Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-138/2022 08.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, **********3385 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, xx.xx.2018-ci il tarixli qərara əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə onun barəsində 29171,66 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar rəsmi qaydada ona verilməmiş və qanunamüvafiq qaydada göndərilməmişdir. Həmin qərar qanunsuz olaraq və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də o, həmin qərarla razı deyil. Cavabdeh orqan onun iştirakı olmadan qanunsuz olaraq vergi yoxlaması keçirmişdir. Belə ki, cavabdeh vergi yoxlaması keçirərkən onun xəstə olmağından istifadə edərək ona ağ blankalara imza etdirmişlər. Ümumiyyətlə yoxlamanın təfərrüatları barədə onun heç nədən xəbəri olmamışdır. Çünki həmin vaxt o, xəstə idi və hətta həkim nəzarətində olmuşdur. Bundan istifadə edərək ona ağ blanklara imza etdirmişlər. Onun bütün sənədləri həmişə qaydasında olmuş, hal-hazırda da mövcuddur. Sözügedən qərar qərəzli şəkildə qəbul olunmuş, sənədlər lazımi qaydada araşdırılmamış və ona göndərilməmişdir. Sonradan xx.xx.2018-ci il tarixli qərarın icraya yönəldilməsi barədə icra qurumundan məlumat almışdır. Həmin qərar qəbul edilərkən işin taktiki halları düzgün araşdırılmamış, bilavasitə onun iştirakı təmin edilməmiş, iş üzrə sübutlardan və toplanmış materiallardan qətiyyən onun xəbəri olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş idarəsinin xx.xx.2018-ci il tarixli **********5549 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2018-ci il tarixdə fiziki şəxs İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 2A ünvanında yerləşən mağazada keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı alış qiyməti ilə 291646,00 manat dəyərində malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan əldə edilməsi və satış məqsədi ilə saxlanılması, xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 009219 nömrəli aktın tərtib edildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalandığı, bir nüsxəsinin qəbul edildiyi, nəzarət tədbiri zamanı vergi ödəyicisinin izahat verdiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh orqan tərəfindən xx.xx.2018-ci il tarixli **********3385 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq iddiaçıya 29164,60 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə xx.xx.2018-ci il tarixdə, saat 17:07:08-də iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə, saat 23:33:58-də oxunmuşdur. İddiaçı ərizəsində əsassız olaraq cavabdeh orqanın onun iştirakı olmadan qanunsuz olaraq vergi yoxlaması keçirdiyini, cavabdehin vergi yoxlaması keçirərkən onun xəstəliyindən istifadə edərək ona ağ blanklara imza etdirdiyini qeyd etmişdir. Lakin iddiaçı xx.xx.2018-ci il tarixli aktı imzalamış və bir nüsxəsini qəbul etmişdir. Eyni zamanda iddiaçı operativ vergi nəzarəti həyata keçirilərkən xx.xx.2018-ci il tarixdə etirafedici izahat vermiş və Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 2A ünvanında yerləşən obyektdə qızıl satışı ilə məşğul olduğunu, şöbədə olan bütün malların ona məxsus olduğunu, siyahı üzrə tərtib olunmuş malların sayı və qiymətləri ilə razı olduğunu, malların alışına dair rəsmi sənədinin olmadığını, izahatı özünün yazdığını qeyd etmiş və imzası ilə təsdiq etmişdir. İş üzrə xx.xx.2018-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılmış və “Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma barədə” xx.xx.2018-cİ il tarixli protokolla rəsmiləşdirilmişdir. Keçirilmiş ekspertiza barədə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti X1 tərəfindən xx.xx.2018-ci il tarixli ekspert rəyi tərtib olunmuşdur. Həmin ekspert rəyinə əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi mağazada olan malların alış qiymətinin 291646 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2018-ci il tarixli, KY181320314 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) Bakı şəhəri, Nərimanov rayonu, X6, ev 2A ünvanındakı mağazada (fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda saatların və zərgərlik məmulatlarının pərakəndə satışı) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 üzrə Departamentinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli **********5549 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (Bakı şəhəri, Nərimanov rayonu, X6 2A, mağaza, fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda saatların və zərgərlik məmulatlarının pərakəndə satışı) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 üzrə Departamentinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 009219 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN **********) məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, X6 2 A-da yerləşən obyektdə operativ vergi nəzarəti tədbiri zamanı obyektdə olan malların satış qiyməti ilə siyahısı tərtib edilmişdir, malların alış qiyməti ilə siyahısı, ekspertin rəyi akta əlavə edilmişdir, vergi ödəyicisi tərəfindən malların alışına dair rəsmi sənəd təqdim edilməmişdir, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8ci maddəsinə əsasən 29164,6 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 üzrə Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3385 nömrəli xx.xx.2018-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyicisinə məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 29164,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2019 tarixədək 29164,60 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi. 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 71.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 üzrə Departamentinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli **********5549 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (Bakı şəhəri, Nərimanov rayonu, X6 2A, mağaza, fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda saatların və zərgərlik məmulatlarının pərakəndə satışı) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 009219 nömrəli akta əsasən iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti tədbiri zamanı obyektdə olan malların satış qiyməti ilə siyahısı tərtib edilmişdir, malların alış qiyməti ilə siyahısı, ekspertin rəyi akta əlavə edilmişdir, vergi ödəyicisi tərəfindən malların alışına dair rəsmi sənəd təqdim edilməmişdir, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 29164,6 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 üzrə Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3385 nömrəli xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyicisinə məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə 29164,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı cavabdeh orqanın onun iştirakı olmadan vergi yoxlaması keçirdiyini, cavabdeh vergi yoxlaması keçirərkən onun xəstə olmağından istifadə edərək ona ağ blankalara imza etdirdiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan sənədlərdən də görünür ki, xx.xx.2018-ci il tarixli VN- 16 seriyalı 009219 nömrəli akt iddiaçının iştirakı ilə tərtib edilmiş, akt iddiaçı tərəfindən imzalanmış, bir nüsxəsini qəbul etmiş, eyni zamanda operativ vergi nəzarəti həyata keçirilərkən xx.xx.2018-ci il tarixdə iddiaçının izahatı alınmış və iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, ev 2A ünvanında yerləşən obyektdə qızıl satışı ilə məşğul olduğunu, şöbədə olan bütün malların ona məxsus olduğunu, siyahı üzrə tərtib olunmuş malların sayı və qiymətləri ilə razı olduğunu, malların alışına dair rəsmi sənədinin olmadığını, izahatı özünün yazdığını qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı ona məxsus mağazada həyata keçirilmiş operativ vergi nəzarəti tədbirinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun qaydada həyata keçirilmədiyini və cavabdeh orqanın əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verildiyini bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-138/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-138/2022
08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver