Məhkəmə qərarları › İş №2-1(112)-13791/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13791/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13791/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının qanuni nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər X1rşı "evlə təmin edilmə" iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Sosial Xidmətlər X1rşı cavabdehin imtina məktubunun qanunsuz hesab edilərək onun mənzil vəya fərdi evlə təmin edilməyim öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon İcra Hakimiyyətində mərhum yoldaşı X4 27 mart 2013-cü il tarixində mənzil növbəsinə alınmışdır. 06 avqust 2019-cu il tarixində o vəfat etmişdir. Bundan sonra onun mənzil növbəsi Yasamal İcra Hakimiyyətinin 01 noyabr 2023-cti il tarixli. 477 nömrəli sərəncamı əsasında növbəlilik tarixi saxlanılmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli qərarı ilə təsdiq edilmiş “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin liçotun onun ailə üzvləri üçün saxlanılması qaydasının 1.2.2-ci maddəsinə əsasən mənim adıma keçirilmişdir. 04 iyun 2024-cü il tarixində müvafiq ərizə ilə cavabdeh orqana müraciət etdi. Müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla xx.xx.2024- cü il tarixdə cavab olaraq müraciətinin icrasından imtina edilmişdir. İmtinanı əsassız hesab etdiyi üçün tərəfimdən Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2442/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddiası qismən təmin edilmişdir. Daha sonra qərar icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-3/3-3169/2025 saylı qərar qəbul edilərək imtina edilməsinə dair qərar qəbul edilmişdir. Hazırda həmin qərar əsassız və qanunsuzdur. Cavabdeh öz hazırki qərarında formal mülahizələrə əsaslanaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Nazirlik) ünvanlanmış 4 iyun 2024-cü il tarixli müraciətə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetini 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yasamal Rayon İcra Hakimiyyətindən Nazirliyə təqdim olunmuş mənzil növbəsinə dayanmış imtiyazlı şəxslərin növbəlilik siyahılarında mərhum həyat yoldaşı X5 27 mart 2013-cü il tarixindən mənzil uçotuna alındığı qeyd edilmiş və 6 avqust 2019-cu il tarixində vəfat etməsi səbəbindən onun mənzil növbəsi Yasamal Rayon İcra Hakimiyyətinin 1 noyabr 2023-cü il tarixli 477 nömrəli sərəncamı əsasında növbəlilik tarixi saxlanılmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası” nın 1.2.2-ci maddəsinə əsasən Sizin adınıza keçirilməsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə yuxarıda qeyd edilmiş Qaydada nəzərdə tutulmuş 3 ay müddətində deyil, uzun müddət sonra müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamında gözdən əlilliyi olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulduğundan Nazirlik tərəfindən mənzillə təmin olunmağı mümkün deyildir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025 tarixli qərarından da göründüyü kimi işin araşdırılan hallarından müəyyən edilir ki, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 477 nömrəli sərəncamı ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş X6 vəfat etdiyindən onun mənzil növbəliliyi həyat yoldaşı İddiaçı adına saxlanılmış və mənzil uçotunun tarixi mərhum X5 götürüldüyü tarixdən, yəni xx.xx.2013-cü il tarixdən hesab edilmişdir. ‘‘Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2- ci maddəsinə görə, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.Qərara nəzər saldıqda da müəyyən etmək olur ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda onun ailə üzvləri onun vəfat etdiyi gün- dən 3 ay müddətində uçota alınmanı həyata keçirən müvafiq orqana müraciət etməli olması ilə bağlı cavabdehin imtinasında istinad etdyi qanunvericilk norması məhz uçota alınma ilə bağlı məsələni özündə ehtiva edir. Həmin qanunvericilk normasında vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsinin halları dəqiq və imperativ səkildə müəyyən edilmiş, qeyd edilən müddətə əməl edilməməsi halı uçota alınmaqdan imtina üçün müstəqil əsas kimi nəzərdə tutulmamışdır. Qeyd edilən normanın mahiyyəti və məzmunu məhz uçota alınmış əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinin qanunla onlar üçün tanınan hüququnun realizəsi üçün müəyyən edilmiş müddəti nəzərdə tutmaqla, nəticə etibarı ilə prosedur qaydanı özündə ehtiva etməklə, şəxsin qanunla ona tanınan maddi hüquqdan (əmlak hüququndan) məhrum edilməsinə əsas olan hal kimi çıxış etmir. Əks yanaşmanın tətbiq edilməsi şəxsin mövcud olan hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasma gətirib çıxardar ki, bu hal mütənasiblik və ədalətlilik prinsiplərinin tələbinə zidd olmuş olardı.Həmin Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli, № 213 № li Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 31.2-ci maddəsində nəzərdə tutulmuş miivafıq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.“Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nm təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 322 № li qərarı:1.1.Bu Qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən” hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir.1.2.Bu Qaydada istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:1.2.1.əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin (bundan sonra - əlilliyi olan şəxs) yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındaki yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması;1.2.2.əlilliyi olan şəxsin ailə üzvləri- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər;2.1. Əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşma çatmış üzvlərindən biri (bundan sonra - təmsilçi) əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra - Mərkəz) bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. Sadalanan normalardan göründüyü kimi, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydalar müəyyən edilmiş və həmin Qaydalara görə ailə üzvü dedikdə iki şərtin eyni anda ödənilməsi nəzərdə tutulmuşdur: Bunun üçün iddiaçının 1)ölmüş şəxsin Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsəsi olmalı 2)əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən iddiaçının vəfat edən həmin şəxsin ailə kimi qeydiyyata alınmış şəxs olmalıdır.Yekun olaraq hesab edilir ki, mənzil növbəsinə alınmaq qanuni hüququdur. O uzun illərdir ki, xəstəliklərdən əziyyət çəkir. Qərar qəbul edilərkən iştirakları təmin edilməmiş ümumiyyətlə qərarın qəbul ediləcəyi barədə məlumat da verilməmişdir. Hesab edilir ki, cavabdehin imtinası qannunvericiliyin tələblərinə ziddir və onun konstitusion hüququ pozulmuşdur. Ona görə də, mənzil hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Mülkiyyətində heç bir daşınmaz əmlak yoxdur, yaşamaq üçün hər hansı bir evi yoxdur.. "Əlillərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun 43-cii maddəsinə əsasən, əlillər dövlətin hesabına mənzillə təmin edilirlər; İ və İİ qrup əlillərə yaşadıqları dövlət və ictimai mənzil fonduna məxsus mənzilləri pulsuz olaraq şəxsi mülkiyyətə keçirmək hüququ verilir; Mənzil bölgüsü zamanı yerli hakimiyyət orqanları, müəssisələr, idarələr və təşkilatlar əlillərin iş Yerlərinin, qohumlarının yaşayış yerlərinin, bərpa müəssisələrinin yaxınlığında mənzillər ayrılmasına olan tələbatı nəzərə alırlar.Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları əlilliyi olan şəxslərin (uşaqların) mənzil- məişət şəraitinin yaxşılaşdırılmasına hər növ köməklik göstərir.Həmin Qanunun 37.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin (uşağın) mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilməsinin əsasları, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir.Həmin Qanunun 37.3-cü maddəsinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Həmin Qanunun 37.4-cü maddəsinə əsasən, əlilliyi olan şəxslərin (uşaqların) ictimai birliklərinin öz vəsaiti hesabına, o cümlədən payçılıq yolu ilə tikdirdiyi yaşayış sahələri onların mülkiyyətindədir və əlilliyi olan şəxslərin ictimai birliklərinin təkliflərinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq bölüşdürülür.Həmin Qanunun 37.5-ci maddəsinə əsasən, əliliyi olan şəxslərin(uşaqların) ictimai birlikləri mənzil tikintisində payçılıq qaydasında iştirak edərkən tikinti sənayesi qurğularının inkişafında və kommunal tikintidə payçılıq iştirakından, habelə yaşayış sahələrinin bir qismini müvafiq icra hakimiyyəti orqanlarına və başqa təşkilatlara verməkdən azad edilirlər.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra - ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumisahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 49.3-cii maddəsinə əsasən bələdiyyə mənzil fonduna münasibətdə ayrılma norması müvafiq bələdiyyə ərazisində nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bələdiyyə tərəfindən müəyyən edilən ayrılma norması həmin Məcəllənin 49.2-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən ayrılma normasından az ola bilməz.Həmin Məcəllənin 49.4-cti maddəsinə görə yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz.Həmin Məcəllənin 49.6-cı maddəsinə görə mtivafıq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən kateqoriyadan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normadan daha yuxarı ayrılma norması müəyyən edilə bilər.Həmin Məcəllənin 51.1 -ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.Həmin Məcəllənin 51.3-cti maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir.Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən həmin Məcəllənin 51.4-cii maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir.Həmin Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. həmin Məcəllənin 51.4-cii maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bıı Məcəllənin 53.1 -ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır.Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Cavabdehin etirazından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra-Agentlik) qarşı “mənzil” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, icraatda olan 2(012)- 13791/2025 saylı iş üzrə iddia qanunvericilik baxımından əsassızdır və təmin olunmamalıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil və ya fərdi evlə təmin edilməsi müəyyən edilmişdir. 4 dekabr 2025-ci il 3-17-3/2-47328/2025 “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2- ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2019-cu il tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası"na (bundan sonra-Qayda) əsasən müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 2.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. İddiaçı mənzil növbəsinin onunla bərabər uçota alınmış ailə üzvlərindən birinin adına keçirilməsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə Qaydada nəzərdə tutulan 3 ay müddətində deyil, uzun müddət sonra müraciət etmişdir. Həmin Qaydalara əsasən isə ərizəçinin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda onun ailə üzvləri onun vəfat etdiyi gündən 3 ay müddətində uçota alınmanı həyata keçirən müvafiq orqana müraciət etməli olması onlar üçün tanınan hüququnun realizəsi üçün müəyyən edilmiş müddəti nəzərdə tutmaqla, nəticə etibarı ilə prosedur qaydanı özündə ehtiva edir. İddiaçı isə müvafiq icra hakimiyyəti orqanına həmin prosedur qaydalara əməl etmədən müraciət etmişdir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun (bundan sonra-Qanun) 2.9-cu maddəsinə əsasən Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və Qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. Bundan başqa, hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amilləri ilə bağlı həmin Qanunun 65.4-cü maddəsinə əsasən, inzibati akt həm vəzifəli şəxs üçün, həm də fiziki və hüquqi şəxslər üçün normativ hüquqi aktın mətnindən onlara əvvəlcədən məlum olan müəyyən prosedur üzrə qəbul edilməlidir və hərəkətlərin qayda və müddətləri müəyyən edilməlidir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Agentliyin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən, dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. Göründüyü kimi, şəxsin mənzillə təmin edilməsi üçün yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması zəruri olsa da, bu, Agentliyi mənzillə təmin edərkən, həmin şəxslərin yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsasları yoxlamaq vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-3/2-B-16522/2025 saylı bildirişindən görünür ki, qərardan narazı olduğu halda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 30 (otuz) gün müddətində inzibati qaydada Nazirliyə və ya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati məhkəməyə şikayət etmək hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 3-17-3/3-3-169/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, inzibati icraat iştirakçısı - İddiaçı mənzil və ya fərdi evlə təmin edilməsindən imtina edilməsi qərara alınmışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia tələbinin məzmununa uyğun çıxış edərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Hazırda iddia tələbi mənzillə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiadır. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı mövcuddur. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2442/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Sosial Xidmətlər X1rşı "mənzil ilə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi qismən təmin edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2442/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilir: “Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: ... Məhkəmə cavabdeh inzibati orqanın - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda onun ailə üzvləri onun vəfat etdiyi gün- dən 3 ay müddətində uçota alınmanı həyata keçirən müvafiq orqana müraciət etməli olması ilə bağlı mövqeyinə münasibətdə bldirir ki, cavabdehin imtinasında istinad etdyi qanunvericilk norması məhz uçota alınma ilə bağlı məsələni özündə ehtiva edir. Həmin qanunvericilk normasında vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsinin halları dəqiq və imperativ şəkildə müəyyən edilmiş, qeyd edilən müddətə əməl edilməməsi halı uçota alınmaqdan imtina üçün müstəqil əsas kimi nəzərdə tutulmamışdır. Qeyd edilən normanın mahiyyəti və məzmunu məhz uçota alınmış əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinin qanunla onlar üçün tanınan hüququnun realizəsi üçün müəyyən edilmiş müddəti nəzərdə tutmaqla, nəticə etibarı ilə prosedur qaydanı özündə ehtiva etməklə, şəxsin qanunla ona tanınan maddi hüquqdan (əmlak hüququndan) məhrum edilməsinə əsas olan hal kimi çıxış etmir. Əks yanaşmanın tətbiq edilməsi şəxsinmövcud olan hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxardar ki, bu hal mütənasiblik və ədalətlilik prinsiplərinin tələbinə zidd olmuş olardı. Lakin məhkəmə qeyd edir ki, işin hallarına iddia tələbinin tam təmin edilməsinə əsas vermir. Belə ki, cavabdeh orqanın imtinası hüquqi mövqe ilə bağlı olduğundan məhkəmə cavabdehin hüquqi mövqeyini yuxarıda qeyd edilənlərə əsasən əsaslı hesab etmir. Lakin mənzillə təmin edilmə növbəlilik qaydasında olmaqla müvafiq prosedurlara tabedir. Hazırkı halda cavabdeh imtinasında qeyd edilən dəlillə bağlı məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla yenidən inzibati icraat aparmaqla iddiaçının müraciətinə yenidən baxmalıdır. ... Nəticəvi hissə .. Məhkəmənin hazırki qərarında hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin üzərinə İddiaçı mənzillə təmin edilməsi barədə müraciətinə dair inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun...” Məhkəmə tərəfindən müəyyən edilir ki, sözügedən Qərarda iddia qismən təmin edilməsinə, cavabdehin “3 ay müddətində uçota alınmanı həyata keçirən müvafiq orqana müraciət etməli olması” ilə bağlı mövqeyinə münasibət bildirilməsinə və məhkəmənin mövqeyi (yalnız növbəlilik qaydasında olmaqla müvafiq prosedurlara uyğunluq gözlənilməklə) nəzərə alınmaqla müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasına baxmayaraq, cavabdeh orqan tərəfindən qərar icra edilməmiş, məhkəmənin qərarında artıq hüquqi qiymət verilərək əsassız hesab edilmiş dəlil əsasında tələbin təmin edilməsindən imtina barədə qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə eyni əsasla yekun məhkəmə aktı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2442/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı hazırda qüvvədə olduğundan icra edilməlidir. Belə olan halda iddiaçının səmərəli hüquqi müdafiə vasitəsi sözügedən qəraraın icrası ilə bağlı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciətin edilməsidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçıya çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiəsi vasitələri izah edildiyindən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar