Məhkəmə qərarları › İş №2-1(112)-13804/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13804/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13804/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 7 Saylı Bakı Cavabdehnə qarşı “doğum akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon qeydiyyat şöbəsində xx.xx.1986-cı il tarixli 55 saylı doğum aktında baş vermiş səhvliklə əlaqədar soyadı “Məmmədov” yerində “Məmmədova”, adı “Pərvin”, ata adı “Güləhməd oğlu” yerinə “Güləhməd qızı”, cinsi isə “kişi” yerinə “qadın” olmasına mənsub olması faktı müəyyən edilməsi vəzifəsinin cavabdeh 7 Saylı Bakı Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Cəlilabad rayon qeydiyyat şöbəsində xx.xx.1986-cı il tarixli 55 saylı doğum haqqında akt qeydində soyadı qrafasında “Məmmədov” əvəzinə “Məmmədova”, adı qrafasında “Pərvin”, ata adı qrafasında “Güləhməd oğlu” əvəzinə “Güləhməd qızı”, cinsi qrafasında isə “kişi” əvəzinə “qadın” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuşdur, Cəlilabad rayon qeydiyyat şöbəsində xx.xx.1986-ci il tarixli 55 saylı doğum haqqında akt qeydi aşkar edilmiş və həmin aktda soyadı “Məmmədov” adı “Pərvin” ata adı ”Güləhməd oğlu” cinsi “kişi” kimi qeyd olunmuşdur. Bu Cəlilabad rayon qeydiyyat şöbəsinin etdiyi məsuliyyətsizlik və bir səhvdir, şəxsiyyət vəsiqəsində belə soyadı “Məmmədova” adı “Pərvin” ata adı isə “Güləhməd qızı” cinsi “qadın” kimi qeyd olunmuşdur. O, ailə həyatı qurduqdan sonra isə şəxsiyyət vəsiqəsində soyadı “İmanova” adı “Pərvin” ata adı isə “Güləhməd qızı” cinsi “qadın” kimi qeyd edilmişdir. Cəlilabad rayon qeydiyyat şöbəsinə bu barədə məlumat verdikdə isə texniki səhv olduğunu qeyd etmişdilər. İddiaçı da bununla bağlı 7 saylı Bakı Asan Xidmət X11 müraciət edərək halhazırda olan səhvliyin aradan qalxmasını xahiş etdi, lakin cavabdehin xx.xx.2024-ci il tarixli 3-16-5/8-G2-İ-28706/24 nömrəli məktubu ilə baş vermiş bu hadisəini aradan qaldırmaq üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 saylı Bakı Asan Xidmət X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-G2-İ-28706/24 nömrəli məktuba əsasən Cəlilabad rayon qeydiyyat şöbəsində xx.xx.1986-cı il tarixli 55 saylı doğum haqqında akt qeydi aşkar edilmiş və həmin akt qeydində şəxsin soyadı “Məmmədov” adı “Pərvin” ata adı” Güləhməd oğlu” cinsi kişi, doğum tarixi isə xx.xx.1985-ci il qeyd olunmuşdur.

4. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “yoxlama nəticəsində Cəlilabad rayon qeydiyyat şöbəsində xx.xx.1986-cı il tarixli 55 saylı doğum haqqında akt qeydi aşkar ediimiş və həmin akt qeydində şəxsin soyadı “Məmmədov”, adı “Pərvin”, ata adı “Güləhməd oğlu”, cinsi “kişi”, doğum tarixi isə “xx.xx.1985-ci il” qeyd olunmuşdur. Bildiririk ki, qeyd olunan doğum haqqında akt qeydinin sizə məxsus olmasını müəyyən etmək üçün kifayət qədər əsas olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən ərizənizin təmin edilməsi mümkün deyildir. Həmin Qərarın 12-ci bəndinə əsasən qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.”

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-cü il tarixdə anadan olmuşdur. Vəsiqədə şəxsin soyadı “İmanova”, ata adı “Güləhməd qızı”, cinsi “qadın” kimi göstərilmişdir.

13. AZ-İ 301677 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 və İddiaçı arasında bağlanılmış nikah xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir.

14. AZ-İ 469139 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004cü il tarixdə doğulan X13 anası kimi İddiaçı qeyd olunmuşdur.

15. AZ-İ 677708 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005ci il tarixdə doğulan X6 anası kimi İddiaçı qeyd olunmuşdur.

16. AZ-İ 677709 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005ci il tarixdə doğulan X8 anası kimi İddiaçı qeyd olunmuşdur.

17. Xİ-JQ 365041 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1985-ci ildə Cəlilabad rayonunda doğulmuşdur. X10, atası X4r. Şəhadətnamə Cəlilabad rayon VVAQ tərəfindən xx.xx.1986-cı il tarixdə verilmişdir.

18. Məhkəmənin sorğusuna cavab olaraq X2 Reyestri Xidməti xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Pərvin Məmmədovanın (nikaha daxil olduqdan sonakı soyadı “İmanova”) Əbülfəz İmanovla nikahı, nikahının pozulması, Rza, Yusif və Fatimə adlı övladlarının doğumu, habelə xx.xx.1985-ci il təvəllüdlü X1 deyil, X5 doğumu haqqında məlumat aşkar edilmişdir. - 20 yanvar 1986-cı il tarixli 55 nömrəli doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X12 xx xxxxxx 1985-ci ildə Cəlilabad rayonunda doğulmuşdur. Cinsi kişidir. X10, atası X4r.

IV. Məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, Sevinc qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

21. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

22. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsi mövcuddur, xx.xx.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin ad qrafasında şəxsin adı “Pərvin”, soyadı “İmanova”, ata adı “Güləhməd qızı”, cinsi “qadın” olaraq qeyd olunmuşdur. Həmçinin, müəyyən olunur ki, iddiaçı nikaha daxil olduqdan və nikaha xitam verildikdən sonra “İmanova” soyadını almış, nikah haqqında sənəddə və övladlarının doğum haqqında şəhadətnamələrinin ana qrafasında “İddiaçı” kimi qeyd olunmuşdur.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

24. Qanunveriliyin tələbindən də göründüyü kimi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Yəni, müvafiq qeydiyyat şöbəsi tərəfindən iddiaçıya şəxsiyyət vəsiqəsi tərtib olunarkən onun doğum haqqında şəhadətnaməsi (şəxsiyyətini təsdiq edən sənəd) nəzərə alınmışdır.

25. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini nəzərə alan məhkəmə qeyd edir ki, həmin şəxsin müvafiq tarixlərdə verilmiş şəxsiyyət vəsiqələrində və vəsiqənin verilməsinə əsas olan doğum haqqında şəhadətnaməsində soyadının “Məmmədova”, ata adının “Güləhməd qızı”, eyni zamanda, nikah bağladıqdan sonra verilən sənədlərdə - övladlarının doğumu və nikahının pozulması barədə şəhadətnamələrdə ad, soyad və ata adının “İddiaçı” olması iş materialları ilə müəyyən edilir.

26. Göründüyü kimi iddiaçının doğum haqqında şəhadətnaməsi mövcuddur. xx.xx.1985-ci il təvəllüdlü iddiaçının doğum haqqında şəhadətnaməsində “X9” kimi qeyd olunmasına baxmayaraq, aşkar olunan doğum haqqında akt qeydində onun soyadı “Məmmədov”, ata adı “Güləhməd oğlu”, cinsi “kişi” olaraq göstərilmişdir. Hər iki sənəd eyni tarixdə (20 yanvar 1986-cı ildə) verilmiş, eyni zamanda “atası, “anası” və “doğulduğu vaxt və yer” qrafalarında aparılan qeydlər eynilik təşkil edir.

27. Beləliklə, cavabdeh qeyd olunan doğum haqqında akt qeydinin iddiaçıya məxsus olmasını müəyyən etmək üçün kifayət qədər əsas olmaması səbəbindən imtina etməklə haqlı olmamışdır.

28. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində doğum haqqında akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də məhkəmə iddiaçının soyadının “Məmmədova” (nikaha daxil olduqdan sonakı soyadı “İmanova”), ata adının “Güləhməd qızı”, cinsinin “qadın” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməli və onun soyadı “Məmmədov” deyil, “Məmmədova”, ata adı “Güləhməd oğlu” deyil, “Güləhməd qızı”, cinsi isə “kişi” deyil, “qadın” kimi göstərilməlidir.

29. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı: İddia təmin edilsin. İddiaçı Cəlilabad rayon qeydiyyat şöbəsində xx.xx.1986-cı il tarixli 55 saylı doğum haqqında akt qeydində soyadı qrafasında “Məmmədov” əvəzinə “Məmmədova”, adı qrafasında “Pərvin”, ata adı qrafasında “Güləhməd oğlu” əvəzinə “Güləhməd qızı”, cinsi qrafasında isə “kişi” əvəzinə “qadın” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi cavabdeh 7 Saylı Bakı Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar