Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13733/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə əlilliyinin yenidən təyin olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixdən – sonuncu müayinə tarixindən sağlamlıq imkanlarının pozulmasının fazi dərəcəsinin (əlillik dərəcəsinin) öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı FHN-nin hərbi hissəsində 2011-2016-cı illərdə xidmət etmiş və 2016-cı il tarixdə hərbi xidmət zamanı xəsarət almışdır. Fövqaladə Hallar Nazirliyi Tibb Xidməti Xüsusi həkim ekspertiza komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli № 01693 saylı şəhadətnaməyə əsasən Bel fəqərələrinin osteoxondrozu, L4-L5 və L5-S1 fəqərəarası disklərin soltərəfli yırtıqların xaric edilməsi əməliyyatı keçirmişdir. İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarərtmə Birliyi Respublika Neyrocərrahiyə X9 X10 Tibbi Kartından № 279 saylı epikriz çıxarışına əsasən fəqərəarası diskin sol paramedian-lateral foraminal yırtığı, sinir kökcüyünün sıxılması müşahidə olunmuşdur. İddiaçı 2022-ci il tarixdə Cəbrayıl Füzüli istiqaməti uğrunda gedən ağır döyüşlər zamanı ağır xəsarətlər almış, qapalı kəllə beyin, diz qapaqlarından yaralanmışdır. Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli müayinəsinə əsasən oynaq daxilində və suprapatellar bursaya uzanan mayə yığıntısı, medial meniskusun arxa buynuzunda İİ dərəcə degenerasiya, lateral meniskusun arxa buynuzunda İ dərəcə degenerasiya, femurun orta hissəsində subxondral sümükdə 2-3 mm ölçüdə osteoxondral zədələnmə, dizin ön hissəsində dəri, dərialtı yumşaq toxumalarda ödem müəyyən olunmuşdur. Əlilliklə bağlı sosial arayışa əsasən iddiaçıya xx.xx.2018-ci il tarixindən İİİ dərəcəli əlliyik müəyyən olunmuşdur. 2023-cü ilin noyabr ayında növbəti müayinə tarixi təyin olunmuşdur. İddiaçı müayinədən 3 dəfə keçsə də, hər dəfə diaqnoz əlillik əlamətinin təyin edilməməsi səbəbindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri tamailə qanuna ziddir və əsassızdır.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 nömrəli psixiatriya xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında əlavə əyani müayinələrinin də həyata keçirilməsi ilə baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göndərişdə tibb müəssisəsinin həkim komissiyası tərəfindən vətəndaşa əlillik təyin edilməsi üçün müəyyən olunan diaqnozlar F06.2-Üzvi sayıqlama [şizofreniyayabənzər] pоzuntusu, Üzvi Şizofreniyaya bənzər pozuntu, tez-tez təkrarlanan qıcolma tutmaları ilə ( ayda 7-8 dəfə), yanaşı xəstəlik isə M24.5, R52.0, G54.1 Z98.8, ağırlaşma kimi isə G40 XBT kodu olan xəstəliklər müəyyən edilsə də, TSEK tərəfindən əyani qiymətləndirmə zamanı adıçəkilən xəstəlikləri təsdiqləyən instrumental müayinə nəticələrinə əsasən əlillik səviyyəsində patofunksional dəyişiklik müəyyən edilməmişdir. Həmçinin göndətişdə qeyd olunan əsas və əlavə xəsdəliklərin XBT kodları da hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında əlillik təyin olunmasına əsas verən xəsdəliklərin arasında qeyd olunmamışdır. Ar NK-in Əlilliyin qiymətləndirilməsi qaydaları haqqında 16 yanvar 2020-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Əyani müayinə ilə bağlı qərarda da qeyd edildiyi kimi, Əsasnamə ilə müəyyən olunan ağırlaşmalar və digət simptomların əlillik səviyyəsində olduğunu təstiq edən heç bir insturmental müayinə nəticələri mövcud deyildir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. TSEK-Müayinələr: - xx.xx.2018-ci il tarixində onurğanın ostexondrozu. Onurğanın yayılmış osteoxondrozu. Davamlı köksük ağrı sindromu ilə L4-L5 və L5-Sq fəgərə arası disklərin sol tərəfli yırtıqlarının xaric edilməsi. Cərahiyyə əməliyyatından sonrakı vəziyyət. Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafın parezi diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.3. üçüncü dərəcə əlillik (2.3.3. əlin və ya pəncənin iflici. bir ətrafın nəzərəçarpan parezi G83.0, G83.2) təyin edilmişdir. - 14.04.2022-ci il tarixində bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Diskigen radikulopatiya L4-L5, L5-S1 fəqəarası disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. diskigen L4-L5, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonrakı vəziyyət. başqa rubrikalarda təsnif olunmayan ağrı. Xroniki ağrı sindromu. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi diaqnozun mətni ilə göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir. - 15.05.2022-ci il tarixində digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, diskigen L4-L5, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonrakı vəziyyət. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Qulaqcıqarası çəpərin qüsuru, AUQ. Qulaqçıqarası çəpər defektinin korreksiyası cərrahi əməliyyatından sonrakı vəziyyət (2021-ci il). LVEF-55% diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - 10.03.2023-cü il tarixində. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Diskigen radikulopatiya L4-L5, L5-S1 fəqəarası disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət. Onurğanın osteoxondrozu. Ürək çatışmamazlığı. Xroniki üzərk çatışmazlığı. LVEF-55% diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - 11.11.2023-cü il tarixində üzvi şizofreniyayabənzər pozuntu, remisiya dövrü, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri. LVEF-60% diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. - xx.xx.2024-cü il tarixində üzvi şizofreniyayabənzər pozuntu, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə). Oynaqların kontrakturası. Kəskin ağrı. Bel-oma kələfinin zədələnməsi. Birincili ikitərəfli qonartroz. Yeriş və hərəkət pozğunluqları diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.
6. Xəstəliyə görə ambulator müraciətlər: F06.2 Üzvi sayıqlama xx.xx.2024 xx.xx.0001 xx.xx.0001 (şizofreniyayabənzər) pozğunluğu F06.2 Üzvi sayıqlama xx.xx.2024 xx.xx.0001 xx.xx.0001 (şizofreniyayabənzər) pozğunluğu
7. Stasionar müalicə aldığı müəsisələr: 2 nömrəli X7 xx.xx.2022 xx.xx.2022 23 F06.2 Üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu 2 nömrəli X7 xx.xx.2023 xx.xx.2023 14 F06.2 Üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu Bakı 1 saylı Respublika xx.xx.2023 xx.xx.2023 0 F06.2 Üzvi sayıqlama Psixiatriya Xəstəxanası (şizofreniyayabənzər) pozğunluğu 2 nömrəli X7 xx.xx.2024 xx.xx.2024 22 F06.2 Üzvi sayıqlama (şizofreniyayabənzər) pozğunluğu Bakı 1 saylı Respublika xx.xx.2024 xx.xx.2024 20 F07.0 Üzvi mənşəli şəxsiyyət Psixiatriya Xəstəxanası pozğunluğu Bakı 1 saylı Respublika xx.xx.2024 xx.xx.2024 0 F07.0 Üzvi mənşəli şəxsiyyət Psixiatriya Xəstəxanası pozğunluğu 2 nömrəli X7 xx.xx.2024 xx.xx.2024 21 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu
8. “Respublika Psixiatriya Xəstəxanası” X13 tərəfindən verilmiş Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışa əsasən İddiaçı F43.1 postravmatik stress pozuntusu diaqnozu müəyyən edilmişdir (daxil olma tarixi – xx.xx.2021, çıxma tarixi – xx.xx.2021)
9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Xüsusi Həkim Ekspertizası Komissiyasının “Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti Xüsusi Həkim Ekspertiza Komissiyasının Qərarına” əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, 2011-2017-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğın mühafizə xidmətində xidmətdə olmuş, xəstəliyi ilə əlaqədar >i imətkeçməsinə xitam verilmiş 1983-cü il təvəllüdlü vətəndaş İddiaçı xidmət dövründə keçirdiyi və xx.xx.2016- xx.xx.2016 və xx.xx.2017-xx.xx.2017-cı il tarixlərində Daxili İşlər Nazirliyinin A.N.Heydərov adına Respublika Hospitalında müvafiq olaraq stasionar müalicə aldığı “İkitərəfli vertebrogen lümboişialgiya, kəskin ağrı sindromu ilə. Nevrotik reaksiyalar, vegetativ əlamətlərlə, somatogen mənşəli” və “Vertebrogen torako-lumboişialgiya, kəskin ağrı sindromu ilə. L4 və L5 fəqərələrinin hissəvi hemilaminektomiyası, L4-L5 və L5-S1 fəqərəarası disklərin soltərəfli yırtıqlarının xaric edilməsi cərrahi əməliyyatdan sonrakı vəziyyət”, Respublika Neyrocərrahlıq Xəstəxanasında xx.xx.2017-xx.xx.2017-ci il tarixlərində stasionar müalicə aldığı “Bel fəqərələrinin osteoxondrozu. L4-L5 və L5-S1 fəqərəarası disklərin soltərəfli yırtıqları. Cərrahi əməliyyatdan sonrakı vəziyyət" və xx.xx.20107-ci il tarixində ambulator müalicə aldığı “Bel və döş fəqərələrinin osteoxondrozu. L4-L5vəL5-S1 fəqərəarası yırtıqlarının xaric edilməsi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol pəncənin açıcılarının parezi. Th7-Th8 və Th8-Th9 fəqərəarası disklərin yırtığı”, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərində isə Azərbaycan Tibb Universitetinin X8 Nevrologiya kafedrasında Səhiyyə Nazirliyinin Baş nevroloqu, professor Ş.İ.Mahalov tərəfindən müayinədən sonra qoyulmuş və “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri”, xx.xx.2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Tibb xidməti Xüsusi həkim ekspertiza komissiyasında şəhadətləndirilərkən təyin edilmiş “Onurğa sütununun yayılmış osteoxondrozu, polidiskozu, Thy-Ths və Th8-Th9 fəqərəarası disklərin yırtıqları, L5-S1 fəqərəarası diskin residiv yırtığı, L4-L5 və L5-S1 fəqərəarası disklərin protruziyaları. L4 və L5 fəqərələrinin soldan hissəvi hemilaminektomiyası, L4-L5 və L5-S1 fəqərəarası disklərin yırtıqlarının xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.2017) sonrakı vəziyyət. Xroniki bel-oma radikulopatiyası, natamam remissiya mərhələsində, funksiyaların mülayim dərəcədə pozulması ilə. Xroniki B virus hepatiti, replikasiya mərhələsində, qaraciyər funksiyasının cüzi dərəcədə pozulması ilə. Neyrosirkulyator distoniya, kardial tip”, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicə aldığı “Diskogen radikulopatiya, L4-L5 və L5-S1 fəqərəarası disk yırtıqlarının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət. Sol aşağı ətrafın monoparezi. Onurğanın osteoxondrozu. Ensefalopatiya. Nevrozabənzər sindrom ifadəli asteno-nevrotik hal” və xx.xx.2021 -ci il tarixlərində Respublika Neyrocərrahlıq Xəstəxanasında müalicə aldığı “Boyun-bel-oma osteoxondrozu. C3-C4, C4-C5, L4-L5 və L5-S5 fəqərəarası disklərin protruziyaları. Keçirilmiş L4-L5 və L5-Sı fəqərəarası disklərin soltərəfli yırtıqlarının xaric edilməsi cərrahi əməliyyatdan sonrakı vəziyyət” (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon şöbəsinin rəisinin xx.xx.2022-ci il tarixli 15 nömrəli məktubu və 2 nömrəli göndərişi, Daxili İşlər Nazirliyinin A.N.Heydərov adına Respublika Hospitalının 5586 və 3642 nömrəli xəstəlik tarixindən çıxarış epikrizləri, Respublika Neyrocərrahlıq Xəstəxanasının 441 və 4278 nömrəli stasionar kartından çıxarış, Tibb Xidməti Xüsusi həkim ekspertiza komissiyasının xx.xx.2017-ci il tarixli 01693 nömrəli xəstəlik haqqında şəhadətnaməsi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının çıxarış epikrizi, 5874 nömrəli tibb kitabçasında olan qeydlər və XHEK-nın həkimmütəxəssisinin rəyi ilə təsdiq edilir) “Xəstəlikdir, xidmət dövründə alınmışdır” və xidmətdən buraxıldıqdan sonra xx.xx.2021-ci il tarixlərində Bakı Sağlamlıq Mərkəzində stasionar müalicə aldığı “Qulaqcıqarası çəpərin qüsuru. Sol mədəcik çatışmazlığı, ll-lll funksional sinif. Digər ikincili ağciyər hipertenziyası” və bununla əlaqədar xx.xx.2021-ci il tarixində icra olunan “Qulaqcıqarası çəpərin qüsurunun ləğvi” cərrahi əməliyyatı, xx.xx.2021-ci il tarixində Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X2 müayinədən sonra qoyulmuş “Anadangəlmə ürək qüsuru. Qulaqcıqarası çəpər defektinin korreksiyası cərrahi əməliyyatından sonrakı vəziyyət (2021). Mitral çatışmazlıq, İİ dərəcə, Trikuspidal çatışmazlıq, İ dərəcə. Xroniki ürək çatışmazlığı, İİ (ikinci) funksional sinif, xx.xx.2021-ci il tarixlərində Respublika Psixiatriya Xəstəxanasında müalicə aldığı “Posttravmatik stress pozuntusu” (Bakı Sağlamlıq Mərkəzinin L0088062-Y210000987 nömrəli epikrizi, Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına X3 xx.xx.2021-ci il tarixli müayinə vərəqi, Respublika Psixiatriya Xəstəxanasının çıxarış epikrizi və XHEK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Ümumi xəstəlikdir”.
10. “Respublika Psixiatriya Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1494 nömrəli “Həkim Psixiatr Komissiyasının Rəyi”nə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi şizofreniyayabənzər pozuntu, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) F06.2
11. “Respublika Psixiatriya Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4312 nömrəli “Həkim Psixiatr Komissiyasının Rəyi”nə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, şizofreniyayabənzər epizodlar, tez tez qıcolma tutmaları, intihar cəhdləri ilə F07.0
12. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
13. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
14. Hazırki iddia məcburetmə haqqında iddiadır. İddia mümkündür.
İİİ. Tətbiq edilən hüquq
15. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
17. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
19. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
20. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
21. Hazırki iddia məcburetməyə dair iddiadır.
22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
23. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti sonuncu xx.xx.2024-cü il tarixli göndəriş əsasında qiymətləndirmə xx.xx.2024-ci il tarixdə aparılmış əlilliyin təyinindən imtina edilmişdir (diaqnoz əlillik təyin etmir). Həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirilmə nəticəsində əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
24. İddiaçı qiymətləndirildiyi sonuncu xx.xx.2024-cü il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.
25. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
27. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2024-cü il tarixdə müayinə olunmuşdur): - (status localis) zahirən narahatdır. Ətrafa qarşı şübhəlidir. Ünsiyyətə həyəcanlı halda daxil olur. Bildirir ki, “gözümün qabağına 2 metr hündürlüyündə qaraltı gəlir, deyirlər ki, sən necə rahat yaşayırsan, qardaşların həlak olub”. Əhval-ruhiyyə fonu qeyri-stabildir. Emosional labildir. Təfəkkürü torpiddir. Tənqidi münasibəti natamamdır. Şöbədə olan zaman Ketilept, Karbamazepin, Deprazin qəbul edib. - (Əsas diaqnoz) F06.2 üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, üzvi şizofreniyaya bənzər pozuntu, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) - (Yanaşı xəstəliklər) M24.5 oynaqların kontrakturası; R52.0 kəskin ağrı, digər rubrikalarda təsnif olunmayan ağrı, G54.1 bel-oma kələfinin zədələnməsi, bel-oma kələfinin zədələnməsi; R26.8 hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş və hərəkət pozğunluqları; Z98.8 digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, digər cərrahi əməliyyatdan sonrakı hallar; G40 epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə); M17.0 birincili ikitərəfli qonaqtroz, birincili ikitərəfli qonaqtroz - Həkim müayinəsi nəticəsində xx.xx.2024-cü il tarixdə F06.2 üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu. Üzvi şizofreniyayabənzər pozuntu, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) müəyyən edilir.
28. Məhkəmə iş materiallarına əsasən müəyyən edir: - İddiaçı münasibətdə TSEK-Maüyinə sənədlərinə əsasən xx.xx.2018-ci il tarixində onurğanın ostexondrozu. Onurğanın yayılmış osteoxondrozu. Davamlı köksük ağrı sindromu ilə L4-L5 və L5-Sq fəgərə arası disklərin sol tərəfli yırtıqlarının xaric edilməsi. Cərahiyyə əməliyyatından sonrakı vəziyyət. Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafın parezi diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.3. üçüncü dərəcə əlillik (2.3.3. əlin və ya pəncənin iflici. bir ətrafın nəzərəçarpan parezi G83.0, G83.2) təyin edilmişdir. - “Respublika Psixiatriya Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1494 nömrəli “Həkim Psixiatr Komissiyasının Rəyi”nə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi şizofreniyayabənzər pozuntu, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) F06.2 - “Respublika Psixiatriya Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4312 nömrəli “Həkim Psixiatr Komissiyasının Rəyi”nə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, şizofreniyayabənzər epizodlar, tez tez qıcolma tutmaları, intihar cəhdləri ilə F07.0
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən (20 iyul 2023-cü il tarixədək qüvvədə olan redaksiyaya əsasən): 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və F06 ya somatik xəstəliklə bağlı digər psixi pozuntular üzvi hallüsinoz F06.0 üzvi-katatonik pozuntu F06.1 üzvi sayıqlama (şizofreniyayabənzər) F06.2 pozuntusu əhvalın üzvi mənşəli (affektiv) pozuntusu F06.3 üzvi mənşəli təşviş-pozuntu F06.4 üzvi dissosiativ pozuntu F06.5 Həmin Meyarlara əsasən (20 iyul 2023-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə verilmiş yeni redaksiyaya əsasən): 7.6.2 baş beynin zədələnməsi və disfunksiyası və ya somatik F06 xəstəliklə bağlı digər psixi pozuntular Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir.
30. Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyi (F06.2) səhiyyə müəssisəsi tərəfindən təqdim edilmiş göndərişdə (Forma 88) müəyyən edilməsinə (həmin tibbi göndəriş həkim müayinəsinə (obyektiv müayinə) və instrumental müayinəyə (beyin MRT, bir saatlıq EEQ monitarizasiyası) əsaslanmışdır). Həmin instrumental müayinənin nəticəsi məhkəmə icraatı zamanı digər tibb müəssisələri tərəfindən də (“Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə; 2 nömrəli X6 xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə; Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində, xx.xx.2024-cü il tarixdə tərtib olunmuş xəstəlik tarixləri (ambulator kitabları) ilə) təsdiqlənmişdir.
31. Məhkəmə qeyd edir ki, iddiaçı təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində (2021-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (“Respublika Psixiatriya Xəstəxanası” X13, 2 nömrəli X7, Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
32. Məhkəmə eyni zamanda nəzərə alır ki, İddiaçı əlillik təyin edilməsi üçün əsas olan xəstəlikdən (üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu (F06.2)) 3 ildən artıq müddətdir (2021-ci ildən bəri olan müayinə sənədləri ilə təsdiq olunur) əziyyət çəkir. 33.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
34. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
35. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
36. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
37. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
38. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
39. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
40. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
41. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən aparılması (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin müəyyən edilməsi (əlilliyin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva