Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1377/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkil, ünvan 1i ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Feyruz oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinə qarşı avtomobilin qeydiyyata alınması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Feyruz oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə qarşı “KİA CERATO” markalı, **-NG-*** (** FP ***) dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsi ilə əvəz ediləsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ““KİA CERATO” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “G4FCCH245590” mühərrik və “KNAFW411BC5635381” ban nömrəsini qeyd etməklə iddiaçının adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə “KİA CERATO” markalı, **-FP- *** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyatına alınması tələbi ilə müraciət etmişdir. Cavabdeh ona ünvanladığı xx.xx.2021-ci il tarixli, ********* saylı məktubu ilə avtomobilin dövlət qeydiyyatına alınması tələbindən imtina etmiş, imtinanın əsası kimi qeyd olunan avtomobilin ban və mühərrik nömrələrinin dəyişdirildiyini əsas gətirmişdir. Hesab edir ki, cavabdehin bu imtinası əsassızdır və aşağıda qeyd olunanlara görə KİA CERATO” markalı, 99-FP- 281 dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyyatına alınmalı və avtomobil üzərində iddiaçının mülkiyyət hüququ tanınmalıdır. 26 sentyabr 2013-cü il tarixində “KİA CERATO” markalı avtomobili "xxxx"-də ipoteka ilə yüklü edib həmin tarixdə16499 ABŞ dolları məbləğində kredit götürmüşdür. Daha sonra 2016-cı il tarixdə avtomobili etibarnamə ilə Elfat Həsənov adlı şəxsə satmış, bundan sonra isə avtomobil müxtəlif şəxslərə satılmışdır. Qeyd edir ki, avtomobili ipoteka yükündən azad etmək üçün maşını alan şəxslərdən biri qeyr-qanuni üsullarla avtomobilin ban və mühərrik nömrələrini dəyişdirmişdir. Daha sonra iddiaçı avtomobili satdıqdan təxminən 1 il sonra "xxxx" ona kredit borcunun ödənilmədiyi barədə məlumat verdi və mülki qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyini bildirdi. Bundan sonra sosial şəbəkədə satılan avtomobillərə baxarkən təsadüfən əvvəllər ona məxsus olmuş avtomobilin başqa qeydiyyat nişanı ilə satıldığını müəyyən etdi və avtomobili satan şəxslə görüşdü. Avtomobilə baxarkən avtomobilin ona məxsus olduğunu, lakin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanının dəyişdirildiyini, ban nömrəsinin silindiyini mühərrik nömrəsinin yerində olmasını aşkar edərək DİN-nin 102 xidmətinə məlumat verdi. Araşdırma zamanı məhkəmə-trasoloji ekspertizası təyin edilmiş və məlum olmuşdur ki, əvvəllər ona məxsus olan avtomobilin qeydiyyat şəhadətnaməsi, dövlət qeydiyyat nişanı və ban nömrəsi dəyişdirilmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, ona məxsus avtomobildə olan KNAFX411BD5066020 ban nömrəsi və GAFCCH245590 mühərrik nömrəsi ** CX *** dövlət qeydiyyat nişanlı başqa “Kia Cerato” markalı minik avtomobilinə məxsusdur. İstintaqın nəticəsi olaraq cinayət işinin başlanması rədd edilmiş və avtomobil onun banka yaranmış borcunun ödənilməsinin təmin olunması üçün "xxxx" ASC-yə qaytarılmışdır. Daha sonra "xxxx"-yə qalan kredit borcunu ödəyərək avtomobili ipoteka yüklülüyündən azad edərək AD № 262747 nömrəli qeydiyyat şəhadətnamıəsi ilə ** NG *** dövlət qeydiyyat nişanı ilə öz adına rəsmiləşdirmişdir. Onu da qeyd edir ki, qeydiyyat şəhadətnaməsində qeydiyyatın əsası kimi ** FP *** qeydiyyat nişanının dublikatı olması və ban nömrəsində qaynaq işlərinin aparıldığı öz əksini tapmışdır. Qeyd olunanlardan aydın olduğu kimi “KİA CERATO” markalı, 99-NG- 747 (** FP ***) dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət haqqqında Azərbaycan Respublikası Qanununun 1.2-ci madddəsinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümyəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, X10 26 sentyabr 2013-cü ildə mülkiyyətində olan «KİA» markalı avtomobili "xxxx" ASC-nin 1 nömrəli «Əcəmi» filialında 11/ 6xx-xx-12837 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edib həmin tarixli 11/635-1-8952 nömrəli avtomobil krediti müqaviləsinə əsasən 21122 ABŞ dolları kredit almışdır. 2016-cı ilin dekabr ayında avtomobiliə 48 nömrəli notariat kontorunda Həsənov Elfat adlı şəxsə mülki və avtomobili idarə etməyə etibarnamə verməklə satmışdır. Avtomobili alan Elfat Həsənov avtomobilə görə "xxxx" ASC-nə yaranmış borcu ödəmədiyindən avtomobilin yerini müəyyən edib kreditin təminatı kimi banka təhvil verməyi planlaşdırmışdır. Sosial şəbəkədə satılan avtomobillərə baxarkən adına olan «Kia Gerato» marpkalı ** KP *** avtomobilə oxşar avtomobilin satılmasını müəyyən etmiş və avtomobili satan şəxslə Bakıxanov dəmir yolu stansiyası yaxınlığında görüşmüşdür. Avtomobilə və sənədinə baxarkən, avtomobilin məhz ona məxsus olmasını, lakin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanının dəyişdirilməsini, ban nömrəsinin silindiyini, mühərrik nömrəsinin yerində olmasını aşkar edərək DİN-nin 102 Xidmətinə məlumat vermişdir. İş materiallarında olan Sabunçu RPİ-nin İŞ-də araşdırılan material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli Qərarda göstərilmişdir: “Həmin avtomobilin məhz X5 bank vasitəsi ilə aldığı avtomobil olmasını müəyyən etmək üçün məhkəmə-trasoloji ekspertizası təyin edilmiş və ekspertin 9761 nömrəli rəyindən görünür ki, təqdim edilmiş «Kia Cerato» markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinin bildirən hərf və rəqəmlər zavod üsulu ilə həkk olunmuş, lakin ban nömrəsi həkk edilmiş detal qaynaq üsulu ilə dəyişdirilmiş, etiketlər isə sonradan kustar üsulla yapışdırılmışdır. Avtomobilin mühərrikinin nömrəsi isə kustar üsulla bərkidilmişdir. Araşdırma zamanı eləcə də, müəyyən edilmişdir ki, «KİA Cerato» markalı avtomobildə olan KNAFVV411BC5635381 ban nömrəsi və GAFCCH245590 mühərrik nömrəsi 99CX 886 dövlət qeydiyyat nişanlı başqa «Kia Cerato» markalı minik avtomobilinə məxsusdur. Həmin avtomobil X11 məxsus olmuş və 11 dekabr 2014-cü ildə "xxxx" ASC-nin «Neftçlər» filialında girovdan azad edilmişdir. Beləliklə, toplanmış sübutlarla müəyyən olmuşdur ki, Zülfüqar adlı şəxs «Kia Cerato» markalı ** FP *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KNAFX411BD5066020 və mühərrik nömrəsi GAFGDH634053 olan "xxxx" ASC-nin «Əcəmi» filialında ipoteka ilə yüklü edilmiş avtomobili sənədləşmə aparılmadan X3 alaraq avtomobilin dövlət qeydiyyat nişanını ** CX *** dövlət qeydiyyat nişanına və əldə etdiyi X11 məxsus «Kia Cerato» markalı avtomobilin KNAFVV 411BC5635381 ban nömrəsi olan qurğunu dəyişmiş və kustar üsulla hazırlanmış GAFCCH2455590 mühərrk nömrəsi bərkidərək 13800 manata X2.” “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2018-ci il tarixli X1 şikayəti əsasında aparılmış araşdırma zamanı alan X14, avtomobilin sonradan satılmasında vasitəçilik edən X13, avtomobilin sonrakı sahibləri X6, X15, X4, X19, X7, X16 və istintaqla müəyyən edilməmiş qeyrisinin əməllərində Azərbaycan Respublikası CM-nin 178.1, 320.1-ci maddələrinin tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, X5 "xxxx" ASC-nin «Əcəmi» filialı ilə imzaladığı kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməyib kredit ödəmməsi cinayət tərkibi yaratmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, «Kia Cerato» markalı, ** FP *** nömrə nişanlı avtomobil Məmməd Şıxıyevin yaranmış borcunun ödənilməsinin təmin olunması məsələsi mülki qanunvericiliyə əsasən həll olunana qədər saxlanılması üçün "xxxx" ASC-yə qaytarılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli Arayışından görünür ki, X5 Bank VTB» ASC-də müvafiq kredit müqavilələri üzrə borcu tam ödənilmişdir və borcalanın bank qarşısında heç bir ödənilməmiş öhdəliyi qalmamışdır. İş materiallarından görünür ki, "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinə müraciət edərək, X8 məxsus dövlət qeydiyyat nişanı 99FP281 olan “Kia Cerato minik” avtomobilə “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bildiriş”in qeydiyyatı barədə ərizənin ləğv edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə “KİA CERATO” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “G4FCCH245590” mühərrik və “KNAFW411BC5635381” ban nömrəsini qeyd etməklə onun adına dövlət qeydiyyatına alınmasını xahiş edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsi iddiaçının müraciətinə cavab olaraq verdiyi xx.xx.2021-ci il tarixli 016-68631-1221 nömrəli imtina məktubunda bildirmişdir ki, qeyd olunan "KİA CERATO" markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin KNAFX41BD506020 ban və G4FC-DK634053 mühərrik nömrələri dəyişdirildiyindən xahişin yerinə yetirilməsi, həmin nəqliyyat vasitəsinin DİN Bas X29i İdarəsinin Qeydiyyat-imtahan idarəsində qeydiyyata alınması qeyri-mümkün hesab edilir. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsi öz imtinasını "KİA CERATO" markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin KNAFX41BD506020 ban və G4FC-DK634053 mühərrik nömrələrinin dəyişdirilməsi ilə əsaslandırsa da, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinin məhkəməyə təqdim etdiyi müvafiq məlumatlardan görünür ki, həmin avtomobilin ban və mühərrik nömrələri dəyişdirildikdən sonra bir neçə dəfə satılıb cə cavabdeh inzibati orqan tərəfindən avtomobilə dair qeydiyyat hərəkətləri aparılıb. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli 016-146499- 1221 nömrəli məktubla “Kia Cerato” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı vasitəsinə AD 262747 nömrəli qeydiyyat şəhadətnaməsinin verilməsinə əsas olmuş sənədlərin surətini və qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışını məhkəməyə göndərmişdir. Təqdim edilən məlumatlardan görünür ki, "KİA CERATO" markalı avtomobil xx.xx.2013-cü il tarixdə 99FP281 dövlət qeydiyyat nişan nömrəsi, G4FGDH634053 mühərrik nömrəsi, KNAFX411BD5066020 ban nömrəsi ilə İddiaçı Feyruz oğlunun adına qeydiyyatdan keçmiş və xx.xx.2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2018-ci il tarixdə "KİA CERATO" markalı avtomobil 99NG747 dövlət qeydiyyat nişan nömrəsi, G4FCCH245590 mühərrik nömrəsi, KNAFX41BD506020 ban nömrəsi ilə İddiaçı Feyruz oğlunun adına qeydiyyatdan keçmişdir. Həmçinin, xx.xx.2018-ci il tarixdə qeyd edilən avtomobilin qeydiyyatı aparılarkən qeydiyyat üçün əsas kimi “Dublikat k.n.n 99FP281”, qeyd kimi isə “banda qaynaq işləri aparılıb” göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan dəyişdirilmiş ban və mühərrik nömrəsi ilə həmin avtomobilə dair qeydiyyat hərəkətləri apararaq iddiaçının “G4FCCH245590” mühərrik və “KNAFW411BC5635381” ban nömrəsi olan “KİA CERATO” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququnu tanıyıb. Odur ki, cavabdeh inzibati orqan "KİA CERATO" markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin KNAFX41BD506020 ban və G4FC-DK634053 mühərrik nömrələri dəyişdirildiyindən, həmin avtomobilin qeydiyyata alınmasından imtina etməsi qanunsuz hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək, nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək yol hərəkəti sahəsində dövlətin vəzifələrindəndir. Həmin Qanunun 27-ci maddəsinin 4-cü hissəsinə əsasən hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli, 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.5-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin konstruksiyasının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə, dövlət standartlarına, normativ sənədlərə uyğun olmasına nəzarət etmək onları qeydiyyata alan orqanın əsas vəzifələrinə aiddir. DİN-in 16 may 2012-ci il tarixli Q6-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X23 nəzarəti qaydaları barədə Təlimat”ın 1.4-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş texniki tələblərə və bu tələblərin icrası üzrə DYP-nin göstərişlərinə riayət etməlidirlər. Həmin Təlimatın 5.1-ci bəndinə əsasən nəqliyyat vasitələrinin konstruksiyalarının zavod üsulu ilə beynəlxalq standartlara uyğun bir model çərçivəsində ban və ban hissələrinin hazırlanması və yenidən quraşdırılması, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə icazə vermək, nəqliyyat vasitələrinin yol hərəkəti təhlükəsizliyinin tələblərinə, dövlət standartlarına, normativ sənədlərə uyğun olmasına nəzarət etmək DYP-nin əsas vəzifələrinə aiddir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan dəyişdirilmiş ban və mühərrik nömrəsi ilə mübahisə predmeti olan avtomobilə dair qeydiyyat hərəkətləri apararaq iddiaçının “G4FCCH245590” mühərrik və “KNAFW411BC5635381” ban nömrəsi olan “KİA CERATO” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququnu tanıması iş materialları ilə öz təsdiqini tapdığından, cavabdehin imtinası qanunsuz hesab edilməli və hazırkı iddia tələbi təmin edilərək, “KİA CERATO” markalı, **- NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “G4FCCH245590” mühərrik və “KNAFW411BC5635381” ban nömrəsini qeyd etməklə İddiaçı adına dövlət qeydiyyatına alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. “KİA CERATO” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “G4FCCH245590” mühərrik və “KNAFW411BC5635381” ban nömrəsini qeyd etməklə İddiaçı adına dövlət qeydiyyatına alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1377/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1377/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver