Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1383/2020 10.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə (bundan sonra DSMF-nin Suraxanı rayon şöbəsi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, onun əlilliyə görə əmək pensiyasının bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, sonradan həmin iş Bakı İnzibati Məhkəməsinin icaatına daxil olmuşdur. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürcaiət edərək, İddiaçı ikinci qrup əlilliyə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, uşaqlıqdan sağlamlığında problem olduğu üçün hərbi xidmətdən azad olunmuşdur. İddiaçı 1914-cü il tarixdə anadan olmuş babası X2 2006-cı il tarixdən 01 dekabr 2014-cü il tarixədək qulluq etmiş,bu səbəbdən də məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 yanvar 2015-ci il tarixli qətnaməsi ilə onun 01 yanvar 2006-cı il tarixdən 01 dekabr 2014-cü il tarixədək babasına qulluq etməsi faktı müəyyən edilmişdir. Bundan sonra iddiaçıya DSMF-nin Suraxanı rayon şöbəsitərəfindən əmək pensiyası ödənilməyə başlanmışdır. Çünki onun 8 il 10 ay əmək stajı olmuşdur. Daha sonra iddiaçınınəlilliyə görə aldığı pensiya ləğv olunmuşdur. Hesab edilir ki,əlilliyə görə əmək pensiyasının ləğv olunması əsassızdır. Onun sosial sığorta stajının olması nəzərə alınmayaraq,əsassız imtina edilmişdir. İddiaçı bununla bağlı DSMF-nin Suraxanı rayon şöbəsinə müraciət etsə də, onun əlilliyə görə əmək pensiyasının ləğv olunması bildirilərək bərpa edilməsinin mümkün olmaması göstərilmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, **********7 saylı yazılı etirazda göstərilmişdir ki, İddiaçı babası X2 qulluq etdiyi dövrün sosial sığorta stajına daxil edilməsi əsassızdır. Belə ki, İddiaçı heç bir yerdə işləməmiş və məcburi dövlət sosial sığorta haqqı köçürməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən İddiaçı yalnız babası X2 qulluq etmə faktı təsdiqlənmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Audit şöbəsinin verdiyi rəyə əsasən İddiaçı pensiya təyin edilməsi qanunaziddir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmişşifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş DSMF-nin Suraxanı rayon şöbəsinin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-536/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, DSMF-nin Suraxanı rayon şöbəsinin nümayəndəsi X5 iştirakı ilə, ərizəçi İddiaçı «əmək fəaliyyəti barədə hüquqi əhəmiyyətli olan faktın dəqiqləşdirilməsi tələbinə» dair ərizəsi təmin edilmiş, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı 1914-cü il təvəllüdlü X3 01 yanvar 2006-ci ildən 01 dekabr 2014-cü ilədək qulluq etməsi hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilmişdir. Qətnamə 27 fevral 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır; - İddiaçıya aid 024541 saylı pensiya işində olan DSMF-nin Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 152 nömrəli, xx.xx.2015-ci il tarixli qərarının təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən pensiya təyin edilmişdir; - ASAN 4 tərəfindən xx.xx.2014-cü ildə verilmiş AZE seriyalı 13572202 saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.1989-cu il tarixdə doğulmuş İddiaçı yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır; - DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********1 saylı cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunarkən xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilə qədər X4 qulluq dövrü sosial sığorta stajı kimi götürülmüşdür. Lakin ahıllara qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi üçün qulluq edənin özünün sosial sığorta stajının olması əsasdır. Heç bır sosial siğorta stajı olmadığı üçün qulluq dövrü staj kimi götürülə bilməz. Sosial siğorta stajı olmadığı üçün əlilliyə görə əmək pensiyası almaq hüququ yoxdur. Bu səbəbdən pensiya işi ləğv olunmuşdur. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə (istinadlar 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 12.1-ci maddəyə dəyişiklik edilənədək olan redaksiyaya aiddir) əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İşdə olan Suraxanı ƏSMM tərəfindən verilmiş iddiaçıya məxsus 055488 saylı, vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx.xx.2010-cu il tarixdən müddətsiz olaraq 2 (ikinci) qrup əlillik dərəcəsi verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya əlil olması ilə əlaqədar əmək pensiyası təyin olunması üçün tələb olunan 05 ildən artıq əmək stajı toplaması təsdiq olunduğu halda, cavabdeh tərəfindən ona əlilliyə görə pensiya təyin edilməməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. İddiaçının qulluq etdiyi babası X1 70 yaşının 1984-cü ildə tamam olması işdə olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********1 saylı məktubda imtinasının əsasını məhkəmə, cavabdehin formal mülahizəsi kimi qiymətləndirir. Halbuki, iş materiallarından göründüyü kimi iddiaçıya əlilliyə görə pensiya təyin edildiyi yarandığı tarixə yəni, xx.xx.2015-ci il tarixinə 25 yaşı vardır, 2-ci qrup əlillik müəyyən olunmuş və onun ümumilikdə 08 il 10 aydan çox müddətdə, yəni 01 yanvar 2006-ci ildən 01 dekabr 2014-cü ilədək 1914-cü il təvəllüdlü babası X3 qulluq etməsi faktı öz təsdiqini tapmışdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı ikinci qrup əlilliyə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ikinci qrup əlilliyə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1383/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1383/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver