Məhkəmə qərarları › İş №2-1(112)-1382/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1382/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1382/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X12 işə cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərdə və həmin qeydlər əsasında tərtib edilmiş sənədlərdə dəyişiklik edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X24 Ağa qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs qismində X12 cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərdə və həmin qeydlər əsasında tərtib edilmiş sənədlərdə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 22 saylı evin 40 saylı mənzilinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X4 adına aparılmış qeyddə dəyişiklik edilərək mənzilin ümumi sahəsinin 76 kv.m göstərilməsi və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda dəyişiklik edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci ildə X9 rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onlar toy günlərindən sonra həyat yoldaşının valideynlərinə məxsus olan Bakı şəhəri Səbail rayonu, Vəli Məmmədov (keçmiş Qersen) küçəsi 22 nömrəli binanın 40 saylı mənzilində birgə yaşamağa başlamışlar. O, 1983-cü ildən qeyd edilən mənzildə qeydiyyatdadır. Həyat yoldaşı Şahin Məmmədovla birgə nikahlarından dünyaya gələn övladları - xx.xx.1983-cü il təvəllüdlü X13 1983-cü ildən, xx.xx.1986-cı il təvəllüdlü X14 isə 1986-ci ildən qeyd edilən mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Gəlin gəldiyi dövürdə mənzil 3 otaq olmaqla 60 kv.m yaşayış sahəsindən ibarət idi. Qeyd edilən mənzilə dair kirayə müqaviləsi mərhum qaynanası X5 adına rəsmiləşmişdir. Sonradan keçmiş Bakı Komissarları (hazırkı Səbail) rayon İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 31/3350 nömrəli qərarına əsasən 16 kv.m sahədən ibarət olan boş qalmış 2 (iki) otaqda mərhum qaynanası X7 verilməklə, ümumilikdə həmin qərarla 76 kv.m yaşayış sahəsi mərhum qaynanası X7 verilmişdir. Lakin, qısa müddət sonra qonşuların köçməsi nəticəsində boşalan digər sahələrdə onların istifadələrinə keçdiyinə görə mənzilin ümumi sahəsi təxminən 200 kv.m-ə yaxın olmuşdur. Qeyd edilən mənzil xx.xx.1996-cı ildə keçmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mərhum qaynanası X5 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş və qaynanası X15 mənzili vəfat etmədən öncə bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. xx.xx.2009-cu il tarixində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanın DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov (keçmiş Qersen) küçəsi 22 nömrəli binanın 40 saylı mənzili 76 kv.m hissəsinə mülkiyyət hüququ tanınmış, digər sahələr, o cümlədən otaqların qalan sahələri onun faktiki sahibliyində və istifadəsində qalmışdır. Hazırda Bakı şəhər Nizami Rayon Prokurorluğunun icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Türkiyə Respublikasına qaçıb gizlənmiş X16 "xxxx" ASC-dən xx.xx.2014-cü il tarixli, 09 saylı kredit müqaviləsi bağlayaraq 36 ay müddətinə qaytarmaq şərtilə 250.000 manat məbləğində pulu götürərkən etibarından suiistifadə etməklə dələduzluq yolu ilə onu aldadaraq mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Vəli Məmmədov (keçmiş Qersen) küçəsi 22 nömrəli binanın 40 saylı mənzilini (76 kv.m hissəsini) həmin müqavilənin təminatı kimi yüklü elətdirmişdir. Belə ki, aralarında olan münasibətə görə X11 inanaraq onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 09 saylı kredit müqaviləsinin təminatı kimi onunla "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov (keçmiş Qersen) küçəsi 22 nömrəli binanın 40 saylı mənzili (76 kv.m hissəsi) "xxxx" ASC-ni xeyrinə yüklü edilmişdir. Ancaq qeyd etdiyi kimi X16 250.000 manat pul "xxxx" ASC-dən götürdükdən sonra hamını dəluzluq yolu ilə aldadaraq Azərbaycan Respublikasından qaçıb getmişdir. Bundan sonra "xxxx" ASC ona qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Bakı şəhər Səbail Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-236/2017 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin olunaraq X6 "xxxx" ASC-nin xeyrinə 142.503,46 manat əsas və 48.896,43 manat faiz borcu olmaqla, cəmi 191.399,89 (yüz doxsan bir min üç yüz doxsan doqquz manat, səksən doqquz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması, ipoteka predmeti olan, ona məxsus, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin ilkin satış qiyməti 320.000 manat müəyyən edilməklə, tutmanın həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələbləri ödənilməsi və "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin ona qaytanlması qət edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-236/2017 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-9782/2017 saylı qətnaməsi və AR Ali Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(102)-2100/2018 qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-236/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi icraya yönəldildikdən sonra mənzil (76 kv.m hissəsi) "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-432 saylı protokola əsasən 204.000 manata "xxxx" ASC-yə satılmış və Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin 76 kv.m sahəsi RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşmmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Qısa müddət öncə iddiaçı X12 mənə qarşı "evdən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən X4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin həmin şəxsin mülkiyyətində olan ümumi sahəsinin 161.05 kv.m olduğu göstərilmişdir ki, bu da, tamamən qanunsuzdur. Belə ki, o, "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanan zaman Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin 76 kv.m sahəsini yüklü etmiş və qeyd etdiyi hadisələrdən sonra RX seriyalı, ******* nömrəli çıxanşa əsasən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin yalnız 76 kv.m sahəsi hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Həmçinin "xxxx" ASC ona qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi üzrə 2(009)-236/2017 saylı mülki işə Bakı şəhər Səbail Rayon Məhkəməsində hakim Zaur Əliyevin sədrliyi ilə baxılan zaman iş üzrə təyin edilmiş ekspertiza üzrə "xxxx" MMC-nin təqdim etdiyi hesabatda Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin 76 kv.m sahəsi qiymətləndirilmişdir. Həmin dövrdə evlərinə gələn əməkdaşlarda yalnız 76 kv.m sahəyə baxış keçirərək qalan sahələri qiymətləndirmədiklərini bildirdilər. Halbuki, onun yaşadığı mənzilin ümumi sahəsi 200 kv.m-ə yaxındır. Bundan başqa, Bakı şəhər 9 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə X12 arasında bağlanmış və reyestrdə 4Ə-679 nömrə ilə qeydə alınmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən də, görünür ki, alıcı X2 "xxxx" ASC-dən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin 76 kv.m sahəsini 234.000 manata satın almışdır. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən X4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinin həmin şəxsin mülkiyyətində olan ümumi sahəsinin 161.05 kv.m olduğu göstərilməsi tamamən qanunsuzdur. Bununla bağlı tərəfindən xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət olunaraq Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinə hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X4 adına aparılmış qeydiyyatın ləğv edilməsini və bununla bağlı reyestrdə və evin texniki pasportunda dəyişiklik edilərək X4 adına aparılmış qeydə mənzilin ümumi sahəsinin 76 kv.m göstərilməsini xahiş edilmişdir. Lakin, cavabdeh tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli, **********82 №-li cavab məktubunda (məktub xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə rəsmi təqdim olunubdur) ərizəsinin təmin olunmasından imtina olunaraq məhkəmə qaydasında mübahisələndirməsi tövsiyyə olunmuşdur. Məhz bu səbəbdən o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9551/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1382/2023 saylı 15 fevral 2023-cü il tarixli qərardadı ilə X12 inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələbl xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar apraılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 v 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli **********69 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, iddia tələbində qeyd olunan **********92-05101-093005 reyestr nömrəli Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin, 40 saylı mənzili 26 Bakı Komissarı Xalq Deputatları Sovetinin 31/3350 saylı, xx.xx.1989-cu il tarixli qərarı əsasında X5 adına ilkin qeydiyyatdan keçmişdir. Daha sonra mənzil xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı, "xxxx"nin Hərracın nəticələri haqqında yekun xx.xx.2018-ci il tarixli, Y-432 nömrəli protokolu əsasında "xxxx" ASC-nin, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında isə hazırki mülkiyyətçi X4 adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və AR İPM-nin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1-ci və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ və digər məhdud əşya hüququnun prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın icarəsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 Qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********82 nömrəli “Müraciətə baxılması barədə” məktuba əsasən bildirilmişdir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə uyğun olaraq məhkəmə qaydasında mübahisələndirilə bilər.

11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********08 nömrəli və xx.xx.2022-ci il tarixli **********94 nömrəli məktublarla təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, ev 22, 40 saylı mənzilin özəlləşdirilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki: - 03 sentyabr 2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X15 ona məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 76 kv.m olan 5 otaqdan ibarət mənzili İddiaçı Səməd qızına bağışlamışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı ÖM seriyalı, 251616 nömrəli qeydiyyat vəsiqəsi verilərək, onun Bakı şəhəri, Səbail rayonu, V.Məmmədov küçəsi, 22 saylı evin 76.0 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı, 40 saylı mənzilə tam payda mülkiyyət hüququ 583 saylı reyestr kitabında 57803-cü səhifədə, 30/22985 qeydə alma nömrəsi, xx.xx.2005-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-236/2017 saylı 20 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər X16, İddiaçı və X3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, X6 "xxxx" ASC-nin xeyrinə 142.503,46 manat əsas və 48.896, 43 manat faiz borcu olmaqla, cəmi 191.399,89 (yüz doxsan bir min üç yüz doxsan doqquz manat, səksən doquz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetləri olan, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzilinn ilkin satış qiyməti 320.000 manat, X3 məxsus, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 70 saylı evin 108 saylı mənzilinin ilkin satış qiyməti 32.000 manat müəyyən edilməklə tutmanın həmin mənzillərə yönəldilməsi, mənzillərin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilməsi tələblərinin ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi, 22 saylı evin 40 saylı mənzili və Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 70 saylı evin 108 saylı mənzili satıldıqdan 1 ay sonra boşaldılması (iddiaçıya satıldığı təqdirdə), "xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlər İddiaçı və X3 qaytarılması qət edilmişdir. - “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” Müqaviləyə əsasən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzil "xxxx" ASC tərəfindən alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi ölçüsü 76.0 kv.m mənzilə dair "xxxx" ASC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2019-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən "xxxx" ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 3 ünvanında yerləşən ümumi ölçüsü 76.0 kv.m mənzili X1. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi ölçüsü 161.05 kv.m mənzilə dair X4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2021-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquq subyekti İddiaçı olan mənzilə dair xx.xx.2009-cu il tarixli texniki pasport tərtib edilmişdir. Texniki pasportda mənzilin yerləşdiyi mərtəbə 3, otaqlarının sayı 5, ümumi sahəsi 161.05, yaşayış sahəsi 76.0 kv.m göstərilmişdir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seiryalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsində istifadədə olan 0.04481 ha torpaq sahəsində yerləşən 22 nömrəli, 3 mərtəbəli binada – kv.m ümumi, 76 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 40 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1024 nömrəli reyestr kitabının 92140 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən mənzil əvvəllər iddiaçının qaynanası X5 mülkiyyətində olmaqla, mənzilin yaşayış sahəsi 76 kv.m, otaqlarının sayı 5 olmuşdur. Sonuncu tərəfindən həmin mənzil 03 sentyabr 2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddaçıya bağışlanmışdır. Həmin müqavilədə, mənzil yaşayış sahəsi 76 kv.m, otaqlarının sayı 5 göstərilmişdir. Sonradan Bakı şəhər icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi və cavabdeh tərəfindən iddiaçının adına verilmiş xx.xx.2005-ci il qeydiyyat tarixli, xx.xx.2009-cu il qeydiyyat tarixli qeydiyyat vəsiqəsi və çıxarışda mübahisəli mənzilin yaşayış sahəsi 76 kv.m göstərilmişdir. Sözügedən mənzil "xxxx" ASC-də ipoteka predmeti olduğundan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-236/2017 saylı 20 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə keçirilmiş hərrac nəticəsində hərracın qalibi "xxxx" ASC olmaqla sözügedən mənzil "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, cavabdeh tərəfindən mənzilə dair "xxxx" ASC-nin adına qeydiyyat hərəkətləri aparılan zaman yaşayış sahəsi 76.0 kv.m olan mənzilin ümumi sahəsi 76.0 kv.m göstərilmişdir. Bunun əsasında da, 3-cü şəxs X12 ilə "xxxx" ASC arasında bağlanmış alğı-satqı müqaviləsində də, mənzilin ümumi ölçüsü 76.0 kv.m göstərilmişdir. Lakin mənzilə dair X4 mülkiyyət hüquqlarının qeydiyyata alınması zamanı cavabdeh tərəfindən verilmiş çıxarışda mənzilin ümumi sahəsi düzgün olaraq 161.05 kv.m göstərilmişdir. Həmin ölçünün düzgünlüyü, hələ mənzilin iddiaçının xüsusi mülkiyyətində olan zaman, xx.xx.2009-cu il tarixə mövcud olan vəziyyətinə uyğun tərtib olunmuş texniki pasportdakı mənzil haqqında məlumatlarla öz təsdiqini tapmışdır. Texniki pasportda mənzil haqqında məlumat bölməsində mənzilin yerləşdiyi mərtəbə 3, otaqlarının sayı 5, ümumi sahəsi 161.05 kv.m, yaşayış sahəsi 76.0 kv.m göstərilmişdir.

20. Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər ilə işin faktiki halları uzlaşmır. İddiaçının göstərdiyinin əksinə, ünvan 5 ünvanında yerləşən mənzilin 76.0 kv.m (yaşayış sahəsi) hissəsi deyil, mənzilin özü ipoteka predmeti olmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mənzilin hər hansı bir hissəsinin deyil, özünün tam şəkildə açıq hərracda satılması qət edilmişdir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 23-cü maddəsinə əsasən: 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.

23. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, iddiaçının tələbi əsassızdır və bu səbəbdən də, təmin edilməməlidir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

26. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməsin.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar