Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-138/2023 14.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «kompensasiya ödənilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «kompensasiya ödənilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Cavabdeh QSC-dən İddiaçı xeyrinə mülkiyyətinə və icarəsinə verilmiş torpaq sahələrinin üzrərində yerləşən tikililərlə birlikdə ümumi bazar dəyəri olan 80.880,0 (səksən min səkkiz yüz səksən) manat, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 №-li fərmanına əsasən həmin məbləğin 20 faizi olan 16.176(on altı min bir yüz yetmiş altı) manat və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası qanununun 66.4.3cü maddəsinin tələbinə əsasən çətinliyə görə ümumi məbləğin 7 faizi olan 5.661 (beş min altı yüz altmış bir) manatın, ümumilikdə 102.717(bir yüz iki min yeddi yüz on yeddi) manat pulun -kompensasiyanın tutulması və iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 109 nömrəli qərarına əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə yerləşən və uzun müddət istifadəsində olmuş 150 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X5 mülkiyyətinə verilmişdir. Daha sonra Arzu Əliyeva özünəməxsus, mülkiyyətində olan 150 kv.m torpaq sahəsini İddiaçı satmış və həmin bələdiyyənin xx.xx.2005-ci il tarixli, 123 nömrəli qərarına əsasən torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmçinin Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06/08 nömrəli icarə müqaviləsinə əsasən bələdiyyənin mülkiyyətində olan 3126-cı məhəllədə İddiaçı A.Əliyevadan aldığı 150 kv.m torpaq sahəsinə birləşik olan torpaq sahəsindən 200 kv.m torpaq sahəsi də İddiaçı icarəsinə verilmişdir. Yuxarıda qeyd edilən torpaq sahələri, yəni ümumilikdə 350 kv.m torpaq sahəsi İddiaçı tərəfindən birləşdirilərək, 10 daş hündürlüyündə mişar daşından tikilmiş hasarla əhatə olunmuş, eyni zamanda dəmir darvaza (2 qapılı: 3m x 2,5m) qoyulmuş və həyətdə ümumi sahəsi 40 kv.m olan, 3 daş üzərində tikilmiş (kürsülü), 1 mərtəbəli, orta təmirli fərdi yaşayış evi tikilmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh QSC tərəfindən “Dərnəgül” elektrik deposunun tikintisi zamanı İddiaçı məxsus olan 10 daş hündürlüyündə mişar daşından tikilmiş hasarla əhatə olunmuş, eyni zamanda dəmir darvaza (2 qapılı: 3m x 2,5m) qoyulmuş ümumilikdə 350 kv.m torpaq sahəs və həyətdə ümumi sahəsi 40 kv.m olan, 3 daş üzərində tikilmiş (kürsülü), 1 mərtəbəli, orta təmirli fərdi yaşayış evi “Torpaqların dövlət ehtiyacıları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunun tələbləri kobud şəkildə pozularaq iddiaçıya hər hansı məbləğdə kompensasiya ödənilmədən qanunsuz olaraq alınmışdır. Bundan sonra iddiaçı və bacısı X3 müxtəlif dövlət orqanlarına konpensasiyanın ödənilməsi ilə bağlı müraciətlər etmişlər, lakin bu günə qədər onlara hər hansı məbləğdə kompensasiya ödənilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh QSC tərəfindən isə xx.xx.2020-ci il tarixli, 40 N-1/5-117 saylı məktubla iddiaçıya formal cavab verilərək ərazidə yerləşən tikili və torpaq sahələrinə aid siyahının tərtib olunmasını siyahıda İddiaçı adına heç bir qeydin olmadığı göstərilərək kompensasiya ödənilməsindən əsassız şəkildə imtina etmişdir. Buna görə də iddiaçı hüquqularının müdafiəsi və pozulmuş hüquqlarının bərpa olunması üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin iddiaçı tərəfindən əmlakının dövlət ehtiyacları üçün alınması nəticəsində ona dəymiş maddi ziyanın müəyyən edilməsi və ödənilməli olan kompensasiya məbləğinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici "xxxx" MMC ilə 09 oktyabr 2020-ci il tarixli müqavilə bağlamışdır. "xxxx" MMC-nin 16 oktyabr 2020-ci il tarixli, ƏEM/O 33-563/20 saylı mütəxəssis rəyindən də göründüyü kimi İddiaçı (Mülkiyyətə verilmiş torpaq sahəsi: 150,0 kv.metr x 250,0 manat/ 1 kv.metr = 37 500,0 (otuz yeddi min beş yüz) manat, İcarəyə verilmiş torpaq sahəsi: 200,0 kv.metr x 150,0 manat/1 kv.metr = 30 000,0 (otuz min) manat, Fərdi yaşayış evi, ümumi sahə - 40,0 kv.metr (3 daş kürsülü olmaqla) x 250,0 manat/1 kv.metr (100,0 manat tikinti xərci + 150,0 manat təmir xərci) = 10 000,0 (on min) manat, Daş hasar, L = 72,0 metr, H = 2,0 metr - 2880,0 (iki min səkkiz yüz səksən) manat, Dəmir darvaza, 3,0 x 2,5 metr - 500,0 (beş yüz) manat təşkil edir.) mülkiyyətinə və icarəsinə verilmiş torpaq sahələrinin üzrərində yerləşən tikililərlə birlikdə bazar dəyəri: ümumilikdə 80.880,0 (səksən min səkkiz yüz səksən) manat təşkil edir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-2213/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə tikint-texniki ekspertizası təyin edilmişdir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-419/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə tikint-texniki ekspertizası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-419/2022 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyi verilməsi qərara alınmış və mütəxəssis rəyinin verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. İddiaçının nümayəndəsi ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq, “İddiaçı xeyrinə mülkiyyətinə və icarəsinə verilmiş torpaq sahələri və həmin torpaq sahələrinin üzrərində yerləşən tikililərə görə ümumilikdə 109250(bir yüz doqquz min iki yüz əlli) manat pulun, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 №-li fərmanına əsasən həmin məbləğin 20 faizi olan 21850 (iyirmi bir min səkkiz yüz əlli) manat və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 66.4.3-cü maddəsinin tələbinə əsasən çətinliyə görə ümumi məbləğin 7 faizi olan 7647,50 (yeddi min altı yüz qırx yeddi, 50) manatın, ümumilikdə 138747,50 (bir yüz otuz səkkiz min yeddi yüz qırx yeddi, 50) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-138/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, dəqiqləşdirilmiş iddia tələbində iddiaçının mülkiyyətinə və icarəsinə verilmiş torpaq sahələri və həmin torpaq sahələrinin üzrərində yerləşən tikililərə görə ümumilikdə 109250 (bir yüz doqquz min iki yüz əlli) manat pulun tələb edilməsi dedikdə, 200 kv.m+150 kv.m torpaq sahələri, 45 kv.m fərdi yaşayış evi, o cümlədən daş hasar və dəmir darvaza üçün nəzərdə tutulan pul məbləğini nəzərdə tutur. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" QSC-dən iddiaçının xeyrinə mülkiyyətinə və icarəsinə verilmiş torpaq sahələrinin üzərində yerləşən tikililərlə birlikdə ümumi bazar dəyəri olan 80 880,00 (səksən min səkkiz yüz səksən) manat, AR Prezidentinin xx.xx.2007-ci il tarixli 689 №-li Fərmanına əsasən həmin məbləğin 20% olan 16 176 (on altı min bir yüz yetmiş altı) manat və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" AR qanununun 66.4.3-cü maddəsinin tələbinə əsasən çətinliyinə görə ümumi məbləğin 7 % olan 5 661 (beş min altı yüz altmış bir) manatın, ümumilikdə 102 717 (bir yüz iki min yeddi yüz on yeddi) manat pulun-kompensasiyanın tutulması və iddiaçıya ödənilməsinə dair" iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, İddiaçı xeyrinə mülkiyyətinə və icarəsinə verilmiş torpaq sahələri və həmin torpaq sahələrinin üzərində yerləşən tikilililərə görə ümumilikdə 109250 (bir yüz doqquz min iki yüz əlli) manat pulun, AR Prezidentinin xx.xx.2007-ci il tarixli 689 №-li fərmanına əsasən həmin məbləğin 20% olan 21850 (iyiri bir min səkkiz yüz əlli) manat və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" AR qanununun 66.4.3-cü maddəsinin tələbinə əsasən çətinliyinə görə ümumi məbləğin 7 % olan 7647,50 (yeddi min altı yüz qırx yeddi manat əlli qəpik) manatın, ümumilikdə 138747,50 (bir yüz otuz səkkiz min yeddi yüz qırx yeddi manat əlli qəpik) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" QSCnin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbi ilə razı deyilik və bununla bağlı aşağıdakıları diqqətinizə çatdırırıq. 1. İlk öncə bildirmək istəyirik ki, AR Baş Nazirinin müavinin yanında keçirilmiş iclasın 03 mart 2010-cu il tarixli, 1 saylı protokolunun 5-ci bəndinə əsasən Bakı Metropoliteninin tikinti sahələrində, o cümlədən “Dərnəgül elektrik deposunun ərazisində yerləşən tikili və qurğuların inventarizasiyasının aparılması məqsədilə Bakı Metropoliteni, Binəqədi Rayon İcra hakimiyyəti, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintinin təşkilinə və təhlikəsizliyinə Nəzarət şöbəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi, X2, Miqrasiya Məşğulluq şöbəsinin mütəxəsislərindən ibarət komissiya yaradılmışdır. Aparılmış inventarizasiyanın nəticəsi olaraq ərazidə yerləşən tikili və torpaq sahələrinə aid siyahılar tərtib olunmuş, müvafiq qaydada aktlaşdırılmış və komissiya üzvləri tərəfindən imzalanmışdır. Tərtib edilmiş həmin siyahıda İddiaçı adına heç bir qeyd olmamışdır. Belə ki, bu işlər aparılan müddətdə komissiya üzvlərinə İddiaçı tərəfindən ona məxsus torpaq sahəsinə aid heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa elektrik deposunun tikintisinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşən, köçürülməyə məruz qalan tikili və torpaq sahələri barəsində məlumatların Bakı Metropoliteni və Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiyanın üzvləri tərəfindən dəqiqləşdirilərək tərtib edilmiş siyahıda da İddiaçı aid heç bir məlumat olmamışdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tələblərinə uyğun olaraq təsdiq olunmuş siyahı kadastr planlarından çıxarışlar hazırlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmuşdur. Yalnız bundan sonra müstəqil qiymətləndirici təşkilat tərəfindən ərazidə yerləşən tikili və torpaq sahələri qiymətləndirilərək köçürülmə işləri icra olunmuşdur. 2. İddiaçı bildirir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə yerləşən və uzun müddət istifadəsində olmuş ümumilikdə 350 kv.m. torpaq sahəsi üzərində 40 kv.m fərdi yaşayış evi "Dəməgül" elektrik deposu tikintisi zamanı sökülmüş və bunun müqabilində ona hər hansı kompensasiya ödənişi olmamışdır. Qeyd edilən torpaq sahəsinin 150 kv.m.-i Rəsulzadə bələdiyyəsinin qərarı və bələdiyyə ilə bağlanmış alqı-satqı müqaviləsi ilə əldə edilmiş, 200 kv.m.-i isə həmin bələdiyyə ilə bağlanmış icarə müqaviləsi ilə iddiaçıya verilmişdir. İddiaçı məhkəməyə "xxxx" MMC-dən mütəxəssis rəyi təqdim etmiş, rəyə əsasən 150 kv. torpaq sahəsi 37500 manat, 200 kv.m. torpaq sahəsi 30000 manat, 40 kv.m. fərdi yaşayış evi təmir xərci daxil 10 000 manat, daş hasar 2880 manat və dəmir darvaza 500 manat qiymətləndirilmişdir. 3. İş üzrə məhkəmə tərəfindən ekspertizalar təyin edilmiş və mütəxəsisis rəyi alınmışdır. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixli 10/60808 saylı rəydə aşağıdakılar qeyd edilir: - Araşdırma zamanı peyk görüntülərindən məlum olur ki, (xx.xx.2013 sxem) 2013cü ildə və o tarixdən əvvəlki illərdə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 3126-cı məhəllə ünvanda yerləşən (mübahisələndirilən ərazidə) torpaq sahəsi üzərində tikililər mövcud olması görünsə də, həmin tikililərin ölçülərini müəyyən etmək mümkün deyildir. - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 3126-cı məhəllə ünvanda yerləşən mübahisələndirilən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi (Binəqədi rayonu. M.Ə.Rəsulzadə bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahələrinin xəritələri aidiyyati qurumlar tərəfindən təsdiq edilmədiyindən həmin ərazilər dövlət mülkiyyəti hesab edilir) İddiaçı ayrılarkən və ya ayrıldıqdan əvvəl həm də (sonra) hal-hazırda Binəqədi Rayonu M.Ə. Rəsulzadə bələdiyyəsinin hüdudları daxilindədir. Beləliklə, rəyin birinci hissəsinə görə: - Tikilinin təsvirini, nədən ibarət olmasını və onun ölçülərini müəyyən etmək mümkün deyil; - Mübahisəli torpaq üzərində tikilinin məhz X4 məxsus olması heç nə ilə sübuta yetirilməmişdir. Rəyin ikinci hissəsinə gəldikdə isə: Ekspert özü də təsdiq edir ki, torpaq sahəsi dövlət mülkiyyətidir. Deməli, bələdiyyənin həmin torpaq sahəsi üzərində hər hansı mülkiyyət hüququ olmayıb, müvafiq olaraq ona münasibətdə sərəncam vermək səlahiyyətinə də malik olmayıb. - Mübahisə edilən torpağın “Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin hüdudları daxilində yerləşir " kimi abstrakt, qeyri-müəyyən cavabın verilməsi isə onun mülkiyyətin növünü dəyişə, həmin torpaq üzərində bələdiyyənin hər hansı sərəncam vermək hüququnu yarada bilməz. 4.Bələdiyyə ilə bağlanmış xx.xx.2006-cı il tarixli 06/08 saylı icarə müqaviləsinə əsasən bağ-bostan təyinatı üçün 200 kv.m. torpaq sahəsinə görə iddiaçının kompensasiya tələb etməsinə gəldikdə bildiririk ki, həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması heç nə ilə təsdiqlənmir. Digər tərəfdən, müqavilədə torpaq sahəsinin icarə müddəti xx.xx.2009-cu il tarixədək qeyd olunmuşdur və onun müddətinin uzadılmasına dair mötəbər sübutun olmadığına və ya yeni icarə müqaviləsi bağlanmadığına görə həmin torpaq sahəsinə münasibətdə iddiaçının əmlak hüququna malik olması heç nə ilə sübuta yetirilmir, müvafiq olaraq onun bu torpaq sahəsi ilə əlaqədar subyektiv hüququ da ola bilməz. Belə olan halda iddiaçının həmin torpaq sahəsi ilə bağlı ümumiyyətlə iddia irəli sürə bilməsi üçün heç bir hüquqi əsas mövcud deyil. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli 10/5674 saylı rəydə aşağıdakılar qeyd edilir: - Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, “Google Earth” xəritə proqramının ortofoto görüntülərinə əsasən İddiaçı məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə yerləşən mübahisəli ərazidə mövcud olmuş tikilinin yerləşdiyi sahənin təqribən 45 kv.m. təşkil etdiyi müəyyən edilir. İddiaçının 40 kv.m. olaraq müəyyən etdiyi tikilinin ölçülərinin 45 kv.m. olaraq müəyyən edilməsi kifayət qədər əsaslandırılmamış, həmçinin peyk görüntülərinə istinadən mövcud olması bildirilən tikilinin nədən ibarət olmasına bu dəfə də aydınlıq gətirilməmişdir.
5. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2021-ci il tarixli 10/60808 saylı rəyindən də göründüyü kimi mübahisəli torpaq sahəsi bələdiyyənin mülkiyyəti olmadığından və torpağa dair bütün mülkiyyət hüquqları dövlətə məxsus olduğundan 150 kv.m. torpaq sahəsinə iddiaçı və bələdiyyə arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız olmuşdur. 6. Azərbaycan Respublikasında torpaqla bağlı münasibətlərin, o cümlədən dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, torpaq münasibətləri iştirakçılarının hüquq və vəzifələri, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən normativ-hüquqi aktlardan biri də Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsidir. Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cü bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Qeyd olunan maddənin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununun 2.1-2.2 bəndlərinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır və bu qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 12.1 -ci bəndinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 7. Beləliklə, yuxarıda qeyd edilənlərdən məlum olduğu kimi iddiaçının iddia tələbi öz sübutunu tapmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, iddia edilən torpaq sahəsinin 150 kv.m. hissəsinə bağlanmış alqı-satqı müqaviləsi mövcud qanunvericilik normalarına ziddir, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması təsdiqlənmiş, iddiaçının torpağa mülkiyyətini təsdiq edən sənəd (çıxarış ) yoxdur, barəsində icarə müqaviləsi bağlanmış 200 kv.m. torpaq sahəsinə gəldikdə isə həmin müqavilənin müddəti xx.xx.2009-cu ildə bitmiş, ümumiyyətlə mülkiyyətçi olmadığından bələdiyyənin icarə müqaviləsi bağlamaq hüququ da olmamışdır. Torpaq sahəsinin üzərindəki tikiliyə gəldikdə isə iş materiallarından göründüyü kimi, həmin tikilinin nədən ibarət olmasının müəyyən edilməsi mümkün olmamış, İddiaçı məxsusluğu heç nə ilə təsdiqlənməmiş, onun ölçüləri belə mübahisəli olmuş və onun tikintisinə çəkilmiş xərcin necə hesablanmasına dair heç bir sübut təqdim edilməmişdir. İddiaçının vəkilinin "xxxx" MMC-nin müraciəti əsasında həmin təşkilat tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi isə iddiaçının subyektiv mülahizələrinə istinadən verilmişdir ki, bu da həmin sənədin obyektivliyini şübhə altına alır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubunun surəti; - xx.xx.2005-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Aktın surəti; - M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06/08 saylı “X1” icarə müqaviləsinin surəti; - xx.xx.2005-ci il tarixli 123 nömrəli “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında “ Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin qərarının surəti; - xx.xx.2003-cü il tarixli 109 nömrəli “vətəndaş X5 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında “ Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin qərarının surəti; - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubu və əlavə edilm sənədlərin təsdiq edilmiş surəti; - Əmlak Ekspert Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6808 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyi; - 01/22-299 nömrəli xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyi; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5674 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırki iddia tələbindən müəyyən edilir ki, iddiaçıya məxsus 10 daş hündürlüyündə mişar daşından tikilmiş hasarla əhatə olunmuş, ümumilikdə 350 kv.m torpaq sahəsi və həyətdə ümumi sahəsi 40 kv.m olan, 3 daş üzərində tikilmiş (kürsülü), 1 mərtəbəli, orta təmirli fərdi yaşayış evi “Dərnəgül” elektrik deposunun tikintisi zamanı “Torpaqların dövlət ehtiyacıları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunun tələbləri kobud şəkildə pozularaq iddiaçıya hər hansı məbləğdə kompensasiya ödənilmədən qanunsuz olaraq alınmışdır. Bundan sonra iddiaçı və bacısı X3 müxtəlif dövlət orqanlarına kompensasiyanın ödənilməsi ilə bağlı müraciətlər etmişlər, lakin bu günə qədər onlara hər hansı məbləğdə kompensasiya ödənilməmişdir. Cavabdeh inzibati icraat zamanı iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Baş Nazirinin müavininin yanında keçirilmiş iclasın 03 mart 2010-cu il tarixli, 1 saylı protokolunun 5-ci bəndinə əsasən Bakı Metropoliteninin tikinti sahələrində, o cümlədən “Dərnəgül” elektrik deposunun ərazisində yerləşən tikili və qurğuların inventarizasiyasının aparılması məqsədilə Bakı Metropoliteni, Binəqədi rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintinin təşkilinə və təhlükəsizliyinə Nəzarət şöbəsi, Dövlət Torpaq və Xaritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi, Dövlət Qaçqınkomun məskunlaşma, Miqrasiya Məşqulluq şöbəsinin mütəxəssislərindən ibarət komissiya yaradılmışdır. Aparılmış inventarizasiyanın nəticəsi olaraq ərazidə yerləşən tikili və torpaq sahələrinə aid siyahılar tərtib olunmuş, müvafiq qaydada aktlaşdırılmış və komissiya üzvləri tərəfindən imzalanmışdır. Tərtib olunmuş siyahıda İddiaçı adına heç bir qeyd olunmamışdır. Belə ki, bütün bu işlər aparılan müddətdə komissiya üzvlərinə İddiaçı tərəfindən ona məxsus torpaq sahəsinə aid heç-bir sənəd təqdim olunmamışdır. İş materiallarında olan Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “vətəndaş İddiaçı mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə torpaq sahəsinin satılması haqqında” xx.xx.2005-ci il tarixli 123 saylı Qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası küçəsi 853 saylı evdə pasport qeydiyyatda olan vətəndaş X5 xx.xx.2005-ci il tarixli razılıq ərizəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi 2/23-də yaşayan vətəndaş İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadiyyat daimi komissiyasının xx.xx.2005ci il tarixli rəyinə əsasən, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə yerləşən 150 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə veriməsi qərara alınmışdır. (hər kv.m üçün 20 800 manat ödəmək şərti ilə) İş materiallarında olan Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006cı il tarixli 06/08 saylı “X1” İcarə Müqaviləsinə əsasən M.Ə.Rəsulzadə Bələdiyyəsinin mülkiyyətində olan 3126-cı məhəllə ünvanında yerləşən 200 kv.m torpaq sahəsi bağbostan sahəsi təyinatı ilə müvəqqəti istifadə (icarə) hüququ ilə İddiaçı verilmişdir. İcarə müqaviləsindən görünür ki, torpaq sahəsinin icarə müddəti xx.xx.2009-cu il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən aparılmış ƏEM/O-33-536/20 saylı xx.xx.2020-ci il tarixli qiymətləndiricinin rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06/08 saylı X1 İcarə Müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə və icarəsinə verilmiş torpaq sahəsinin üzərində ümumi sahəsi təxminən 40 kv.m (1 kv.m x 250 manat) 3 daş üzərində tikilmiş orta təmirli fərdi yaşayış evinin daş hasar və dəmir darvaza ilə birlikdə (2880+500 manat) bazar dəyəri 13 380 (on üç min üç yüz səksən) manat təşkil etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli müşayiət məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir:
1. Araşdırma zamanı peyk görüntülərindən məlum olur ki, (xx.xx.2013 sxem) 2013cü ildə və o tarixdən əvvəlki illərdə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 3126-cı məhəllə ünvanda yerləşən (mübahisələndirilən ərazidə) torpaq sahəsi üzərində tikillilər mövcud olması görünsədə həmin tikililərin ölçüsünü müəyyən etmək mümkün deyil.
2. Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 3126-cı məhəllə ünvanda yerləşən mübahisələndirilən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi İddiaçı ayrılarkən və ya ayrıldıqdan həm əvvəl, həm də (sonra) hal-hazırda Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin hüdudları daxilində yerləşir. İş materiallarından görünür ki, iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/6808 nömrəli ekspert rəyi mütəxəssis rəyi ilə eynilik təşkil etmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin 01//22-299 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 3126-cı məhəllə ünvanında yerləşən torpaq sahəsinin üzərində icarə hüquqları nəzərə alınmaqla 1 kv metrinin xx.xx.2022-ci il tarixinə olan bazar dəyəri 280 (iki yüz səksən) manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 105674 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdi: rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, “Google proqramının ortofoto görüntülərinə əsasən İddiaçı məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 3126-cı məhəllədə yerləşən mübahisəli ərazidə mövcud olmuş tikilinin yerləşdiyi sahənin 45 kv.m təşkil etdiyi müəyyən edilir. Cavabdeh orqan tərəfindən məhkəmə icraatında iddia tələbinə qarşı yazılı etiraz məktubu təqdim etmişdir. Etirazın dəlilləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1-ci və 5.2-ci maddələrinə əsasən, dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alına bilər və Qanunun məqsədləri baxımından “alınma” dedikdə, həm də istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması başa düşülür. Qeyd edilən maddələrin tələbləri baxımından məhkəmə qeyd edir ki, dövlətə məxsus torpaqların istifadəçiləri həmin torpaq sahələri geri alındıqda torpaq üzərindəki hüquqlarına görə kompensasiya almaq hüququna malikdirlər. Belə ki, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında 7.3.1-ci maddəsinə əsasən torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanuna uyğun istifadə və ya icarə hüquqları olan şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinin əsaslarını müəyyən edir ki, onlardan biri də, dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyinin yaranmasıdır. Həmin Məcəllənin 81-ci maddəsi isə torpaqdan istifadəyə və icarəyə xitam verildikdə, torpaqda aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəçiyə və icarəçiyə ödəmək öhdəliyi müəyyən etmişdir. Belə ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçının hüququna onun qanuni istifadəsində olan torpaq sahəsinin alınması qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd olunan tələblər və prosedurlar yalnız şəxsin mülkiyyətində deyil, həm də onun qanuni istifadəsində olan torpaq sahəsinə və daşınmaz əmlaka münasibətdə də tətbiq olunmalıdır. Başqa sözlə, belə hallarda şəxsin qanuni istifadə hüququ da müdafiə olunmalıdır. Məhkəmə hazırki iş üzrə iddiaçının, 200 kv.m torpaq sahəsinə dair kompensasiya tələb edilməsi dəlillərinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06/08 saylı icarə müqaviləsinə əsasən M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətində olan 3126-cı məhəllə ünvanında yerləşən 200 kv.m torpaq sahəsi (bağ-bostan sahəsi təyinatı ilə müvəqqəti istifadə (icarə) hüququ ilə) İddiaçı istifadəsinə verilmiş, müqavilənin qüvvədə olma müddəti xx.xx.2009-cu ilədək müəyyən edilmişdir və həmin bağ sahəsinə dair müqavilənin icarə müddətinin artırılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, sözügedən müqavilə 2009-cu il tarixi əhatə edən dövr ərzində qüvvədə olduğu üçün hüquq münasibətlərinin yarandığı zaman mülkiyyətə müdaxilə edilən dövrdə qüvvədə olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabeh orqan tərəfindən söküntü işləri həyata keçirilərkən iddiaçının 200 kv.m torpaq sahəsi üzərində hüquqları mövcud olmadığından, həmin torpaq sahəsinə dair kompensasiya tələb edilməsinə dair iddiası əsassızdır və həmin hissədə tələb təmin edilə bilməz. Həmçinin, məhkəmə iddiaçının tələb etdiyi kompensasiya məbləğlinin fərdi yaşayış evinin daş hasarı və dəmir darvaza ilə birlikdə (2880+500 manat) 3380 manat hissəsi ilə bağlı qeyd edir ki, həmin daş hasarın və dəmir darvazanın mövcud olması məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məkəhəmə, iddiaçının Azərbaycan Respublikası Qanununun 66.4.3-cü maddəsinin tələbinə əsasən çətinliyə görə ümumi məbləğin 7 faizi olan 7647,50 (yeddi min altı yüz qırx yeddi, 50) manatın ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, göstərilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçı sözügedən yaşayış sahəsində azı 5 il yaşadığını təsdiq edən və həmin yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən normaların tələbləri pozulmamış və iddia həmin hissədə də təmin edilməməlidir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 35.3-cü maddəsinə görə torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin alınması məqsədi və əsasları barədə qərarın qəbul edilməsi, onun dəyərinin müəyyən edilməsi, iddiaçı ilə alqı-satqı müqavilənin bağlanması və ona əmlakın dəyərinin ədalətli şəkildə, həm də əvvəlcədən ödənilməsi ilə bağlı tələblərə riayət olunmamışdır. Nəticədə cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmuşdur. Van Marle və başqaları Niderlanda qarşı iş üzrə qərarında qeyd olunmuşdur ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Sporronq və Lonnpot İsveçə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Belə ki, kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Axverdiyev Azərbaycana qarşı işi üzrə Avropa Məhkəməsinin qərarı). Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllülük əsasında özgəninkiləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə qeyd edir ki, 150 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da xx.xx.2021-ci il tarixli 10/6808 nömrəli ekspert rəyinə əsasən həmin torpaq sahəsi ayrılarkən və hal-hazırda Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin hüdudları daxilində mövcud olmuşdur. Qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 123 saylı Qərarı ilə iddiaçıya ayrılmışdır. Hazırkı iş üzrə iddiaçıya məxsus olan əmlakın real bazar dəyərinin müəyyən edilməsi, həm də ona ədalətli kompensasiya ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisələndirilən daşınmaz əmlakın (Bakı şəhəri, Binəqədi rayonu, 3126-cı məhəllə ünvanında yerləşən torpaq sahəsinin üzərində icarə hüquqları nəzərə alınmaqla 1 kv.m-nin bazar dəyəri neçə manat təşkil edir. Məhkəmə tərəfindən iddiaçının torpaq üzərində mülkiyyət hüquqları qeydə alınmadığından icarə hüquqları əsasında qiymətləndirilmənin aparılması həyata keçirilmişdir.) real bazar dəyərinin müəyyən edilməsi ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, 3126-cı məhəllə ünvanında yerləşən torpaq sahəsinin üzərində mülkiyyət hüquqları qeydə alınmadığından torpaq sahəsinin üzərində icarə hüquqları nəzərə alınmaqla 1 kv metrinin xx.xx.2022-ci il tarixinə olan bazar dəyəri 280 (iki yüz səksən) manat təşkil etdiyinə dair mütəxəssis rəyi verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən görülmüş işlər nəticəsində iddiaçıya məxsus olan 45 kv.m olan tikili və torpaq sahəsinin 150 kv.m hissəsi tikinti altına düşdüyü nəzərə alınaraq vurulan ziyana görə kompensasiya da həmin hissəyə münasib olaraq hesablanmalıdır. Həmçinin vurulan ziyana əlavə olaraq “Azərbaycan Respublikası Mülki Məcəl+ləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №-li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir. Lakin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 32.3-cü maddəsinə əsasən bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Hazırkı iş üzrə torpaqların dövlət ehtiyacı üçün alınması zamanı iddiaçının məlumatı və razılığı olmamış, daha sonra isə tərəflər arasında kompensasiyanın ödənilməsi ilə bağlı mübahisə yaranmışdır. Belə bir vəziyyətdə torpağın könüllü qaydada satılmasından söhbət gedə bilməz. Beləliklə məhkəmə qeyd edir ki, tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti 42 000 manat (150x280=42000) təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 105674 nömrəli ekspert rəyinə əsasən İddiaçı məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 3126-cı məhəllədə yerləşən mübahisəli ərazidə mövcud olmuş tikilinin yerləşdiyi sahənin 45 kv.m təşkil etdiyi müəyyən edilir. Müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən aparılmış ƏEM/O-33-536/20 saylı xx.xx.2020-ci il tarixli qiymətləndiricinin rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06/08 saylı X1 İcarə Müqaviləsinə əsasən İddiaçı ayrılmış 150 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin real bazar qiyməti 1 kv.m üçün 250 manat olaraq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan kompensasiya hesablanan zaman mütəxəssis və ekspert rəyini əsas götürərək M.Ə.Rəsulzadə qəsəbəsi 3126-cı məhəllə ünvanda torpaq sahəsində yerləşən 45 kv.m fərdi yaşayış evinin və 150 kv.m torpaq sahəsinin bazar qiyməti 54.315 manat (11250 (250 x 45 kv.m) + 42000 (150 kv.m x 280= 42000) = 53250+20%=54.315) təşkil edir. Həmçinin, məhkəmə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq iddiaçıya ayrılan 150 kv.m torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması zərurəti yarandığından iddiaçının evinin sökülməsi və əvəzinə müvafiq kompensasiyanın təklif edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdehin belə davranışı kompensasiyanın ödənilməsindən yayınma kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. Əmlakın yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında alınacaq əmlaka uyğun torpağın bazar qiymətini müəyyən edən bazar olmadıqda isə, əmlakın bazar qiyməti digər mötəbər sübutlara istinadla müəyyən edilməlidir. Belə mötəbər sübutlara isə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət edilməklə verilmiş mütəxəssis rəyləri və Əmlak Məsələləri Dövlət Xidmətindən alınmış rəylər aid edilə bilərlər. “Qiymətləndirmə haqqında” Qanunun: Maddə 7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. - Maddə 1.Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər hesab edilir. (-); 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; - Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. - Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. - Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. - Maddə 6. Torpaqları dövlət ehtiyacları üçün alan orqan 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. - Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. - Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; - Maddə 32. Torpağın mərzlənməsi və qiymətləndirilməsi 32.3. Bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. - Maddə 35. Torpağın satın alınması təklifinin qəbul olunması və müqavilənin bağlanması 35.1. Torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır. 35.3. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. - Maddə 49.İcarədə olan dövlət və ya bələdiyyə torpaqlarının müəyyən hissəsinin alınması 49.1. İcarədə olan dövlət və ya bələdiyyə torpaqları (onun müəyyən hissəsi) dövlət ehtiyacları üçün satın alındıqda bu Qanunla müəyyən edilən satınalma qiymətinə icarəçinin bu torpaqla bağlı üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərər də daxil edilir. 49.2. İcarədə olan dövlət və ya bələdiyyə torpaqlarının müəyyən hissəsi alındıqda icarəçi tərəfindən ödəniləcək icarə haqqına icarədə olan torpağın sahəsinin azalması və geri alınmanın digər nəticələri nəzərə alınmaqla yenidən baxılır və icarəçidə saxlanılan torpağın qanunvericiliyə uyğun olaraq yenidən mərzlənməsi və üzərində hüquqların dövlət qeydiyyatına alınması təşkil edilir. - Maddə 52. Məhkəmə təsdiqi 52.1. Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. - Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya
54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. - Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülü - Maddə 66. Çətinliklərə görə kompensasiya 66.1. Bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. 66.2. Çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. 66.3. Alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. 66.4. Çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin aşağıda göstərilən faizi miqdarında müəyyənləşdirilir: 66.4.1. 5 ildən 6 ilədək müddət üçün — 5 faiz; 66.4.2. 6 ildən 7 ilədək müddət üçün — 6 faiz; 66.4.3. 7 ildən 8 ilədək müddət üçün — 7 faiz; 66.4.4. 8 ildən 9 ilədək müddət üçün — 8 faiz; 66.4.5. 9 ildən 10 ilədək müddət üçün — 9 faiz; 66.4.6. 10 ildən artıq müddət üçün — 10 faiz “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 247. Torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiya 247.4.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar; 247.4.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermiş və bununla əlaqədar həmin əmlaka dair iddiaçıya cavabdeh tərəfindən heç bir kompensasiya ödənilməmişdir. Bu vəzifə inzibati orqan kimi cavabdehin vəzifəsi olsa da, cavabdeh vaxtında bu vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbində qeyd olunanları, habelə cavabdehin mövqeyini, eyni zamanda dövlət büdcəsinin maraqları nəzərə alınaraq hesab edir ki, kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Məhkəmənin qənaətinə görə kompensasiya məbləği layihənin həyata keçirildiyi dövrdə digər mülkiyyətçilərə ödənilən məbləğlərə uyğun olmalıdır. Mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddia tələbi "xxxx" QSC tərəfindən həyata keçirilmiş müvafiq layihə çərçivəsində ödənilən kompensasiya məbləği, mütəxəssis rəyləri nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli və İddiaçı 54.315 manat məbləğində kompensasiyanın ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.2-ci naddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən, kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq İddiaçı 54.315 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması hissəsində təmin, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı dövlət büdcəsi hesabına cavabdehdən tutularaq 54.315 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev