Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1375/2021 18.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 (hüquq məsləhətçisi, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X3, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla) torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 02.05.1995-ci il tarixli, 1290a saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 kv.m torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, həmin 600 kv.m. torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin adının Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə dəyişdirilməsi nəzərə alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5768/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qərardadı ilə X3, 16.03.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində işə cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisinə icazə verilməsi üçün Səbail rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən onun müraciətinə baxılmış, Səbail rayon İcra Hakimiyyəti Başçısının 02.05.1995-ci il tarixli, 1290a saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikilməsi üçün 600 kv.m. torpaq sahəsi adına rəsmiləşdirilmişdir. Bununla əlaqədar, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikilməsi üçün 600 kv.m. torpaq sahəsinin iddiaçının adına ilkin dövlət qeydiyyatına alınaraq Çıxarışın verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə 28.02.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən 01.05.2020-ci il tarixdə **********93 saylı cavabda bildirilmişdir ki, torpaq sahəsinə digər fiziki şəxs tərəfindən müraciət daxil olduğundan ərizənin icrası mümkün deyil. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edirəm. Səbail rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin plan-sxemi tərtib edilmişdir. Cavabdehin imtina məktubunda qeyd etdiyi hal isə ümumiyyətlə imtinaya əsas ola bilməz. Səbail rayon İcra Hakimiyyəti başçısının 1290a saylı, 02.05.1995-ci il tarixli sərəncamı ilə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsi illərdir iddiaçının qanuni istifadəsindədir. Hazırda həmin torpaq sahəsini özəlləşdirmək istəyir. Cavabdeh əsasız imtinasi ilə iddiaçının hüquqlarını pozur. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinə digər fiziki şəxslərin müraciəti daxil olduğundan ərizənizin icrası mümkün olmamışdır. O cümlədən Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçıya cavab verilmiş 05.12.2018-ci il tarixli məktubda qeyd olunan iradlar aradan qaldırılmadığından iddiaçının müaciətinin təmin ediməsindən əsaslı olaraq imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia rədd olunmalıdır. Şifahi məhkəmə baxışı iclasına iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlaranaraq səhhətilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyindən şifahi məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər X1, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Səbail rayon İcra Hakimiyyəti başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” 02.05.1995-ci il tarixli, 1290a saylı sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd lunan sərəncama əsasən Badamdar qəsəbəsində 600 kv.metrdən ibarət torpaq sahəsi fərdi ev tikmək üçün İddiaçı adına torpaq sahəsi ayrılmışdır. - Səbail rayon İcra Hakimiyyəti tərəfinən 28.10.2018-ci il tarixdə, Ə-176-091 nömrə ilə uçota alınaraq razılaşdırılmış torpaq sahəsinin situasiya planınn notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 02.05.1995ci il tarixli, 1290a saylı Sərəncamına əsasən Badamdar qəsəbəsində İddiaçı adına ayrılmış 600 kv.metrdən ibarət torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi tərtib edilərək, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. - Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfinən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisiə ünvanlanan 18.10.2018-ci il tarixli, 3/10-Ə-176-091 nömrəli məktubunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 02.05.1995-ci il tarixli, 1290a saylı Sərəncamı ilə vətəndaş İddiaçı Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün sonuncuya göndərilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş 01 may 2020-ci il tarixli, **********93 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, elektron kadastr baza məlumatlarına qeyd olunan torpaq sahəsinə digər fiziki şəxslərin müraciəti daxil olduğundan ərizənin icrası mümkün olmamışdır. Məktubda həmçinin bildirilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 05.12.2018-ci il tarixdə, **********39 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.1-ci maddələrinə istinad olunaraq iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinada qeyd olunan halların araşdırılması məqsədilə məhkəmə tərəfindən cavabdehə Səbail rayon İcra Hakimiyyəti Başçısının 02.05.1995-ci il tarixli, 1290a saylı Sərəncamının, Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfndən razılaşdırılmış 7- 176-091 saylı 18.10.2018-ci il tarili Situasiya Planının və qeyd olunan torpaq sahəsinin Ayrıc Aktının, o cümlədən sözügedən torpaq sahəsilə bağlı arxiv qovluğunda olan digər sənədlərin, həmçinin imtina məktubunda qeyd olunan idarənin elektron kadastr baza məlumatlarına qeyd olunan torpaq sahəsinə hansı fiziki şəxslərin müraciət etməsi və həmin müraciətin əsasında hansı hüquqi addımın atılması barədə məlumatn verilməsi məzmunda sorğular ünvanlanmışdır. Sorğuya 07.10.2020-ci il tarixki cavab məktubunda vətəndaşa 05.12.2018-ci il tarixdə cavab verildiyi və sənədlərin ona geri qaytarıldığı və qeyd olunan torpaq sahəsi ilə bağlı X1 müraciət etdiyi və ona da 03.06.2020-ci il tarixdə imtina bildirişi ilə cavab verildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivi tərəfndən məhkəməyə 12.10.2020-ci il tarixli məktub əsasında Səbail rayon İcra Hakimiyyəti başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” 02.05.1995-ci il tarixli, 1290a saylı sərəncamından Çıxarış ünvanlanmışdır. Məktubda sərəncama situasiya planının və ayrıc aktının əlavə edilmədiyi qeyd olunmuşdur. İddiaçı ona ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, lakin cavabdeh tərəfindən elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinə digər fiziki şəxslərin müraciəti daxil olduğundan ərizənin icrası mümkün olmadığı əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin faktiki sahəsinin Səbail rayon İcra Hakimiyyəti Başçısının 02.05.1995-ci il tarixli, 1290a saylı Sərəncamında və situasiya planında göstərilən torpaq sahəsinə, yaxud Səbail rayon İcra Hakimiyyəti Başçısının 01.10.1994-cü il tarixli, 3149 saylı sərəncamında və yerləşmə cizgisində göstərilən 2031A saylı torpaq sahəsinə uyğun gəlməsi barədə rəyin məhkəməyə təqdim olunması cavabdehdən xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin 22.09.2020-ci il tarixli sorğusuna cavab olaraq X1 04 may 2020-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında” ərizə göndərilsə də, lakin ərizəyə X3 tərəfindən hansı ünvana dair hüquqlarının dövlət qeydiydiyyatına alınmasını tələb etdiyi müvafiq hüqumüəyyənedici sənədlər qoşulmamışdır. Belə olan halda X1 müraciətinin əsasını təşkil edən hüqumüəyyənedici sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə tədim edilməsi sorğu əsasında cavabdehdən tələb edilmişdir. Sorğuya cavab olaraq təqdim edilmiş “həyətyanı torpaq sahəsinin verilməsinə dair” Səbail rayon İcra Hakimiyyətinin 01.10.1994-cü il tarixli 3149 saylı Sərəncamın surətindən görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsində 600 kv.metrdən ibarət torpaq sahəsi X1 adına ayrılmış, 01.10.1994-cü il tarixli Aktdan görünür ki, Səbail rayon İcra Hakimiyyətinin 01.10.1994-cü il tarixli 3149 saylı Sərəncamına əsasən fərdi yaşayış evini tikdirməkdən ötəri verilən 0,06 ha torpaq sahəsi yer üzərində ara nişanları ilə ayrılaraq vətəndaşa daim istifadə üçün təhkim edilmişdir. X1 adına ayrılmış Badamr qəsəbəsi, 3-cü yaşayış massivi, döngə 2031A nömrəli 600 kv.metrdən ibarət torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq rayon icra hakimiyyəti başçısının qəsəbə nümayəndəlyi tərəfindən təsdiq edilmişdir. Bütün yuxarıda göstərilən halların müəyyənləşdirilməsi, yəni iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin faktiki sahəsinin Səbail rayon İcra Hakimiyyəti Başçısının 02.05.1995-ci il tarixli, 1290a saylı Sərəncamında və situasiya planında göstərilən torpaq sahəsinə, yaxud Səbail rayon İcra Hakimiyyəti Başçısının 01.10.1994-cü il tarixli, 3149 saylı sərəncamında və yerləşmə cizgisində göstərilən 2031A saylı torpaq sahəsinə uyğun gəlməsi barədə mütəxəssis rəyinin məhkəməyə təqdim olunması Azərbaycan Respulikası İqtisdiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət Xidmətindən tələb edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 04 oktyabr 2021-ci il tarixli, **********75 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, idiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilmiş, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin mütəxəssisləri tərəfindən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Təqdim edilmiş sənədlərə və sxemlərə əsasən iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin faktiki sahəsi müraciətə əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02 may 1995-ci il tarixli, 1290a saylı sərəncamında və situasiya planında göstərilən torpaq sahəsinə (eləcə də naturada qismən daş hasara alınmış) uyğundur, müraciətə əlavə edilmiş Səbail Rayon icra Hakimiyyəti Başçısının 01.010.1994-cü il tarixli 3149 saylı (sərəncamının əlavəsi olan müraciətə əlavə edilmiş sxemdə hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi, sxem koordinatsız miqyassız olduğundan sxemdə qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən) sərəncamında və yerləşmə cizgisində (təhkim aktında) göstərilən 2031A saylı torpaq sahəsinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Məhkəmə gedişatı zamanı iddiaçı tərəfindən məhkəməyə Bakı şəhər İcra hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanan 16 sentyabr 2021-ci il tarixli Ə-565-091 saylı məktubun mətnindən müəyyən edilir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02 may 1995-ci il tarixli, 1290a saylı Sərəncamının, Səbail Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış Ə-176-091 saylı, 18.10.2018-ci il tarixli Situasiya Planı və sxemi ilə İddiaçı ayrılmış və istifadəsində olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsi yaşayış mənəqəsinin hüdudları daxilində yerləşərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02 may 1995-ci il tarixli, 1290a sayıı Sərəncamı, həmin Sərəncama əlavə olunmuş Ə-176-091 saylı, 18.10.2018-ci il tarixli Situasiya Planı və sxemində göstərilmiş torpaq sahəsi ilə İddiaçı istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinə uyğundur. Qeyd olunan sərəncamın və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış situasiya planı və sxemi ilə göstərilən ərazi sərəncamın verildiyi tarixdə və hal-hazırda dövlət mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” 18.10.1991-ci il tarixli, 272 №li Fərmana əsasən Dövlət intizamını möhkəmləndirmək, Azərbaycan Respublikası xalq təsərrüfatının səmərəli idarə olunmasını təşkil etmək, Azərbaycan Respublikasında icra hakimiyyəti orqanlarının fəaliyyətində vəhdəti təmin etmək məqsədi ilə və "Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"- təsdiq edilmişdir. Sözügedən Fərmanın 3-cü bəndinə əsasən indiki çağırış rayon, şəhər (respublika tabeli şəhərlər) xalq deputatları Sovetləri "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"də müəyyən edilən səlahiyyətlər hüdudunda fəaliyyət göstərirlər; 4-cü bəndinə əsasən şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir; 5-ci bəndinə əsasən rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar; Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər; 6-cı bəndə əsasən rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. İddiaçıya torpaq ayrılan zaman qüvvədə olmuş 9 noyabr 1991-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsi, həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 10-cu maddəsinin 1-ci bəndinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara aşağıdakı məqsədlər üçün verilməsi nəzərdə tutulmuşdur. Həmçinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». O cümlədən hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Beləliklə, iddiaçıya sözügedən torpaq sahəsinin münasibətlərin yarandığı zaman qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə riayət olunmaqla ayrıldığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Hazırda iddiaçı faktiki istifadəsində olan və mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyəti Başçısının 02.05.1995-ci il tarixli, 1290a saylı Sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün ona ayrıldığını və torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış situasiya planına istinad etməklə cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinə digər fiziki şəxslərin müraciəti daxil olduğundan ərizənin icrasının mümkün olmadığı əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi mübahisənin qeyd olunan halları araşdırılmış və müəyyən edlmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin yerləşdiyi yer naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin mütəxəssisləri tərəfindən ölçülmüş, ərazinin baza məlumatlarını və sair texniki parametrlərini əks etdirən sxemlər hazırlanmış, mövcud olan sənədlərə və sxemlərə əsasən iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin faktiki olaraq Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02 may 1995-ci il tarixli, 1290a saylı sərəncamında və situasiya planında göstərilən torpaq sahəsinə uyğun olduğu və qeyd olunan sərəncamın hazırda qüvvədə olduğu, o cümlədən Səbail Rayon icra Hakimiyyəti Başçısının 01.10.1994-cü il tarixli 3149 saylı (sərəncamının əlavəsi olan müraciətə əlavə edilmiş sxemdə hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi, sxem koordinatsız miqyassız olduğundan sxemdə qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən) sərəncamında və yerləşmə cizgisində (təhkim aktında) göstərilən 2031A saylı torpaq sahəsinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən Məhkəmə, iddiaçının, 3-cü şəxs X1 istifadəsində olan torpaq sahəsinə deyil, faktiki olaraq öz sahibliyində olan və yuxarıda istinad olunan hüquqmüəyyənedici sənədlər əsasında ona verilən torpaq sahəsinin adına hüquqlarının reyestrdə qeydə alınaraq çıxarışın verilməsinə dair olan tələbində haqlı olduğu qənaətindədir. Başqa sözlə, Səbail rayon İcra Hakimiyyəti Başçısının 02.05.1995-ci il tarixli, 1290A saylı sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin, döngə nöqtələrinin kordinatlarının məhz naturada göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü məhkəmə araşdırması zamanı sübut edildiyindən, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 02.05.1995-ci il tarixli, 1290a saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 kv.m torpaq sahəsinin İddiaçı adına mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, həmin 600 kv.m. torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1375/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1375/2021
18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver