Məhkəmə qərarları › İş №2-1(112)-1376/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1376/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1376/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı "əlilliyin təyin edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3280/2023 nömrəli qərarının ləğv edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il traixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N №-li hərbi hissələrində əsgər kimi xidmət etmiş, N №-li hərbi hissə xidmət keçərkən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 44 günlük vətən müharibəsində iştirak etmişdir. Müharibə vaxtı xx.xx.2020-il tarixdə Xocavənd rayonu ərazisində travma almış, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2021-xx.xx.2021; xx.xx.2021- xx.xx.2021-ci il tarixlərədək Şilahlı Qüvvələrin Baş Klinik Hospitalında, xx.xx.2021-xx.xx.2021; xx.xx.2021-xx.xx.2021-ci il tarxlərədək Səhiyyə Nazirliyinin X1. xx.xx.2022-xx.xx.2022; xx.xx.2022-04. 11.2022-ci il tarixlərədək Səhiyyə Nazirliyinin 2 nömrəli ÄÜinik Psixiatriya Xəstəxanasında; 24.xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinə və müalicədə olmuşdur. İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə “xəstəliyə görə” ehtiyata buraxılmışdır. İddiaçı xəstəliyi ilə əlaqədar dəfələrlə müxtəlif tibb müəssisələrində müalicədə və müayinədə olmuşdur. Əlilliyin təyin edilməsi üçün o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona cavabdeh orqan xx.xx.2023-cü il tarixli qərarı ilə imtina cavabı vermişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli göndərişi əsasında əlavə əyani müayinə edilərək baxılmış diaqnoz əlillik əlaməti təyin etmir barədə imtina qərarı verilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2002-ci ildə anadan olmuşdur. O, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y*M “AB” massivi, 149, 19 ünvanında qeydiyyatdadır. SX seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1920-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçının barəsində verilən 10 dekabr 2022-ci il tarixli 14286 saylı xəstəlik haqqında şəhadətnaməsində ona Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Barotravma (xx.xx.2020). Sağtərəfli xroniki koxlear nevrit, sağtərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Hər iki gözün hipermetropiyası sağda Hm 3.50 D, solda 2.50 D, sağ gözün ambliopiyası nəticəsində görmə itiliyinin sağda 0.5-ə qədər azalması, korreksiya ilə 0.5, solda 0.8-ə qədər azalması, korreksiya ilə 1.0 olmaqla diaqnozu qoyulmuşdur. İddiaçının tibbi göndərişində ona qoyulmuş əsas diaqnoz “üzvi dissosiativ pozuntu, üzvi dissoiativ pozuntu davranış pozuntuları ilə, uzun sürən posttravmatik stress pozuntusu” olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2002-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq ona əlillik verilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)10857/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi tərəfindən məhkəməyə daxil olmuş 4895 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə T 748/2024 saylı ekspert rəyi daxil olmuşdur. Ekspert rəyində göstərilmişdir ki, iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndəriş tam doldurulmuş, edilən “Əsas diaqnoz: F06.5 Üzvi dissosiativ pozuntu, üzvi dissosiativ davranış pozuntuları, uzun sürən posttravmatik stress pozuntusu. b) Ağırlsşms F07.8 Baş beynin xəstəliyi, travması və disfimksiyası nəticəsində yaranan üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Üzvi dissosiativ pozuntu, davranış pozuntuları ilə, uzun sürən posttravmatik stress pozuntusu. F43.1 Posttravmatik stress pozuntusu, üzvi dissosiativ pozuntu, davranış pozuntuları ilə, uzun posttravmatik stess pozuntusu” diaqnozdakı əsas xəstəlik və onun ağırlaşr xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, şəxsin TSEK-də müayinələri zamanı əmək qabiliyyətli hesab edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığı dərəcənin təyini zamanı ona xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndin etmək mümkün olmadı. Həmin xətəliklərlə əlaqədar hazırda onun əlavə müaliaciyə (ixtisaslaşmış müalicəyə) ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşməsindən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb cəlb oluna bilər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi (psixiatrik) ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, yoxlanılan şəxs İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 xx.xx.2023-cü il tarixli, 7748/2023 saylı ekspert rəyində qoyulmuş “Posttravmatik stress pozuntusu” xəstəliyi müəyyən edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Yoxlanılan şəxs İddiaçı üzvi dissosiativ pozuntu. Posttravmatik stress pozuntusu xəstəliyi müəyyən edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). İşdən göründüyü kimi iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi hərbi həkim komissiyasının xəstəlik haqqında şəhadətnaməsinə əsasən hərbi travçma alması müəyyən edilir. İddiaçı sonradan tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin qərarın ləğvini və ona əllik təyin edilməsini istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən müəyyən edilir ki, iddiaçıya tibbi göndərişdə qoyulmuş “Posttravmatik stress pozuntusu” diaqnozu həmin “Meyarlar”ın “Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular” adlanan 7.5-ci hissəsində öz əksini tapmışdır. Həmin hissədə qeyd edilən ağırlaşmalar “Ağırlıq dərəcəsi, davametmə müddəti, intihar riski, nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - göstərilən pozuntuların davametmə müddəti (2 ildən çox davam edən simptomlar uzunmüddətli sayılır); - simptomların ağırlıq dərəcəsi (müvafiq klinik protokollarda olan şkalalar vasitəsilə müəyyən edilir); - intihar davranışları yerinə yetirmə riski; - dərman və psixoterapevtik müdaxilələrin effektliliyi” qeyd edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya müəyyən edilmiş diaqnozun həmin “Meyarlar” a uyğun olub-olmaması ilə bağlı məhkəmə tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Verilmiş ekspert rəyində göstərilmişdir “Posttravmatik stress pozuntusu” xəstəliyi müəyyən edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Yoxlanılan şəxs İddiaçı üzvi dissosiativ pozuntu. Posttravmatik stress pozuntusu xəstəliyi müəyyən edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil”. İş materiallarında olan iddiaçının müayinələrinə dair sənədlərlə onun həmin xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir. Qeyd edilməlidir ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olub-olmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. İş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ekspert iddiaçının həmin diaqnozlardan əziyyət çəkdiyini bildirsə də, həmin diaqnozun “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olubolmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən espert rəyində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin və İddiaçı əlillik dərəcəsi təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X9 üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar