Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1383/2024 28.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi- Həkim Komissiyasına qarşı (üçüncü şəxs Heydər Əliyev adına Ali Hərbi İnstitutu) “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi- Həkim Komissiyasına qarşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi- Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə diaqnostik müayinələrdən sağlam şəkildə keçməklə və həbi təhsil müəssisələrinə qəbul imtahanında 535 (beş yüz otuz beş) bal yığmaqla C.Naxçıvanski adına hərbi liseyə, 2021-ci ildə isə oranı müvəffəqiyyətlə bitirərək H.Əliyev adına Ali Hərbi İnstituta qəbul olmuşdur. Hərbi xidmət dövründə sağlamlığında hər hansı bir problem olmamış, "kursant" rütbəsində, "artilleriya mütəxəssisi" ixtisası üzrə kursantların həqiqi hərbi xidməti növündə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə "hərbi üçüş təlimi"nə yararlılığın təyini üçün tibbi müayinələrdən keçərək ona "xroniki autoimmun treoidit hipetireoz mərhələsində" diaqnozu qoyulmuş, bu səbəbdən qanunvericiliyin tələbincə barəsində uçuş təliminə yararsızlıq qərarı verilmişdir. Belə olduğu təqdirdə hərbi təhsilini artilleriya mütəxəssisi ixtisası üzrə davam etdirə biləcəyi bildirilmiş və ixtisas seçimində sözügedən ixtisasa yiyələnmək üçün təhsilinə davam etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə eyni diaqnozla Mərkəzi Hərbi Həkim Komissiyasının hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarına əsasən hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının bu qərarı ilə razı deyil və ləğv edilməlidir. Mərkəzi Hərbi Həkim Komissiyasının barəsində "xroniki autoimmun treoidit hipetireoz mərhələsində" diaqnozu ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılıq barədə qərarı ləğv edilməlidir. “Hərbi X4” Əsasnamənin 7.2-ci maddəsinin “ç” bəndinə əsasən «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: Əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; Əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; Əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; Əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Hazırkı vəziyyətdə xəstəliyi proqressivləşmə mərhələsində deyil, ümumi halsızlıq, iştahasızlıq və fiziki yorğunluq kimi əlamətlərdən heç birinin daşıyıcısı deyil. «Hərbi-X4 Əsasnamə»nin («Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası» və «Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər»in) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 29-cu maddəsinə əsasən Hərbi xidmətə könüllü daxil olmuş əsgərlərdə, matroslarda, çavuşlarda və hərbi tədris müəssisələrinin kursantlarında (buraxılış kursunda təhsil alanlardan başqa) «Xəstəliklər cədvəlində» hərbi xidmətə yararlılığın fərdi qiymətləndirilməsi nəzərdə tutulan xəstəliklər olduqda, HHK hərbi xidmətə yararlılıq haqqında «C» kateqoriyası (dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) üzrə rəy çıxarır. Hazırda onun barəsində “C” kateqoriyası üzrə rəyin çıxarılmasına heç bir əsas yoxdur. Belə ki, hərbi-uçot ixtisası “artilleriya” olduğundan həmin ixtisas üzrə xüsusi sağlamlıq tələbləri nəzərdə tutulmamış, hazırkı xəstəliyi isə şəkərli diabet kimi bir növ həyat tərzi məzmunu daşıdığından davamlı olaraq dərman qəbulu və vaxtaşırı tibbi yoxlanışlardan keçməklə xidmətdə olmağı həqiqi hərbi xidmətinin mahiyyətinə zidd xarakter daşımır. Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmalarının funksiyaların cuzi dərəcədə pozulması dərəcəsi ilə əlaqədar Mərkəzi Hərbi Həkim Komissiyasının mübahisələndirilən qərarında göstərilən hallarla bağlı hərbi xidmətə yararlılıq kateqoriyasının İİ qrafası ilə barəsində qərarın qəbul edilməsi xəstəliyin faktiki vəziyyəti ilə uyğun deyil. Belə ki, qərar yararlılıq kateqoriyasının İİİ qrafası ilə qəbul edilə biləcəyi halda, qəbul edilməmiş, bu da birbaşa olaraq onun hərbi təhsil müəssisəsindən xaric olunmağına istiqamətlənmişdir. Eyni qərarın hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydasının 7-ci bəndinə əsasən vətəndaş HHK-nin (HUK-un) onun barəsindəki rəyindən məhkəməyə şikayət verə bilər. Məhkəmənin qərarı ilə vətəndaş nəzarəti müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Heydər Əliyev adına Ali Hərbi İnstitutu iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-X4 Əsasnamənin» 7.1-ci maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-X4 Əsasnamənin» 7.1-7.3-cü maddələrinə əsasən hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-X4 Əsasnamənin» 7.1-ci maddəsinə əsasən hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrın aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmətibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar,yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-X4 Əsasnamənin» 7.4-cü maddəsinə əsasən “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə, yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. SHXÇDX-nin Lənkəran rayon şöbəsi tərəfindən 2021-ci ildən hərbi xidmətə çağırılmış, kursant (İİ kurs) A.Məhərrəmov xx.xx.2023-cü ildə Mərkəzi Hərbi Klinik Hospitalının terapiya profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda “E06.3 Yüngül dərəcəli hipotireozla müşayiət olunan xroniki autoimmun tireoidit funksiyanın cüzi dərəcədə pozulması ilə” diaqnozu ilə olan xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-cı il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-X4 Əsasnamə»nin "Xəstəliklər Cədvəli”nin “13 c” maddəsinin İİ qrafası ilə "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 2008-ci il 14 mart tarixli 123 nömrəli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat”ın 55-ci maddəsinin 14-cü bəndinin b) yarımbəndində “Hərbi təhsil müəssisələrinin kursantları (buraxılış kursundan başqa) “Xəstəliklər cədvəli”nin İİ qrafası üzrə şəhadətləndirilirlər. A.Məhərrəmov 11 may 2023-cü il tarixdə MN Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda təyin edilmiş "Yüngül dərəcəli hipotriozla müşayiət olunan xroniki autoimmun triodit, funksiyanın cüzi dərəcədə pozulması ilə" diaqnozuna əsasən o Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-X4 Əsasnamə”nin “Xəstəliklər Cədvəli”nin “13 c” maddəsinin İİ qrafası ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2023- cü il tarixli 186 saylı əmri ilə hərbi təhsil müəssələrinin kursantlarına “Xəstəliklər cədvəli”nin İİ qrafası üzrə qərar çıxarılır. İddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. İddiaçı cavabdeh tərəfindən iddiaya dair təqdim edilmiş yazılı və şifahi etiraza dair yazılı mülahizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsaslıdır və cavabdeh tərəfindən təqdim edilən etirazın dəlilləri yalnız onların qəbul etdikləri inzibati akta dair mülahizələrini ifadə edir. Belə ki, hazırkı iş üzrə mübahisələndirilən hal onun sağlamlığının faktiki vəziyyətinə uyğun olmayan diaqnoz əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağıdır. Bununla bağlı məhkəmə tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında qoyulmuş suallar cavablandırılmaqla T 732/2023 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Keçirilmiş canlı müayinələr nəticəsində ona “praktiki sağlam” diaqnozu qoyulmuşdur. Cavabdeh tərəfindən məhkəmə iclası zamanı ekspert rəyinin natamamlığına və ya rəydə əlahiddə çatışmazlıqların mövcudluğuna işarə edilməmişdir. Cavabdeh orqanın tibb ekspertlərinin təkrar ekspertiza keçirməklə bağlı tələbləri ilə onların işdə maraqlı şəxs olmaqları və artıq bir dəfə ekspertiza keçirməklə mövqelərini bəlli etmələri səbəbindən razı deyil. İşlə bağlı T 732/2023 saylı ekspert rəyi tam əsaslıdır, qoyulmuş suallara ətraflı və dolğun cavablar verilmişdir. Qeyd edilənləri nəzərə alaraq 2-1(112)-10873/2023 №li iş üzrə iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. AZ-İİ seriyalı 076025 saylı xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2004-cü il tarixdə Lənkəran rayonunun Boladi kəndində doğulmuşdur (anası – X8, atası – Nümayəndə). X12 Hospital tərəfindən X3 dair təqdim edilmiş müayinə hesabatından görünür ki, tiroid vəzi ölçüləri normaldır. Sol pay 24x19x40 mm, sağ pay 20x21x48 mm ölçüsündədir, isthmus qalınlığı 1 mm-dir. Hər iki tərəfdə vəzi parenximası heterogendir, strukturası qabalaşmışdır. Hər iki pay parenximasında sərhədləri differensasiya oluna bilən solid düyün və ya kistik sahə mövcud deyil. Doppler müayinəsində vəzinin vaskulyarizasiyası irəli dərəcədə artmışdır. Piramidal pay uzanımı izlənməmişdir. Qalxanabənzər vəzinin intratorasik uzanımı qeyd edilməmişdir. Boyunda patoloji xarakterdə limfa vəzisi aşkar olunmamışdır. Hər iki tərəfdə vəzi parenximası heterogendir, strukturası qabalaşmışdır. Doppler müayinəsində vəzinin vaskulyarizasiyası irəli dərəcədə artmışdır - Graves? Haşitoksikoz? Kilinik lab. Korelyasiya tövsiyə edilmişdir. X3 dair SX seriyalı ******* saylı xx.xx.2021-ci il tarixli hərbi biletdən görünür ki, 215 saylı xx.xx.2021-ci il tarixli əmrə əsasən AAHM nömrəli hərbi hissədə kursant kimi hərbi xidmətə başlamışdır. xx.xx.2021-ci il tarixdə AAHM nömrəli hərbi hissədə hərbi and içmişdir. AAHM 195 saylı xx.xx.2021-ci il tarixli əmrə əsasən əsgər hərbi rütbəsi verilmişdir. X3 dair 714 saylı xx.xx.2023-cü il tarixli xəstəlik haqqında şəhadətnamədə Mərkəzi Hərbi Həkim Komissiyasının diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında hospital qərarından görünür ki, E06.3 Yüngül dərəcəli hipotireozla müşayiət olunan xroniki autoimmun tireodit, funksiyanın cüzi dərəcədə pozulması ilə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarından görünür ki, “Xəstəliklər cədvəli”nin 13c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-X4 Əsasnaməyə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 186 saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən “Hərbi-X4 Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarının rəhbərlik üçün elan edilməsi və Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Müdafiə Nazirinin 2008-ci il 14 mart tarixli 123 nömrəli əmri ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatda müvafiq dəyişikliklər edilmişdir: 55-ci bəndindəki cədvəlin 14-cü qrafasının “b” bəndində “(buraxılış kursundan başqa)” sözləri və “c” bəndi çıxarılmışdır. 116-cı bəndinin ikinci abzası müvafiq redaksiyada verilmişdir: “Hərbi təhsil müəssisələrinin kursantlarına “Xəstəliklər cədvəli”nin İİ qrafası üzrə qərar çıxarılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T 732/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 2004-cü il təvəllüdlü X2 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir: 1-3. Vətəndaş A.Nümayəndə xx.xx.2023-cü il tarixdə “Respublika Endokrinoloji Mərkəzi” publik hüquqi şəxsdə müayinələrdən (mütəxəssis endokrinoloqun, ultrasəs və qanın biokimyəvi müayinələrindən) keçərkən ona “praktiki sağlam” diaqnozu qoyulmuşdur. Qalxanabənzər vəzin ultrasəs müayinəsi zamanı hər hansı patologiya, o cümlədən də cərrahi əməliyyata məruz qalması müəyyən edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T 235/2024 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş A.Nümayəndə xx.xx.2024-cü ildə müayinəsi zamanı aparılmış tədqiqatların nəticələrinə+ əsasən onda “Yüngül dərəcəli hipoteriozla müşayiət olunan autoimmun tireoidit” xəstəliyi müəyyən edilmişdir ki, bu da onda yüngül dərəcəli maddələr mübadiləsinin pozulmasına səbəb olmuşdur. Bu xəstəliklə bağlı onda digər ağırlaşmalar və cərrahi müdaxilə əlamətləri aşkar edilməmişdir. Qeyd edilən xəstəlik nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-X4 Əsasnamə”nin 13-cü maddəsinin 2-ci bəndində göstərildiyi kimi onun şəhadətləndirilməsi düzgün olmuşdur. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı tərəfindən qanunla müəyyənləşdirilmiş müddət ötürülməmişdir. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-X4 Əsasnamə»dən: Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmətibbi eksperti tərəfindən təyin edilir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti SSRİ-ni müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə dinc dövrdə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi cəbhədə olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik cəbhədə olduğu dövrdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən, müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa, habelə şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini həmin şəxsin cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi döyüş əməliyyatları aparılan dövlətlərdə hərbi xidmətdə olduğu dövrdə və ya onun xaricdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirdiyi dövrdə yaranmışsa, yaxud göstərilən dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən, müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa, habelə şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini həmin dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi vətəndaş müharibəsi və ya Böyük Vətən müharibəsi illərində, 1929-cu ildə Çin-Şərq dəmir yolunda, 1939 — 1940-cı illərdə Sovet-Fin müharibəsi zamanı, 1939-cu ildə Qərbi Belorusiyada və Qərbi Ukraynada döyüş əməliyyatları dövründə, 1938-ci ildə Xasan gölü ətrafında və 1939-cu ildə Xalxin-Qol çayı üzərində döyüşlərdə, 1945-ci ildə Yaponiya ilə müharibə zamanı, habelə 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-nə qədər Ukrayna SSR, Belorusiya SSR, Latviya SSR, Litva SSR və Estoniya SSR ərazilərində milliyyətçi gizli ünsürlərin (banditizmin) ləğv edilməsi məqsədi ilə döyüşən ordunun tərkibində olan dövrdə (müharibə iştirakçısı vəsiqəsi olduqda), fövqəladə vəziyyət və silahlı münaqişələr şəraitində və döyüş şəraitində döyüş əməliyyatlarında vəzifələrin yerinə yetirilməsi zamanı, əsirlikdə olduğu zaman (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa, yaxud göstərilən hadisələrdən əvvəl yaranmış xəstəlik həmin hadisələrdə iştirak etdiyi dövrdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin — SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin, SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında xidmətə yararlılıq kateqoriyasını dəyişmiş və ya yararsızlığına (o cümlədən, müvəqqəti yararsızlığına) gətirib çıxarmışsa, habelə şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduqda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən hadisələrdə iştirak etmə dövrünə aid etməyə imkan verən tibbi sənədlər varsa. c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır” qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə, orqanlarda xidmət keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən xəsarət, xəstəlik almışsa; əgər şəhadətləndirilən şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə, orqanlarda xidmət keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən radiasiya təsiri nəticəsində xəstəlik almışsa. e) “Ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları Hərbi xidmətə yararlılıq Xəstəliklərin adı, funksiyaların kateqoriyası Maddə pozulma dərəcəsi İ qrafa İİ qrafa İİİ qrafa 12 Eutireoid zob: a) qonşu orqanların funksiyalarının D D C pozulmasına səbəb olan b) hərbi geyim formasının C C B gəzdirilməsini çətinləşdirən c) hərbi geyim formasının A-3 A A,HDQ, ÜH, gəzdirilməsini çətinləşdirməyən DP, XQ-də FƏRDİ Bu maddə ilə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Cərrahi müalicədən sonra şəhadətləndirilmə “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “ç” bəndinə əsasən keçirilir. Müalicənin nəticələri qeyri-qənaətbəxş olduğu hallarda və ya qonşu orqanların funksiyalarının pozulmasına səbəb olan, yaxud hərbi geyim formasının gəzdirilməsini çətinləşdirən zoba görə cərrahi əməliyyatdan imtina edildikdə, şəhadətləndirilmə “a” və ya “b” bəndi üzrə keçirilir.
1. Qalxanabənzər vəzin 1 sm-dən kiçik və tam sistik düyünləri aşkar edildikdə və hormonal funksiya pozulma olmadığı halda hərbi xidmətə yararlı hesab edilir və hərbi tədris müəssisələrinə daxil olmağa mane olmur. Qalxanabənzər vəzin 1 sm və daha böyük düyünlərinin biopsiya edilməsi təklif olunur, biopsiyadan imtina edildikdə isə 12-ci maddənin “a”, “b” və “c” bəndlərinə müvafiq qərar verilir. İ və İİ dərəcəli eutireoid zob olanlar hərbi xidmətə yararlı sayılır. Eutireoid zob diaqnozu ultrasəs müayinəsi ilə təsdiq olunmalıdır. Davamlı endokrin pozulmalar olduqda, şəhadətləndirilmə “Xəstəliklər cədvəli”nin 13-cü maddəsi üzrə keçirilir.
Hərbi xidmətə yararlılıq Xəstəliklərin adı, funksiyaların Maddə kateqoriyası pozulma dərəcəsi İ qrafa İİ qrafa İİİ qrafa 13 Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: a) funksiyaların mühüm dərəcədə D D D pozulması ilə b) funksiyaların mülayim dərəcədə C C C və ya B pozulması ilə FƏRDİ c) funksiyaların cüzi dərəcədə C C B pozulması ilə ç) kəskin xəstəliklərdən və ya xroniki Ç Ç Ç xəstəliklərin kəskinləşməsindən, yaxud cərrahi müalicədən sonrakı hal, müvəqqəti funksional pozulmalarla d) zəif qidalanma, İİ dərəcəli alimentar A-3 A A, HDQ, piylənmə ÜH, DP, XQ-də FƏRDİ e) İ dərəcəli alimentar piylənmə A-2 A A
İlkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən vətəndaşların, habelə çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların şəhadətləndirilməsi yalnız stasionar müayinə və müalicədən sonra keçirilir. “Xəstəliklər cədvəli”nin İİİ qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular ambulator müayinədən sonra şəhadətləndirilə bilərlər. “a” bəndinə aşağıdakılar aiddir:
1. hipofizin, böyrəküstü, qalxanvari vəzin xəstəlikləri, qalxanabənzərətrafı və cinsiyyət vəzilərinin funksiylarının mühüm dərəcədə pozulmaları ilə müşayiət olunan xəstəlikləri. Xəstəliklərə görə aparılmış cərrahiyyə əməliyyatından sonra qalxanabənzər vəzin (digər endokrin orqanın) olmaması;
2. İİİ dərəcəli piylənmə (18-25 yaşlı şəxslər BÇİ 40 və daha çox, 26 yaşdan yuxarı olanlar üçün BÇİ 41 və daha çox) yanaşı ağırlaşmalar (qlukozaya qarşı tolerantlıq pozulması, dislipedemiya, hipertoniya). Bu maddə üzrə İİİ qrafa üzrə şəhadətləndirilən hərbi qulluqçular barəsində qərar stasionar şəraitdə müalicə olunduqdan və 1 (bir) il müddətində aparılmış müalicə və dispanser müşahidənin nəticələrinə əsasən çıxarılır;
3. düyünlü və diffuz toksiki zobun ağır formaları ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş davamlı pozulmalar (xəstəliyin başlanğıcından keçən dövr ərzində bədən çəkisinin 25 faizdən 50 faizə qədər azalması, adinamiya, kəskin ifadə olunmuş ekzoftalm, sakit halda təngənəfəslik, nəbzin 1 dəqiqədə 120 və daha çox olması, əsas mübadilənin 50 faiz və daha çox artması, müxtəlif visseral fəsadlaşmalar, İİİ-İV FS xroniki ürək çatışmazlığı ilə tireotoksik kardiomiopatiyanın inkişaf etməsi);
4. şəkərli diabetin ağır forması ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş dayanıqlı pozulmalar (şəkərli diabetin ağır formasına, hiperqlikemiyanın səviyyəsindən və müalicənin xarakterindən asılı olmayaraq, xəstədə aşağıda qeyd olunan fəsadlardan iki və daha çox olması halları da aiddir: proliferativ retinopatiya, trofiki xoralar, ayağın qanqrenası, nefropatik ödemlər, osteoartropatiyalarla təzahür edən aşağı ətrafların kəskin dərəcədə ifadə olunmuş angiopatiyası və neyropatiyası, xroniki böyrək çatışmazlığı ilə müşayiət olunan diabetik nefropatiya, eləcə də residivləşən ketoasidotik prekomalar və komalar). Xəstəliklərə görə aparılmış cərrahiyyə əməliyyatından sonra qalxanabənzər vəzin (digər endokrin orqanın) olmaması ilə hərbi xidmətkeçmənin son yaş həddinə çatmamış zabitlərin şəhadətləndirilməsi, orqanın funksiyasının əvəzedici terapiya ilə kompensasiyası əldə edildikdə və hərbi xidmət vəzifələrini icra etmək qabiliyyəti saxlandıqda, “b” bəndi üzrə keçirilə bilər. “b” bəndinə aşağıdakılar aiddir:
1. orta ağırlıq dərəcəsində şəkərli diabet mülayim dərəcədə ifadə olunmuş davamlı pozulmalar mülayim dərəcədə ifadə olunmuş retinopatiyanın, nefropatiyanın, periferik nevropatiyanın və angiopatiyanın olması ilə;
2. orta ağır dərəcədə tireotoksikoz (xəstəliyin başlanğıcından keçən dövr ərzində bədən çəkisinin 25 faizə qədər azalması, nəzərəçarpan vegetativ pozulmalar, nəbzin 1 dəqiqədə 110-120 olması, mülayim dərəcədə vegetativ-damar və emosional pozulmalar, İ-İİ FS xroniki ürək çatışmazlığı ilə tireotoksik kardiomiopatiyanın inkişaf etməsi. BÇİ 41 və daha çox olanlarda bel çevrəsi kişilərdə 94 sm qadınlarda 80-sm-dən aşağı olduqda qərar “b” bəndi üzrə çıxarılır;
3. İİİ dərəcəli alimentar piylənmə. Bu maddə üzrə İİİ qrafa üzrə şəhadətləndirilən hərbi qulluqçular barəsində qərar stasionar şəraitdə müayinə olunduqdan və bir il müddətində aparılmış müalicə və dispanser müşahidələrinə əsasən çıxarılır. BÇİ 41 və daha çox olanlarda bel çevrəsi kişilərdə 94 sm, qadınlarda 80 sm-dən aşağı olduqda qərar “b” bəndi üzrə çıxarılır;
4. funksiyaların mülayim dərəcədə pozulmaları ilə hipofizin, qalxanvari vəzin, böyrəküstü, qalxanabənzər ətraf və cinsiyyət vəzilərinin xəstəlikləri. Xəstəliklərə görə aparılmış cərrahiyyə əməliyyatından sonra qalxanabənzər vəzinin payının (digər endokrin orqanın hissəsinin) olmaması ilə şəhadətləndirilmə, endokrin orqanın funksiyasının pozulma dərəcəsindən asılı olaraq “b” və ya “c” bəndi üzrə keçirilir. Hərbi xidmətə çağırış zamanı ilk dəfə İİİ dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar “ç” bəndi ilə 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər, lakin müalicə səmərəsiz olduqda onlar “b” bəndi üzrə şəhadətləndirilirlər. “c” bəndinə aşağıdakılar aiddir:
1. diffuz toksiki zobun yüngül geri dönən formaları (yüngül nevrozabənzər əlamətlər, fiziki yükə dözümlülüyün azalması, nəbzin dəqiqədə 100-ə qədər olması, qalxanabənzər vəzinin İ-İİ dərəcəli böyüməsi zamanı əsas mübadilə artımının 30 faizdən çox olmaması);
2. şəkərli diabet zamanı karbohidrat mübadiləsinin kompensasiyasına daimi pəhriz müalicəsi fonunda şəkəri aşağı salan preparatların peroral qəbulu ilə yanaşı, insulin yeridilməsi ilə nail olunur;
3. residiv gedişli yarımkəskin tireoidit;
4. İİİ dərəcəli alimentar piylənmə “Xəstəliklər cədvəli”nin İİİ qrafa üzrə “c” bəndi üzrə şəhadətləndirilir. Bu bəndə endokrin vəzinin, o cümlədən vəzinin bir hissəsinin cərrahi yolla kənar edilməsindən sonrakı hallar da aid edilir. Xroniki fibroz və autoimmun tireoiditi olan şəxslər qalxanabənzər vəzinin funksiyasının pozulma dərəcəsindən asılı olaraq, “a”, “b” və ya “c” bəndi üzrə (funksiyaların pozulması olmadıqda, 12-ci maddənin “c” bəndi üzrə) şəhadətləndirilirlər. “ç” bəndinə qalxanabənzər vəzidə, digər endokrin vəzilərdə operativ müdaxilələrdən sonrakı hallar, kəskin və yarımkəskin tireoiditlərin müalicəsindən sonrakı hallar aiddir. Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlar 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Qalxanabənzər vəzdə, digər endokrin vəzlərdə operativ müdaxilələrdən sonrakı müvəqqəti funksional pozulmalar (diabetik komalar, hipofizin və böyrəküstü vəzin kəskin xəstəlikləri, kəskin və yarımkəskin tireoiditlərin müalicəsindən sonrakı vəziyyətlər) olduqda 15 (on beş) gün müddətində məzuniyyət verilməsi barəsində qərar çıxarılır, hərbi xidmətə çağırılan, hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşlar 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər, funksiyanın pozulması saxlandıqda müvafiq qrafalar üzrə şəhadətləndirilirlər. İddiaçının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən 2021-ci ildən hərbi xidmətə çağırılmış, kursant (İİ kurs) A.Məhərrəmov xx.xx.2023-cü ildə Mərkəzi Hərbi Klinik Hospitalının terapiya profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda “E06.3 Yüngül dərəcəli hipotireozla müşayiət olunan xroniki autoimmun tireoidit funksiyanın cüzi dərəcədə pozulması ilə” diaqnozu ilə olan xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-cı il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-X4 Əsasnamə»nin "Xəstəliklər Cədvəli”nin “13 c” maddəsinin İİ qrafası ilə "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 2008-ci il 14 mart tarixli 123 nömrəli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat”ın 55-ci maddəsinin 14-cü bəndinin b) yarımbəndində “Hərbi təhsil müəssisələrinin kursantları (buraxılış kursundan başqa) “Xəstəliklər cədvəli”nin İİ qrafası üzrə şəhadətləndirilirlər. A.Məhərrəmov 11 may 2023-cü il tarixdə MN Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda təyin edilmiş "Yüngül dərəcəli hipotriozla müşayiət olunan xroniki autoimmun triodit, funksiyanın cüzi dərəcədə pozulması ilə" diaqnozuna əsasən o Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-X4 Əsasnamə”nin “Xəstəliklər Cədvəli”nin “13 c” maddəsinin İİ qrafası ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmışdır. İddiaçı sözügedən qərarın ləğv edilməli olmasını onunla əsaslandırır ki, hazırda onun barəsində “C” kateqoriyası üzrə rəyin çıxarılmasına heç bir əsas yoxdur. Belə ki, hərbi-uçot ixtisası “artilleriya” olduğundan həmin ixtisas üzrə xüsusi sağlamlıq tələbləri nəzərdə tutulmamış, hazırkı xəstəliyi isə şəkərli diabet kimi bir növ həyat tərzi məzmunu daşıdığından davamlı olaraq dərman qəbulu və vaxtaşırı tibbi yoxlanışlardan keçməklə xidmətdə olmağı həqiqi hərbi xidmətinin mahiyyətinə zidd xarakter daşımır. Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmalarının funksiyaların cuzi dərəcədə pozulması dərəcəsi ilə əlaqədar Mərkəzi Hərbi Həkim Komissiyasının mübahisələndirilən qərarında göstərilən hallarla bağlı hərbi xidmətə yararlılıq kateqoriyasının İİ qrafası ilə barəsində qərarın qəbul edilməsi xəstəliyin faktiki vəziyyəti ilə uyğun deyil. Belə ki, qərar yararlılıq kateqoriyasının İİİ qrafası ilə qəbul edilə biləcəyi halda, qəbul edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T 732/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsi ilə rəyin tədqiqi (məhkəmə tibbi müayinələr, xx.xx.2023-cü il tarixli iddiaçının Respublika Endikronoloji Mərkəzdə müayinəsi nəticəsində qan analizlərində Anti-TPO, TSH hormonların normadan artıq olması) hissəsində uyğunsuzluq mövcud olduğundan, eləcə də iddiaçı tərəfindən iddia ərizəsində “...Hazırkı vəziyyətdə xəstəliyim proqressivləşmə mərhələsində deyil..” qeydləri ilə uyğun olmadığından və ekspert qarşısına qoyulan çoxsaylı sualların hər birinə mahiyyəti üzrə cavab verilmədiyindən ilkin ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. İş üzrə təkrar təyin edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T 235/2024 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş A.Nümayəndə xx.xx.2024-cü ildə müayinəsi zamanı aparılmış tədqiqatların nəticələrinə əsasən onda “Yüngül dərəcəli hipoteriozla müşayiət olunan autoimmun tireoidit” xəstəliyi müəyyən edilmişdir ki, bu da onda yüngül dərəcəli maddələr mübadiləsinin pozulmasına səbəb olmuşdur. Bu xəstəliklə bağlı onda digər ağırlaşmalar və cərrahi müdaxilə əlamətləri aşkar edilməmişdir. Qeyd edilən xəstəlik nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-X4 Əsasnamə”nin 13-cü maddəsinin 2-ci bəndində göstərildiyi kimi onun şəhadətləndirilməsi düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə hesab edir ki, cavabdeh qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Məhkəmə mübahisələndirilən qərarın qanuna zidd olduğu və ya həmin qərar qəbul edilərkən inzibati icraatın həmin qərara təsir edən şəkildə pozulduğu halları müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova