Məhkəmə qərarları › İş №2-1(112)-1377/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1377/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1377/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8, 3-cü şəxs "xxxx" QSC Bank olmayan kredit təşkilatının nümayəndəsi X7, 3-cü şəxs X9 vəkili Vəkil2 Hüseyn qızının iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı, X15 və X5 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən 1800.0 kv.m torpaq sahəsinin adına mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, 1800.0 kv.m. torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 2-1(112)-5770/2020 saylı 30.09.2020-ci il tarixli qərardadı ilə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı, 2-1(112)-5770/2020 saylı 05.11.2020-ci il tarixli qərardadı ilə X15, 2-1(112)-1377/2021 saylı qərardadı ilə X5 iş üzrə 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri”nin adına rəsmiləşdirilməklə fərdi evin tikintisinə icazə verilməsi üçün Səbail rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən onun müraciətinə baxılmış, Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən “Köhnə bağ sahələri”-nin onun adına rəsmiləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. Bununla əlaqədar Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin onun adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə 28.02.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh onun tərəfindən ünvanladığı ərizəyə 30.04.2020-ci il tarixdə **********67 saylı cavabda bildirilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi oxunmadığından torpaq sahəsinin mövqeyini dəqiqləşdirmək mümkün olmamış və təqdim edilmiş həmin sərəncamda torpaq sahəsinin sahəsi göstərilməmişdir. Eyni zamanda ünvanda uyğunsuzluq mövcuddur. Həmçinin torpaq sahəsinə digər fiziki şəxs tərəfindən müraciət daxil olmuşdur. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir.Belə ki, onun istifadəsinə ayrılmış torpaq sahəsinə dair verilmiş Səbail rayon İcra Hakimiyyətinin 30.10.2018-ci il tarixli torpaq sahəsinin plan-sxemində torpaq sahəsinin uzunluğu 62 metr, eni isə 29 metr olmaqla 18 sot olaraq qeyd edilmişdir. Cavabdehin imtina məktubunda qeyd etdiyi digər üç hal isə ümumiyyətlə, imtinaya əsas ola bilməz.Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə istifadəsinə ayrılmış torpaq sahəsi tərəfindən daş hasara alınmış və onun qanuni istifadəsindədir. Hazırda həmin torpaq sahəsini özəlləşdirmək istəyir. Cavabdeh əsassız imtinası ilə onun hüquqlarını pozur, o da bu hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya etiraz məktubunda qeyd edilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi oxunmadığından torpaq sahəsinin mövqeyini dəqiqləşdirmək mümkün olmamışdır və təqdim olunmuş həmin sərəncamda torpaq sahəsinin sahəsi göstərilməmişdir. Eyni zamanda ünvanda uyğunsuzluq mövcuddur. Həmçinin torpaq sahəsinə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən müraciəti daxil olmuşdur. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********67 saylı, 30.04.2020-ci il tarixli məktub ünvanlanmışdır.Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı və üçüncü şəxs X3 şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən İddiaçı və üçüncü şəxs X2 iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X13 iddiaya ərizəsinə etiraza uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs "xxxx" QSC Bank olmayan kredit təşkilatının nümayəndəsi X1 torpaq sahəsinə dair tərəflərindən müraciətin olmadığını, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X9 vəkili Vəkil2 Hüseyn qızı iddia tələbinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. İzahatında qeyd etdi ki, sözügedən torpaq sahəsinə dair mülki qaydada mübahisə mövcud olmuşdur. Həmin iş üzrə ekspert və mütəxəssis rəyindən də görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamının ayrılmaz hissəsi olan ayrıc aktı və hər hansı sxem və plan mövcud deyildir. İş materiallarında olan sxem sərəncama əlavə hesab edilə bilməz, adi peyk görüntüsüdür. Sərəncamda torpaq sahəsinin ölçüsü yazılmamışdır. Həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyənin səlahiyyətindədir.Həmin ərazidə sakinlər bələdiyyə sənədi əsasında mülkiyyət hüquqlarını qeydiyyata alınmaqla, çıxarış əldə ediblər. İddiaçının istinad etdiyi sərəncamda torpağın ünvanı Bibiheybət qəsəbəsi, Köhnə bağlar sahəsi qeyd edilsə də, həmin ərazi faktiki olaraq Salyan şossesi 32 ünvanıdır. Qeyd edilən əsaslara görə iddia əsaslı sayıla bilməz. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - Səbail Rayon İcra Hakimiyyəti başçısınin 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamının təsdiq olunmuş surətindən görünür ki, “Bibiheybət” qəsəbəsi Salyan 32 saylı ünvanda yerləşən “Köhnə bağ sahələri İddiaçı adına sənədləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 30.10.2018-ci il tarixli 3094 nömrəli arxiv çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 11 aprel 1997-ci il tarixli 506 nömrəli Sərəncamından görünür ki, Bibiheybət qəsəbəsi Səlyan şossesi 32 saylı ünvanda yerləşən “Köhnə bağ” sahələri İddiaçı,... adına sənədləşdirilməsinə və orada fərdi evin tikintisinə icazə verilmişdir. -Səbail RİHB-nın 11 aprel 1997-ci il tarixli 506 saylı Sərəncamı ilə vətəndaç İddiaçı Sayna şossesi Bibiheybət qəsəbəsində Köhnə bağ sahəsində ( mövcud vəziyyətdə 1800 kvm) fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinin situasiya planı Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 30.10.2018-ci il tarixdə razılaşdırılmışdır. Məhkəmə sorğusu əsasında təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.09.2020-ci il tarixli **********66 saylı məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsi ilə bağlı X9 müraciət olmuşdur. - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 25.01.2021-ci il tarixli 6-49 saylı məktubundan görünür ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Rayon İcra Hakimiyyətinin 3/10-N-55-091 saylı, 30.10.2018-ci il tarixli məktubu ilə təsdiq edilmişdir. - Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə nümayəndəliyi tərəfindən ünvan 2 ünvanlanmış 07.02.2020-ci il tarixli 0-14 saylı məktubunda qeyd edilmişdir ki, Salyan 12 və 32 ünvanlarında yerləşən torpaq sahələri Səbail rayonu Bibiheybət qəsəbəsi icra nümayəndəliyinin xidməti ərazisinə daxil deyil. Bakı şəhəri, 26.09.2000-ci il tarixli 910 saylı sərəncamı ilə dəniz kənarından 130 metr məsafədə saxlanması şərti ilə Səbail bələdiyyəsinə təhvil verilib və ümumi torpaq sahəsi 262, 7285 ha müəyyən edilmişdir. Bunları nəzərə alaraq hal-hazırda Salyan 12 və 32 ünvanları Səbail bələdiyyəsinin mülkiyyətində və istifadəsindədir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 30.08.2019-cu il tarixli N-06 nömrəli məktubundan görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin 11.04.1997-ci il tarixli 506 saylı Sərəncamı ilə adına sənədləşdirilmiş və fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi sərəncamın verildiyi dövrdə ünvan 6 ünvanda olmuşdur və bu fakt təqdim etdiyi arxiv sənədlərində də öz əksini tapmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 10.03.2021-ci il tarixli 09/3-38 saylı məktubundan görünür ki, Bakı şəhəri Səbail bələdiyyəsinin 30.12.2004-cü il tarixli 1441 saylı sərəncamının və 30.12.2004-cü il tarixli 1441 saylı qərarına əsasən tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınıb-alınmaması barədə məlumatın verilməsinə dair müraciətlə bağlı bildirilmişdir ki, qeyd edilən sənədlər X4 aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.03.2021-ci il tarixli **********05 nömrəli məktubundan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. İddiaçı X6 tərəfindən göstərilən torpaq sahəsi hasar daxilində 1800,0 m2 təşkil edir, üzərində Stik.altı=6,0 m2 1 mərtəbəli tikili mövcuddur.Təqdim olunmuş Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin ölçüsü qeyd edilməyib. Torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi qeyri-müəyyən olmaqla 1800,0 m2 sahəyə verilib (sxemdə istinad məlumatları oxunmur). Eyni zamanda sahənin ünvanında uyğunsuzluq mövcuddur (sərəncamda ünvan “Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32, Köhnə bağ sahələri” kimi qeyd olunmuşdur, faktiki torpaq sahəsi Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşir və Köhnə bağ sahələri olan ərazilər deyil. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 05.04.2021-ci il **********86 saylı məktubundan görünür ki, Səbail bələdiyyəsinin adına Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 iyul 2021-ci il tarixli **********78 saylı məktubla təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin elektron bazasında araşdırma aparılmış ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir).İddiaçı Səbail Rayon İcra Hakimiyyət başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış Bibiheybət qəsəbəsi, Səlyan 32 saylı ünvanda Köhnə bağ sahəsində yerləşən torpaq sahəsinin koordinatlarını qeyd edilən sənəd üzrə müəyyən etmək mümkün olmamışdır, İddiaçı Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamına əsasən iddia və istifadə etdiyi torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış İddiaçı istifadəsində olan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 06 sentyabr 2005-ci il tarixli 0594 nömrəli müqavilə ilə haqqında 06 sentyabr 2005-ci il tarixli 0594 nomrəli müqavilə ilə "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür.Səbail rayon Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 728 nömrəli sərəncamı ilə X9 istifadəsinə verilmiş torpaq sahəsinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları” haqqında Əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planalma aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlanmış plan-ölçüsü təqdim edilmədiyindən Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış İddiaçı istifadəsinə olan torpaq sahəsi ilə Səbail rayon Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 728 nömrəli sərəncamı ilə X9 istifadəsinə verilmiş torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.İddiaçı istifadəsində olan torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşir.Elektron kadastr bazasında mübahisələndirilən, İddiaçı Tarverdı oğlunun istifadəsində olan torpaq sahəsinə hər hansı hüquqi və fiziki şəxsin adına torpaq sahəsinin ayrılması və hər hansı hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilmədi.İddiaçı istifadəsində olan torpaq sahəsinə dair iş materialında olan situasiya planı Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamına əsasən faktiki istifadəsində olan torpaq sahəsinə uyğundur.Səbail Rayon İcra Hakimiyyəti başçısının 506 nömrəli 11 aprel 1997-ci il tarixli sərəncamı ilə ayrılmış İddiaçı istifadəsində olan torpaq sahəsi Sərəncamın verildiyi tarixə Bibiheybət qəsəbə nümayəndəliyinin balansında olmasını qeyd edilən və ya təqdim edilən (sual aydın deyil guman edək ki, qəsəbənin inzibati sərhəddi nəzərdə tutulur) sənədlərlə müəyyən etmək mümkün olmamışdır. Lakin hal-hazırda mübahisələndirilən ərazi Səbail rayonu 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin hüdudları daxilində yerləşir. Bakı şəhəri və Bakı ətrafı bələdiyyələrin xəritələri aidiyyəti qurumlar tərəfindən təsdiq olunmaması səbəbindən sözügedən torpaq sahəsi Dövlət mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli, 506 saylı sərəncamına istinad edərək, Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən 1800.0 kv.m torpaq sahəsinin adına mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, 1800.0 kv.m. torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh inzibati orqan tərəfindən Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi oxunmadığından torpaq sahəsinin mövqeyinin dəqiqləşdirilməsinin mümkün olmadığı və təqdim olunmuş həmin sərəncamda torpaq sahəsinin sahəsi qeyd olunmadığı, ünvanda uyğunsuzluq olduğu, həmçinin torpaq sahəsinə digər fiziki şəxs tərəfindən müraciət daxil olduğu əsas gətirilərək, müraciətdən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, həmin qanun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8 bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçü əsaslardan hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı X6 tərəfindən göstərilən torpaq sahəsi hasar daxilində 1800,0 m2 təşkil edir, üzərində Stik.altı=6,0 m2 1 mərtəbəli tikili mövcuddur. Səbail rayon İcra Hakimiyyəti başçısının 506 saylı, 11.04.1997-ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü qeyd edilməyib. Eyni zamanda sahənin ünvanında uyğunsuzluq mövcuddur. Belə ki, sərəncamda ünvan “Səbail rayonu, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32, Köhnə bağ sahələri” kimi qeyd olunsa da, faktiki torpaq sahəsi Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşir. İddiaçı isə iddia tələbində göstərdiyi hallara dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olduğu kimi daşınmaz əmlaka (torpaq sahəsinə) mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ilə yanaşı (hazırki halda icra hakimiyyətinin sərəncamı), həmçinin torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edilməlidir. İddiaçı torpaq sahəsinin ayrılmasına dair Səbail Rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli sərəncamını təqdim etsə də, həmin sərəncamda torpaq sahəsinin ölçüsü, planı qeyd edilməmişdir. Sərəncamda Bibiheybət qəsəbə nümayəndəliyi tərəfindən tərtib edilmiş yerləşmə çizgisinə istinad edilsə də, həmin yerləşmə cizgisi sərəncama əlavə edilməmiş, məhkəmə araşdırması zamanı da sərəncama belə bir yerləşmə cizgisinin əlavə edilməsi aşkar edilməmişdir. İddiaçı 30.10.2018-ci il tarixdə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış qeydi aparılmış situasiya planına istinad edir ki, Məhkəmə həmin situasiya planını-sxemi sərəncama əlavə hesab etmir. Belə ki, həmin sxem peyk görüntüsü olmaqla koordinatları dəqiq müəyyən etməyə imkan vermir. Həmçinin, belə bir sxemin sərəncamın verilməsindən 20 il müddət keçdikdən sonra tərtibi onun sözügedən sərəncama əlavə olmadığını aydın göstərir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh düzgün olaraq belə qənaətə gəlmişdir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri), müvafiq torpaq sahəsinə dair «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd, həmçinin həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü inzibati orqana təqdim olunmadığından cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınaraq, müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Səbail rayon İcra Hakimiyyəti başçısının 11.04.1997-ci il tarixli, 506 saylı sərəncamı ilə Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Salyan şossesi 32 ünvanında yerləşən 1800.0 kv.m torpaq sahəsinin adına mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, 1800.0 kv.m. torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. "xxxx" ASC tərəfindən verilmiş 06.07.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı mütəxəsisis rəyinin alınması ilə əlaqədar Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına 311,00 AZN ödəmişdir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar