Məhkəmə qərarları › İş №2-1(112)-138/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-138/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-138/2024 17.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********733900 nömrəli qərarının və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə “ xx.xx.2021-ci il tarixli, **********884900 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının qanuni təmsilçisi X2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli , **********236200 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2021-ci il tarixli, **********733900 saylı qərarına əsasən "xxxx" MMC-nə 2020-ci ilin vergi dövrünə görə 186.299,57 manat məbləğində mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablanmışdır. Həmin qərardan "xxxx" MMC tərəfindən inzibati şikayətlə Dövlət Vergi Xidmətinə müraciət edilmiş və Dövlət Vergi Xidmətinin «İnzibati şikayətin qismən təmin edilməsi haqqında» 20 sentyabr 2021-ci il tarixli, **********526900 nömrəli Qərarı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2021-ci il tarixli, **********733900 saylı Qərarı 42925,13 manat vergi məbləğinin hesablanması hissəsində azaldılmış, 143334.57 manat verginin hesablanması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2021-ci il tarixli, **********884900 saylı qərarına əsasən "xxxx" MMC-ə 2020-ci ilin vergi dövrünə görə 167.581.34 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Vergi orqanı tərəfındən qeyd olunan qaydada və məbləğdə vergilərin hesablanması tamamilə əsassız və qanunsuzdur. Belə ki, cəmiyyət tərəfindən 2020-ci il ərzində ümumilkdə 5.472.417,72 manat məbləğində mallar təqdim edilmişdir ki, bu məbləğə vergi orqanı tərəfındən 186.299,57 manat məbləğində əlavə vergi hesablanmışdır. Lakin həmin malların faktiki dəyərlə hesablanması aparıldıqda 2020-ci ildə idxal edilmiş malların invoys dəyəri 4.923.125,60 manat, idxal gömrük rüsumu isə 673.319.76 manat olmaqla ümumilkdə malların maya dəyəri 5.596.445,36 manat təşkil etmişdir. Eyni zamanda 2020-ci il ərzində təqdim edilmiş malların invoys dəyəri 4.596.830,88 manat, gömrük rüsumu isə təqdim edilmiş mallara nisbətdə 595.419.76 manat təşkil edir ki, bu məbləğ də malların maya dəyərinə əlavə edildikdə (Vergilər Məcəlləsi 143-cü maddə) malların maya dəyəri 5.192.250,64 manat, əmək haqqı 47900,55 AZN, sosial sığorta haqqı 9503,54 AZN, bank xərcləri 36000 AZN, icarə haqqı xərcləri 1335.78 manat da daxil olmaqla ümumilkdə 5.286.990,51 manat məbləğində xərc mövcud olmuşdur ki, bu hesablama nəticəsində Cəmiyyətin (5.472.417,72- 5.286.990,51=185.427,21manat*20%) 37.085,44 manat məbləğində mənfəət vergisi hesablanması aparılmalıdır. Göründüyü kimi aidiyyatı vergi orqanı bu xərcləri, xüsusilə də idxal gömrük rüsumlarını nəzərə almadan tərəflərindən təqdim edilmiş mənfəət vergisi (tərəflərindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə 24206.92 manat) də daxil olmaqla ümumilikdə 210.506,49 manat məbləğində vergi hesablamışdır ki, bu da orta hesabla ümumi dövriyyənin 19-20%-i qədər mənfəət məbləğini təşkil edir ki, reallıqda heç bir sahibkarlıq fəaliyyətindən belə bir gəlir əldə etmək mümkün deyildir. Məhz yuxarıda qeyd olunan məlumatlar mənfəət vergisi bəyannaməsinə malların faktiki dəyəri ilə daxil edilməlidir ki, yaranmış uyğunsuzluq aradan qalxmış olsun. Lakin vergi orqanı tərəfındən kameral vergi yoxlaması qərarı əsasında hesablama aparılmışdır ki, bunun üçün də bu məlumatları daxil etmək mümkün deyildir. Qeyd edilməli olan digər hal isə 2020-ci ilin Mənfəət vergisi bəyannaməsinin 1 №-li Əlavəsi ilə bağlıdır ki, məhz aidiyyatı vergi orqanının xx.xx.2021-ci il tarixli, **********733900 nömrəli qərarın “Bəyannamədə və hesabatda düzəliş edilməsinin səbəbi” barədə məlumat bölməsində “Mənfəət vergisi bəyannaməsi”nin 1 nömrəli Əlavəsinin Ehtiyyatlar (mallar) üzrə bölməsinə düzəliş edilməklə ilin sonuna Ehtiyyat (mal) qalığının 597.234.42 manat müəyyən edilmişdir” kimi qeyd aparılmışdır ki, bu qalıq məbləği real mal qalığını əks etdirmir. Göründüyü kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2020-ci ilin Mənfəət vergisi üçün hesablamış olduğu xx.xx.2021-ci il tarixli, **********733900 nömrəli Qərarda Cəmiyyətin ödəmiş olduğu idxal rüsumlarını xərc kimi malların maya dəyərinə aid etməmişdir ki, bu da əlavə vergi hesablamasına zəmin yaratmışdır. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfındən mübahisələndirilən qərarlar qəbul edildikdən sonra xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və qeyd edilən bəyannaməyə kameral qaydada münasibət bildirilərək, xx.xx.2021-ci il tarixli, **********236200 saylı qərar qəbul edilmişdir. Sözügedən qərarın qəbul edilməsi ilə xx.xx.2021-ci il tarixli, **********884900 saylı qərar ləğv edilmiş və vergi ödəyicisinə 143581,34 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin "hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 10538,12 manat məbləğ, həmin hesabat il üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) üzrə cəmi hesablanmış 9503,54 manat sığorta haqqlarının məbləğindən 1034,58 manat artıq olması nəticəsində kənarlaşma yaranmışdır. Eyni zamanda cəmiyyət tərəfındən 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 1066523,18 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Belə ki, cəmiyyət tərəfindən 2020-ci il ərzində aparılmış yük-gömrük bəyannamələri üzrə idxal olunmuş malların faktiki (invoys) dəyəri (ƏDV-siz, idxal, aksiz və digər rüsumlarla birlikdə) 4923125,6 manat, cəmi əldə edilmiş e-qaimə faktura üzrə xərc məbləği 33612,87 manat, o cümlədən e-qaimə faktura üzrə mal alışı 22224,05 manat təşkil etsə də təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 01 nömrəli əlavəsində “mallar” üzrə “dövr ərzində daxil olmuşdur” sütununda göstərilən 6004793,22 manat məbləğlə müqayisədə idxal əməliyyatlarının uçotunun statistik dəyərlə aparıldığı müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Yaranmış kənarlaşmalarla bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********002900 nömrəli, xx.xx.2021-ci il tarixli, **********568600 nömrəli və xx.xx.2021-ci il tarixli, **********575600 nömrəli “2020-ci il üçün təqdim edilməmiş mənfəət (gəlir) vergisi bəyannaməsi barədə" uyğunsuzluq məktubları göndərilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) mənfəət vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə ümumilikdə 186506,49 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********673400 nömrəli və xx.xx.2021-ci il tarixli, **********733900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 01 nömrəli əlavəsinin "mallar” sətirinin “təqdim edilmişdir” sütununda göstərilmiş 5472417,72 manat məbləğlə, həmin bəyannamənin xərclər bölməsində “malın dəyəri” sətirində göstərilmiş 5257792,05 manat məbləğin müqayisəsi nəticəsində yaranmış 214625,67 manat fərq vergi ödəyicisinin xeyrinə şərh edilməklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********526900 nömrəli “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” Qərara əsasən hesablanmış əlavə vergi məbləğinin 42925,13 manat hissəsi azaldılaraq şəxsi hesab vərəqədə müvafiq düzəlişlər təmin edilmişdir. Vergi ödəyicisi “İnzibati şikayətin qismən təmin edilməsi barədə” Qərarla razı olmadığını bildirərək yenidən xx.xx.2021-ci il tarixdə müvafiq dövr üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etməklə sonuncu kameral vergi yoxlamasından sonra büdcəyə hesablanmalı vergi məbləğini 143581,34 manat azaltmışdır. Eyni zamanda 2020-ci il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ehtiyatlar üzrə göstəricilər dəyişdirilərək ilin sonuna mal qalığı 171498,14 manat azaldılsa da cəmiyyət bununla bağlı müvafiq təsdiqedici sənədlər, o cümlədən malların hərəkəti üzrə cədvəl məlumatını vergi orqanına təqdim etməmişdir. Qeyd edilənlərlə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********531200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Məktuba cavab olaraq müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyindən xx.xx.2021-ci il tarixli, **********236200 saylı qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 öz çıxışında bildirmişdir ki, iddiaçı bundan öncəki məhkəmə iclasına da gəlməmiş, məhkəmə iclasına gəlməməsi iddiaçının iddiaya marağının olmamasını göstərir. Cavabdehin nümayəndəsi İPM-nin 55.3-cü maddəsinə əsasən iddiaçı iş üzrə məhkəmə icraatından yayındığından iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin - 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddicca mümkün sayılır. - 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 24 may 2022-ci il tarixli Qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2020-ci ilin mənfəəti nə qədər təşkil edir? 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2020-ci il mənfəət vergisi üzrə 143.581,34 manat əlavə hesablama müəyyən olunurmu? 3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2020-ci illər üzrə gəlirdən çıxılmalı olan xərclərinin tərkibi, ümumiyyətlə gəliri və xərci müəyyən olunsun; 4. Gəlirin əldə edilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xərcləri yoxlama dövrünü əhatə edən sənədlərlə öz təsdiqini tapırmı? 5. Gəlirin əldə edilməsi ilə bağı xərclərə aid olan sənədlər ciddi hesabat sənədlər hesab edilirmi? 6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ilin sonuna (2020-ci ilin) ehtiyat (mal) qalığı müəyyən olunurmu? 7. Əgər ehtiyat (mal) qalığı müəyyən olunursa, həmin qalıq məbləğ nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07 iyul 2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-cü il tarixli, 9/4468 saylı vəsatətlə məhkəmə-mühasibat ekspertizasının aparılması üçün "xxxx" MMC-nin fəaliyyəti üzrə ilkin mühasibat sənədləri (qaimə fakturalar, VHF-lər, ödəniş sənədləri) gəlirin əldə olunması ilə bağlı digər xərc sənədləri (bank xərci, sosial ayırmalar və.s) şəxsi hesab vərəqəsi, YGB-lər və s. təqdim edilməsi xahiş olumuşdur. Məhkəmə tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 08 iyul 2022-ci il tarixli məktub ilə, ekspertin vəsatətinin təmin edilməsi iddiaçıya bildirilmişdir, lakin iddiaçı tərəfindən ekspertizanın baş tutması üçün lazımı sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2022-ci ildə məhkəməyə daxil olmuş məlumatı ilə ekspertizanın aparılmasından imtina edilmiş və iş materialları icrasız geri qaytarılmışdır. Sonradan məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli Qərardadı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə icraatın təzələnməsi və məhkəmə iclasının xx.xx.2022-ci il tarixə, saat 11:40-a təyin edilməsi qərara alınmışdır. Təyin edilmiş məhkəmə iclasında iddiaçı səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, işin halların və mübahisənin vəziyətinin müzakirə prosesində iştirak etməmişdir. Sonradan məhkəmənin 28 fevral 2023-cü il tarixli Qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Əziz Alqayevin 06 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 9/3683 saylı vəsatətlə məhkəmə-mühasibat ekspertizasının aparılması üçün İddiaçı MMC-nin fəaliyyəti üzrə ilkin mühasibat sənədləri (alış və satışa dair e-VHF,e-qaimə faktura, ödəniş sənədləri, kassa məxaric və mədaxil orderləri və s.) gəlirin əldə olunması ilə bağlı digər xərc sənədləri (əmək haqqı xərci, sosial ayırmalar, enerji xərci v.s.) şəxsi hesab vərəqəsi, bəyannamələr, YGN, və s. məhkəmə mühasibatlıq ekspertizasının qanunvericiliyin tələblərinə görə ilkin sənədlər əsasında aparılması üçün təqdim olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 19 iyun 2023-cü il tarixli və 24 avqust 2023-cü il tarixli məktubları ilə, qeyd edilən sənədlərin ekspertə təqdim olunması üçün qısa müddətdə məhkəməyə göndərilməsi xahiş edilmiş, lakin iddiaçı tərəfindən ekspertizanın baş tutması üçün lazımı sənədlər məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə həmin sənədlərin onda mövcud olub-olmaması barədə məhkəməyə və ya ekspertə bildirməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü ildə məhkəməyə daxil olmuş məlumatı ilə ekspertizanın aparılmasından imtina edilmiş və iş materialları icrasız geri qaytarılmışdır Məhkəmənin 23 avqust 2023-cü il tarixli və 17 yanvar 2024-cü il tarixə təyin edilmiş iclasına iddiaçı səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, işin halların və mübahisənin vəziyətinin müzakirə prosesində iştirak etməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir, uzun müddətdir ki, ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar