Məhkəmə qərarları › İş №2-1(112)-137/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-137/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-137/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qarşı (üçüncü şəxs: Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi ) “obyektin tikintisinə icazə” adlı xx.xx.2019-cu il tarixli 132 saylı aktının ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (üçüncü şəxs: Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi ) “obyektin tikintisinə icazə” adlı xx.xx.2019-cu il tarixli 132 saylı aktının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (üçüncü şəxs: Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi ) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin “obyektin tikintisinə icazə” adlı xx.xx.2019-cu il tarixli 132 saylı aktının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü ildə verilmiş ÖM seriyalı 147706 saylı qeydiyyat vəsiqəsinə əsasən Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4-cü mənzili xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq qeydiyyat aparılmışdır. Ev şəraiti darısqal olduğu nəzərə alınaraq, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli 418 saylı sərəncamı ilə iddiaçıya məxsus Mayakovski küçəsi, 7/3 və 7/4 saylı evlərin sökülüb, Memarlıq və Şəhərsalma baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun tikilməsinə icazə verilmiş, qeyd olunan eskiz layihəsi və sərəncam əsasında tikinti işlərinə başlayıb, ümumi sahəsi təxminən 450 kv.m olan 3 mərtəbəli mansardlı fərdi yaşayış evi inşa etmişdir. Qeyd olunan ərazidə iddiaçı və onun kimi yaşayan qonşuların mülkiyyətində fərdi yaşayış evləri mövcud olmasına baxmayaraq, yaşayış və qeyri-yaşayış mülkiyyətçilərinin əvvəlcədən razılığı olmadan, Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli 505 saylı sərəncamı ilə ünvan 1 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirlməsi üçün həmin Kooperativə icazə verilmiş, sərəncamın 1.1.-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin "xxxx" MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Bundan sonra, Bakı şəhər İcra Hakimiyyəti başçısının 22 dekabr 2015-ci il tarixli 550 saylı sərəncamı ilə ünvan 1 ünvanda 18 mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün "xxxx" MTK-yə icazə verilmişdir. Qeyd olunan icazənin mövcudluğundan iddiaçı Nərimanov rayon Məhkəməsi tərəfıdnən 09 sentyabr 2020-ci ildə məhkəmə iclasında olarkən məlumatlı olmuş və həmin sənədin surətini əldə etmişdir. İddiaçı hesab edir ki, qeyd olunan obyektin tikintisinə icazə əsassız və qanunsuz olmaqla ləğv edilməlidir. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi məsələsi "xxxx" MTK tərəfindən həll edilməmiş, MTK tərəfindən aparılan tikinti işləri iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin təxminən 1 metrliyində aparılmaqla, aparılan tikinti işləri tikinti norma və qaydalarına uyğun aparılmır. Məhz bu qanunsuzluqlar nəticəsində MTK tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi davam edəcəyi təqdirdə binanın tikintisində istifadə olunan bütün mal-materialın və daş-çınqılın iddiaçının mülkiyyətində olan yaşayş binasının üstünə tökülməsi təhlükəsi mövcuddur. Bundan başqa, tikinti işləri aparılması nəticəsində fərdi yaşayış evimin bir hissəsi MTK-nın işçiləri ərəfındən dağıdılmış, yaşadığım evə havaların soyuması və yağış yağması nəticəsində zərər dəyməkdə davam edir. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin ümumiyyətlə ərazi icra hakimiyyətlərinin xx.xx.2001-ci ildən torpaq sahəsi ayırmaq səlahiyyəti olmamış, eləcə də mülkiyyətimizdəki fərdi yaşayış evlərinin dövlət ehtiyacları üçün sökülməsi barədə AR Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Hazırda da qeyd olunan sərəncamların qanuniliyi tərəfimdən məhkəmə qaydasında mübahisələndirilir. Bundan əlavə, iddiaçının fərdi yaşayış evinin mülkiyətçisi olaraq Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hüquqlarım pozulmuş, düz yaşayış evimə bitişik, təxminən 1 metr aralı məsafədə tikinti işlərinin aparılmasına icazə verilmişdir. İddiaçı sonralar dəfələrlə müxtəlif dövlət orqanlarına şikayətlər etsə də, hər dəfə bir bəhanə ilə şikayəti təmin edilməmiş, şikayətləri bir ünvandan digərinə göndərilmiş, sonra isə itbat olmuşdur. Belə ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi xx.xx.2020-ci il tarixli 05/09-PA/R-10/5-3436 saylı məktubunda qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 505 saylı sərəncamının 1.1-ci bəninə əsasən ərazidə yerlşənə yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin qanunvericiliyə uyğun köçürülməsi “Luxe home’' MTK-ya həvalə edilmiş, lakin obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət etmədən, həmçinin tikintinin təhlükəsizliyi təmin olunmadan tikinti işlərinə başlanmışdır. Qeyd olunan əsasla şikayəti Şəhərsalma və Tikinti Məcəlləsinin 97-ci maddəsinə və “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən tikintiyə dövlət nəzarəti Tikintidə X2 Agentliyi tərəfindən həyata keçirildiyindən, həmin quruma göndərilmişdir. Bütün bu şikayətlərə baxmayaraq, "xxxx" MTK xx.xx.2020-ci il tarixli 20 saylı məktub ünvanlayaraq, ərazidə məskunlaşmış digər sakinlərlə birlikdə iddiaçının da qarşılıqlı razılaşma əsasında kömürülməyi tələb edilmiş, bu məqsədlə iddiaçıya 450 kv.m olan 3 mərtəbəli mansardlı evinin əvəzinə yeni tikdikləri binadan 3 otaqlı mənzil verilməsini təklif etmişlər. Halbuki, həmin təklif ümumiyyətlə iddiaçını qane etmir və birbaşa mülkiyyət hüquqlarını kobudcasına pozur. Daha sonra, iddiaçı cavabdeh inzibati orqana müraciəti 21 iyul 2020-ci il tarixli R-132-151 saylı məktubla Nərimanov rayon İcra Hakimiyyətinə göndərilmiş, lakin sonradan həmin şikayətim araşdırılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-2181/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (3-cü şəxslər Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi) qarşı obyektin tikintisinə icazə sənədinin ləğv edilməsi tələbinə dair inzibati mübahisəyə dair 2-1(112)-2181/2021 saylı inzibati iş üzrə icraat İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı, 3-cü şəxslər Nərimanov Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1maqla Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 505 saylı və 550 saylı sərəncamların ləğv edilməsi barədə 2-1(112)-2180/2021 saylı inzibati iş üzrə mübahisə həll edilənə kimi dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-137/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən 2-1(112)-137/2023 saylı iş üzrə icraat təzələnmiş və iş üzrə hazırlıq icraatı ilə bağlı məhkəmə iclası xx.xx.2023-cü il tarixə saat 12:00-a təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan, iddia tələbinə dair yazılı münasibət (etiraz) bildirmişdir. Cavabdeh iddiaya dair yazılı etirazda qeyd edilmişdir ki, iddiaçıya məxsus evin əvəzinə ona həmin yerdə "xxxx" MTK tərəfindən tikiləcək yaşayış binasında 3 otaqlı mənzilin verilməsi barədə müraciət edilmiş və sözügedən müraciətə səbəb isə Baş İdarə tərəfindən verilmiş tikintiyə icazə sənədi olmuşdur. Habelə İddiaçı məhkəməyə təqdim etdiyi həmin iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 nömrəli 3 mərtəbəli mansardalı fərdi yaşayış evi qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnasimənin 3.1.16-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti obyektinin tikintisinə icazə vermək səlahiyyətinə malikdir. "xxxx" Mənzil-Tikinti Kooperativinə “Mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 505 nömrəli Sərəncam verilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətləri çərçivəsində "xxxx" Mənzil-Tikinti Kooperativi xx.xx.2019-cu il tarixli 132 nömrəli “Obyektin tikintisinə icazə” sənədi təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) izahat verərək Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 147706 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Mayakovski küçəsi, 7 nömrəli evin 12,0 kv.m yaşayış sahəsindən ibarət 4 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. - “Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin sökülüb yenidən tikilməsinə icazə verilməsi haqqında” Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 418 saylı Sərəncamı ilə vətəndaş İddiaçı özünə məxsus Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilmişdir. - “Bakı Şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq "xxxx" Mənzil-Tikinti Kooperativinə tikintiyə İcazə verilməsi haqqında” Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2015ci il tarixli 550 nömrəli Sərəncamı ilə ünvan 2 ünvanda 18 (on səkkiz) mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün "xxxx" MTK-ya icazcə verilmişdir. - “Mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 505 nömrəli xx.xx.2014-cü il tarixli Sərəncamı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü il tarixli, PHS-1897 saylı razılıq məktubunu, "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli, 26 saylı müraciətini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışını nəzərə alaraq, ünvan 3 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Sifarişçiyə tapşırılsın: 2.1 Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin və həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. 2.2 Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.3 Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. 2.4 Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi hyihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 132 nömrəli “Obyektin tikintisinə” İcazə sənədin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış binasının, (blok B) tikilinin inşa edilməsinə dair tikinti obyektinin sifarişçisi "xxxx" Mənzil-Tikinti Kooperativinə icazə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 505 nömrəli Sərəncamının 1.1-ci bəndinə uyğun olaraq ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikillərin sökülməsi və sakinlərin qanunvericiliyə uyğun köçülməsi "xxxx" MTK-ya həvalə edilmişdir. - "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına, Bakı şəhəri İcra Hakimiyyətinin uyğun sərəncamına, Fövqalədə Hallar Nazirliyinin rəyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" MTK-ya verdiyi icazəyə uyğun olaraq ünvan 6 ünvanda yerləşən mənzillərin sakinlərini köçürməklə, təsdiqlənmiş layihə üzrə həmin qəzalı vəziyyətdə və antisanitariya şəraitində yerləşən mənzillərin sökülüb yerində çoxmənzilli yaşayış binalarının tikilməsi və qalan ayrılmış ərazilərin isə Bakı şəhərinin müasir inkişaf planına uyğun olaraq abadlaşdırılması nəzərdə tutulmuşdur. Hal-hazırda ilkin mərhələdə tikinti işlərinin aparılmasına maneçilik yaradan mənzillər MTK tərəfindən alınmışdır və tikinti işləri başlanmışdır. Ərazidə məskunlaşmış digər sakinlərə isə məskunlaşdığı mənzillər hal-hazırda tikinti altına düşməsə belə və tikintiyə mane olmasa da "xxxx" MTK onlara qarşılıqlı razılaşma yolu ilə köçürülmə təklif etmişdir. Sahəsi tikinti altına düşməyən bir neçə mənzillərin sakinləri ilə razılığa gəlinmiş və onların mənzillərinin əvəzinə yeni tikililərdə mənzil verilməklə və ya mövcud bazar qiymətlərinə uyğun olaraq alqı-satqı edilərək onların da mənzilləri razılaşma əsasında MTK tərəfindən alınmışdır. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərfindən iddiaçıya göndərilmiş xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, müraciətiniz ilə bağlı "Luxe Home” MTK-nın rəhbərliyinə tərəfimizdən qanunamüvafiq tədbirlərin görülməsi barədə müvafiq göstəriş verilmiş və bu barədə Sizə xx.xx.2020-ci il tarixli 05/09-R-10/3-2290 nömrəli məktubla məlumat verilmişdir. Əlavə olaraq diqqətinizə çatdırırıq ki, tikintidə təhlükəsizliyə nəzarət Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2020-ci il tarixli məktubunda

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və müvafiq inzibati akt iddiaçıya rəsmi təqdim edilmədiyindən məhkəmədə iddia qaldırmaq müddətini ötürməmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını və səlahiyyətinin birdən çox inzibati məhkəmənin yurisdiksiyasına aid olmadığını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. “İnzibati icraat haqqında” Qanun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə sənədi (xx.xx.2019-cu il tarixli 132 nömrəli “Obyektin tikintisinə” İcazə) məzmun (mahiyyət) etibari ilə inzibati aktdır. Belə ki, sözügedən obyektin tikintisinə verilmiş icazə sənədi ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini məhkəmə mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2015-ci il tarixli 550 nömrəli Sərəncamı ilə ünvan 2 ünvanda 18 (on səkkiz) mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün "xxxx" MTK-ya icazə verilmişdir. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən, ünvan 4 ünvanında yerləşən yaşayış binasının, (blok B) tikilinin inşa edilməsinə dair tikinti obyektinin sifarişçisi "xxxx" Mənzil-Tikinti Kooperativinə xx.xx.2019-cu il tarixli 132 nömrəli “Obyektin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: M a d d ə 4. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi və istiqamətləri 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. M a d d ə 5. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri 5.1.4. tikintiyə icazə verilməsi. M a d d ə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. M a d d ə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.6. Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. M a d d ə 76. Tikintiyə icazə ilə bağlı icraatda maraqlı şəxslərin iştirakı 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanın 4.7- 1-ci bəndinə əsasən həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. İddiaçı tərəfindən mübahisələndirilən (yaşayış binası) inşa olunmuş tikinti obyekti ŞTM-in 79-80-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinə aid deyil və onun tikintisi üçün icazə tələb olunur. Həmin tikintiyə icazə ilə bağlı verilən “sənəd” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş “Obyektin Tikintisinə İcazə”nin forma və məzmununa uyğun olaraq verilmişdir. İş materiallarında olan sənədlərdən də müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən inzibati akt (icazə sənədi) “qanunçuluq” prinsipinə uyğun olmamışdır. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. Yəni, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi əsassızdır, belə ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan inzibati aktı qəbul edərkən hər hansı maddi və inzibati icraata dair hüquq normalarının tələblərini pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qarşı (üçüncü şəxs: Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər memarlıq və Şəhərsalma Baş İdarəsinin “obyektin tikintisinə icazə” adlı xx.xx.2019-cu il tarixli 132 saylı aktının ləğv edilməsinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar