Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13756/2023 21.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X7, 3-cü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı 3-cü şəxslər X8 və X5 işə cəlb edilməklə aparılmış registrin etibarsız hesab edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı ünvan 2 ünvanında yerləşən 0,1083 ha ölçüdə torpaq sahəsinin cavabdehin balansına keçirilməsinə dair hərəkətlərinin qanunsuz sayılmaqla bununla əlaqədar aparılmış registrin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı sərəncamların ləğv edilməsinə dair məhkəmə araşdırmaları zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi tərəfindən təqdim edilmiş torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar verilən registrdən çıxarışdan müəyyən edilir ki, Azon Zavodunun balansında olmuş və iddiaçıya verilmiş ünvan 3 ünvanında yerləşən 0.1083 ha ölçüdə torpaq sahəsi sonradan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn balansına verilmişdir. Məhz həmin registr sənədi əsasında, qeyd edilən ünvanda yerləşən və vətəndaş İddiaçı qanuni istifadəsində olan və üzərində sonuncunun inşa etdiyi qeyri-yaşayış sahəsi yerləşən torpaq sahəsi üçüncü şəxslərin adına özəlləşdirilmişdir. Məhkəmə araşdırmaları zamanı, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin cavabdehin balansına hansı əsaslarla keçməsi barədə, habelə torpaq sahəsinin ayrılmasına dair heç bir rəsmi sənəd təqdim edilməmişdir. ünvan 3 ünvanında yerləşən 0.1083 ha ölçüdə torpaq sahəsinin hansı əsaslarla cavabdehin balansına keçməsinə dair bütün rəsmi sənədlərin, o cümlədən torpaq ayırma sənədlərinin onlara təqdim edilməklə ünvan 4 ünvanında yerləşən 0.1083 ha ölçüdə torpaq sahəsinin cavabdehin balansına keçməsinə dair aparılmış registrin etibarsız hesab edilməsi barədə cavabdehə yazılı müraciət etməsinə baxmayaraq, müraciətləri cavabsız qalmışdır. Yuxarıda göstərilənlərə əsasən, hesab edirlər ki, ünvan 5 ünvanında yerləşən 0.1083 ha ölçüdə torpaq sahəsinə dair registr məlumatları mötəbər olmadığından həmin torpaqla bağlı aparılmış registr etibarsız hesab edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, ünvan 6 ünvanında yerləşən 0.1083 ha torpaq sahəsi onun qanuni istifadəsinə verilib və öz vəsaiti hesbaına tikililər inşa edib. Hesab edirlər ki, iddiaçının iddiası əsassızdır, o, təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Bundan sonra- Mülki Prosessual Məcəllə adlanacaq) 77.1-ci maddəsinə görə “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 17 fevral 2005-ci il tarixli, 125 nömrəli Sərəncamının 1 -ci bəndinə əsasən Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m ölçüdə qeyri yaşayış sahəsi vətəndaş İddiaçı Fərrux oğluna məxsus olması faktı təsdiq edilmişdir. Həmin Sərəncamın 2-ci bəndinə əsasən qeyri yaşayış sahəsinin yerləşdiyi yer ilə bağlı icarə müqaviləsinin bağlanması tapşırığının icrası vətəndaş İddiaçı Fərrux oğlunun üzərinə qoyulmuşdur. Burdan belə nəticəyə gəlmək olar ki, Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 17 fevral 2005-ci il tarixli, 125 nömrəli Sərəncamı ilə vətəndaş İddiaçı Fərrux oğluna ünvan 3 ünvanından 0.1083 ha torpaq sahəsi ayrılmamışdır. Belə ki, ünvan 3 ünvanından 0.1083 ha torpaq sahəsinin vətəndaş İddiaçı Fərrux oğlu ilə heş bir hüquqi bağlılığı yoxdur. Bu səbəbdən də, iddia predmetinin əsassız və qüvvədə olan qanunvericiliklərə tam zidd olması açıq aşkar görsənməkdədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13756/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə X8 və X5 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxslərin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 125 nömərli xx.xx.2005-ci il tarixli sərəncamı ilə X1 Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin ona məxsus olması və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktının təsdiq edilməsinə və həmin sərəncama əsasən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin icarə xərclərinin ödənilməsi üçün İddiaçıla rayonun müvafiq qurumları arasında müqavilə bağlanılmasının qərara alınmasına istinad edərək, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin üçüncü şəxslərin adına qanunsuz özəlləşdirildiyini, ümumiyyətlə həmin torpaq sahəsinin heç bir əsas olmadan cavabdehin balansında olmasını, bu səbəblə də, torpaq sahəsinin cavabdehin balansında olmasına dair aparılmış registrın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdə olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamından görünür ki, 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan vət. İddiaçı Fərrux oğluna Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı təsdiq edilmiş, qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin icarə xərclərinin ödənilməsi üçün vət. İddiaçıla rayonun müvafiq qurumları arasında müqavilə bağlanılması qərara alınmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi, iddia ərizəsinə əlavə və yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə cavabdehlər X3 və X4 qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamı ilə İddiaçı verilmiş 120 kv.m ölçüdə qeyriyaşayış sahəsinin, cavabdeh E.Mustafayevin adına rəsmiləşdirilmiş 51.2 kv.m hissəsi istisna olmaqla, naturada ayrılması və qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsindən cavabdehlərin çıxarılması, qeyri-yaşayış sahəsinin iddiaçıya aid hissəsi boşaldılaraq, iddiaçının sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “...İkincisi, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı (işə kserosurəti əlavə edilməsinə baxmayaraq) iddiaçıya Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktının təsdiq edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, həmin sərəncamla iddiaçıya qeyriyaşayış sahəsi, yaxud torpaq sahəsi ayrılmamışdır. Bunun ayrılması da mümkün ola bilməzdi. Çünki mübahisəli qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsi həmin vaxt dövlət mülkiyyətində olmuşdur. “Azon” zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubunda iddianın əsaslılığına heç biri təsiri ola bilməz. Çünki, qeyd olunan məktubun nə dərəcədə qanuni olmasının yoxlanılması hazırki icraatın predmeti olmasa da “Azon” zavodunun rəhbərliyinin həmin vaxt zavodun ərazisindəki dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmək kimi bir səlahiyyəti ola bilməzdi. Qeyd olunan sərəncamın və məktubun nə dərəcədə qanuni olub-olmaması nəzərə alınmasa belə iddiaçı bu dövr ərzində həmin qeyri-yaşayış və torpaq sahəsini hansısa hüquqla öz adına qeydə alınmasına nail ola bilməmişdir.” Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4371/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına qiymət verilmişdir. Məhkəmə eləcə də, qeyd edir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamında Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı Fərrux oğluna məxsus olması faktı təsdiq edilsə də, bu sərəncam özlüyündə hər hansı bir hüquqi nəticə doğurmur. Belə ki, həmin sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan “Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmiş, həmin Əsasnamədə yerli icra hakimiyyətinin əmlakın hər hansı şəxsə məxsus olması barədə faktı təsdiq etmək kimi bir səlahiyyəti nəzərdə tutulmamışdır. Bundan əlavə, həmin Əsasnamənin: - 17.1-ci bəndinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında — Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsaitlər və məqsədli fondların vəsaiti, dövlət yaşayış fondu, dövlət yaşayış fondunun evlərində qeyri-yaşayış binaları, mühəndiskommunikasiya, infrastruktur obyektləri (su kəmərləri, kanalizasiya təsərrüfatları, istilik təchizatı, elektrik təchizatı, qaz təchizatı, şəhər elektrik nəqliyyatı qurğuları və şəbəkələri, digər abadlıq obyektləri), istehlakçılara bilavasitə kommunal xidmətlər göstərən və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və qanunvericiliklə müəyyən edilmiş qaydada onların sərəncamına verilmiş digər əmlak daxildir. - 17.2-ci bəndinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, təhsil, mədəniyyət, səhiyyə, idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak ola bilər. -18.1-ci bəndinə görə müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 18.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının: 1) məqsədli fondların vəsaitləri üzərində sərəncam vermək; 2) yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə hüquqi hərəkətlər etmək hüququ vardır. - 18.3-cü bəndinə görə dövlət əmlakı yerli icra hakimiyyətlərinin operativ idarəçiliyində və ya tam təsərrüfat səlahiyyətində ola bilər. - 19.1-ci bəndinə görə yerli icra hakimiyyətlərinin qeyri-dövlət müəssisə, idarə və təşkilatlarla münasibətləri müqavilə əsasında qurulur. İstinad olunan normalardan görünür ki, yerli icra hakimiyyətinin yalnız onun sərəncamında olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək səlahiyyəti mövcud olmuş, bu zaman digər şəxslərlə münasibətlərini müqavilə əsasında həyata keçirməsi təsbit edilmişdir. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi Yasamal rayon İcra Hakimiyyətinin deyil, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin balansında olmuş, bununla da İcra Hakimiyyəti həmin əmlaka münasibətdə hər hansı bir səlahiyyətə malik olmamışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə gəldikdə, həmin Əsasnamənin 28.1ci bəndinə əsasən icra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək; "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri (maddə 19. Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər) bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Eyni zamanda Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Mübahisəli sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 6 mart 2000-ci il tarixli 291 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamının qəbul edildiyi dövrdə yerli icra hakimiyyətinin torpaq ayırma səlahiyyəti də olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin sərəncam mübahisəli əmlaka münasibətdə hər hansı bir hüquq yaratmadığından iddiaçının cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı registrdə qeydiyyata alınmış hüquqlarının mübahisələndirilməsi barədə hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ istisna edilməli və iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-13756/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13756/2023
21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver