Məhkəmə qərarları › İş №2-1(112)-13756/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13756/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13756/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı "vərəsəlik şəhadətnaməsinin verilməsi və sair" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – İddiaçılar) cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 7 saylı Notariat ofisinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair onlara qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilməsi ilə əlaqədar 12 sentyabr 2024-cü il tarixli 331 və 332 nömrəli aktların ləğv edilməsi və iddiaçılara qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin təmin olunması ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı1, xx.xx.1993-cü il tarixdə X5 ilə ailə quraraq nikah münasibətlərinə daxil olmuşdur. Bu barədə Bakı şəhəri Əzizbəyov rayonu WADQ şöbəsində 361 №-li müvafiq qeyd aparılmışdır. Birgə nikahlarından xx.xx.1995-ci il tarixdə X10 dünyaya gəlmişdir. 1996-cı ildə xəbərsiz itkin düşmüş həyat yoldaşının harada olduğu məlum olmamış, nəticədə qanunvericiliyin tələblərinə müvafiq qaydada o, məhkəmə qaydasında xx.xx.1999-cu il tarixdə ölmüş elan edilmişdir. 2022-ci ildə həyat yoldaşının nənəsi X11 (xx.xx.1977-ci il tarixdə vəfat etmişdir.) qalan miras əmlakın (ünvan 2 ünvanında yerləşən evin) vərəsələr arasında bölüşdürülməsi ilə bağlı vərəsəlik işi üzrə Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən icraata başlanmışdır. Hazırda davam edən vərəsəlik işi üzrə yekun olaraq vərəsələrin dairəsi müəyyənləşdirilərkən məlum olmuşdur ki, X12 birinci dərəcəli varisi olan qayınatası X14 vəfat etdikdən sonra (xx.xx.1997-ci il tarixdə vəfat etmişdir) ona məxsus avtonəqliyyat vasitəsi üzrə miras əmlakın bölgüsü ilə bağlı 24 iyun 1999-cu ildə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar vərəsəlik işi açılmışdır. Lakin qeyd olunan şəhadətnamədə mərhumun varislərinin dairəsi müəyyən olunarkən həyat yoldaşı P.Mircəfərin adı qeyd olunmamışdır. Nəticədə iddiaçılara vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını iştirak etməmiş, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçıların X11 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətlərinə baxılaraq bildirilmişdir ki, X12 birinci dərəcəli vərəsəsi olan oğlu X14 ölən günədək (xx.xx.1997) ünvan 3 ünvanında yaşamışdır. Bəyəhməd Piriyevdən miras qalmış əmlaka dair (nəqliyyat vasitəsinə dair) xx.xx.1999-cu il tarixdə arvadı X3, oğlu X15, oğlu X6, qızı X7 və qızı X4 bərabər hissələrdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vaxt miras qoyanın oğlu X2 (ölüm tarixi xx.xx.1999-cu il) vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Eyni zamanda “Elektron notariat’’ X1 vasitəsilə “X9” AQİS-dən əldə edilmiş məlumata əsasən X5 xx.xx.1993-cü il (Babayeva Ulduzə) və xx.xx.1994-ci il (Məcidova Saniyat) tarixlərdə nikaha daxil olmuşdur. X2 atası X8 vərəsələrinin dairəsi müəyyən edildiyindən, eyni zamanda mərhumun iki nikahı olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilir. İddiaçılar hazırda cavabdehin bu imtinasını mübahisələndirərək onlara vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün hazırkı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, İPM-in 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində göstərilirdi ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.104-cü maddəsi ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsi ləğv edilmişdir (bu Qanun xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir). Bundan sonra “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarının yuxarıda istinad olunan 8-ci bəndinə dəyişiklik edilərək həmin bənd aşağıdakı redaksiyada verilmişdir: “8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.” Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsi xx.xx.2021-ci il tarixdə qüvvədən düşsə də, notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini müəyyən edən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndi qüvvədə olmuş, həmin müddəada mübahisələrə mülki qaydada baxılması təsbit edilmiş, xx.xx.2021-ci il tarixdə həmin bənddə dəyişiklik edilsə də, mübahisənin məhkəmə aidiyyəti ilə bağlı qaydaya dəyişiklik edilməmiş, yenə də həmin mübahisələrə mülki mühakimə icraatı çərçivəsində baxılması təsbit edilmişdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hazırkı mübahisəyə inzibati mühakimə icraatı qaydasında baxılmasının, habelə işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin mümkün olmadığını nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Eyni zamanda iddiaçılara izah edilir ki, hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar