Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13745/2023 06.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı - İddiaçı, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi – X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cavabdeh tərəfindən sığorta hadisəsi ilə bağlı 6600 (altı min altı yüz) manat sığorta ödənişinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə hərbi xidmətə çağrılmış və hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən 2002-ci ilin aprel ayında hərbi travma almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1177 nömrəli qərarında Azərbaycan Respublikası SHXÇDX-nin Ucar rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 2 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 23 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 389 nömrəli aktı, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)-3196 nömrəli qətnaməsi, MN MHHK-nin həkim-mütəxəssisinin rəyi ilə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı hərbi travma təsdiq edilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsində hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olaraq, Kəllədaxili travma (2002) qapalı kəllə beyin travması, Baş beyinin travmatik xəstəliyinin nəticəsi. Postravmatik ensefalopatiya, tez tez baş verən kloniki toniki qıcolmalarla müşahidə olunan tutmalar (ayda 10-12 dəfə), asteno-nevrotik sindrom diaqnozuna əsasən əmək qabiliyyətsiz və ikinci dərəcəli əlillik təyin olunmuşdur. Qeyd edilən səbəblərə əsasən iddiaçıya İİ qrup əlillik dərəcəsi təyin olunması ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, cavab məktubunda "sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda "xxxx" ASC tərəfindən, belə sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olduğu halda isə 2022-ci il yanvarın 1-dən etibarən Fond tərəfindən təmin edidiyi” qeyd edilmişdir. Eyni məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə olan müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubunda imtina verilmişdir. İmtinaya səbəb olaraq “Sənədlərdən göründüyü kimi, 19 dekabr 2002-ci il tarixdə hərbi xidmətdən tərxis olunduğu və bu hadisədən 3 ildən artıq müddət keçdikdən sonra, yəni 25 sentyabr 2019-cu ildə İİ qrup əlillik dərəcəsi aldığı, bu səbəbdən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin "ç" bəndinə əsasən, sığorta ödənişinin verilməsinin qeyri-mümkün olduğu qeyd edilmişdir. İddiaçının həmin dövrdə sənədlərinin itməsi ilə əlaqədar lazımi dövlət qurumlarına müraciət edə bilməmiş və sığorta ödənişi ala bilməmişdir. Müəyyən sənədlər itdiyinə görə uzun müddət, aldığı travmaların hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olmasının təsdiqi ilə məşğul olmuşdur. Bu faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət olunmuşdur və nəticədə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçıya təyin olunmuş əlillik Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əsasız olaraq kəsilmişdir və əlilliyin bərpası yalnız məhkəmə qərarı əsasında mümkün olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli iddiaya yazılı münasibətdə iddianın mümkün sayılmaması xahiş olunmuş və qeyd olunmuşdur ki, Şirkət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənada inzibati orqan hesab edilmir, həmçinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına daxil deyildir. Bu səbəbdən, hazırki iş üzrə Şirkətə qarşı qaldırılmış iddia mülki xarakterli olub, AR MPM-nin 25.1-ci maddəsinə uyğun olaraq mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı münasibətində iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək hərbi xidmətdə olmuş və əlillik dərəcəsi xx.xx.2019-cu il tarixində təyin edilmişdir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci bəndlərinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda "xxxx" ASC tərəfindən, belə sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olduğu halda isə 2022-ci il yanvarın 1-dən etibarən Fond tərəfindən təmin edilir. Beləliklə aydın olur ki, İddiaçı dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından Fondun səlahiyyətlərinə aid deyildir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iddiaya etiraz edərək onun mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, işdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti Xocasən Sağlamlıq Mərkəzinin 2740003AAB7K nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar səbəbilə 5 il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, vətəndaşa dair rəsmiləşdirilən 2740003AAB7K nömrəli göndərişdə qeyd olunan stasionar müalicə tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi" və "Sığorta" altsistemlərində olan məlumatlara əsasən əmək haqqı ödənilmiş və əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmadığından aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixində ləğv olunmuşdur. Qərardan narazı qalan vətəndaş məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 5394/2022 nömrəli Qərarı Agentlik tərəfindən icra edilərək İddiaçı dair aparılmış xx.xx.2019-cu il tarixindən Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar səbəbilə 5 il müddətinə (xx.xx.2024-cü ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı barədə qərar etibarsız edildiyi tarixdən bərpa edilmişdir. İddiaçı ona hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar təyin edilmiş əlilliyə görə sığorta ödənişinin alınması məqsədilə xx.xx.2023-cü il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, Fond xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, iddiaçı xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək hərbi xidmətdə olmuş və əlillik dərəcəsi xx.xx.2019-cu il tarixində təyin edilmişdir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci bəndlərinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda "xxxx" ASC tərəfindən, belə sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olduğu halda isə 2022-ci il yanvarın 1-dən etibarən Fond tərəfindən təmin edilir. Odur ki, iddiaçıya dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Fondun səlahiyyətlərinə aid deyil. Bundan sonra iddiaçı eyni tələblə digər cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, Şirkət xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya imtina cavabı verərək göstərmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış,) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlərdən göründüyü kimi, iddiaçı 19 dekabr 2002-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş və bu hadisədən 3 ildən artıq müddət keçdikdən sonra, yəni 25 sentyabr 2019-cu ildə İİ qrup əlillik dərəcəsi almışdır. Bu səbəbdən qanunvericiliyin istinad olunan maddəsinə əsasən, iddiaçıya sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1064/2023 saylı qərarına əsasən bərpa olunmuş əlilliklə bağlı sığorta ödənişinin alınması üçün iddiaçıya aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı hazırda həm Dövlət Sosial Müdafiə Fondunu, həm də Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətini cavabdeh qismində göstərməklə ona sığorta ödənişinin verilməsi ilə bağlı hazırkı iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2.7-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir; Fərmanın 2.8-ci bəndinə görə isə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Cəmiyyət) çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Qeyd edilən normalardan görünür ki, sığorta ödənişi almaq hüququ olan hərbi qulluqçulara bu ödənişi verən orqan, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin alınma tarixindən asılı edilmişdir. Yəni sığorta ödənişi: -faktı təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aiddirsə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti; - faktı təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aiddirsə, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. İşdən görünür ki, sığorta hadisəsi olan iddiaçının əlilliyi barədə qərar Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmiş, yəni iddiaçı barəsində sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd 2021-ci il yanvarın 1-dən əvvələ aid olmuşdur. Belə olan halda aydındır ki, hazırkı halda sığorta hadisənin baş verməsi ilə bağlı sığorta ödənişinin verilməsi barədə iddiaçının tələbinə cavab verməli orqan qismində Dövlət Sosial Müdafiə Fondu deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyəti çıxış edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində göstərdiyi və hazırkı tələbinə cavab verməli olan subyekt- "Azərsığorta” Açıq Səhmdar Cəmiyyəti inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilməmiş, ona qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilməmişdir. Cavabdeh qismində göstərilən inzibati orqan olan digər cavabdeh – Dövlət Sosial Müdafiə Fondu isə hazırkı tələbə cavab verməli qurum deyildir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən hazırkı məzmunda iddiaya mahiyyəti üzrə inzibati məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2 Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-13745/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13745/2023
06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver