Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1379/2024 25.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abdullayevanın sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1, 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işə cəlb olunmaqla mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işə cəlb olunmaqla Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar massivi, 28 saylı sahədə yerləşən torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxsin nümayəndəsi-vəkili məhkəmə iclasına gəlmişlər, iddiaçı isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsiinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, bundan əvvəlki məhkəmə iclaslarında da iddiaçı iştirak etməmişdir, həmçinin torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması barədə məlumat yoxdur, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir, bu barədə 3-cü şəxs də elektron məhkəmə sistemi vasitəsilə ərizə yükləmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddia tələbi geri götürülmüş sayılmalıdır. Belə ki, İddiaçı məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada (poçt rabitəsi vasitəsi ilə və “AZEMİS” elektron məhkəmə sistemi vasitəsilə göndərilmiş sms bildirişlərlə) məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər-hansı bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən İddiaçı göndərilmiş məhkəmə bildirişləri rəsmi qaydada ona verilmiş hesab edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə icraatından ardıcıl olaraq 30 gündən çox müddət ərzində yayındığından iddia geri götürülmüş sayılmalıdır. Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd olunanlara və Azərbaycan Respublikası İPM-nin 55.3-cü maddəsinə əsasən əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi geri götürülmüş sayılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. X4yeva
Məhkəmə qərarları › İş №2-1(112)-1379/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1379/2024
25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver