Məhkəmə qərarları › İş №2-1(112)-1373/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1373/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1373/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 mənzil 56 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddiaçı tərəfindən alınmamış və istifadə olunmamış hərbi geyim və əşya əmlakının əvəzinə müvafiq pul kompensasiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1999-2006-cı illər üçün hərbi geyim və əşya əmlakı əvəzi olaraq ümumilikdə 1500 manat (bir min beş yüz manat) pul kompensasiyasının ödənilməsinin cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edlməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildən 2017-ci ilədək Dövlət Sərhəd Qoşunlarında zabit kimi xidmət etmiş, 2017-ci ildə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. 1999-cu il tarixdən 2006-cı il tarixədək olan dövrdə dövlət hesabına əşya əmlakı əvəzi pul kompensasiyası ilə təmin edilməmişdir.1999-cu ildən 2017-ci ilədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit kimi xidmət etmiş, 2017-ci ildə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Xidmət müddətində 1999-cu il tarixdən 2006-cı il tarixədək olan dövrdə dövlət hesabına əşya əmlakı olan paltar və digər geyim əşyaları ilə təmin edilməmişdir. 1999-2006-cı illərdə 2002 və 2006 nömrəli Horadiz və X1 xidmət etmişdir. Lakin həmin illərdə ona heç bir paltar pulu ödənilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə xx.xx.2019-cu il tarixli ərizə təqdimetmişdir. Müraciətinə baxılmış, lakin inzibati orqanın qərarı ilə tələbinin icrasından imtina edilmişdir.Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 1999-cu il tarixdən 2006-cı il tarixədək olanxidmət müddətində dövlət hesabına əşya əmlakı olan paltar əvəzi pul kompensasiyasınınödənilməsindən imtina edilməsinə dair K/922/9/Y-10103 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda onun ehtiyata buraxıldığı vaxt əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsi əsas götürülərək həmin vaxt qüvvədə olan qanunun tələbinə müvafiq olaraq icra olunması qeyd edilmişdir. İnzibati orqan öz imtinasını Azərbaycan Respublikasın Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli 80 nömrəli qərarının 1-6 normalarına əsaslandıraraq, Maliyyə Nazrliyi ilə razılaşdırmaqla həmin qərarın qəbul olunduğu vaxtdan sonraya şamil olunmasını qeyd etmişdir. Ona görə də hesab edir ki, qərardan sonrakı dövr üçün həmin normalara uyğun hesablanmış və ödənilmişdir. Bu səbəbdən də 1999-2005-cı illər üçün hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi mümkün deyildir.Eyni zamanda Dövlət Sərhəd Xidməti qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdə ehtiyata buraxılarkən 432 manat 80 qəpik məbləğ ödənilmişdir. Hesab edir ki, inzibati orqanın imtina barədə dəliləri qanunsuz və əsassızdır, işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. Göründüyi kimi inzibati orqan hesab edir ki, iddiaçının 1999-cu il tarixdən 2006-cı il tarixədək olan xidmət müddətində dövlət hesabına əşya əmlakı olan hərbi geyim əvəzi pul kompensasiyasının verilməsi Azərbaycan Respublikasın Nazirlər Kabinetinin xx xxx 2004cü il tarixli 80 nömrəli qərarına əsasən mümkün deyil, çünki həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hesablanmış və ödənilmişdir. Hesab edir ki, qeyd olunan mövqe əsassızdır. Belə ki, qanuna əlavə və dəyişikliklər edilməsi həmin vaxtdan sonraya şamil edilməlidir.Bu səbəbdən də qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi onun hüquqlarını məhdudlaşdırmır. Belə ki, iddiaçı xidmət etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq, ona hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyası hesablanmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Çünki hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan qanıınvericiliyn tələbləri nəzərə alınmalıdır.Bu səbəbdən də hesab edir ki, inzibati orqanın müraciətinə verdiyi imtinası əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsini şifahi məhkəmə baxışı iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus EZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2017-ci il tarixədək Dövlət Sərhəd Qoşunlarında xidmət etmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, R/922/9/Y- 1013 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılmış və bununla bağlı araşdırılma aparılmışdır. Ərizədə qeyd etdiyi 1999-2017-ci illər ərzində almadığı hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyası ilə əlaqədar bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlaklarının normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli 80 nömrəli Qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli 80 nömrəli Qərarın 1-6 normalarına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə 2005-ci ilin noyabr ayında razılaşdırılmış və həmin müddətdən sonrakı illər üçün şamil edilmişdir. Bu səbəbdən qeyd etdiyi 1999-2005-ci illər üzrə ona hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının hesablanması mümkün deyil. Digər illər üçün nəzərdə tutulmuş hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası 2015-ci ilədək təminat normalarına əsasən ödənilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən son hesab olaraq xx.xx.2018-ci il tarixdə 432 manat 80 qəpik məbləğ ödənilmişdir. Hərbi qulluqçu təxris olunarkən son hesab zamanı əşya geyim təminat vərəqəsi ilə tanış olmalı və hər hansı anlaşılmazlıq olduqda aidiyyəti üzrə hərbi hissə rəhbərliyinə müraciət etməlidir. Əlavə olaraq təxris olunduğu hərbi hissəyə yaxınlaşaraq müraciət etməklə əşya geyim təminat vərəqəsi və əşya geyim təminat normaları ilə tanış ola bilər. Məhkəmə araşdırması dövründə İddiaçı 1999-2006-cı illər üçün hərbi geyim və ya əmlak əvəzi olaraq pul kompensasiyasının ödənilib-ödənilməməsi, ödənildiyi təqdirdə buna dair sənədlərin qanunvericlikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 10/802 saylı məktubdan görünür ki, İddiaçı həqiqi hərbi xidmətdə olduğu dövrün hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyası xx xxxxxx 2018-ci il tarixdə Beynəlxalq Bankda adına açılmış ******************** nömrəli hesaba köçürülmüşdür. Həmin məktuba əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, xx xxxxxx 2018-ci il tarixdə ******************** nömrəli hesaba 432,80 manat məbləğində köçürülmə aparılmışdır. Məhkəmə araşdırması dövründə həmçinin İddiaçı 2003-2006-cı illər üçün xidmət dövründə hərbi geyim və əşya əmlakları ilə təmin edilib-edilməməsi və təmin edilmişsə, həmin sənədlərin və tabellərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N saylı hərbi hissə tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 1752 saylı cavabından görünür ki, hərbi hissənin sabiq qulluqçusu mayor İddiaçı N saylı hərbi hissədə xx.xx.2003-xx.xx.2009-cu illərdə xidmət etmiş, daha sonra xidmət yeri DSX-nın N saylı hərbi hissəsinə dəyişdirilmiş və ona hərbi hissədə sonra xidmət dövrünədək hansı əşya-geyim əmlakı və ya əşya-geyim əmlakı əvəzinə pul kompensasiyası ödənilməsi barədə əşya-geyim attestatı verilmişdir. Sorğunun cavablandırılması üçün əşya-geyim əmlakı əvəzinə pul kompensasiyası cədvəlləri, o cümlədən əşya-geyim bölməsi üzrə armatur kartları sorğulanarkən, həmin sənədlərin N saylı hərbi hissədə 2003-2006-cı illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti təftiş olunduğundan və hərbi hissənin ekspert-yoxlama komissiyası tərəfindən sənədli materialların saxlama müddətinə uyğun olaraq əşya-geyim əmlakı əvəzinə pul kompensasiyası cədvəlləri, o cümlədən əşya-geyim bölməsi üzrə armatur kartları müvafiq aktlar əsasında yandırılaraq məhv edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu xx xxxxxx 1991-ci il-ci il tarixdə qanuni qüvvəsini almışdır. Lakin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına hərbi xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi” Qaydası isə xx xxxxxx 2005-ci il tarixdə təsdiq edilmişdir. Həmin Qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı ilə təminat normaları”nın 1-6 nömrəli normaları (bundan sonra normalar) ilə təchiz olunan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin general və admirallarına, zabitlərinə, gizirlərinə, miçmanlarına və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (bundan sonra DSX hərbi qulluqçuları) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”na uyğun olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Həmin Qaydaların 6-cı bəndinə əsasən cari ildə geyilmə müddəti başa çatmış hərbi geyim və əşya əmlakının bu Qaydanın 1-ci bəndində göstərilmiş normalara uyğun olaraq yeni hərbi geyim və əşya əmlakı ilə əvəz olunması tarixinə hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanının müvafiq əmrinə əsasən həmin ilin dördüncü rübü ərzində ödənilir. Hazırki işin hallarından göründüyü kimi iddiaçı 1999-2006-cı illər üzrə ona ödənilməyən əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsini tələb edir. Cavabdeh həmin dövr üzrə əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli, 80 nömrəli Qərarına əsasən imtina edərək, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq gərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının ödənilməsi” Qaydalarının həmin Qərarın 1-6 normalarına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə 2005-ci ilin noyabr ayında razılaşdırıldığını və həmin müddətdən sonrakı illər üçün şamil edildiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin dəlilləri əsaslıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu xx xxxxxx 1991-ci il-ci il tarixdə qanuni qüvvəsini alsa da, lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmişdir və həmin qərar əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydası müəyyən edilmişdir. Göründüyü kimi qanunvericiliklə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2004-cü il tarixli, 80 nömrəli Qərarı əsasında qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına hərbi xidmətkeçmənin xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi” Qaydası ilə müəyyən edilmişdir. Həmin Qaydalar xx xxxxxx 2005-ci il tarixdə təsdiq edilərək, xx xxxxxx 2005-ci il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmışdır. Qanunvericiliyin tələblərinə əsasən müəyyən edilmiş qayda üzrə iddiaçıya həmin dövrdən sonrakı digər illər üzrə əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiya 2015-ci ilədək ona ödənilmiş, bu səbəbdən də həmin dövrlər iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən son hesab olaraq xx.xx.2018-ci il tarixdə 432,80 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda iddiaçının həmin dövrdən əvvəlki dövrlər üzrə ona hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi barədə tələbi əsassızdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar