Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13794/2025 30.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 İdris oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Üçüncü şəxslər X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı “X3 və X1 Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27, mənzil 75 fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması” tələbinə dair işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 və X1 Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27, mənzil 75 fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Heybət qızı Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi 27 saylı evin 75 saylı mənzilinin sahibidir və həmin evdə ailəsi ilə birlikdə yaşayır. Şəhid ailəsidir və oğlu X5 1997-ci ildə keçmiş arvadı X3 ilə boşanmış və oğlu X2 1997-ci ildə götürüb çıxıb getmişdir. Həmin vaxtdan sözügedən mənzildə yaşamırlar. X3 və X2 Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27, mənzil 75 fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər İddiaçı Heybət qızının vəfat etdiyini bildirmişlər. CMS-Azemis elektron informasiya-axtarış sistemində olan məlumatlara əsasən, İddiaçı xx.xx.2025-ci il tarixində ölmüşdür. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllədən: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; Odur ki, məhkəmə hesab edir ki, müvafiq qayda İnzibati Prosessual Məcəllədə müəyyən edilmədiyindən və bu həmin məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı üçün icraata qeyd edilən əsasla xitam verilməsi məsələsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hüquq varisi müəyyən olunmadığından iş üzrə icraata xitam verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarında ifadə edilən hüquqi mövqeyi nəzərə alaraq, qanunla ayrı qayda nəzərdə tutulmadığından məhkəmə hazırki qərardaddan şikayət verilməsinin mümkünlüyünü onun nəticə hissəsində nəzərdə tutur. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2-1(112)-13794/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13794/2025
30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver