Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13777/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s. tələbi barədə barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı cavabdehin ona ünvanladığı 3-171/2-M-182243/2023 saylı xx.xx.2023-cü il tarixli cavabı ilə müşaiyət olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Konstitusiyasının 25 və 149-cu maddələrinə uyğun olaraq hüquqi vəziyyətini yaxşılaşdıram nromativ hüquqi aktların şamil edilməsini əsas götürərək “Dövlət qulluqçusunun pensiya təminatı haqqında” Qanununun 6-cı maddəsi ilə hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə iddiaçınn iştirakı olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının tələbinə artıq qanuni qüvvəsini almış məhkəmə qərarı ilə hüquqi qiymət verildiyini bildirərək, bununla bağlı əlaqəli sənədləri məhkəməyə təqdim edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5688/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən edilmişdir ki: - İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə X5 Filialının iddiaçıya ünvanladığı **********2 saylı, xx.xx.2022-ci il tarixli və **********3 saylı, xx.xx.2022-ci il tarixli cavabları ilə müşaiyət olunan hərəkətlərin qanunsuz hesab edilməsi; Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmaqla tutduğu vəzifələr də nəzərə alınmaqla iş stajının hesablanaraq pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1981-1984-cü il tarixləri işlədiyi illərin dövlət qulluğu stajına nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi və əmək pensiyası hesablamanın Təsnifat Toplusunda göstərilən dövlət qulluqçusu vəzifələrinin uyğunlaşdırılması və həmin dövrdə “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2003-cü il tarixli 515 Qİİ saylı Qanununa əsasən dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 %, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5% miqdarına əlavə olunmaqla ümumi pensiya hesablanaraq pensiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. - Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iddia “pensiya məbləğinin “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2003-cü il tarixli 515 Qİİ saylı Qanununa əsasən dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 %, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5% miqdarına əlavə olunmaqla hesablanması” hissəsində mümkün sayılmamışdır. - Məhkəmənin sözügedən qərarı ilə İddiaçı 1981-1984-cü il tarixləri işlədiyi illərin dövlət qulluğu stajına nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi və əmək pensiyası hesablamanın Təsnifat Toplusunda göstərilən dövlət qulluqçusu vəzifələrinin uyğunlaşdırılması barədə iddia tələbi rədd edilmişdir. Beləliklə məhkəmə hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağını nəzərə alaraq, iddia ərizəsini və iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə qərarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən eyni iddia tələbi ilə eyni cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında artıq bir dəfə iddia ərizəsi qaldırılmış və qanuni qüvvəsini almış məhkəmə qərarı ilə onun iddia tələbi təmin edilməmişdir. Lakin, iddiaçı buna baxmayaraq yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə qiymət verilmiş işin hallarından kənara çıxan hər hansı bir yeni hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflər arasındakı mübahisəyə əvvəllər inzibati məhkəmə icraatında artıq hüquqi qiymət verilmiş və bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı olduğundan, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki: 15.1-ci bəndinə əsasən - məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər; 15.2-ci bəndinə əsasən - tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri), tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. 15.3-cü bəndinə əsasən - prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 15.4-cü bənində əsasən - İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 15.5-ci bəndinə əsasən - İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.; 15.6-cı bəndinə əsasən - qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibatiMəhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-13777/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13777/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver