Məhkəmə qərarları › İş №2-1(112)-13806/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13806/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13806/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Bakı şəhəri Cavabdeh1ə və Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “sərəncamın ləğvi və tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MTK cavabdehlər Bakı şəhəri Cavabdeh1ə və Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 başçısının xx.xx.2006-cı il tarixli sərəncamının ləğv edilməsi və ünvan 1 ünvanda yerləşən və qəzalı vəziyyətdə olan mənzilin sökülməsinin FHN-nin Tikintidə X2 Agentliyinə və Cavabdeh1ə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin razılıq məktubu əsasında ona məxsus olan ərazidə və ona bitişik sahədə Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamı ilə İddiaçı MTK-ya ünvan 2 ünvanda olan torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il tarixli 14/288 saylı “Ayrıc Aktı” ilə İddiaçı MTK-ya 1.4520 hektar torpaq sahəsində çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinə MTK ilə Bakı şəhəri İcra hakimiyyəti arasında icarə müqaviləsi bağlanmışdır və MTK tərəfindən müvafiq qaydada icarə haqqı ödənilir. İddiaçı MTK qeyd edilən torpaq sahəsində çoxmərtəbəli binalar tikmişdir və mənzillər sahiblərinə təhvil verilmişdir. Lakin ərazidə olan qəzalı mənzil qeyd edilən ərazidə yaşayan çoxsaylı müxtəlif yaş qruplarından olan şəxslərin və eləcə də ərazidə abadlıq işlərini davam etdirən MTK əməkdaşlarının sağlamlığı və həyatları üçün ciddi təhlükə yaranmışdır. Belə ki, qeyd edilən ərazidə ünvan 3 ünvanındakı mənzilin sahibi X5 ona məxsus 12 kv.m sahəsi olan və 1923-cü ildə tikilmiş və istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan mənzili ətrafdakılar üçün ciddi təhlükə yaradır. Belə ki, Cəlil Rəşidov 12 kv.m. sahəsi olan və 1923cü ildə tikilmiş, istismar müddəti başa çatmış mənzilin və onun həyətinin köhnə hasarı üzərində tikinti texniki normalarını kobud surətdə pozaraq əlavə 2 mərtəbə və mansard tikməklə mənzili qəzalı vəziyyətə salmışdır. Qeyd edilən mənzilin qəzalı vəziyyətdə olması və ətrafdakılar üçün real təhlükə yaratdığı nəzərə alınaraq, İddiaçı MTK tərəfindən həmin mənzilə baxış keçirilməsi üçün FHN-nin Tikintidə X2 Agentliyinə müraciət edilmişdir. FHNnin Tikintidə X2 Agentliyinin müvafiq strukturları tərəfindən R.Cəlilovun mənzilinə baxış keçirilərək bununla bağlı xx.xx.2022-ci il tarixli "Rəy" verilmişdir. Həmin rəydə göstərilir ki, ünvan 4 ünvanda Cavabdeh1in tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli sərəncam və eskiz layihəsinə əməl edilməmiş, sərəncamda mənzilin sökülüb tikilməsi nəzərdə tutulduğu halda, 1923-cü ildə inşa edilmiş və istismar müddəti başa çatmış köhnə tikilinin üzərində layihədə nəzərdə tutulmayan və ümumilikdə tikinti texniki qaydalara əməl edilmədən böyük həcmli əlavə tikinti inşa edilmişdir. FHN-nin Tikintidə X2 Agentliyi tərəfindən ünvan 4 ünvanda Rəşidov Cəlilə məxsus mənzillə bağlı verilmiş xx.xx.2022-ci il tarixli "Rəy"də konkret olaraq göstərilir ki, 3 mərtəbə və mansarddan ibarət həmin mənzil layihəyə uyğun olmadan və tikinti normalarının kobud pozulması ilə tikildiyinə görə mənzil qəzalı vəziyyətdədir və istismar üçün təhlükəlidir. "RƏY"də müvafiq icra hakimiyyətinin məlumatlandırılması, sakinlərin köçürülməsi, evə daxil olan kommunikasiya xəttlərinin (işıq, su, və qaz) kəsilməsi, ərazinin çəpərlənməsi və digər təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, 25 oktyabr 2022-ci il tarixli məktubla iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Eyni zamanda iddia ərizəsində göstərilən cavabdehin dəqiqləşdirilməsi təklif olunmuş, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində cavabdeh kimi həm Bakı şəhəri Cavabdeh1i, həm də Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyini nəzərdə tutduqlarını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Bakı şəhəri Cavabdeh1 başçısının 418 nömrəli, 11 sentyab 2006-cı il tarixli sərəncamına əsasn vətəndaş C.İ.Rəşidova özün məxsus Mayakovksi küçəsi 7/3 və 7/4 saylı evlərin sökülməsi Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eksiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilmişdir; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 28 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, tikinti-quraşdırması işləri gedən zaman ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi barədə İddiaçı MTK-nın 63 nömrəli 15 aprel 2022-ci il tarixli məktubuna Agentlikdə baxılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1in xx.xx.2006-cı il tarixli 418 nömrəli Sərəncamı ilə X4 küçəsi, ev 7 ünvanında yerləşən 3 və 4 saylı mənzillərin sökülüb yerində fərdi layihəyə uyğun olaraq 2+mansard mərtəbəli fərdi yaşayış evinin tikintisinə razılıq verilmişdir. Göstərilən ünvanda 3 saylı mənzil Cəlil Rəşidovun yaxın qohumuna məxsus olduğundan mənzil Hidayətzadə küçəsində yaşayış binaları inşa edən İddiaçı MTK-ya satılmış, həmin mənzil sökülmüş və sökülən hissə daxil olmaqla yerində yeni çoxmərtəbəli bina tikilmişdir. Yeni tikilən çoxmərtəbəli bina ilə 4 saylı ev arasında ara məsafəsi təxminən 4,70 metr təşkil edir. Yerli icra hakimiyyəti tərəfindən təsdiq olunmuş layihəyə əsasən 3 və 4 saylı mənzillər birlikdə sökülərək yerində tikilməsi nəzərdə tutulduğu halda, bu şərtə Cəlil Rəşidov əməl etməmişdir. Sərəncam üzrə tam sökülməli olan 4 saylı mənzilin dam hissəsi sökülərək mənzilin divarları və hasarın üzərində 2 mərtəbə və 1 mansardalı əlavə tikili inşa edilmişdir ki, bu da yolverilməzdir. Bununla yanaşı, 16 fevral 2022-ci il tarixində evə Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış nəticəsində müəyyən edilmişdir ki, yaşayış evi 2006-cı ildə təsdiq edilmiş layihəyə uyğun olmadan və tikinti norma qaydaları kobud şəkildə pozulmaqla üçmərtəbəli + mansardalı inşa olunmuşdur. Tikinti norma və qaydalarının pozulması hallarını nəzərə alaraq yaşayış evinin texniki vəziyyəti qəzalı hesab edilir və istismar üçün təhlükəlidir. Bununla əlaqədar təxirəsalınmadan sakinlər köçürülməli, evə daxil olan kommunikasiya xətləri (işıq, su və qaz) kəsilməli və lazımi tədbirlər görülməlidir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsində iki müxtəlif cavabdehə qarşı yönəlmiş və bir-biri ilə əlaqəli olmayan (birinin həlli digərindən asılı deyil) iki iddia tələbi bir iddiada birləşdirilmişdir. Eyni zamanda mübahisələndirilən xx.xx.2006-cı il tarixli sərəncam Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Bu kontekstdə, iddia sərəncamın ləğv edilməsi hissəsində Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə münasibətdə mümkün sayıla bilməz. Digər cavabdehə qarşı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Cavabdeh1 başçısının xx.xx.2006-cı il tarixli 418 nömrəli sərəncamının qəbul edilməsindən 16 ildən artıq müddət keçmişdir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı isə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə həmin iddia müddətini ötürmüşdür. İş materiallarında olan sənədlərdən belə aydın olur ki, daha əvvəldən iddiaçı həmin sərəncamdan məlumatlı olmuşdur. Məhkəmə bir daha vurğulayır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçını üzərinə düşür. Digər iddia tələbinə (tikilinin sökülməsi) münasibətdə isə məhkəmə bildirir ki, tikilinin sökülməsi tələbi həmin tikilini inşa etmiş şəxsə qarşı irəli sürülə bilər. Üçüncü şəxsin sözügedən tikintini inzibati aktın əsasında aparması, hətta həmin inzibati aktın ləğv edilməsi (etibarsız sayılması) də vəziyyəti iddiaçıların xeyrinə dəyişmir, yəni qeyd olunan halda belə hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddia mümkün sayılmadığından məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmasına zərurət qalmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Luxe Home” MTK-nın cavabdehlər Bakı şəhəri Cavabdeh1ə və Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “sərəncamın ləğvi və tikilinin sökülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar