Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1372/2020 21.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri,N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilərək, ünvan 1 saylı ünvanın onun adına qeydiyyatdan keçirilərək hüquq müəyyənedici sənədin–çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev (17-ci Zavaqzalnı) küçəsi, 50 saylı ünvanda yerləşən fərdi yaşayış evinə ilkin texniki pasportun tərtib olunması və dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı ərizəsinə baxılmış və cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş pasportda göstərilən 8.8 kv.m sahə və 5.8 kv.m həyətyanı sahə digər fiziki şəxsin istifadəsində olduğundan baxış keçirilməsinə şərait yaradılmamış və texniki pasporta əsasən fərdi yaşayış evinə giriş həmin həyətyanı sahədədir. Həmçinin texniki pasportla müqayisədə fərdi yaşayış evinin daxilində dəyişikliliklər aparılmış, belə ki, 4 saylı sahədən 1 saylı sahəyə qapı açılmış, 2 saylı sahədən 1 saylı sahəyə olan qapı bağlanmışdır. Qeyd olunan səbəblərdən cavabdehin gəldiyi qənaətə görə ərizəsinin təmin olunması mümkün olmamışdır. Aşağıdakı səbəblərə görə hesab edir ki, cavabdehin imtinası tamamilə əsassızdır və ərizəsi təmin edilməlidir. Belə ki, tərəfindən təqdim edilmiş sənədlərdən də görünür ki, hazırda onun istifadəsində olan yaşayış sahəsi köhnə tikilidir və onun bir hissəsi 1970-ci illərin axırında digər şəxsə satılmışdır. Bu alqı-satqı ilə əlaqədar olaraq ümumi həyətin müəyyən hissəsində dəyişiklik edilməsi zərurəti yaradılmışdır. Hazırda o, həmin həyətin torpaq sahəsi barəsində hər hansı bir məsələ qaldırmır. Sadəcə evin bir hisəsinin alqısatqıdan sonra yaranmış vəziyyətinə uyğun olaraq yenidən öz adına hüquqi qeydiyyatdan keçirməklə xüsusi mülkiyyət kimi çıxarış almaq istəyir. Öz adına qeydiyyatdan keçirmək istədiyi evin sahələri 14,2 kv.m, 7,9 kv.m və 10,9 kv. metr olan-yaşayış sahələri onun mülkiyyətindədir. Evin texniki pasportunda göstərilən sahəsi 8,8 kvm olan otağın isə onun istifadəsində olan yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur,yəni həmin yaşayış sahəsi digər bir şəxsin mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən məhkəməyə etiraz daxil olmamışdır. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahat verərək iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2017-ci ildə Asan 1 tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1967-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. X2 Bürosu tərəfindən 1987-ci ildə ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan X1 məxsus ümumi tikinti sahəsi 49,2 kv metr təşkil edən yaşayış sahəsinə dair tərtib olunmuşdur. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********74 №li xx.xx.2019-cu il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, təqdim edilmiş texniki pasportda göstərilən 8,8 kv.m sahə və 5,8 kv.m həyətyanı sahə digər fiziki şəxsin istifadəsində olduğundan baxış keçirilməsinə şərait yaradılmamış və texniki pasporta əsasən fərdi yaşayış evinə giriş həmin həyətyani sahədəndir. Həmçinin texniki pasportla müqayisədə fərdi yaşayış evinin daxilində dəyişikliklər aparılmış, belə ki, 4 saylı sahədən 1 saylı sahəyə qapı açılmış, 2 saylı sahədən 1 saylı sahəyə olan qapı bağlanmışdır. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli məktubda göstərilmişdir ki, İddiaçı və X4 adlarına Bakı şəhəri, Nərimanov rayonu Ə.Əliyev (17-ci Zavokzalnı) küçəsi, 50 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4971 saylı ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində, 1972-ci ilin aprel ayında tərtib edilmiş texniki pasportunda göstərilən tikililərdən əlavə tikililərin yerləşdiyi müəyyən olunmuşdur. Qeyd olunur ki, 1972ci ilin aprel ayında tərtib edilmiş texniki pasportun məlumatlarında 3 saylı tikili kimi göstərilən yaşayış otağı faktiki olaraq mənzilin tərkibində olmadığı, əlavə olaraq 7,8 kv metr (0,95x2,3+4,15x1,35) h=2,30m) sahəsi olan mətbəx tikilisinin inşa olunduğu müəyyən edilmişdir. Həmin ünvanda yerləşən fərdi yaşayış evində faktiki olaraq, dəhliz tikilisinin sahəsi 15,8 kv metr, yaşayış otağının sahəsi 11,1 kv metr, yaşayış otağının sahəsi 7,0 kv metr və mətbəx tikilisinin sahəsi 7,8 kv metr ibarət olduğu halda, Azərbaycan SSR Kommunal Təsərüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1972-ci il tarixli, pasportda göstəricilərində isə yaşayış otağının sahəsi 14,2 kv metr, yaşayış otağının sahəsi 7,4 kv metr və dəhliz tikilisinin sahəsi 10,9 kv metr göstəriciləri fərqli (kənarlaşma olmuşdur) olduğu müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələb olunan inşa olunmuş əlavə tikililərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icazə (sərəncam, qərar) verilməsinə dair məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1372/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1372/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver