Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1379/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan Nxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 20N9-cu il 9 iyul tarixli N632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20N9-cu il N9 iyul tarixli N325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı N dekabr N992-ci il tarixdən N0 may N994-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 26 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilərək, bütün növ təminatlarla təmin olunaraq alayda anbar rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N9-cu il tarixli məktubu ilə iddiaçıya müharibə veteran adı və vəsiqəsi verilməsinə imtina verilmişdir. İmtina verilməsinin səbəbi onunla əlaqələndirilmişdir ki, N dekabr N992-ci il tarixdən sonrakı iddiaçının hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat yoxdur. Bildirilir ki, iddiaçı həqiqi hərbi xidmətini SSRİ Silahlı Qüvvələrinin tərkibində başa vurmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələırində isə ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında təkrar hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə onun arasında hərbi xidmətkeçmə ilə əlaqədar olaraq hər hansı kontrakt bağlanılmadığından iddiaçı hesab edir ki, ondan hərbi xidmətdən tərxis edilməsi ilə bağlı məlumat tələb edilə bilməz. Çünki o, Azərbaycan Ordusunda atəşkəs elan edilənədək təkrar hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə təqdim edilmiş iddiaya dair xx.xx.20N9-cu il tarixli, NN/4N9 saylı yazılı etirazda göstərilmişdir ki, Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş o hərbi qulluqçulara münasibətdə müharibə veteranı adı və vəsiqəsi vermək öhdəliyi yaranmışdır ki, həmin hərbi qulluqçular ya hal-hazırda xidmət keçsin, və ya əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar.İddiaçı hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmamışdır. Sonda iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N7-ci il tarixli, 9/2-2207 saylı arxiv arayışının təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı N №-li hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 26 №-li əmrilə (əsas: səh-48, §-N0, əmrdə hərbi rütbəsi qeyd olunmamışdır) İddiaçı şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuş və alayda anbar rəisi vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin oktyabr-noyabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N8N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və dekabr N993-cü il, iyun N996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır; - DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 0N2-5203-N220 saylı məktubdan və həmin idarə tərəfindən icra edilmiş tələbnamədən aydın olur ki, İddiaçı cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğu haqqında aşağıdakı məlumatlar müəyyən edilmişdir: xx.xx.2000-ci il tarixdə Nərimanov rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə həmin tarixdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 207-ci maddəsinin 2-ci hissəsinə əsasən (xuliqanlıq) 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarı ilə xx.xx.2000-ci il tarixli hökm dəyişdirilmiş, Cinayət Məcəlləsinin 23-N-ci maddəsi tətbiq edilərək, əməyə mütləq cəlb edilməklə 02 il müddətinə şərti cəzaya məhkum edilmişdir. xx.xx.2000-ci il tarixdə çəkilməmiş cəzası cərimə ilə əvəz edilərək azad edilmişdir. - Azərbaycan SSR Bakı şəhəri 26 Bakı komissarı adına rayonunun Hərbi Komissarlığı tərəfindən 0N may N986-cı il tarixdə verilmiş iddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, xx.xx.N968-ci il təvəllüdlü İddiaçı Azərbaycan SSR Bakı şəhəri 26 Bakı komissarı adına rayonunun Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və hərbi xidmətə yararlı hesab edilmiş və 0N may N986-cı il tarixdə hərbi hissəyə göndərilmiş, xx.xx.N986-cı ildə N nömrəli hərbi hissədə hərbi and içmiş, ona həmin hərbi hissədə xx.xx.N986-cı il tarixli N4N saylı əmrlə “sıravi” hərbi adı verilmişdir. 07 iyun N988-ci ildə SSRİ MN-nin xx.xx.N988-ci il NN9 nömrəli əmrinə əsasən ehtiyata tərxis edilmiş və Bakı şəhəri 26 Bakı Komissarı adına rayonunun HK-na göndərilmişdir. xx.xx.N996-cı il tarixdə MN-nin xx.xx.N996-cı il tarixli 26 nömrəli əmrinə əsasən N8N saylı hərbi hissə tərəfindən silahlı qüvvələrdə ehtiyata tərxis edilmiş və Xətai rayon hərbi komissarlığına göndərilmişdir. xx.xx.N986-cı il tarixli N4N saylı əmrlə N saylı hərbi hissənin siyahısına daxil edilmiş, 2N saylı xx.xx.N986-cı il tarixli əmrə əsasən həmin hərbi hissənin siyahısından çıxmış, xx.xx.N986-cı il tarixli 2394 nömrəli əmrinə əsasən N saylı hərbi hissənin siyahısına daxil olunmuş, xx.xx.N987-ci il tarixli N s/r saylı əmrlə həmin hərbi hissənin siyahısına daxil olunmuş, xx.xx.N988-ci il tarixli əmrlə həmin hərbi hissənin siyahısından çıxarılmış, xx.xx.N992-ci il tarixli 25 saylı əmrə əsasən N saylı hərbi hissənin siyahısına daxil edilmiş, 270 saylı xx.xx.N993-cü il tarixli əmrlə həmin hərbi hissənin siyahısından çıxarılmışdır. Hərbi biletin N7-ci, yəni “müharibə vaxtı hərbi xidmət keçməsi” qrafasındakı qeydlərdən bəlli olur ki, İddiaçı xx.xx.N993-cü il tarixdə N87 saylı hərbi hissənin siyahısına daxil edilmiş, “atıcı” hərbi vəzifəsi verilmiş, xx.xx.N996-cı il tarixdə həmin hərbi hissənin siyahısından çıxarılmışdır. Hərbi biletin N8-ci qrafasında qeyd edilmişdir ki, İddiaçı xx.xx.N992-xx.xx.N993-cü il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmiş, “xüsusi qeydlər” qrafasında isə göstərilmişdir ki, İddiaçı döyüş zonasında və N8N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N9-cu il tarixli N/B-6688 saylı məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N7-ci il tarixli 9/2-2207 nömrəli arayışına əsasən xx.xx.N992-cı il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından vətəndaş İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və onun xx.xx.N992-cı il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığı üçün ona “Müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 iyul 2007-ci il tarixli qərarına görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edildiyi halda yuxarıda qeyd edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.N992 - xx.xx.N993-cü il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində “tuşlayan” hərbi vəzifəsində döyüşlərdə iştirak etməsi barədə hərbi biletində qeydiyyat aparılsa da, onun həmin hərbi hissənin siyahısına daxil edilməsi və həmin hərbi hissənin siyahısından çıxarılması barədə hərbi biletində aparılmış qeydlərlə əlaqədar zidiyyətli məqamlar müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus hərbi biletdə onun xx.xx.N992-ci il tarixli 25 saylı əmrə əsasən N saylı hərbi hissənin siyahısına daxil edilməsi və 270 saylı xx.xx.N993-cü il tarixli əmrlə həmin hərbi hissənin siyahısından çıxarılması qeydlər edilsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məhkəməyə daxil olmuş xx.xx.20N9-cu il tarixli 9/2-N7768 saylı məktubda göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 270 nömrəli nizami hissə üzrə əmrində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin, bildirilmişdir ki, N nömrəli hərbi hissə komandiri tərəfindən xx.xx.N992-ci il tarixdə 25 nömrəli nizami hissə üzrə əmr verilməmişdir. Məktuba qoşma olaraq əlavə edilmiş N saylı hərbi hissə komandirinin N saylı xx.xx.N992-ci il tarixli əmrindən arxiv çıxarışından aydın olur ki, komandirin adına yazılmış raporta əsasən hərbi mükəlləffiyətli İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil olub bütün növ təminatlarla təmin edilməsi əmr edilmişdir. Əmrdə hərbi rütbəsi göstərilməmişdir. Lakin həmin hərbi hissədən tərxis edilmə barədə hərbi hissəsin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlar təqdim edilməmişdir. Hərbi biletin “xüsusi qeydlər” qrafasında İddiaçı döyüş zonasında və N8N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsinə dair qeydiyyat aparılsa da, döyüşlərdə iştirak etmə tarixləri və döyüş bölgəsinin adı qeyd edilmədiyindən, habelə, hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilmədiyindən, hərbi biletdəki bu qeyd işdə olan digər sənədlərlə təkzib olundugundan mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən N (otuz)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1379/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1379/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver