Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1377/2025 30.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Keçmiş X7 və İstismarı Birliyi tərəfindən 03 aprel 1991-ci il tarixdə verilmiş 8713 saylı bağın İcarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsinin İddiaçı mərhum anası X8 məxsusluğunu təsdiq edən arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Keçmiş X7 və İstismarı Birliyi tərəfindən 03 aprel 1991-ci il tarixdə verilmiş 8713 saylı Bağın İcarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi iddiaçının mərhum anası X4 istifadəsinə verilmişdir. Qeyd olunan bağ sahəsi 1991-ci ildən hal-hazırkı vaxtadək onun istifadəsindədir. Hal-hazırda qanuni əsaslarla mərhum anası X4 istifadəsinə verilmiş həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Keçmiş X7 və İstismarı Birliyi tərəfindən 03 aprel 1991-ci il tarixdə verilmiş 8713 saylı Bağın İcarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi mərhum anam X4 istifadəsinə verilmiş bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin müraciətinin təmin edilməsindən imtina edilmiş və ona xx.xx.2022-ci il tarixli **********59 saylı, xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- Ə0112/02-8/2, **********97 saylı imtina məktubu ilə bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən "110" saylı bağ sahəsi digər fiziki şəxsin adına verilmiş müqavilədə təkrarlanır. Həmçinin bağ sahəsinin faktiki yerləşməsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, göstərilənərazinin bir hissəsi digər bağ sahələrinin ərazisinə uyğun gəlir.Odur ki, qonşu bağ sahələri ilə faktiki yerləşməyə dair natorial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməsi məqsədəuyğundur. "Yerli İcra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezdentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Bu səbəbdən, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 nömrəli 0.25 ha torpaq sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum anası X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindəngörünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 2295 nömrəli məktubunda göstərilmişdir ki, X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 32’säyh notariat ofisinə müraciət olmuşdur. X5 “15” avqust 2000-ci ildə vəfatı ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır, vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Türkan qəsəbəsində 0.25 hektarlıq bağ sahəsinə yerləşən torpaq sahəsinə dair Çıxarış verilməsi xahiş olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********18 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.1981-cı il tarixli 8713 nömrəli “Bağ sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhər X18 İcraiyyə Komitəsinin X7 və İstismarı Birliyi Bakı şəhəri, Türkan qəsəbəsində 0.25 ha sahəsi olan 110 saylı bağı Əliyev Əsədullanın istifadəsinə vermişdir. -X11 bağlar idarəsinə ünvanladığı xx.xx.1991-ci il tarixli ərizəsində həyat yoldaşının vəfatı ilə əlaəqdar bağ müqaviləsinin onun adına keçirilməsini xahiş etmişdir. xx.xx.1991-ci il tarixli 8713 nömrəli “110 nömrəli bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhər X18 İcraiyyə Komitəsinin X7 və İstismarı Birliyi Bakı şəhəri, Türkan qəsəbəsində 0.25 ha bağ sahəsini X4 icarə üçün istifadəsinə vermişdir. -Bağın yerləşmə planında 8713 nömrəli müqavilə ilə 110 nömrəli bağın 1 tərəfi yol, 3 tərəfi 109, 111, 99 nömrəli bağ sahələri yerləşir. Məhkəmə ssorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********85 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli müayinə aktında göstərilmişdir ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.25 ha, faktiki olaraq sahəsi 0.3063 ha təşkil etməklə 563 kv.m artıqdır. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Bağ sahəsində A-1 mərtəbəli bağ evi, İ-zirzəmili qaraj, İİ-hovuz, İİİ-İV və V həyət tikililəri mövcuddur. Sxematik xəritəyə və arxiv cizgisinə əsasən, vətəndaşın göstərdiyi bağ sahəsinin bir hissəsi 109 və 111 saylı bağların ərazisidir. 109 saylı bağ sahəsi qonşu hasar daxilində qeydiyyatdan keçib, lakin 111 saylı bağa dair heç bir sənəd təqdim edilməmişdir. Bununla bağlı olaraq 111 saylı bağla notarial qaydada təsdiqlənmiş bölgü sxemi təqdim edilməsi məqsədə uyğundur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********24 nömrəli məktubu ilə təqdim edilmiş ortofo görüntüdən müəyyən olunur ki, iddia olunan 110 nömrəli bağ torpaq sahəsinin ətrafında 109; 109K; 100A; 97; 970B nömrəli bağ torpaq sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********27 nömrəli məktubu ilə təqdim edilmiş iddiaçı tərəfindən iddia olunan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 saylı bağ sahəsinin sxematik xəritəsindən görünür ki, 110 nömrəli bağ sahsinin qonşuluğunda 109, 111, 99 nömrəli bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********92 nömrəli məktubunda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlama və qeydiyyata alınan bağ sahələri sxematik xəritəyə tam uyğun olmadığından dəqiq hansı bağ sahələrinin ərazisinə düşdüyünü təyin etmək mümkün olmamışdır. Həmin məktubla təqdim edilmiş bağ sahələrinin sxematik xəritəsindən görünür ki, 110 saylı bağ sahəsi ilə qonşuluğunda 109, 99, 111 saylı bağ sahələri yerləşir. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X7 və istismarı Birliyinin xx.xx.2004-cü il tarixli “Türkan ərazisindəki 110 saylı nömrəli bağın istifadəyə verilməsi haqqında” 18083 saylı müqavilədə göstərilmişdir ki, X7 və X14 rayonunda Türkan ərazisində 0.12 ha torpaq sahəsi olan 110 nömrəli bağı X1 istifadəsinə vermişdir. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X7 və istismarı Birliyinin xx.xx.2005-ci il tarixli “Türkan ərazisindəki 110 saylı nömrəli bağın istifadəyə verilməsi haqqında” 18083 saylı müqavilədə göstərilmişdir ki, X7 və X14 rayonunda Türkan ərazisində 0.12 ha torpaq sahəsi olan 110 nömrəli bağı X6 istifadəsinə vermişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********59 nömrəli məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “110” saylı bağ sahəsi digər fiziki şəxsin adına verilmiş müqavilədə təkrarlanır. Həmçinin bağ sahəsinin faktiki yerləşməsi arxiv cizgisi i ə uyğunsuzluq təşkil edir. Bundan əlavə, göstərdiyiniz ərazinin bir hissəsi digər bağ sahələrinin ərazisinə uyğun gəlir. Odur ki, qonşu bağ sahələri ilə faktiki yerləşməyə dair notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edilməsi məqsdəuyğundur.“Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən sahəsi 0.25 ha olan 110 saylı bağ sahəsi xx.xx.1991-ci il tarixli 8713 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən X4 istifadəsinə verilmişdir. X12 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, vərəsəlik işinə əsasən oğlu İddiaçı vərəsəsi hesab olunmuşdur. Sözügedən bağ sahəsi hazırda İddiaçı faktiki sahibliyində və istifadəsindədir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Beləliklə, sonuncu dəfə X11 ilə Bakı şəhəri X18 İcraiyyə Komitəsinin X7 və İstismarı Birliyi arasında bağlanmış xx.xx.1991-ci il tarixli 8713 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqavilə iddia edilən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən sahəsi 0.25 ha olan 110 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: - 110 saylı bağ sahəsi digər fiziki şəxsin adına verilmiş müqavilədə təkrarlanır. - Bağ sahəsinin faktiki yerləşməsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməklə, bağ sahəsinin bir hissəsi digər bağ sahələrinin ərazisinə uyğun gəlir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin qeyd edilən dəlillərini müraciətin təminindən imtinaya dair formal mülahizə olaraq qiymətləndirir. Qeyd edilməlidir ki, arxiv sənədlərinə əsasən 110 nömrəli bağ sahəsi həm iddiaçı tərəf aid hüquqmüəyəyneici sənədlərdə- ilkin olaraq Bakı şəhər X18 İcraiyyə Komitəsinin X7 və İstismarı Birliyi ilə Əliyev Əsədulla arasında bağlanmış xx.xx.1981-cı il tarixli müqavilə, daha sonra sonuncunun vəfatından sonra X11 ilə bağlanmış xx.xx.1991-ci il tarixli müqavilədə qeyd edilmişdir. Hər iki müqavilənin nömrəsi məhz 8713 nömrəli “Bağ sahəsinin icarəyə verilməsi haqqında” müqaviləsi adlanmışdır. Eyni zamanda 110 saylı bağ nömrəsinin təkrarlandığı digər bağ sahəsi isə X13, X3 ilə bağlanmış müqavilələrdir ki, həmin müqavilələr 18083 nömrəsi ilə bağlanmışdır. Başqa sözlə, 110 nömrəsi iki fərqli nömrəli və tarixli müqavilələrdə təkrarlansa da həmin bağlar eyni faktiki bağ sahələri deyildir və bağ sahələrinin üst-üstə düşmə halı mövcud deyildir. Qeyd edilməlidir ki, arxiv sənədlərində hər iki bağ sahəsinin yerləşmə planında da bağların fərqli olduğu müəyyən olunur. Belə ki, iddiaçı tərəfindən iddia etdiyi 110 nömrəli bağ sahəsinin yerləşmə planında, eləcə də bağların sxematik xəritəsində bağın qonşuluğunda 109, 111, 99 nömrəli bağ sahələrinin yerləşdiyi halda, digər şəxslərə aid bağın yerləşmə pkanında 110 nömrəli bağın qonşuluğunda 151 nömrəli bağ sahəsi ilə qonşu olduğu müəyyən olunur. Göründüyü kimi həm müqavilə, həm də bağların yerləşmə planına əsasən bağ sahələri eyni deyildir. Belə olan halda eyni bağ nömrəsinin təkrarlanması həmin bağa dair hüququn qeydiyyata alınmasından imtinaya əsas hesab edilmir. Bağ sahəsinin faktiki yerləşməsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi və bağ sahəsinin bir hissəsinin digər bağ sahələrinin ərazisinə uyğun gəlməsi dəlilini də məhkəmə hazırkı halda imtina üçün formal mülahizə kimi qiymətləndirir. Belə ki, qeyd edildiyi kimi 110 nömrəli bağ sahəsinin yerləşmə planında, eləcə də bağların sxematik xəritəsində bağın qonşuluğunda 109, 111, 99 nömrəli bağ sahələrinin yerləşdiyi, eyni zamanda iddia olunan ərazinin ortofotogörüntüsündə bağın ətafında 109, 109k, 97, 97OB, 100A nömrəli bağ sahələrinin yerləşdiyi görünür. Başqa sözlə, bağın yerləşmə vəziyyəti, nömrə ardıcıllığı sxematik xəritə və plana uyğun gəlir. Cavabdehin mütəxəsissləri tərəfindən bağ torpaq sahəsinin koordinatları və ölçüsü müəyyən edilmişdir. İdarəni mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə zamanı torpaq sahəsinin planı tərtib edilmiş və planda 110 nömrəli bağ torpaq sahəsinin sənəd üzrə 0.25 ha hissəsinin koordinatı və yerləşmə vəziyyəti, eləcə də 0.25 ha-dan kənar qalan əlavə 563 kv.m hissənin yerləşmə vəziyyəti və koordinatları yerində müəyyən edilərək göstərilmişdir. Başqa sözlə, cavabdeh sənəd üzrə 0.25 ha ölçüdə 110 nömrəli bağın yerləşməli olduğu yeri və coğrafi koordinatları təqdim etdiyi halda sənəd üzrə həmin sahədən yoxsa əlavə 563 kv.m torpaq sahəsindən hansı hissənin 109 və ya 111 saylı bağın ərazisi olduğunu göstərməmişdir. Cavabdeh özü də 109 nömrəli bağ sahəsinin qeydiyyata alındığını bildirir. Başqa sözlə, 109 saylı bağ sahəsi ilə bağlı iddia olunan sahənin hər hansı üst-üstə düşmə halı və ya mübahisəsi mövcud deyildir. Cavabdeh ərazinin hansı hissəsinin (0.25 ha yaxud 563 kv.m əlavə hissənin) 111 saylı bağın ərazisinə uyğun gəldiyini sübuta yetirmir, 111 saylı bağa dair hər hansı qeydiyyatın aparılmadığı və ya hüquqmüəyyənedici sənəd təqdim edilmədiyini bildirir, digər tərəfdən özünün də müəyyən edə bilmədiyi 111 saylı bağın istifadəçiləri ilə iddiaçının bölgü sxem tərtib edərək təqdim olunmasını əsaslandıra bilmir. Halbuki iddiaçı tərəfindən təqdim olunan sahə 3063 kv.m olsa da, iddiaçı cavabdehin də yerində müəyyən etdiyi sənəd üzrə 0.25 ha hissənin qeydiyyatını mübahisələndirir və həmin ölçüdə olan sahə iddiaçının faktiki sahiblik və istifadəsində olmaqla, cavabdeh tərəfindən koordinatları müəyyən edilmiş və həmin hissədə hər hansı bağ sahəsi kimi qeydiyyata alındığı müəyyən edilməmişdir. Hətta iddia olunan torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluğun olması belə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, ompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, qanuni istifadəyə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək bilavasitə cavabdehin vəzifəsidir. Beləliklə, iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hüquqi əsas mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 nömrəli 0.25 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 110 nömrəli 0.25 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1377/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1377/2025
30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver