Məhkəmə qərarları › İş №2-1(112)-13783/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13783/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13783/2025 08.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Babayev aydın Vahi oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə qarşı “cəmiyyətin normal fəaliyyətinə şərait yaradılması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında (ünvan: ünvan 1 d i : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə qarşı “qanunsuz hərəkətlərdən çəkinmə, qanunsuz müdaxilələrin qarşısının alınması və cəmiyyətin normal fəaliyyətinə şərait yaradılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «müəyyən hərəkətləri etməkdən çəkinməyə dair» iddia tələbi üzrə iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsi sözügədən qərardadı onunla əsaslandırmışdır ki: “Göründüyü kimi iddia tələbi inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair olduğundan yuxarıda qeyd olunan İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinin təsir dairəsinə düşür. Yəni iddia tələbinə ərazi aidiyyatı üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yerləşdiyi ünvan isə Bakı şəhəri, Heydər Əliyev prospekti, 155 ünvanıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Cavabdehin yerləşdiyi Bakı şəhəri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»na əsasən Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 8.1.2-ci maddəsinə yeni məzmunda dördüncü cümlə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun 1.1-ci maddəsinə əsasən əlavə edilmişdir: Həmin Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Qanunun 2.2-ci maddəsinə əsasən, bu Qanunun 1.1-ci maddəsi Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilir. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddia, qanunsuz hərəkətlərdən çəkinmə, qanunsuz müdaxilələrin qarşısının alınması və cəmiyyətin normal fəaliyyətinə şərait yaradılmasında ifadə olunmaqla öhdəliyin icrası haqqında iddianın xüsusi bir növü kimi İPM-in 2.2.4-cü maddəsilə müəyyən olunmuş iddia növünə aiddir və işin aidiyyəti İPM-in 8.1.2-ci maddəsinə uyğun həll edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, hazırki iş üzrə cavabdeh Azərbayca Respublikaısnın İqisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Belə olan təqdirdə, hazırki iddia tələbi üzrə aidiyət İPM-in 8.1.2-ci maddəsi tətbiq edilməklə müəyyən olunmalı və inzibati iş üzrə idiaya vergi ödəyicisinin uçotda olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə müəyyən edir ki, iş materiallarına əlavə olunmuş Kommersiya qurumların dövlət reyestri məlumatlarından çıxarışa əsasən müəyyən edilir ki, İddiaçı X1 (VÖEN: **********) hüquqi (qeydiyyat) ünvanı AZ6000, Tovuz rayonu, Yuxarı Öysüzlü ünvanıdır və vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının və strukturuna daxil olan qurumların ərazi yurisdiksiyası” bölgüsündə 14 saylı Ərazi Vergilər Baş İdarəsinin yurisdiksiyası Şəmkir rayonu, Ağstafa rayonu, Qazax rayonu, Gədəbəy rayonu və Tovuz rayonu ərazilərini əhatə edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən, Tovuz rayonu Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda, ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilən Məcəllənin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Ali Məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 8 və 9-cu maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinə qarşı “cəmiyyətin normal fəaliyyətinə şərait yaradılması” tələbinə dair iş səlahiyyətli məhkəmənin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar