Məhkəmə qərarları › İş №2-1(112)-13775/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13775/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13775/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdehnə qarşı “ata haqqında məlumatların ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdehnə qarşı” 07 iyul 2022-ci ildə Ədliyyə Nazirliyinin 3 saylı Bakı "ASAN xidmət" Mərkəzinin Qeydiyyat X1 adma qeydə alınmış 330 saylı atalığın müəyyən edilməsi haqqında ilkin akt qeydinin ləğv edilməsi və həmçinin X12 aid 4331 saylı doğum haqqında akt qeydləri kitabında ata haqqında məlumatların ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-13775/2025 nömrəli qərardadından görünür ki, X5 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonu Səfikürd kəndində qeydiyyatda olan X5 ilə faktiki (qeyri-rəsmi) nikahından 25 iyun 2022-ci ildə Əfrahim adında övladı anadan olub. 07 iyul 2022-ci ildə 3 saylı Bakı "ASAN xidmət" X8 övladı Əfrhimə atalıq verdi və nəticədə Əfrahimə "Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamə" (AZ-İ № 439745 saylı) verilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə, 330 nömrəli qeydiyyat aparılmışdır 07 iyul 2022-ci ildə 3 saylı Bakı "ASAN xidmət" X8 övladı Əfrahimə AZ-İV № 764976 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Bu barədə xx.xx.2022- ci ildə doğum haqqında akt qeydləri kitabında 4331 nömrəli qeydiyyat aparılıb. Bildirilir ki, Goranboy rayonu Səfikürd kəndində qeydiyyatda olan X5 ilə münasibətləri korlandığı üçün, onlar ayrıldılar. Əfrahim onun övladı olması barədə, onda şübhələr yaranmışdır. Bu səbəbdən də, X5 ilə razılaşaraq, ünvan 1 ünvanda yerləşən "GENOM GENETİCS" labaratoriyasında uşağın mənşəyinin və həmçinin uşağın məndən olub-olmamasının müəyyən edilməsi məqsədi ilə qan donorlarının genetik identifikasiyası olan DNT, Molekulyar Genetik analiz verik. Nəticədə "GENOM GENETİCS" xəstəxanasının mütəxəssisləri tərəfindən Əfrahimin, onun ovladı olmaması barədə rəy verilmişdir. Rəydə qeyd edilir ki, "Əfrahim İddiaçı oğlu, İddiaçı Ramil oğlu ilə D18S976, D21S1444, D13S634, D18S391, D13S742, D18S386, D21S11, D21S1409, D13S325, D21S1437 lokuslarına görə uyğun deyildir. Bu nəticə şəxsiyyətin identifikasiyası üzrə laboratoriya məlumatlarıdır və 99,9% etibarlılığa malikdir. Laborator analiz İddiaçı Ramil tərəfindən tələb olunub, analizin nəticəsi qan donorlarının genetik identifikasiyası baxımından elmidir, məhkəmənin qərarı olmadan heç bir hüquqi əsası yoxdur və analizdən keçənlərə qarşı qanuni dəlil kimi istifadə edilə bilməz." Əfrahimə verdiyi atalığın ləğv edilməsi və onun adında verilmiş 07 iyul 2022-ci il tarixli, AZ- İ № 439745 saylı "Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamənin" ləğv edilməsi, atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında düzəlişin aparılması barədə və həmçinin doğum haqqında akt qeydləri kitabında 4331 nömrəli qeydlərə düzəliş edilərək, 07 iyul 2022-ci ildə övladı Əfrahimə verilmiş AZ-İV №764976 saylı doğum haqqında şəhadətnamənin ləğv edilməsi barədə, 3 saylı Bakı "ASAN xidmət" X10 ərizə verdi. 01 aprel 2025-ci ildə 3 saylı Bakı "ASAN xidmət" X14 tərəfindən, mənə göndərilmiş 3-16-5/8- 15-M-477/2025 saylı məktubla, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Yuxarıda qeyd edilən səbəblərdən məhkəməyə müraciət etmək qərarına gəldi. Qeyd edir ki, 25 iyun 2022-ci ildə anadan olmuş X12- tərəfindən verilmiş atalığın ləğv olunması barədə iddia ərizəsi ilə, Goranboy məhkəməsinə müraciət etmişdir. Goranboy rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, e-2(045)-1055/2025 saylı Qərardadı ilə, cavabdeh X9ma qarşı "atalığın ləğv edilməsi" barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə müraciət etməyim, mənə izah olunmuşdur. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 04 saylı qərarının 9.1-ci bəndində ("Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında" xx.xx.2021-ci il tarixli qərara əsasən dəyişiklik edilmişdir) göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu səbəbdən də inzibati məhkəməyə müraciət etmək qərarına gəldi. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1- ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşma çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin məcəllənin 47.2ci maddəsinə əsasən, bu Məcəllənin 46.2- ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin məcəllənin 2.2.2-ci maddəsinə görə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının 3 saylı Bakı “Asan Xidmət” Qeydiyyat şöbəsinin AZ-İ nömrəli 439745 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, İddiaçı X3 atası hesab edilmişdir. AZ-İV seriyalı 764976 nömrəli doğum haqqında şəhadətnaməsindən görünür ki, X18 xx.xx.2022-ci il tarixində anadan olmuşdur. (Atası- İddiaçı, anası- X6). Azərbaycan Respublikasının 3 saylı Bakı “Asan Xidmət” Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-M-477/205 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə məcəlləsinin 163~cü maddəsinin 1-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Yuxarıda adı çəkilən müddəaya əsasən 3 saylı Bakı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X2 adına qeydə alınmış 330 saylı atalığı müəyyən etmək haqqında ilkin akt qeydinin ləğv olunması imkan xaricində olması səbəbindən bunun üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyə olunur. "GENOM GENETİCS" xəstəxanasının molekulyar genetik tədqiqat nəticəsindən görünür ki, İddiaçı lokusları X11 lokusları ilə uyğun deyildir. Goranboy Rayon Məhkəməsinin e-2(045)-1055/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X4 qarşı “atalığın ləğv edilməsi” barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının 3 saylı Bakı “Asan Xidmət” Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-165/8-13-1777/25 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2025-ci ildə az yaşlı övladının atalığının ləğv edilməsi ilə bağlı şöbəsinə müraciət etmişdir. Vətəndaşa 3-16-5/8-15-M- 477/2025 saylı xx.xx.2025-ci il tarixli imtina məktubu təqdim edilərək, uşağın bioloji atası olmaması ilə bağlı müraciətini aidiyyəti üzrə məhkəməyə etməsi tövsiyyə olunmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi atalığın mübahisələndirilməsi ilə bağlı iddia ərizəsi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkünlüyü məsələsinə münasibətdə iddianın inzibati məhkəmədə baxılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. (7) Həmin qərarın 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarından: 9.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsindən: Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. ... Maddə 47. Atalığa, analığa dair mübahisə açma 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Maddə 48. Nikahda olmayan şəxslərdən olmuş uşaqların hüquq və vəzifələri Bu Məcəllənin 44–45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Məhkəmə qeyd edir ki, inzibati orqan iddiaçının müraciəti əsasında atalığın müəyyən edilməsi barədə şəhadətnamə vermiş və həmin şəhadətnamə əsasında uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında iddiaçının adı qeyd edilmişdir. Hazırda iddiaçı həmin qeydlərin ləğv edilməsini tələb edir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçı çatmaq istədiyi məqsədə dair düzgün hüquqi müdafiə vasitəsi seçməmişdir. Belə ki, iddiaçının öz məqsədinə çatmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi mülki qaydada atalığı mübahisələndirməsidir. Atalığın müəyyən edilməsi, eləcə də mübahisələndirilməsi mülki mübahisədir və belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Odur ki, iddia mümükün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya atalığın mübahisələndirilməsi barədə iddia tələbi ilə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar