Məhkəmə qərarları › İş №2-1(112)-13787/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13787/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13787/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müraciətinə lazımi cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə (Ostrovski) küçəsi, ev 43 ünvanında yaşayır və yaşayış sahəsi 12 kv.m olan 1 otaqlı mənzildə qeydiyyatdadır. Həmin mənzil xüsusi mülkiyyət kimi ona məxsusdur. Əvvəllər Bakı şəhər X2 Rayon Soveti İcraiyyə Komitəsinin 21 dekabr 1982-ci il tarixli, 13 nömrəli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə (Ostrovski) küçəsi, ev 43 ünvanında köməkçi kimi 20,0 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi M.İ.Hacıyevlərin və F.A.Abdullazadənin ailələrinə verilmişdir. Bununla bağlı 43 saylı Mənzil İstismar İdarəsinin rəisinə tapşırılmışdır ki, maliyyə şəxsi hesabında müvafiq dəyişikliklər edilsin. Sonradan 1995-ci tarixli qeydiyyat şəhadətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən göstərilən mənzilin sahibi X1 qızı X3 olub. Buna görə də, əvvəllər verilmiş kommunal otağın sahibsiz qaldığı bir vəziyyət yarandı. Keçmiş istifadəçi X4 mənzili satdıqdan sonra daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüş və buna görə də əvvəllər verilmiş kommunal otağına olan bütün hüquqlarını itirmişdir. Buna görə də iddiaçı həmin yardım otağına iddia edir. Bundan əvvəl onun müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdehndən məktubla bildirilmişdi ki, göstərilən kommunal otaq Bakı şəhəri Cavabdeh balansında deyil. Bununla əlaqədar olaraq o, Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş və həmin ünvanda yerləşən boşaldılmış kommunal otağın hazırda kimin mənzil balansında yerləşməsi barədə məlumatın verilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Cavabdehndən onun müraciətinə rəsmi cavab verilməmişdir. Cavabdeh tərəfindən iddia tələbinə yazılı münasibət təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçının hazırkı tələbi onun Cavabdehnə ünvanlanmış müraciətinə rəsmi cavab verilməsidir. Lakin iddiaçı həmin müraciəti və ya cavabdehə müraciətin göndərilməsini təsdiq edən sənədi iş materiallarına əlavə etməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən isə aydın olur ki, iddiaçı müvafiq müraciəti cavabdehə məhkəmədə iddia qaldırdıqdan sonra, xx.xx.2024-cü il tarixdə cavabdehə göndərmişdir. Göründüyü kimi iddianın məhkəməyə müraciət etdiyi vaxt onun hüquqlarının pozulduğunu təsdiq edən əsaslar mövcud deyil. İddiaçı tərəfindən qanunvericiliklə tələb olunan ilkin prosedurlar həyata keçirilməmiş, yəni müvafiq quruma müraciət olunmamışdır. Bu isə hüquq pozuntusunun müəyyən edilməsi üçün zəruri olan şərtlərin yerinə yetirilməməsinə gətirib çıxarır. İlkin müraciətinin olmaması iddiaçının hazırki mərhələdə müdafiəyə ehtiyacın olmadığını göstərir. Çünki iddiaçının irəli sürdüyü tələb məhz onun cavabdeh orqana ünvanlanmış müraciətinə cavab verilməsidir ki, onun məhkəməyəqədər orqana müraciəti olmamışdır. arasında məhkəməyəqədr hər hansı hüquq pozuntusunun yarandığı müəyyən olunmur. Məhkəmə gedişatında cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməsi belə hazırki iddia üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə təsir etmir. Çünki cavabdehin özü də iddiaçının müraciətinə hal-hazırda məhkəmədə baxıldığını nəzərə alaraq, onun müraciəti (mənzilin kimin balansında olması barədə) üzrə inzibati icraat aparmamışdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçı müraciətə rəsmi cavab verilməsi ilə bağlı 19 sentyabr 2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etsə də, onun həmin tarixə qədər rəsmi olaraq cavabdehə müraciət etməsi müəyyən olunmur. Bu isə hazırki iddianın mümkünlük şərtlərinə cavab vermədiyini göstərir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar