Məhkəmə qərarları › İş №2-1(112)-138/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-138/2020

30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-138/2020 30.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, onun sığorta stajının yenidən hesablanmasının cavabdehə tapşırılmasını xahiş etmişdir. İşə sonradan Bakı İnzibati Məhkəməsində 2-1(112)-138/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ rayon şöbəsinə müraciət etmiş, sonuncunun xx.xx.2019-cu il tarixli, **********0 saylı cavab məktubu ilə ona imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin(bundan sonra İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, hazırlıq icraatının gedişində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2886/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Qaradağ rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmiş, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsininnümayəndəsi və vəkili X1 məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur ona görə ki, iddiaçı sığorta stajının hansı əsasla, nəyə görə, hansı meyarlar nəzərə alınaraq, yenidən hesablanmalı olması ilə bağlı heç bir açıqlama verməmişdir. Buna görə hesab edilir ki, hazırkı işə baxılması mümkün deyildir. Eyni zamanda, bildirilir ki, iddiaçının tələbi ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi olsa idi belə, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilməzdi. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunanların kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verildikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının iş stajı isə qeyd olunan tələblərə cavab vermir. Belə ki, iddiaçının işlədiyini iddia etdiyi 1995-2005-ci illərdə “Elis LTD” firması qeyri-dövlət müəssisəsi olduğu üçün həmin dövrün sığorta stajı yerində yoxlandıqdan sonra pensiya hesablanması üçün nəzərə alına bilər. Həmin dövrün sığorta stajını yoxlamaq mümkün olmadığı üçün iddiaçının stajının hesablanması zamanı nəzərə alına bilməz. Eyni zamanda, iddiaçının xüsusi stajı da 12 il 6 aya çatmır. Belə ki, iddiaçının təqdim etdiyi arayışda görünən tikinti materialları kombinatında maşinist vəzifəsi müvafiq siyahıda ümumiyyətlə, yoxdur. Digər vəzifələrlə bağlı məlumatlar isə dəqiq verilməyib, lakin onlar hətta siyahıda olsa belə, toplandıqda güzəştli iş stajı tələb olunan 12 il 6 aya çatmır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 30 yanvar 2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə DSMF-nin Bakı şəhəri Qaradağ rayon şöbəsinə müraciət etmişdir. Lakin, DSMF-nin Bakı şəhəri Qaradağ rayon şöbəsi tərəfindən ona ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, 1995-2005-ci illərdə işlədiyi "xxxx" firması qeyri-dövlət müəssisəsi olduğu üçün həmin dövrün sığorta stajı yerində yoxlandıqdan sonra pensiya hesablanması üçün nəzərə alına bilər və həmin dövrün sığorta stajını yoxlamaq mümkün olmadığı üçün yaşa görə əmək pensiyası hüququ yoxdur. Halbuki, onun 57 yaşının tamam olduğu vaxtdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati-Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İnzibati-Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati-Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - “Elektron məhkəmə informasiya sistemi”nin “şəxsiyyət vəsiqəsi məlumatları” bölməsindən iddiaçıya aid AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin çıxarışından müəyyən olunur ki, yaşayış yeri üzrə ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1959-cu il tarixdə Cəlilabad rayonunda doğulmuşdur (iddiaçının 57 yaşı 03 iyun 2016-cı il tarixdə tamam olmuşdur). - İddiaçıya məxsus ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından və həmin əmək kitabçasının Azərbaycan dilinə hissəvi tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı 67 saylı, xx.xx.1979-cu il tarixli əmrlə xx.xx.1979-cu il tarixdən Naxçıvan ETRQ 4-cü dərəcəli teleqrafın elektrik montyoru təyin edilmiş, 70 saylı xx.xx.1979-cu il tarixli əmrlə xx.xx.1979-cu il tarixdən Sovet Ordusu sıralarına çağırış ilə əlaqədar tutduğu vəzifəsindən azad olunmuş, 10/k nömrəli xx.xx.1982-ci il tarixli əmrə əsasən xx.xx.1982-ci il tarixdən Qaradağ tikinti materialları kombinatı Azərbaycan SSR TMSN-yə 4-cü dərəcəli maşinist köməkçisi vəzifəsinə qəbul edilmiş, 49/k saylı xx.xx.1983-cü il tarixli əmrlə xx.xx.1983-cü il tarixdən elektrik sexinə 5-ci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş, 10/k saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən xx.xx.1984-cü il tarixdən №12 6-dərəcəli CU89 maşinisti vəzifəsinə keçirilmiş, 18/k saylı xx.xx.1984-cü il tarixli əmrlə xx.xx.1984-cü il tarixdən № 10 1 ay sınaq müddətinə növbə elektrik çilingəri vəzifəsinə keçirilmiş, 90/k nömrəli xx.xx.1991-ci il tarixli əmrlə xx.xx.1991-ci il tarixdən № 10 5-ci dərəcəli növbə elektrik çilingəri vəzifəsinə keçirilmiş, 41/k saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən xx.xx.1995-ci il tarixdən öz ərizəsinə əsasən işdən azad edilmişdir. (İddiaçının "xxxx" müəssisəsində mühafizəçi vəzifəsində işləməsi ilə əlaqədar əmək kitabçasında aparılmış qeydlərlə bağlı məhkəmənin hüquqi mövqeyi aşağıda ifadə edilmişdir); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsindən xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş xx.xx.2019-cu il tarixli, **********7 saylı məktubda bildirilmişdir ki, "xxxx" Müəssisəsi (VÖEN: **********) sığortaedən kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ləğv edilmiş Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsinin uçotunda olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli **********5 saylı əmri ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi ləğv edilmiş və idarənin fəaliyyəti dövründə formalaşmış sənədlərin arxivləşdirilməsi, təsnifləşdirilməsi və qanunvericiliyə uyğun olaraq təhvil-təsliminin aparılması ləğvetmə komissiyasının üzərinə qoyulmuşdur. Ləğvetmə komissiyası əmrdə göstərilən tapşırıqların icrasını davam etdirdiyinə görə "xxxx" Müəssisəsinin 1995-2005-ci illər ərzində məcburi dövlət sosial sığorta ödənişinin edib-etməməsi barədə məlumatın verilməsi Bakı şəhər İdarəsi tərəfindən mümkün deyildir; - DSMF-nin Bakı şəhəri Qaradağ rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 08 aprel 2019-cu il tarixli, **********0 saylı cavab məktubunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün verilmiş ərizə ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının pensiya hüquqları pensiyaların təyin edilməsi, ödənilməsi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasınin Qanunu ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə ağır olan işlərdə çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəşli şərtlərlə pensiya hüququ vardır. Əlavə olaraq Qanunun 9.8 maddəsində göstərilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan (yəni xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və 12 iİ 6 ay güzəştli iş stajı olan) şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının 1995-2005-ci illərdə işlədiyi "xxxx" firması qeyri-dövlət müəssisəsi olduğu üçün həmin dövrün sığorta stajı yerində yoxlandıqdan sonra pensiya hesablanması üçün nəzərə alına bilər. Bu barədə bir neçə dəfə məlumat verilmişdir. Həmin dövrün sığorta stajını yoxlamaq mümkün olmadığı üçün yaşa görə iddiaçının əmək pensiyası hüququ yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasının əslinə baxış keçirilərkən onun əmək kitabçasında "xxxx" müəssisəsindən işdən azad edilməsi ilə bağlı əmrin tarixi və nömrəsi göstərilsə də, işçinin işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) qrafasında ag mürəkkəblə “düzəliş” aşkar edilmiş və həmin düzəlişlə bağlı müvafiq qeyd aparılmadığı müəyyən edilmişdir. Bu hal məhkəmədə sözügedən düzəlişin mötəbərliyinə əsaslı şübhə yaratmaqla bərabər, həmin şübhəni istisna edən və aradan qaldıran hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq, məhkəmə o halı da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1995-ci il tarixdən etibarən "xxxx" müəssisəsində əmək fəaliyyətinə başladığı göstərilsə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X2 üzrə Baş İdarəsindən həmin məhkəməyə daxil olmuş xx.xx.2019-cu il tarixli, **********390800 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2019-cu il tarixə olan vergi ödəyicilərinin dövlət reyestrində "xxxx" Müəssisəsi (VÖEN: **********) xx.xx.2005-ci il tarixdə vergi uçotuna alınmışdır. "xxxx" Müəssisəsinin, həqiqətən də, yuxarıda qeyd edilmiş tarixdə vergi uçotuna alınmasının müəyyən edilməsi məqsədilə həmin müəssisəsinin dövlət reyestri məlumatları məhkəmə tərəfindən əldə edilmiş və müəyyən olunmuşdur ki, "xxxx" Müəssisəsi iddiaçının əmək kitabçasında onunla əmək müqaviləsinin bağlanıldığı xx.xx.1995-ci il tarixdə deyil, xx.xx.1996-cı il tarixdə dövlət reyestrində uçota alınmışdır. Beləliklə, həm sonuncu, həm də yuxarıda qeyd edilmiş digər səbəbdən iddiaçıya məxsus əmək kitabçasında onunla "xxxx" Müəssisəsi arasında əmək müqaviləsinin bağlanılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair aparılmış müvafiq qeydlərin doğruluğuna şübhə olduğundan iddiaçının ümumi sığorta stajının hesablanması zamanı həmin illər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, hazırkı mübahisəyə İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları tətbiq edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (istinadlar“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 02 may 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununa qədər olan redaksiyasına aiddir) 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun mənasından göründüyü kimi, iddiaçı 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduğu və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdığı halda ona hazırkı qanunvericliyin tələbinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər. Beləliklə, iddiaçının ("xxxx" Müəssisəsində işləməsinə aid hissə istisna olmaqla) Rabitə texnikumunda təhsil aldığı 4 il müddət (əmək kitabçasında qeydiyyat aparılmışdır), o cümlədən, hərbi xidmət keçdiyi müddət (əmək kitabçasında aparılmış qeydiyyata əsasən təxminən 2-2,5 il) və müxtəlif vəzifələrdə işlədiyi müddət onun ümumi stajına daxil edilsə belə, tələb edilən 25 il ümumi iş stajı yaranmır. Bundan əlavə, iddiaçının əmək kitabçasına əsasən güzəştli iş stajının hesablanması zamanı tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının 28-ci bölməsinin 1-ci fəslində (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ında isə 21-ci bölməsinin 21.4-cü fəslində (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər) “maşinist köməkçisi” vəzifəsi güzəştli vəzifə kimi göstərilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edildiyi kimi əmək kitabçasında iddiaçının işlədiyi vəzifələrə dair məlumatlar ətraflı şəkildə göstərilməmiş və iddiaçının “tikinti” sahəsində işlədiyi “maşinist köməkçisi” vəzifəsi yuxarıda adları qeyd edilmiş Siyahıların heç birində nəzərdə tutulmamışdır. Beləliklə, iddiaçının müxtəlif peşə və vəzifələrdə işlədiyi illər ("xxxx" Müəssisəsində işləməsinə aid hissə və maşinist köməkçisi vəzifəsində işlədiyi illər istisna olmaqla) güzəştli iş stajı kimi nəzərə alınacağı halda belə, cəmi tələb edilən 12 il 06 aydan az, yəni 12 il 03 ay 07 gün güzəştli iş stajı yaranır. Azərbaycan Respublikası DSMF-nin 17 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş (xx.xx.2011-ci il tarixdə Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş) “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 4.3.3-1-ci (Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 29 avqust 2013 -cü il tarixli 11 nömrəli qərarı ilə əlavə edilmişdir) bəndinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qaydaların 4.3.3-cü yarımbəndində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarından müəyyən olunur ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 9.1-ci maddəsinin tələblərinə əsasən ümumilikdə 25 il sığorta stajına malik olmadığı müəyyən edildiyinə görə, sonradan əsl cavabdehlə əvəz edilmiş inzibati orqan, DSMF-nin Bakı şəhəri Qaradağ rayon şöbəsi tərəfindən ona imtina edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə əlaqədar müraciətini təmin etməməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmədiyi halda, iddia edilən inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM 14.3 m.). Bu səbəbdən cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Məhkəmə qeyd edir ki, pensiyaçılara əmək pensiyasının əsassız səbəblərdən təyin edilməməsi onların artıq qazanmış olduqları mülkiyyətdən məhrum edilməsideməkdir. Bu isə Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). Lakin eyni zamanda Məhkəmə qeyd edir ki, legitim gözlənti sadə ümiddən daha konkret xarakterə malik olmalıdır və hüquqi müddəaya və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır. Uzun müddət ləğv edilmiş əmlak hüququnun yenidən bərpa ediləcəyinə ümid “mülkiyyət” kimi qəbul edilə bilməz; nə də şərtin baş verməməsi nəticəsində əldən buraxılmış şərti tələb bu cür qəbul edilə bilməz. Habelə, milli hüququn düzgün təfsiri və tətbiqi barəsində mübahisənin mövcud olduğu və nəticədə ərizəçinin müraciətlərinin milli məhkəmələr tərəfindən rədd edildiyi yerdə “legitim gözlənti”nin əmələ gəlməsindən söhbət gedə bilməz (Béláné Nagy Macarıstana qarşı iş üzrə Böyük Palatanın 13 dekabr 2016-cı iltarixli Qərarı). İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 8 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar