir kompensasiya ödənilməmişdir. - "xxxx" MMC-nin 0017/20/Mİ nömrəli, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4533/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərardadına əsasən, əmlakın hazırkı bazar qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilib. İş Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə Azərbaycan Milli Qivmətləndirmə Standartlarına uyğun məhdudlaşdırıcı şərtlər və ehtimallar çəriçivəsində aparılmışdır. Qiymətləndirmə prosesi ümumilikdə obyektin təftiş, faktiki göstəricilərinin hüquqi sənədlərlə eyniləşdirilməsi. lazımi yanaşmalarm və metodlarm seçilməsi, müvafiq bazarın araşdırılması və hesablamalann aparılması. əmlakın hazırkı bazar qiymətinin müəyyən edilməsi mərhələlərindən ibarət olmuşdur. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, İddiaçıınn xüsusi mülkiyyətində olan **********86 reyestr nömrəli, sahəsi 0.1197 ha təşkil edən 1036q saylı bağ sahəsinin 0.0379 ha-lıq hissəsinin hazırkı bazar qiyməti: 26500 (iyirmi altı min beş yüz) manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2146 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinin sərhədlərində inşa edilmiş daş hasarın ümumi dəyəri təqribən 10086,0 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, sözügedən dəmir darvaza ekspertiza tədqiqatına təqdim edilmədiyi üçün tədqiqat aparılması mümkün olmamışdır. - Azərbaycan X12 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 3/09-2007 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən "Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi Azərbaycan X12 Agentliyi tərəfindən həyata keçirilmişdir. Sorğu ilə bağlı bildirirlər ki, həmin layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən vətəndaş İddiaçı 1197,0 kvm. torpaq sahəsindən (çıxarış **********86) 379,30 kvm. hissəsi yolun tikintisi altına düşmüş və dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 17068 (on yeddi min altmış səkkiz) manat kompensasiya hesablanmışdır. Yuxarıda qeyd olunanlarla yanaşı, Azərbaycan X12 Agentliyi tərəfindən "Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi çərçivəsində tikinti sahəsinə düşən maneələrə kompensasiya ayrılması üçün Nazirlər Kabinetinə müraciət olunmuşdur. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 15/03-126-1743 nömrəli məktubdan görünür ki, keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə ünvanladığı 09 avqust 2017-ci il tarixli, 3/16-4950 nömrəli məktubunda Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli, 232 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən "Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsinin icrası ilə bağlı keçmiş qiymətləndirici "xxxx" MMC-nin nümayəndələri tərəfindən sakinlərdən torpaq sahələrinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 683 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş əlavələrlə birlikdə müəyyən edilmiş qiymətə əsasən İddiaçı məxsus 0,1197 ha. və 0,1158 ha. torpaq sahələrinin avtomobil yolunun tikintisi altına düşən 0,0379 ha. hissəsinə görə 17068,50 manat məbləğində kompensasiya hesablandığı göstərilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvalanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, iddiaçı cavabdehə kompensasiya və mənəvi ziyanın ödənilməsi ilə bağlı müraciət etmişdir. - Azərbaycan X12 Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, kd-3/16-7023 nömrəli məktubdan görünür ki, Azərbaycan X12 Agentliyinə və digər qurumlara əmlakına dəymiş ziyanla əlaqədar kompensasiya ödənilməsilə bağlı ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan X12 Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində İddiaçı məxsus **********86 nömrəli reyestrdə olan 1197 kvm. torpaq sahəsindən yalnız 379.30 kvm. hissəsi yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar İddiaçı həmin layihə çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı Agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Eyni zamanda bildirirlər ki, avtomobil yolunun tikinti işləri Azərbaycan X12 Agentliyi tərəfindən həyata keçirilməsinə baxmayaraq, söküntü işləri Agentlik tərəfindən aparılmamış və ona məxsus torpaq sahəsində inşa edilmiş daş hasar və darvazanın kimlər tərəfindən sökülməsi barədə onlarda məlumat yoxdur. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. - 246.7-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. - 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; - 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. - 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. - 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. - 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. - 23-cü maddəsinə əsasən həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir. - 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin (56.1.1.); ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya (56.1.2.); torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti (56.1.3.); alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər (56.1.4.); alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər (56.1.5.); alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər (56.1.6.). - 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Azərbaycan Respublikası Prezıdentinin “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 17 iyun 2004-cü il tarixli 78 saylı Fərmanının 2.2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş hallarda və şərtlərlə özgəninkıləşdirilə bilər. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictımai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllülük əsasında özgəninkiləşdirilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sahəsi 0,1197 ha. olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1036q saylı bağ sahəsi və sahəsi 0,1158 ha. olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 992ç saylı bağ sahəsi xx.xx.2013-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan X12 Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1036q saylı bağ sahəsinin 379.30 kvm. hissəsi yolun tikintisi altına düşmüşdür. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə, həmin torpaq sahəsində olan daş hasara və dəmir darvazaya görə dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən söküntü işlərinin Agentlik tərəfindən aparılmaması, torpaq sahəsinə görə isə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilməsi əsas gətirilərək təmin edilməmiş, məhkəmə icraatı zamanı isə yolun tikintisi altına düşən 0,0379 ha hissəyə görə 17068,50 manat məbləğində kompensasiya hesablandığı bildirilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatları nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, İddiaçıınn xüsusi mülkiyyətində olan **********86 reyestr nömrəli, sahəsi 0.1197 ha təşkil edən 1036q saylı bağ sahəsinin 0.0379 ha-lıq hissəsinin hazırkı bazar qiymətinin 26500 (iyirmi altı min beş yüz) manat, torpaq sahəsinin sərhədlərində inşa edilmiş daş hasarın ümumi dəyərinin təqribən 10086,0 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə və üzərində sərəncan vermək imkanı itirilmiş və beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafə olununa mülkiyyət hüququna müdaxilə edilərək həmin hüquqları pozulmuşdur. Bu halda iddiaçı mülkiyyətində olan torpaq sahəsinin əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçıya məxsus Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.1197 ha torpaq sahəsinin 0,379 ha. torpaq sahəsinin cavabdeh tərəfindən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində dövlət ehtiyacları üçün alınması işin mübahisə olunmayan halıdır. İşin mübahisəli halı həmin torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın məbləği, həmçinin daş hasarın və darvazanın sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin, eyni zamanda mənəvi zərərin ödənilməsi ilə bağlıdır. İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyrimütənasib yük qoymadığının müəyəynləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71-ci bənd; Plataku Yunanistana qarşı iş, 55 ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; QuizoQallizai İtaliyaya qarşı, 103-cü bənd; X15 və başqaları Portuqaliyaya qarşı, 76- cı bənd). «X9rşı» işi üzrə isə eyni Məhkəmənin qərarında göstərilmişdir ki, kompensasiya məbləği mütləq əşyanın tam dəyərində olmamalıdır, bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. Lakin belə hallarda da kompensasiya məbləği əşyanın əsl dəyərinə münasibətdə ağlabatan olmalıdır. “Axverdiyev Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X3rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Van Marle və başqaları Niderlanda qarşı iş üzrə qərarında qeyd olunmuşdur ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Sporronq və Lonnpot İsveçə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Belə ki, kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ «xəyali» və «səmərəsiz» hüququ olaraq qalardı. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, hazırki iş üzrə torpaq sahəsinə görə ödənilməsi olan kompensasiyanın məbləği və daş hasarın sökülməsi nəticəsində dəymiş maddi ziyanın məbləği iş üzrə verilmiş ekspert rəylərinə əsasən müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə qərarları əsasında keçirilmiş ekspert rəylərində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyinin təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə işin hallarına qiymət verərək qeyd edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə görə təklif edilən kompensasiya məbləği torpağın əsl dəyərinə münasibətdə ağlabatan olmadığından həmin məbləğ ədalətli hesab edilə bilməz. İş üzrə alınmış ekspert rəyində torpağın bazar qiymətinə uyğun dəyərinin müəyyən edilməsini nəzərə olaraq iddiaçıya məxsus torpaq sahəsinə görə ödənilməli olan kompensasiya məbləğinin 26.500 manat müəyyən edilməsi ədalətli və mülkiyyət hüququna mütənasib hesab edilə bilər. Dəymiş maddi ziyana münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həmin ziyanın onun tərəfindən vurulmadığını iddia etsə də iş materiallarında olan fotoşəkillərə, eyni zamanda ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsini əhatə edən 440 kvm. hasar uçurulmuş vəziyyətdədir. Əvvəllər mövcud olmuş dəmir darvaza hal-hazırda yoxdur. Ekspert rəyi ilə iddiaçıya məxsus torpaq sahələrini əhatə edən sökülmüş daş hasarın və onun sökülməsi nətcəsində iddiaçıya dəymiş zərər (istifadə olunan materail və zəhmət haqqı nəzərə alınmaqla) 10086 manat müəyyən edilmiş, dəmir darvaza isə ekspertiza tədqiqatına təqdim edilmədiyindən qiymətləndirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahələrini əhatə edən hasarın sökülməsi nəticəsində 10086 manat zərərin dəyməsi iş materiallarına və ekspert rəyin əsasən sübut olunur. Dəmir darvazanın sökülməsi nəticəsində vurulmuş zərərlə bağlı məhkəmə qeyd edir ki, dəmir darvazanın qiymətləndirilməsi mümkün olmadığından həmin zərər iddiaçının iddia etdiyi məbləğdə, yəni 1000 manat tutulması ədalətlidir. Mənəvi ziyanın tutulması tələbinə münasibətdə nəzərə alınmalıdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Hazırkı işin faktiki halları iddiaçının mənəvi sarsıntı və (ya) iztirab keçirməsi barədə qənaətə gəlməyə əsas vermir. Ona görə də məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması hissəsində təmin edilməməsi nəticəsinə gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. - 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçi İddiaçı iddiası qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0.1197 ha təşkil edən 1036q saylı bağ sahəsinin 0.0379 ha-.lıq hissəsinə görə 26500 manat, iddiaçının mülkiyətində olan torpaq sahələrini əhatə edən 440 kvm. daş hasarın uçurulmasına görə 10086 manat, sökülmüş dəmir darvazaya görə 1000 manat, ümumilikdə 37586 (otuz yeddi min beş yüz səksən altı) manat məbləğində kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan X12 Agentliyinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatların dəyəri cəmi 250 manat ("xxxx" MMC- üzrə 150 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi üzrə 100 manat) təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iş üzrə ekspert xərclərinin 150 manatı cavabdehdən, 100 manatı isə iddiaçıdan tutularaq aidiyyəti üzrə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçi İddiaçı iddiası qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, sahəsi 0.1197 ha təşkil edən 1036q saylı bağ sahəsinin 0.0379 ha-.lıq hissəsinə görə 26500 (iyirmi altı min beş yüz) manat, iddiaçının mülkiyətində olan torpaq sahələrini əhatə edən 440 kvm. daş hasarın uçurulmasına görə 10086 (on min səksən altı) manat, sökülmüş dəmir darvazaya görə 1000 (min) manat, ümumilikdə 37586 (otuz yeddi min beş yüz səksən altı) manat məbləğində kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan X12 Agentliyinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış tədqiqatların dəyəri 250 (iki yüz əlli) manatın 150 (yüz əlli) manatı cavabdeh Azərbaycan X12 Agentliyindən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********; "xxxx" ASC Neftçilər filialı; Bankın kodu: 507376; VÖEN: **********; M\h: AZ27NABZ**********0000007944; S.W.İ.F.T. BİC: JBBKAZ22; H/h:AZ82JBBK**********147293A67), 100 (yüz) manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-137/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-137/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver